Zabil Ibayev


  Rəqəm dəyişənləri ilə bağlı praktiki məsələlər



Yüklə 213,28 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix14.10.2017
ölçüsü213,28 Kb.
#4695
1   2   3   4   5   6   7

 

 

 



22

 

Rəqəm dəyişənləri ilə bağlı praktiki məsələlər 

Proqramlaşdırma dillərinin ən sadəsindən çətininə qədər hamısı riyazi məsələləri həll etmək üçün tam təmin 

olunmuşdur. Sadədən çətinə doğru bacardığım qədər Java-nın riyazi məsələlərdə istifadə etdiyi funksiyalarını 

kitabda əks etdirəcəm. 

 

Riyazi operatorlar 



+  toplama  

-  çıxma 

*  vurma 

/  bölmə              % qalıq göstəricisi 

 

Dəyişənləri qruplaşdırma və hesablama 



 

Yeni  Java  faylı  yaradıb  istədiyiniz  kimi  adlandırın  və  diqqət  edin  ki  class-ın  adı  faylın  adı  ilə  eyni  olsun. 

Yoxsa proqram RUN olanda error verəcək. 

Zabilin  çəkisi  normalda  90  kilodur.  Tətilə  çıxandan  sonra  çəkisi  15  kilo  artmışdır.  Tətildən  sonra  idmanla 

məşğul olmuş çəkisi 10 kilo azalmışdır. Zabilin indiki kilosu neçədir?  

 

Yuxarıdakı  məsələdə  hər  dəyişənin  qarşısında  yenidən 



int

  yazılmayıb.  Məsələdəki  dəyişənlərin  tam  ədəd 

olmasını nəzərə alınıb və bir sətirdə qruplaşdırılıb.   

 

 



 

 



 

 

 



23

 

Qalığın ekrana verilməsi 



Ədəd tam bölünəndən sonra qalan ədəd ekrana verilir. Burda nəticə 1 göstərilir. 

 

 



Bir-bir artırma və azaltma 

Proqramlaşdırma dillərində populyar olan funksiya, bir-bir artırma və ya azaltma. Dəyişənin yanına “++” və 

ya  “--”  yazmaqla  əldə  edilir.  Artırma  və  ya  azaltma  işarələri  dəyişənin  önündə  yazılarsa  hesablamadakı 

yerindən asılı olmayaraq birinci dəyərini dəyişəcəkdir. Əgər dəyişəndən sonra yazılsa hesablama daxilində ilk 

verilən dəyərini daşıyacaqdır.  

 

Riyazi operator ardıcıllığı 



1.

 

Bir-bir artırma və ya azaltma 



2.

 

Vurma, bölmə və faiz 



3.

 

Toplama və çıxma 



4.

 

Müqayisə 



5.

 

Axırda “=” hesablanmış nəticəni dəyişənə mənimsədir. 



 


 

 

 



25

 

Qeyd: Mötərizə daxilindəki hesablamalar ayrılıqda hesablanır. Daha sonra çöldəki hesaba qatılır. 

Z = 5 *(3+2) = 5*(5)=25 

 

Dəyişənlərlə hesablama və görüntü 



 

2 dəyişəni  toplayıb, cavabda təkcə nəticəni yox eyni zamanda toplama prosesini görüntü olaraq əks etdirin. 

Bunu digər riyazi operatorlarla yoxlayın. 

 

 



 


 

 

 



26

 

Şərt əmrləri 



Şərt operatorları – “==”, “!=”, “<”, “>”, “<=”, “>=”, “?”  

Qoyulmuş şərtlər təsdiqini tapırsa əmri yerinə yetirilir, əks halda heç bir əmr icra olunmur. 

( A == B) – A və B dəyəri bərabərdirsə  icra edilir. 

( A != B) – A və B dəyəri bərabər deyilsə  icra edilir. 

( A < B) – A  B-dən kiçikdirsə, ( A > B) – A  B-dən böyükdürsə icra edilir. 

( A <= B) – A  B-dən kiçikdirsə və ya B-yə bərabərdirsə, ( A >= B) – A  B-dən böyükdürsə və ya B-yə 

bərabərdirsə icra edilir. 

Yuxarıda izah olunan operatorlar təsdiqlənirsə icra edilir, “?” xüsusi şərtdir, əgər birinci şərt təsdiqləmirsə 

ikinci nəticəni icra edir. 

Şərt əmrləri – if, else  

If-  Əgər  mənasına  gəlir, şərtin  başlandığı  əmrdir,  else(els)  -    başqa, əgər  olmasa  başqa şərt  mənasına  gəlir. 

İstəyirəm birbaşa məsələ üzərində şərt əmrlərini izah edim. Məsələ məktəbi bitirən Bilal haqqındadır  

 

Kodlardan  göründüyü  kimi  bir  neçə  integer  dəyişənim  var.  Universitetə  qəbul  ballarının  şərtlərinə  uyğun 



olaraq  Bilalın  hansı  ixtisasa  qəbul  olacağı  müəyyənləşdirilir,  əgər  TQDK  balı  uyğun  deyilsə  və  yaşı 


 

 

 



27

 

əsgərə(müddətli  həqiqi  xidmət)  getməyə  uyğundursa  onu  göndəririk  dağlar  qoynunda  xidmətə    Bir  az 



texniki şəkildə belə deyə bilərik:  

 

Əgər (şərt) {əgər şərt düzdürsə çap edilir} ,   if (5>0) System.out.println("5 sıfırdan böyükdür");.  

 

Sadəcə  bir  if  şərti  ilə  məsələ  bitə  bilər.  Şərt  təsdiqlənirsə  çapa  verilir,  əgər  təsdiqlənmirsə  heç  bir  cavab 



ekrana  çıxmır.  Şərtin  düz  olmadığı  halda  nəticə  görmək  istəyirsinizsə  o  zaman  else  if  (yeni  şərt 

yazılır){istənilən nəticə çapa verilir}. 

 

Sual operatoru 

Fərz edək ki, proqramınızdan qeydiyyatdan keçən şəxsə Cənab və ya Xanım kimi müraciət etmək istəyirsiniz 

bu zaman “?” operatorundan aşağıdakı kimi istifadə etmək olar. 

 

 



Ardıcıllıq aşağıdakı kimidir: 

1.

 



Şərt yazılır 

2.

 



 “?” işarəsi  

3.

 



“Şərt doğrudursa 1-ci cavab dırnaqda String” və ya dırnaqsız integer 

4.

 



İkinöqtə ilə “:” və ya 

5.

 



“Şərt doğru deyilsə 2-ci cavab dırnaqda String” və ya dırnaqsız integer 

 

Şərt əmrləri - switch, case, break, default 

If  və  else  ilə  yazılan  proqramlarda  şərtlər  çox  olanda  else  if  ()-dən  bir  neçə  dəfə  istifadə  etməli  oluruq. 

Şərtləri çox olan məsələlər üçün daha sadə olar ki switch(sviç  – dəyişmək, keçirtmək)-dən istifadə edilsin. 

Switch() - in qarşısındakı mötərizədə String, integer, char və digər dəyişənlər yazıla bilər. Case(keys-hal)-in 

qarşısındakı dəyər switch-in mötərizəsindəki dəyərlə eyni olduğu zaman şərt icra edilir. Əgər eyni deyilsə o 

zaman  növbəti  case  yoxlanılır.  Bütün  case-lər  icra  olunmadığı  halda  default(difolt)  icra  olunur.  Default-un 

azərbaycan dilində düzgün tərcüməsi yoxdur və ya tapa bilmədim, amma İT-də qarşılaşdığım anlamı əsasən 

“standart olaraq”, “sabit seçim” kimi mənaya uyğun gəlir.  Break(breyk- qırma) icra olunacaq Case-dən sonra 

icranı  dayandır,  qır  mənasına  gəlir.  Hər  bir  case  icra  olunandan  sonra  break  yazılmasa  proqram  case-dən 

sonra yazılan digər mümkün əmrləri yerinə yetirəcəkdir. 



 

 

 



28

 

 



 

Qeyd: Switch daxilində hansı tip dəyişən (integer, string, char) varsa case-də də həmin tip dəyişən istifadə 

olunmalıdır. Əks halda compile olmayacaq. Digər bir məsələ dəyişənlərin adları yox onların dəyəri case-ə 

yazılmalıdır. Aşağıda göstərildiyi kimi: 

String   ad = “Zabil”; 

------ case “Zabil” 



char  birhərf = ‘ Z ’; 

------ case ‘ Z ’  



İnt  

yaş = 27; 

------ case 27 

 

 




 

 

 



29

 

Dövr əmrləri - for , do, while  



 

İngilis dilində dövr əmrləri loop(lup) adlanır.  Dövr daxilində yazılan şərtləri və hesablamanı yuxarıdan 

aşağıya işləyərək şərtlərdə verilmiş son həddə çatana kimi proqramı təkrar edir. 

 

 



For

  

Əsasən  ədədləri  ardıcıl  və  ya  müəyyən  şərtə  uyğun  olaraq  saymaq  kimi  əmrləri  yerinə  yetirir.  Müəyyən 



olunmuş  həddə  dövr  ilə  çatmaq  üçün  dizayn  olunmuşdur.  For  dövrünün  daxilində  başlanğıc  ədəd,  şərt  və 

şərtə çatmaq üçün hesablama funksiyası olur. Aşağıdakı misalda şərt olaraq 15-dən kiçik və ona bərabər olan 

ədədləri sıralamaq istəyirəm. Bunun üçün başlanğıcda 1 ədədi şərt ilə yoxlanılır 15-ə bərabər olmadığı üçün 

z++ ilə üzərinə bir ədəd əlavə edilir. Sonra həmin ədəd təkrar yoxlanılır və15-ə bərabər olana qədər davam 

edir. 

 

 



Yuxarıdakı  izaha  uyğun  olaraq  ədədlər  sıralananda  2-dən  başlamalıdır  amma  nəticədə  1-dən  15-ə  qədər 

sıralanmışdır. For-un bu xüsusiyyətini gələcəkdəki hesablamalarınızda nəzərə almaq yaxşı olar. For daxilində 

şərtlər  “;”  ilə  ayrılmalıdır.  For-dan  sonra  System.out.println();-dən    başqa  şərtlərdə  istifafə  etmək 

mümkündür.  

 

3-ə bölünərkən qalığı sıfıra bərabər olan ədədlər çap edilib. 0, 3, 6, 9, 12, 15 



QEYD:  Yazdığınız  proqram  sonsuz  dövrə  girdiyi  halda  NetBeans-də  nəticə  göstərilən  pəncərənin  altında 

RUN proses zolağına x basaraq dövrü dayandıra bilərsiniz.  



 

Mürəkkəb For əmrləri 

Yuxarıda  izah  olunan  məsələ  üzərində  for  dövrünün  quruluşunu  daha  rahat  anlamaq  mümkündür.  Əslində 

for-un    qarşısındaki  mötərizədə  dəyişən  yazmamaq  və  ya  bir  neçə  dəyişəni  eyni  vaxta  daxil  etmək 

mümkündür.    Aşağıdakı  misalda  5-in  vurma  cədvəlini  bu  üsulla  əldə  etmişəm.  Z=5  mötərizədən  çöldə 

yazılıb. 



 

 

 



30

 

 



While 

While(vayl  –  nə  qədər  ki;  o  vaxta  qədər  ki;)  for-dan  fərqli  olaraq  bir  mümkün  vəziyyətin  dəyişəcəyi  vaxta 

qədər şərti icra etmir. Əgər şərt doğrudursa(true) dövr sonsuz davam edir və şərtlər təkrar-təkrar yoxlanır.  

 

Yuxarıda temperaturun 0 dərəcədən aşağı olduğu halda sobanın yandırılması şərti verilmişdir. Şərt doğru olan 



kimi loop(dövr) işə düşür. Şərt loop-un işlədiyi vaxt dəyişsə False olsa loop ekrana nəticəni çıxartmır. Şərt 

doğru  olduğu  halda  sonsuz  dövr  gedir  və  loop-un  bitdiyi  sətirdən  sonra 



break

  əlavə  olunmaqla  sonsuz 

dövrün qarşısı alınır. Aşağıdakı məsələdə şərtin yanlış olduğu ana qədər dövrün işləməsi göstərilibdir. 

 



 

 

 



31

 

Ac  olanda  cibindəki  5  konfeti  yeyən  adamın  hesabatını  görürsünüz.  While  daxilindəki  şərtlərin  və  digər 



funksiyaların istifadə olunma qaydasını təsvir edən sadə proqram.  

Continiue 

Yuxarıda yazdığım konfetlə bağlı proqramda yəqin diqqət yetirmişiniz ki 3, 4 ilə qurtaran rəqəmlərin sonluğu 

düzgün  yazılmayıb.  “3-ni”,  “4-ni”  yazılıb.  Continue  bizə  3  və  4  ədədi  yarandıqda  həmin  case-ə  aid  olan 

yazını ekrana verməyə kömək edir. Break yazılan sətirdə proqram tamamı ilə dayanır. Continue isə dövrün 

həmin sətirdən aşağıya getməsinə imkan vermir və  dövrü proqramı əvvəlindən aşağı gəlməyə məcbur edir.  

 

 



Do while  

Do(du-  yerinə  yetirmək)  –  demək  olar  ki  while  kimidir.    Şərt  True  olduğu  halda  dövr  sonsuz  davam  edir. 

False olduğu halda dövr dayandırılır. Do while -ın while-dan fərqi şərtin false olduğu halda belə əyri mötərizə  

 

daxilindəki mətn dövr yoxlandığında ən azi bir dəfə işlənir. Bu məsələdə “Zabilin 28 yaşı var” false olmasına 



baxmayaraq bir dəfə ekrana verilibdir.  

Dövrün adlandırılması 

Dövrün adlandırılması dedikdə müəyən bir dövrün qarşısına ona vermək istədiyiniz adı və “:”-ni yazırsınız. 

Daha sonra dövr müəyyən həddə çatanda adı olan dövrü qeyd edərək ona istədiyiniz əmri verə bilərsiniz.   



 

 

 



32

 

 



Yuxarıdakı proqramda ilin günlərini dövrə salmışam və hər 31 gündən sonra aya bölgü aparmaq istəmişəm. 

While-ın yuxarısında yazılan “ayın_günleri” while dövrü üçün seçilmiş şəri addır. Dövr 31-ə çatanda break-in 

qarşısında yazılan dövr dayandırılır.  

Array 


Array(ərey)  –  matris,  düzülüş  deməkdir.  Bir  ad  altında  bir  neçə  dəyişənin  birləşməsi  üçün  istifadə  edilir. 

Bəzən  dəyərlər  həddindən  artıq  çox  olur.  Hər  bir  dəyər  üçün  yeni  bir  dəyişən  yazmaq  mümkün  olmur.  Bu 

səbəbdən eyni tipli dəyişənləri bir ad altında toplu(massiv) yadda saxlayırıq.  

 

Yuxarıdakı  şəkildə  göstərildiyi  kimi  “login_toplu”  və  “pass_toplu”  adı  altında  hər  birinə  aid  3  dəyər  qeyd 



edilmişdir. Burada qeydiyyatdan keçən şəxsləri cədvələ əlavə etmişik. Proqrama daxil olmaq istəyənləri array 

daxilindəki qeydiyyata uyğun olaraq yoxlayırıq. Aşağıda bu proses qismən əks edilmişdir. 

 

Array iki üsulla yaradıla bilər. Yuxarıdakı misalda array-in yaradılmasında əyri mötərizələrdən istifadə edilib.  




 

 

 



33

 

Birinci  üsul  - 

  Array  yaradarkən  onun  tipi(int,  String,  char...)  qeyd  edilir.  Sonra  array-in  dəyişəninə  ad 

(login_toplu və ya pass_toplu) verilir. Sonra array olmasını göstərən “ [ ]  ” kvadrat mötərizələr daxil edilir. 

Bərabərlikdən  sonra  “{  }”  əyri  mötərizələr  daxilində  qeyd  olunan  dəyərlər  “element”  adlanır  və  aralarında 

vergül qoyulmaq şərti ilə ardıcıl qeyd olunurlar.  Yuxarıdakı məsələdə şifrə yoxlama üsulu əslində düzgün 

həll  deyildir.  Bu  üsulla  hər  dəyişəni  ayrıca  kodla  yazılmalı  və  yoxlanmalı  olsaq  çox  çətin  və  ağır  proqram 

yazmış  olarıq.  Yuxarıdakı  proqram  indiyə  qədər  öyrəndiyimiz  materialları  təkrar  etmə  məqsədi  daşıyır. 

İnşallah kitabın sonunda bir layihəni tam olaraq işləyib düzgün yanaşmaları tətbiq edəcəyik. 

Qeyd: Array-lər daxilindəki elementləri 0-dan başlayaraq sayır. Birinci dəyər 1-dən başlamır.  

İkinci  üsulu  - 

Array-in  “new”  əmrindən  istifadə  etməklə  yaradılır.  Birinci  array-in  tipi,  adı,  kvadrat 

mötərizələr, bərabərlikdən sonra “new” sonra array-in tipi, kvadrat mötərizə daxilində array-in sayı  və nöqtə 

vergül  yazılır.  Birinci  sətirin  altından  array  dəyişəninin  adı  kvadrat  mötərizədə  elementin  yerləşdiyi  sıra 

nömrəsi və bərabərlikdən sonra elementin özü qeyd olunur. 

 

Array-in sayı əvvəldə göstərilməlidir. Əvvəlcədən nəzərdə tutulmamış element əlavə etmək istəsəniz mütləq 



ümumi  array  sayında  dəyişiklik  etməlisiniz.  İstifadə  etdiyimiz  “.length”  metodu  array  daxilindəki 

elementlərin  sayını  göstərir.    Əgər  array-in  elemetleri  qeyd  olunmazsa  default  olaraq  elemetler  aşağıdakı 

dəyərləri qazanacaqlar. 

 

 



String – null 

 

boolean - false 




 

 

 



34

 

Char – ‘ \0 ’ 

 

integer, double, long, short(bütün rəqəm dəyişənləri) – 0 

 

Çoxölçülü Array 

Çoxölçülü array bir dəyərdən əlavə dəyərlərə sahib olması ilə fərqlənir. Dəyərləri verilmədikdə çoxölçülü 

array-də eynən tək ölçülü kimi default dəyərlərə sahib olur. Aşağıdakı şəkildə çoxölçülü array təsvir edilib. 

 

Əsasən çoxölçülü array koordinat nöqtələrinin(x, y) göstərilməsini tələb edən məsələlərdə istifadə edilir.  



 

Yuxarıdakı məsələdə iki koordinat nöqtəsinə uyğun olaraq Char elementlər daxil edilib. Daha sonra dövrdən 

istifadə edərək koordinatların avtomatik əldə olunmasını və  elementlərin yerləşdiyi koordinatdan çağırılıb 

ekrana verilməsini təşkil etmişəm.  

 

 



 

 

 



35

 

Built-in Java Packages 



 

Java-da  proqramlaşdırmaq  üçün  endirdiyimiz  JAVA  JDK(Java  Development  Kit)  tərkibində  Java  Runtime 

Enviroment(JRE) - Java-nın işləməsi üçün mühiti daşıyır. JRE-yə elə JVM(Java Virtual Machine)-də demək 

olar. Bütünlükdə Java-nın işləməsini təşkil edən parçalardır. Oracle Java-ya bir neçə ildən bir yeni əlavələr 

edir. Bu əlavələrdən olan JRE-nin tərkibindəki Built-in Java Packages (daxilində Java paketləri quraşdırılmış) 

hazır proqramlar təklif edir. Package elə bizim yaratdığımız “com.ZJAVAKITABI” paketi ilə eyni funksiyanı 

daşıyır. Oracle bəzi ümumiləşmiş məsələləri yenidən yazmamaq üçün  istifadəçilərə hazır yazılmış class-lar 

yəni  hazır  yazılmış  proqramlar  təklif  edir.  Hər  yenilənmədə  yaradılmış  paketlər  Oracle-ın  müəyyən 

səhifələrində yer alır. Aşağıdakı linkdə bizim endirdiyimiz SE8(Standart Edition –Standard buraxılış) yer alır.  

 

http://docs.oracle.com/javase/8/docs/api/



 

Səhifədə  solda  birinci  pəncərədə  paketlərin  siyahısını  görürsünüz  və  onun  altındakı  pəncərədə  paketlərin 

tərkibindəki class-lara baxa bilərsiniz. Sağ tərəfdə isə seçdiyiniz class-ın tərkibi izah edilir.  

Qeyd: Belə sual yarana bilər, əgər built-in package-lər varsa niyə Netbeans-də “com.ZJAVAKITABI” paketi 

kimi  solda  görünmürlər.  Bu  OOP-dən  yadınızdadırsa  Encapsulasiya-nı  xatırladır.  Proqramın  funksiyası  var 

amma  özü  görsənmir.  Hazır  class-ların  çox  olduğunu  nəzərə  alsaq  Oracle-ın  bu  üslubu  niyə  seçdiyini 

anlamaq çətin deyil. 



İmport 

Built-in  Package-lər  İmport(idxal  etmək,  daxil  etmək)  əmri  vasitəsilə  istifadə  olunur.  Çağırılmış  paketlərin 

tərkibində  funksiya  göstərməyə  hazır  proqramlar  və  tətbiq  olunmağı  gözləyən  method-lar  mövcuddur. 

Aşağıdakı misalda təqvim və tarixi əldə etmək üçün “java.util.java” paketindən istifadə olunmuşdur. 




 

 

 



36

 

 



İmport  –dan sonra  çağırmaq  istədiyiniz  paketin  adı  yazılır.  Paketin  adı  yazıldıqdan  sonra  onun  daxilindəki 

method-lar çağırılmağı gözləyir. Belə ki, bizdə sadə şəkildə “tarixdeyiseni”-nə həmin dəyərləri vermişik. Hər 

bir paketin və ya method-un istifadə olunma qaydası var. Bunlar Oracle-ın səhifəsində hər paket üzrə ayrıca 

izah edilmişdir.  

Access control(akses kontrol – girişin idarə olunması) 

Access  control    yazdığınız  class-ların,  onların  tərkibindəki  method-ların  və  ümumilikdə  yaratdığınız 

obyektlərin çağırılması və ya onlara müdaxilə olunması qaydalarını tənzim edir. Aşağıdakı cədvəldə public, 

private(prayvet-xüsusi) və protected(protektd-qorunan)  access control əmrləri təsvir edilib. 

 

Y-yes(bəli)      N-no(xeyr) 



Əsasən proqramlar private və ya public olaraq təyin edilir. Belə ki, public əmrini istifadə etsək proqram bütün 

siniflər üzrə açıq olur. Private sadəcə class daxilində proqramı istifadə olunmasını təmin edir. Digər pakage-

lər onu görmür.  Protected bir o qədər də istifadə olunmayan  əmrdir və demək  olar ki, public onu hər yerdə 

əvəz edə bilir. No modifier(modifayə) bəndində hər hansı bir əmr bildirilməzsə  o zaman pakage-in ümumi 

access control dəyəri avtomatik mənimsədilir.  

 

 



 


 

 

 



37

 

Method nədir? 



Method bir növ dəyişənə bənzəyir. Hər hansı bir dəyər ona verilmiş ada mənimsədilir. Aşağıdakı misalda 

method(); -un yazılış şəkli göstərilmişdir. Dəyişəndən fərqli olaraq method-un daxilindəki dəyər ondan 

aşağıda main-dən yəni əsas proqramdan ayrı amma eyni class-ın daxilində yazılır. Method yaratmaq üçün 

bizə 4 parametr lazımdır.  

1.

 



Access control – public, private, protected 

2.

 



Return type – void(method-dan nəticə qaytarmır), return(hesablayıb nəticə qaytarır) 

3.

 



Name – hər hansı bir ad verilir 

4.

 



Parameter – istifadə edəcəyi parametrlər(dəyərlər) 

 

 



Bildirdiyimiz  kimi  method-un  hesablama  hissəsi  main-dən  ayrı  yazılır.  İkinci  “public  static  int  method” 

yazılan hissədən başlayaraq izah edək. 

 

Method-da  class  kimi  access  control  əmrlərini  tələb  edir.  Method-un  public  olması  onun  bütün 



proqramlar tərəfindən çağırıla bildiyini göstərir.  

 



Static yazılması instansının olmaması deməkdir.  

 



Burada “İnt” return type-dır. Mötərizə daxilindəki dəyərlər integer tiplidir və return type-da istifadə 

olunacaqdır.  Return  özü  proqramın  sonunda  yazılmasına  baxmayaraq  qaytaracağı  nəticənin  tipini 

əvvəlcədən qeyd etməyi tələb edir.  

 



Sonra method-a ad verilir.  

 



Ad  veriləndən  sonra  mötərizə  açılır  parametrlərin  tipi  və  adı  yazılıb  mötərizə  bağlanır.  Mötərizə 

daxilində main body-də olan və method-da istifadə olunacaq parametrlər yazılır. Yuxarıdakı misalda 

a və b parametrləri götürülüb və onların tipi integer-dir. Əgər nəticə qaytarılmayacaqsa tipin yerinə 

void yazılır.  

Aşağıda return type-ı void ilə dəyişdirib fərqi göstərmişəm. Void yazıldığı zaman misalın tamamən dəyişməsi 

lazımdır. Dəyərlər hesablanıb geri qaytarılmayacağı üçün method-un funksiyasıda anlaşılmır və aşağısından 

qırmızı xətt çəkilərək səhv qeyd edilib.  



 

 

 



38

 

 



Void-dan aşağıdakı kimi düzgün istifadə etmək olar. 

 

Void-lə method yaratdığımız zaman method istifadə olunan yerdə öz dəyərini əks etdirir amma onu hər hansı 



bir hesablamada istifadə etmək olmur çünki dəyərinin hansı tip olması bəlli deyildir.  

 

Yüklə 213,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə