Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə30/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

116
axırlarına  kimi  olan  müddətdə  körfəzdə  fitoplanktonun  intensiv 
inkişafı  müşahidə  edilmişdir.  İlkin  üzvi  maddələrin  kəmiyyət 
göstəriciləri  ilin  fəsillərində  yüngül  dərəcədə  dəyişsə  də,  bit­
kilərin  vegetasiyasına  xas  olan  mövsüm  dəyişgənliyi  kəskin 
müşahidə  olunmur.  Səciyyəvidir  ki,  keçən  əsrin  60-70-90-cı  il­
lərində  fitoplanktonun  ilkin  məhsulunun  artması  qeyd  edildiyi 
halda  son  illərdə,  əksinə  -   azalma  nəzərə  çarpır (şəkil 4).
Əvvəlki  illərdə  aparılan  tədqiqatların  nəticələri  ilə  mü­
qayisədən  məlum  olur  ki,  hövzə  yenə  evtrof sayılsa  da,  hazırda 
yosunların  fizioloji  aktivliyi  mövsümlər  üzrə  dəyişilir.  Xüsusilə 
ümumi  qanunauyğunluqdan  kənar  görünür  ki,  yay  fəslində  fi- 
toplankton  kəskin  dərəcədə  süstləşir.  2004-cü  ilin  qış,  yaz,  yay 
və  payız  fəsillərində  aparılan  müşahidələrimizdən 
aydın  ol­
muşdur 
ki, 
bitki  aləminin  (əksərən)  vegetasiya  dövrünün 
intensiv  mövsümü 
kimi  səciyyələnən  yay  aylarında  fitop­
lanktonun  inkişafı  xeyli  zəifləşir.  Həmçinin,  müəyyən  olunmuş­
dur  ki,  Kiçik  Qızılağac  körfəzində  yosunların  (plankton)  fizioloji 
aktivliyinə  mənfi  təsir  göstərən  amillər  içərisində  əsas  iki  faktor 
daha  kəsərlidir.  Onlardan  birincisi  -   körfəzdə,  fevralın  sonu, 
martın  əvvəlindən  kütləvi  şəkildə  inkişafa  başlayan  ali  su  bit­
kiləri  tərəfindən  suda  olan  biogen  elementlərin  mənimsənil­
məsidir  (Salmanov,  1987;  1999).  İkinci  amil  isə  körfəzin  həm  su 
qatları  və  həm  də  dib  çöküntülərində  üzvi  maddələrlə  zəngin­
ləşmə sayəsində mikrobiotanın  sürətlə  inkişaf etməsidir.
117
7
6
5
4
3
2
1
0
1965
 
1985
 
1991
 
2004
Şəkil  4.  Kiçik Qızılağac körfəzində ilkin üzvi
aramsız təminat maddələrin illər üzrə 
dəyişilməsi (yay fəsli)
Maraqlıdır  ki,  üzvi  maddələrin  (avtoxton  mənşəli)  azalması 
heç  də  hövzədə  üzvi  substratın  qıt  olması  kimi  dərk 
edil­
məməlidir.  Belə  ki,  bixromat  oksidləşməsi  üsulu  ilə  aparılan 
analizlər  göstərmişdir  ki,  Kiçik  Qızılağac  körfəzi  ye-nə  də  üzvi


118
maddələriə  zəngin  hövzə  sayılır  (Salmanov,  1985;  1999). 
Bununla  belə,  körfəzdə  bioloji  məhsuldarlığın  for-malaşması, 
xüsusilə  vətəgə  əhəmiyyətli  balıq  növlərinin  inkişafı  və  məhsul 
verməsi  qanunlarının  pozulması  inkar  olunmaz  hə-qiqətdir 
(Abiduyeva,  2000;  2003;  Boqdanova,  2003;  Bonin  Patricia, 
2002
).
Cədvəl  12
Kiçik Qızılağac körfəzində fitoplanktonun ilkin məhsulunun illər 
üzrə dəyişilməsi (mq  C/l, yay fəsli)

Müşahidə aparılan stansiyalar
1965
1975
1985
2005
1.
Bəndin cənub hissəsi
2,3*
4,6
5,8
3,1
2
.
2-ci Nərimanabad qəsəbəsi
2,1
3,9
4,7
2,1
3.
Qumbaşı çayı vadisi
3,7
4,7
5,6
4,1
4.
Körfəzin m ərkəzi
2,9
3,7
4,8
2,1
5.
Nərimanabad-Təzəkənd xətti- 
mərkəzi
2,3
3,9
4.1
2,0
6.
Qəza kanalı sahəsi
2,4
3,7
4,0
2,1
Orta
2,6
4,0
5,0
2,6
Qeyd:  * -  Bütün  nəticələr statistik işlənmişdir 
və P  <  0,048.
Kiçik  Qızılağac  körfəzini  səciyyələndirən  cəhətlərdən  biri 
də  odur  ki,  yosunların  ilkin  məhsulunun  fəsillər  üzrə  göstə­
ricilərində  qış  və  yay  mövsümü  çox  oxşar  rəqəmlərlə,  demək 
olar ki,  eyniləşir (cədvəl  13.,  şəkil  5).
Başqa  sözlə,  suyun  termostat şəraitinə  bənzər dərəcədə 
qız-ması  (28-32°C),  zəngin  üzvi  substratlarla  mikrobiotanın 
fizioloji  aktivliyinə  zəmin  yaradır,  mühitdə  oksigen  məsrəfi 
yüksəlir,  me-tabolitiki  məhsulların  çoxalması  baş  verir  ki,
119
nəticədə  aerob  tənəffüslü  bakterioplanktonun,  o  cümlədən  də 
fitoplanktonun  in-kişafı  zəifləşir.  Göstərilən  vəziyyət  Kiçik 
Qızılağac 
körfəzində 
yaranan 
ekoloji 
təzad 
kimi 
qiymətləndirilməlidir. 
Son 
20  ildə  yayda  kiçik  körfəzdə 
fitoplanktonun  ilkin  məhsulu  2  dəfə  azal-mışdır  (cədvəl  12).
Cədvəl  13
Fəsillər üzrə  (2004)  Kiçik Qızılağac körfəzində fitoplanktonun 
fotosintezində əmələ gələn ilkin üzvi 
_________  
maddələrin miqdarı  (mq  C/l)  _____________
Stansiya
Qış
Vaz
Yay
Payız
1
1,4±0,04
3,3±0,16
1,6±0,05
5,1 ±0,25
2
2 ,6±0,10
4 ,1±0,20
2,4±0,10
7,1 ±0,25
3
2,4±0,11
4,5±0,21
2,6±0,08
6,8±0,31
4
1,9±0,08
3,4±0,14
2,3±0,09
4,4±0,22
5
2,2+0,11
4,5±0,21
2,9±0,11
5,7 ±0,19
6
2,3±0,10
3,9±0,18
2,4±0,10
4,0±0,13
Orta
2,2
4,0
2,4
5,7
%
15
28
16
39
Şəkil  və  cədvəldən  aydın  görünür  ki,  körfəzdə  qış  və 
yay  aylarında  ilkin  üzvi  maddələrin  miqdarı  yaz  və  payızda 
əldə  edilən  göstəricilərdən  təqribən  2-3 
dəfə  azdır.  Həmçi­
nin  cədvəl  13-də  və  şəkil  5-də  göstərilən  rəqəmlərdən  aydın 
olur  ki,  Kiçik  Qızılağac  körfəzində  fitoplankton  tərəfindən  əmələ 
gələn  ilkin  üzvi  maddələrin  təqribən  75%-i  yaz  və  payız  ay­
larının,  qalan  25%-i  isə  qış  və yay  aylarının  payına  düşür.  Qeyd 
etmək  lazımdır  ki,  ekoloji  cəhətdən  sabit  vəziyyətdə  olan  su 
hövzələrində  ilkin  üzvi  maddələrin  50%-dən  çox  hissəsi  yay 
aylarında sintez  edilir.  Çünki,  ümumiyyətlə, filogenetik  baxım­
dan,  fitoplanktonun  vegetasiyası  uzun  müddətli,  işıqlı  yay  ay­


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə