Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə22/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

84
yaratdığı  xüsusi  quldur  dəstəsinin  «mühafizəsi»  altında  balıq 
zavodu  üçün  guya  törədəcilər  tədarük  edən  zaman  yaxaladıq. 
Əvvəla,  «qoçular»  bura  özgələrin  gəlməməsi,  bu  həngaməni 
görməməsi  üçün  təhkim  olunmuşdular.  Sonra  məlum  oldu  ki, 
əsil  məqsəd,  direktorun  bəd  əməllərini  başqalarının  görməsinə 
imkan  verməmək  olmuşdur.  Bəli,  «dərə  xəlvət,  tülkü  bəy!»  Biz 
şahid  olduq  ki,  balıq  artırmaq  adı  ilə  ovlanan  törədicilər  kiçik 
körfəzə  keçən  şlyuz  astanasında  kütləvi  şəkildə  tutulub  çeşid- 
lənərək  xaral-kisələrə  doldurulub,  açıq  havada  koma-koma 
yığılıb  və  minlərlə  balıq,  rəhmətlik  Sabir  demişkən  «çoxdan 
ölübə».  Cinayətkar  direktor  etiraf  etdi  ki,  bu  gördüyünüz  balıq­
lardan  kürü  alınacaq!  Dünya  təcrübəsində,  tarix  boyu  heç  bir 
«müdrik-cüvəllağı»  ölü  balıqdan  yaşamağa  qabil  olan  kürü  ala 
bilməmişdir.  Əgər  balıqartırma  təsərrüfatının  direktoru  ölü  ba­
lıqla  diri  balıq  arasında  olan  fərqi  bilmirsə,  onda  belə  təsərrüfat 
barədə söhbəti  bitmiş  hesab  etmək  lazımdır.
Azərbaycan  sahilləri,  xüsusi  ilə  Kür  çayı  mənsəbi,  Qızıla- 
ğac  körfəzi,  balıq  sərvətinin  zənginliyi  ilə  Xəzərin  başqa  ərazi­
lərindən fərqlənmişdir.
Səciyyəvidir ki,  hələ  Çar imperiyası  dövründə  Rusiyada  ix- 
tiologiya  elmi  əsasən  Azərbaycanda  inkişaf  etməyə  başla­
mışdır.  Təsadüfi  deyildir  ki,  Azərbaycan,  Neftçala  bölgəsinin 
Bankə  qəsəbəsi  nərə  balıqlarının  tədqiqi  üzrə  dünya  ixtio- 
loqlarının  «Məkkəsi»  sayılır.  Rəsmi  olaraq  burada  -   1912-ci  il­
də,  ölkədə  ixtiologiya  elminin  banilərindən  biri,  Azərbaycanda 
bu  elmin  tərəqqisində,  elmi  kadrların  hazırlanmasında  əvəzsiz 
xidmətləri  olan  akad.  N.A.Derjavinin  təşəbbüsü  ilə  elmi  idarə 
yaradılmışdır.  Bu  fədakar  alimin,  onun  işgüzar tələbələrinin  Cə­
nubi  Xəzərin,  Kür-Araz  çaylarının  balıqlarının  geniş  miqyaslı 
tədqiqi,  dünya  ixtiologiya  elmində layiqli  yer tutur.  Azərbaycanın 
su  hövzələrinin  ixtiofaunasının  tədqiqində  ixtioloq  alimlərimiz­
dən  Y.Ə.Əbdürəhmanovun  (1962),  Ə.Nəbiyevin,  R.Qayıbova-
85
nın  (1967),  H.Abbasovun  (1972),  Z.Quliyevin  (1961;  1989; 
2002),  Ə.Ağayarovanın  (1967),  Ş.Bağırovanın  (2003)  və  b.  Bö­
yük xidmətləri vardır.
Xəzərdə,  Qızılağac  körfəzində  baş  verən  təzadlar,  Kür  və 
Araz  çayları  məcrasının  bəndlərlə  kəsilməsi  və  b.  səbəblərlə 
əlaqədar  olaraq,  Cənubi  Xəzərin  keçici  və  yarımkeçici  vətəgə 
balıqlarının  ehtiyatının  kəskin  dərəcədə  azalması  təhlükəsi  ya­
randı.  Vəziyyətdən  çıxmaq  üçün  Kür  hövzəsində  bir neçə  balıq- 
artırma  zavod-təsərrüfatları  yaradıldı.  Elmi  əsaslara görə  bu  za­
vodlar  müxtəlif  növ  qiymətli  balıqların  bioloji,  fizioloji  xüsusiy­
yətlərinə  müvafiq  şəkildə  təşkil  edilmişdir.  Məsələn,  Kür  qızıl- 
balığı  körpələrini  almaq  üçün  saf,  duru  və  sərin  axarlı  Çaykənd 
(Göy-göl  rayonu)  və  Çuxur-Qəbələ  (Qəbələ  rayonu)  qızıl  balıq 
zavodları  fəaliyyət  göstərmişdir.  Nərə  balıqları,  pullu  balıqlar 
üçün  də xüsusi  təsərrüfatlar fəaliyyət göstərmiş  və  hövzəyə  hər 
il  milyonlarla  balıq  körpələri  buraxılmışdır.  Bir  sözlə,  regionun 
balıq  ehtiyatının  bərpası  və  mümkün  qədər  sabit  saxlanması 
üçün  xeyli  işlər  görülmüş  və  böyük  zəhmətlər  çəkilmişdir.  Biz, 
onların fəaliyyətini  izah  etmək  imkanına  malik  olmasaq  da,  haq­
qında 
məlumat  verdiyimiz 
akvatoriyalara 
xas  olan 
və 
sularımızın  başlıca  sərvəti  sayılan  balıqlar  barədə  söhbətimizi 
davam  etdirməyi  məsləhət bildik.
Öncə  qeyd  etmək  lazımdır  ki,  hələ  əsrimizin  əvvəlində,  bi­
osfer  indiki  vəziyyətinə  nisbətən,  demək  olar  ki,  öz  təbiiliyini 
saxlayan  dövrlərdə  məşhur  fransız  ekoloqu  Farb  yazmışdır: 
«Şübhə  etmək  olmaz  ki,  elmi  tərəqqinin  inkişafı,  insanların  ar­
tımı,  xammala,  qida-ərzağa  və  enerjiyə  olan  tələbat,  insanın  tə­
biətə  mənfi  təsirini  gücləndirəcək.  Ona  görə,  fauna-floranın 
qorunması  tədbirləri  ilə  yanaşı,  mövcud  canlı  aləmin  hər  re­
giona  gözəllik,  maddi  bünövrə,  cəmiyyətin  gün-güzəranına  gə­
rəkli  sayılan  sakinlərini  kitablarda,  oçerklərdə  işıqlandırıb,  gələ­
cək  nəsil  üçün  vərəsəyə  çevirin».  Həqiqətən,  elə  doğma  Azər­


86
baycanda  bir  çox  meyvə,  tərəvəz,  bostan  bitkiləri,  heyvan  nö­
vləri  yaşlı  soydaşlarımızın  hafizəsindədir,  cavanlarımız  onları 
görməmişlər.  Qızılağac  körfəzində  də  son  35-40  ildə  bir  neçə 
qiymətli  balıq  növü  qeyb  olmaq  üzrədir.  Məsələn,  bakılıların 
(Abşeronda)  sevimli  berşi  (dəniz  sıfı),  ağgöz  balıq  çoxdan 
görünmür.  Məhz,  ilk  növbədə,  yaddaşlarda  qalmaq  üçün,  həm­
çinin  onların  mühafizəsi  qayğısına  qalanların  «tapılmasına» 
ümidimizi  itirmədiyimizə  görə,  sularımızın  qanuni  sakinlərindən 
sayılan  bir neçə  qiymətli  balıq növlərini  qeyd edək.
Bölgə.  Xəzərin  canlı  aləminin  ən  nəhəng  nümayəndəsi 
bölgədir.  Əsil  keçici  balıq  olan  bölgəyə,  dünya  okeanının  yalnız 
Xəzər,  Qara,  Azov və  Adriatik  hövzələrində təsadüf olunur.  Əs­
lində  bölgənin  təbii  ehtiyatı  Xəzərdə  məskunlaşıb.  Bölgə  çoxal­
maq  üçün  Volqa,  Kür,  Ural  və  Terek  çaylarına  keçir.  Bununla 
belə,  Volqa  hövzəsi  bölgənin  əsas  kürüləmə  ərazisi  sayılır. 
Bölgə  uzun  ömürlü  olmaqla  (120  ilə  qədər  ömür  sürür),  12-18 
yaşlarında  cinsi  yetişkənliyə  çatır.  Xəzərdə  ovlanan  bölgələrdən 
1,5 ton  çəkiyə  çatan,  225  kq-a  qədər kürü  verən  balıqlar olmuş­
dur.  Maraqlıdır  ki,  bizim  sularda  ən  iri  bölgə  1958-ci  ildə  Lən­
kəran  sahillərində  ovlanmışdır  (1200  kq).
