Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə9/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   5   6   7   8   9   10   11   12   ...   348
2018-997

 
 


23 
GÖR NƏ GÖZƏLDİR 
 
Dolaşma dağları, düzənlikləri, 
Ç
əməndə axtarma gözəllikləri. 
Çoxdur t
əbiətin özəllikləri
Boylan s
əmasına, gör nə gözəldir. 
Bürün havasına, gör nə gözəldir. 
Xoşdur mənzərəsi uca dağların, 
S
ənsiz yox ləzzəti o yaylaqların. 
H
əzin zümzüməli buz bulaqların, 
Suyundan nuş elə, gör nə gözəldir. 
Könlünü xoş elə, gör nə gözəldir. 
Tanrı fəsillərə bölüb ayları, 
İldə on ikidir cəmi sayları. 
H
ər fəslin öz rəngi, öz olayları, 
En yaydan payıza, gör nə gözəldir. 
Çıx qışdan, keç yaza, gör nə gözəldir. 
Düzm
ə gül-çiçəyi çox ətrafına, 
Uyma t
əbiətin bu israfına. 
Rast olsan h
ər şeyin əgər safına, 
Saf ömür yaşamaq gör nə gözəldir. 
Könüll
ər oxşamaq gör nə gözəldir. 
Saysızdır dünyada görməli yerlər, 
V
əhşi təbiətli, bürməli yerlər. 
N
ə çoxdur xoş ömür sürməli yerlər.
Sakin ol birind
ə, gör nə gözəldir. 
H
ər zövqü yerində, gör nə gözəldir. 
Zakir, f
əxr eləmə gözəllərinlə, 
S
əni mat qoyaram qəzəllərimlə. 
Yazmışam bu şeiri öz əllərimlə, 
Oxu misra- misra, gör n
ə gözəldir. 
Sözl
ər sıra-sıra, gör nə gözəldir. 


24 
KƏNDİM 
(Doğma kəndim Sumaqovaya həsr olunur) 
Gözümü dünyaya qoynunda açdım, 
Boy atıb böyüdüm, illəri aşdım. 
Sığmadım məcrana, kükrəyib daşdım, 
Apardım özümlə odunu kəndim. 
Ucaltdım hər yerdə adını, kəndim. 
Uşaqlıq illərim keçibdi səndə, 
Anam ilk donumu biçibdi səndə. 
Könlüm yurd andını içibdi səndə, 
Saf həyat ətirli, səfalı kəndim. 
Qəlbimdən çıxmayan vəfalı kəndim. 
Solan ömürləri çox itirmisən
Yerində təzə-tər gül bitirmisən. 
Məni bu ərsəyə sən yetirmisən
Zəhmətkeş, əlləri qabarlı kəndim. 
Torpağı bəhrəli, nübarlı kəndim. 
Açsam da qoynunda nurlu səhərlər
Bir gün əl elədi mənə şəhərlər. 
Çox olub ömründə belə təhərlər
Vermisən bizləri şəhərə , kəndim. 
Dözmüsən kədərə, qəhərə kəndim. 
Düşdüm uşağlığın “qarğı atı”ndan, 
Baxdım yeniyetmə, gənclik taxtından! 
Çıxdım yollarının tozlu qatından, 
Yol aldım baxtımın dalımca, kəndim. 
Bəlkə də su atdın dalımca, kəndim. 
Sən yenə əvvəlki vüqarındasan, 
Ömrümün qışında, baharındasan. 
Zakirə əhdində, ilqarındasan, 
Könlümün qənirsiz gözəli kəndim. 
Yurdumun “ sumaqlı”, məzəli kəndim. 


25 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə