9
sonra orta həcmdə yük daşıya bilən avtomobilin seçimini həyata keçirir. Daha orta həcmli heykəl üçün traktor
göndərmir : )
Association(asosieyşn- əlaqə)
Obyektlər arasındakı hər hansı bir əlaqəyə association deyilir. Avtomobil obyekti və yol obyekti arasında
association var. Belə ki, avtomobil funksiya göstərmək üçün yoldan istifadə edir.
Aggregation(əqreqeyşn-hissələrin birləşdirilməsi)
Əlaqəyə sahib olmaq kimidə qəbul edilə bilər. Avtomobil funksiya göstərmək üçün daxilindəki motordan,
sükandan, təkərlərdən istifadə etməlidir. Bu cür əlaqəyə aggregation deyilir. Həm onlara sahibdir həmdə
funksiya göstərmək üçün əlaqə saxlayır.
Composition(kompozisiya)
Daxilindəki obyekt və ya obyektlərlə birgə funksiya göstərmək üçün əlaqə saxlayır. Buna misal olaraq bina
obyekti və otaqları arasındakı əlaqəni göstərmək olar. Təxmini belə məntiqlə çalışır motor avtomobilsiz ola
bilər amma otaqlar binasız ola bilməz. Eyni zamanda binanın yeri dəyişdirildikdə otaqlarında yeri avtomatik
dəyişdirilir. Bir-birlərinə bağlıdırlar.
10
Java-da yazmaq üçün silahlanmaq :)
JAVA-da yazmaq üçün bizə bəzi alətlər lazım olacaq. Java ORACLE(http://www.oracle.com) şirkətinin
məhsuludur və saytlarında proqramçılar üçün NetBeans redaktoru və JAVA JDK(Java Development Kit)-
Java İnkişaf Paketi pulsuz təqdim olunur.
http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html göstərilən ünvandan kompüterinizin
32/64 bit olmasına baxaraq sizə uyğun versiyanı paket şəklində endirə bilərsiniz.
Proqramı endirdikdən sonra üzərinə sağ düymə sıxaraq Run as administrator sətrini seçin. Kompüterin
administratoru kimi proqramları yükləyəndə əsasən yükləmə problemsiz başa çatır. Daha sonra şərtləri qəbul
edərək Accept(aksept-qəbul etmək) yükləməyə davam edin. Hər endirilən versiyada yükləmə fərqli ola bilər.
Sadəcə Finish(son) düyməsi çıxana qədər gözləyin.
Netbeans-lə tanışlıq.
Netbeans - də yeni proqram yazmaq istədiyinizdə sizə proqramın təklif etdiyi ilk olaraq yeni layihə
yaratmaqdır.
Yazacağımız proqramlar yaratdığımız layihənin tərkibində yer alacaqdır. Açılan pəncərədə bizdən nə tipli
layihə yaratmaq istədiyimiz soruşulur. Biz şəkildə göstərildiyi kimi kateqoriyalardan(Categories) Java və
layihələrdən(Projects) Java Application(Java Proqramı) seçirik. Sonra Next (növbəti) düyməsini sıxaraq
növbəti səhifəyə keçirik.
11
Layihəyə ZJAVA adını verirəm. Aşağıda Create Main Class qutusunu söndürün, məndə həmin hissənin
qarşısında "zjava.ZJAVA" yazısı var. Sonda Finish düyməsini sıxın.
12
İndi layihəmizə Java proqramı yazmaq üçün yeni fayl əlavə edək. Bunun üçün aşağıdakı şəkildə göstərildiyi
kimi
New File düyməsini sıxın.
Açılan pəncərədə kateqoriyadan Java və File Type(Faylın tipi) bölməsindən Empty Java File(Boş Java Faylı)
sətrini seçin.
Növbəti səhifədə artıq müəyyən mənada proqram yazılışına başlayırıq.
13
Salam Java proqramı
Class Name(Klas Neym - Sinfin adı) bura Salam proqramının adını yazmışam. Kompüterə əmr verirəm ki
mənim proqramımın adı Salam olsun.
Package(Pəkic-Paket) adı com.ZJAVAKITABI. Paket java proqramlarını bir arada qruplaşdırmaq üçündür.
Created File(Kreyted - Yaradılmış) hissəsində yaratdığınız faylın harada saxlanmasını təyin etdiyiniz
göstərilir.
Finish düyməsini sıxdıqdan sonra Netbeans-də sol tərəfdə proqram faylının direktoriya üzrə necə yerləşməsi
təsvir olunub.
14
Salam.java proqramını seçdikdən sonra aşağıda göstərildiyi kimi sətirləri daxil etməyə çalışın.
Aşağıda proqramın strukturunu nələrin təşkil etdiyini səthi izah etmişəm. İlk baxışda qarışıq görünsə də
zamanla bütün sətirləri özünüzə lazım olacaq şəkildə dəyişdirə biləcəksiniz.
Package
Proqramları qruplaşdırmaq, Class proqrama ad vermək və onu sinifləndirmək üçündür. OOP-də izah
etdiyimiz proqramı çağırmaq həmin bu Class-la bağlıdır. Proqram boyunca harada salam vermək istəsək
Salam class-nı çağırıb salam verdirəcik :)))
public static void main (String [] arguments)
Bu sətri sadəcə əzbərləyin. Java-da yazacağınız proqramlar əsasən belə başlayacaq. OOP tipli proqram
yazdığımıza görə artıq bilirsinizki bir layihənin tərkibində çoxlu proqramlar ola bilər. Fərz edək ki, layihəni
yazdıq və bir icon(ikona) şəklinə gətirdik və üzərinə sıxdığımızda sizcə ZJAVA layihəmiz hansı proqramı
işlətməlidir. Bu zaman java sətirləri daxilində harada Main(Meyn - Əsas) sözü ilə proqram qeyd olunubsa
həmin proqramı birinci başladır. İlk başlanacaq proqramı class daxilində "public static void main (String []
arguments)" kimi qeyd edirsiniz.
Public
Public(pablik-ictimai) yaratdığınız obyektin digər proqramlar tərəfindən istifadə olunması və çağırılması
üçün açıq olduğunu bildirir. Gizli deyil, ictimaiyyətə açıqdır.
Static
Static (static-sabit, dəyişməyən) instance-ı olmayan və dəyişdiyi zaman hər bir bağlantısına təsir
edən class-ı bildirir. Instance-la çağırıla bilmir. Instance OOP-də ətraflı izah edilir.
Void
Heç bir dəyər geri qaytarmır. İxtisara salır.
String arguments
Bu hissə Netbeans-dən istifadə etmədən CMD vasitəsi ilə Java proqramlarını compile etmək üçün istifadə
olunur. Netbeans işlətdiyimiz üçün bu hissəni ətraflı öyrənmirəm.
String
Basic-də izah etdiyimiz "$" işarəsi kimi dəyişəni təyin edir. String-in qarşısına nə yazsaq o dəyişən
müvəqqəti olaraq özünə yazı, rəqəm və başqa mümkün işarələri mənimsədə, yəni o dəyəri daşıya bilər.
String-in bu dəfə ki dəyişəninə "salamlama" adını vermişəm. Artıq “salamlama” = "Salam dünya!".