Ədəbiyyat  məlumatlarına  görə  Kür  çayına  keçən  bölgələr 
Volqa  çayında  qeyd  olunan  bölgələrdən  nisbətən  kiçik  olur.  Gö­
rünür,  çay  məcrasında  suyun  həcmi  və  dərinlik  bu  nəhənglər 
üçün  müəyyən  şərt  sayılır.  1965-ci  ilin  aprel  ayının  26-da  növ­
bəti  ekspedisiya  gəmimiz  Şimali  Xəzərin  Böyük  Mirvari  adası 
əhatəsində  lövbər  saldı.  Səhər  açılanda  gəimimizin  qonşulu­
ğunda suyun  burulğanı,  çarpalanması,  fəvvarə-ləpələnməsi  diq­
qətimizi  cəlb  etdi.  Məlum  oldu  ki,  kiminsə  bu  ərazidə  qurduğu 
tor-qarmaq  qarışıqlı,  qadağan  edilmiş  ov  aləti  (kalada)  nəhəng 
balığı  əsil  mənada  kəməndə  salıb.  3-4  saat  mübarizədən  sonra 
balıq  taqətsiz  süstləşdi,  qayıqla  yan  alıb  gördük  ki,  qarmaqlar 
balığın  baş,  qarın  nahiyyəsində  iri  yaralar  açmış,  qan  axımı  da­
87
vam  edir.  Mühərrikli  qayıq  çox  çətinliklə  balığı  yedəkləyib  gəmi­
yə yaxınlaşdı.  Gəminin  elektriklə  işləyən,  5 t.  qaldırıcı  kranı  balı­
ğı göyərtəyə  qaldırdı.  Fürsətdən  istifadə  edib,  bu  nəhəng,  bizim 
üçün  əfsanəyə  bənzər  məxluğun  bir  neçə  ölçü,  çəki  vahidlərini 
qeyd  etdik:  uzunluğu  4m  29  sm,  386  kq  təmiz  ət,  qara  ciyəri  15 
kq,  başının çəkisi  33  kq,  ağzının  diametri  63 sm.
Rəsmi  sənədlərdə  iri  bölgələrin  4,5-5  m-ə  çatması  göstə­
rilir.  Səciyyəvidir  ki,  70  il  öncə,  Xəzərdə  100  min  baş  bölgənin 
ovlanması  adi  hal  sayılmışdır.  Bu  balıqların  körpəsi  bentik  or­
qanizmlərlə  qidalansa  da,  iri  bölgələr  Xəzərdə  amansız  yırtıcı 
həyat  sürür.  Bunların  çoxalması  2-3  ildən  bir  baş  verir,  başqa 
növ nərə  balıqları  ilə  hibrid verə  bilir.
Göründüyü  kimi,  böyük  vətəgə  əhəmiyyətinə  malik  olan 
bu  qiymətli  balıq,  bizim  dövrümüzdə sayca xeyli  azalmışdır.
Azərbaycanın  əhatə  sularında,  xüsusi  ilə  Kürətrafı, 
Qızılağac  körfəzi  akvatoriyalarının  özünəməxsus  bölgə  sürüləri 
olmuşdur.  Ərazimizdə  bölgənin  ehtiyatını  saxlamaq  üçün  Kur 
sahilində xüsusi  balıq  zavodu fəaliyyət göstərmişdir.
Ziyad (kütüm).  Azərbaycanın  ərazi  sularında  üstünlük  tə­
şkil  edən  balıqlar  içərisində  ziyad  müstəsna  əhəmiyyətə  malik­
dir.  Bioloji  xüsusiyyətlərinə və  tutduğu  mövqeyə görə ziyadın  ən 
böyük  populyasiyası  Cənubi  Xəzərin  qərbində,  xüsusi  ilə  Qızıl- 
ağac  körfəzi  regionunda  məskunlaşmışdır.  Səciyyəvidir  ki,  tarix 
boyu  ziyad  Qızılağac  körfəzinə  aid  çaylarda  artıb-çoxalmışdır. 
Kür  çayı  kimi  iri  məcralı  axar,  nədənsə  ziyad  üçün  əsas  kürü­
ləmə  məskəni  sayılmamışdır.  Ziyad  yarımkeçiricilərə  aiddir,  küt­
ləvi  kürüləmə  vaxtı,  aprel-may  aylarına  təsadüf  edir  (fevral- 
martda  da  ola  bilir).  Ziyad  90-280  min  kürü  verir,  törədicilərin 
çəkisi  1,5-2  kq-a  (bəzən  3-3,5  kq)  çatır.  Ziyad  balıqlarının  kürü­
ləmə  yerlərində  bitki  substratlarının  olması  zəruri  şərtdir.  Çünki, 
bu  balıqların  yapışqanlı  kürüləri  bitki,  kol-kosun  gövdə-budaq­
larına  yapışıq  halda  inkişaf  edir.  Görünür,  elə  bu  xassələrinə


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə