96
ançaus kilkəsinin ehtiyatı son 8 ildə kəskin olaraq dəyişir. Belə
ki, 1988-ci ildə 756 min ton, 2000-ci ildə - 600, 2002-ci ildə -
372 min ton, 2004-cü ildə isə, cəmi 162 min tona bərabər ol
muşdur. Bununla belə, indi də Xəzərdə ovlanan kilkələrin çoxu
ançausun payına düşür. Məsələn, 1960-cı ildə 303 min sent,
adi kilkə, 1749 min sent, ançaus tutulmuşdur (Qasımov, 1979).
Olduqca maraqlıdır ki, əsrlər boyu Xəzərdə aşıb-daşan
kilkələr, 20-ci yüzilliyin 30-cu illərinə kimi balıqçıları maraq
landırmamışdır və ov obyekti sayılmamışdır. Xəzərdə ovlanan
balıqların statistik arayışlarında kilkə ilk dəfə 1931-1935-ci
illərdən qeyd olunur. Əgər 1935-ci və 1940-cı illərdə cəmi 60
min sent, kilkə tutulmuşdursa, bu rəqəm 20 ildən sonra 1224
min sent.-ə çatmışdır (Gül, 1967). Əgər Xəzəryanı respubli
kaların birgə ovladıqları kilkələrin kütləsini nəzərə alsaq, onda
məlum olar ki, son 20-25 ildə Xəzərdə tutulan balıqların 70-
80%-ni kilkə təşkil edir. Necə deyərlər, «Varlığa nə darlıq», kil-
kəni balıq saymamışlar. On illərlə, milyon tonlarla ovlanan kilkə-
nin 90-95%-i «balıq unu» üçün istifadə olunmuşdur, özü də ne
cə? Balıq zavodları, vətəgələr, anbarlarda yüz min tonlarla kilkə
çürüyər, qoxardı. Əslində öz keyfiyyətinə, dadına, həzm olunma
və başqa xüsusiyyətlərinə görə kilkə, heç də o biri balıqlardan
əskik deyildir. Atlantik okeanı sahilləri, Baltik dənizi dövlətləri
ançaus, şprot ovuna görə dəfələrlə müharibə etmək dərəcəsinə
qədər mübahisələr etməli olduqları halda, demək olar ki, eyni
balıqları Xəzərətrafı regionlarda qiymətsiz sayıb, zay etmişlər.
Başqa sərvətləri kimi Xəzərin kilkə balıqları da soyuqqanlılıqla
talan edilmişdir.
1960-cı illərdə Salyan reydində, Pirsağat buxtasında 500-
600 kilkə ovlayan gəmi toplanardı. Hətta, öz sahəsinə görə,
dünyada ançausun zəngin yeri - Çili sahilləri də Xəzər qədər
kilkə yetirməmişdir.
Azərbaycanın Xəzər payında başqa iri vətəgə əhəmiyyətli
97
balıqlar yox dərəcəsində olduğu halda, kilkə ehtiyatı yenə də
az deyildir. Bununla belə, indi də, Xəzərdən istifadə məsələləri
elə quraşdırılır ki, başqa dövlətlərin nəhəng, özü də mütərəqqi,
müasir ov ləvazimatları ilə təchiz olunan kilkə gəmiləri bizim su
ları «ələkdən» keçirsin!
Əgər bizim balıq sənayemiz kilkəni şprot kimi emal etmə
yə qadir olsa, biz çox-çox qazanar, ərzağa, zülala olan ehtiya
clarımızı qismən ödəyər, valyuta qazanarıq. Ərzaqdan korluq
çəkən əhali vaxtı ilə əfsanəvi balıqlar məkanı (özü də necə ba
lıqlar?) sayılan Bakı şəhəri indi kilkəni baha qiymətə də ala bil
mir. Bu faciədir, bağışlanmaz günahdır. Əmin ola bilərik ki, tək
cə bir-iki seyner ovladığı kilkə ilə Bakını təmin edə bilər.Axı Az
ərbaycan suları heç olmasa kilkəyə görə yenə də zəngindir!
Torpaq əkilmir, məhsul becərilmir, orda-burda hasil olan sərvət
toplanmır, Xəzərdə də kilkə ovlanmır. Təbii sərvət lazımınca qo
runmadığı kimi,istehsal da edilmir.Tanrı Özü yetsin imdadımıza!
Qızılağac körfəzlərinin balıq ehtiyatı barədə bir neçə söz
Qızılağac körfəzlərində məskunlaşan balıq növləri və on
lardan bir neçəsinin yayılması, çoxalması və b. məziyyətlər ba
rədə qısa izahat verilmişdir. Etiraf etmək lazımdır ki, körfəzlərin
çoxsahəli əhəmiyyətlərindən, hər birimizi ən çox maraqlandıran
cəhətlərdən biri, onların balıq ehtiyatı, ümumiyyətlə bioloji məh
suldarlıqla əlaqədar olan yönümün açıqlanmasıdır. Haqqında
danışılası məsələ xüsusi mövzu olsa da, bu barədə də qısa mə
lumat verməyi zəruri sayırıq.
Balıq ehtiyatı dedikdə, təkcə iri balıqlar (yetkin) nəzərdə
tutulmur. Bütün canlı aləmin ehtiyatı, törədici və körpələrin vəh
dətindən ibarətdir. Bildiyimiz kimi, körpələr daha davamsız, incə
və xarici mühitin amansızlıqlarına qarşı tabsız olurlar. Heç də
təsadüfi deyildir ki, 100 min, bir milyon və daha çox mayalanan
kürülərdən 1-5 (çox halda 0,3) faiz ruzigarın kəhkəşanından ke
98
çib nəsil verə bilir. Su mühitində çarəsiz sürfə, körpələrin yüz
lərlə qənimi, təbii düşməni cövlan edir, onları hər an, gecə-gün
düz təhlükə haqlayır. Təsəvvür edək: nərə balıqlarının yetkin
mərhələyə çatması üçün 8-18 il tələb olunur. Deməli, orta he
sabla, 4000-5000 gün, hər günün 24 saatı, hər saatın 60 dəqi
qəsi, onun da 60 saniyəsi bir kiçik məxluq üçün təhlükədir. Bi
çarə balıq körpələrinin vəhşi, yırtıcı, acgöz düşmənlərindən baş
qa, axı onların da xəstəlikləri vardır. Bundan başqa, balıq kör
pələrinin ərsə yetməsi üçün mühit də sağlam, zərərsiz olmalı
dır. Bəs onların qida problemləri? Təbiət hər növ balıq körpəsi
nin yaş mərhələsinə uyğun ayrıca qida-yem «təyin» etmişdir. O
biçarələrin dayəsi, nazını çəkən yoxdur. Onların normal mühit
dən, zəruri şəraitdən, həyat amillərindən məhrum olunmasında
bizim, təbiətin ali şüurlularının günahı çoxdur, hələ üstəlik balıq
qıtlığından ahu-zar edir, təbiəti, çox vaxt elə balığın özünü də
lənətləyirik.
Hər bir hövzənin, o cümlədən Qızılağac körfəzlərinin balıq
ehtiyatını təyin etmək üçün dəqiq müşahidələr aparılmalıdır. Bu
məqsədlə ovlanan balıqlar, onların növ, yaş tərkibi, həmçinin
körpə balıqların miqdarı, müxtəlif yaş mərhələlərinə mənsub
olan ixtiofaunanın bir-birinə nisbəti və b. cəhətlər nəzərə alın
malıdır.
Qızılağac körfəzlərində göstərilən şərtlərə əməl olunmaqla
yerinə yetirilən tədqiqatlar çox azdır. Bununla belə, bizə məlum
olan, körfəzlərin balıq ehtiyatına aid tədqiqatlardan Z.M.Quli
yevin (1989) və H.S.Abbasovun (1972) nəticələrinə istinad olu
nur. Əvvəlcədən demək lazımdır ki, həmin müəlliflərin göstər
dikləri rəqəmlər müasir vəziyyəti əhatə etmir. Şübhəsiz son il
lərdə Xəzərin, o cümlədən də körfəzlərin su balansında əmələ
gələn dəyişikliklər və başqa cəhətlər balıq ehtiyatına təsir gös
tərmişdir. Ona görə, aşağıda göstərilən statistik məlumatlar,
körfəzlərin balıq ehtiyatının səciyyələndirilməsində ümumi tə
99
səvvür yaradır. Böyük Qızılağac körfəzində qeyd olunan balıq
lar əsas 4 qrupa bölünürlər;
1. İl boyu körfəzdə məskunlaşan balıqlar (çəki, kefal, ate-
rina, xul, iynə balığı və b.);
2. Yaz vaxtı Kiçik Qızılağac körfəzinə kürüləmək üçün
toplaşan balıqlar (ziyad, külmə, çapaq, qarasol, şamayı, sıf və
b.). Həmin balıqlar üçün Böyük Qızılağac körfəzi, bir növ, tranzit
yol-ərazi rolunu oynayır;
3. Böyümək üçün körfəzdə məskunlaşan balıqlar (həşəm,
ağgöz, nərə, uzunburun, bölgə, siyənəklər, durna balığı və b.);
4. Körfəzə təsadüfən daxil olan balıqlar (naqqa, dəniz sıfı,
ilanbalıq, şirbit və b.).
Z.M.Quliyevə görə, yaz mövsümündə Böyük Qızılağac
körfəzində əsasən yaşlı balıqlar cəmləşir. Payız aylarında isə
vətəgə balıqlarının körpələri çoxluq təşkil edir. Balıq körpələrinin
böyük körfəzdə məskunlaşması yayın əvvəllərinə təsadüf edir.
Külmə, çəki körpələri sahil dayazlıqlarında məskunlaşır. Ziyad,
şamayı körpələri dayaz yerlərdə az vaxt keçirir və əsasən kör
fəzin mərkəzinə, nisbətən dərin yerlərə yayılırlar.
Məlum olmuşdur ki, Böyük Qızılağac körfəzində vətəgə
əhəmiyyətli balıqların bu və ya başqa növünün üstünlük təşkil
etməsi daimi xarakter daşımır. Ancaq külmə, çəki balıqları ovla
nan məhsulun əsas hissəsini təşkil edirlər. Ziyad balığı isə illər
üzrə azalır-çoxalır (cədvəl 10).
Cədvəldən
görünür
ki,
kefal
balığı
nəzərə alın
mamışdır. Lakin, körfəzdə ovlanan karp ailəsinə mənsub vətə
gə balıqları (külmədən sonra) ikinci yer tutması barədə istəni
lən qədər məlumat vardır. Məsələn, 1963-cü ilin iyul ayının so
nunda birdəfəlik süzmə torla ovlanan balıqların 90%-nin kefal
balıqlardan ibarət olması göstərilir (Quliyev, 1989). Həmin ilin
oktyabrında da kefal balığının ümumi balıqlara nisbətən 83%
təşkil etməsi qeyd edilmişdir. Əgər kefalın da miqdarını, çəkisini
Dostları ilə paylaş: |