Z. M. Quliyev amea-nın Mikrobiologiya institutunun



Yüklə 18,53 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix07.04.2018
ölçüsü18,53 Kb.
#36306
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

52
53
ktonun  sayı  və  biokütləsi  qeyri-sabitdir  və  ekosistemə  təsir 
edən  faktorlara  daha  çevik  cavab  verir  -   dəyişkən  vəziyyət­
dədir.  Bizim  tədqiqatların  nəticələrindən  məlum  olmuşdur  ki, 
son  20  ildə  hər iki  körfəzdə fitoplanktonun fotosintezi  sayəsində 
əmələ  gələn  ilkin  üzvi  maddələrin  miqdarı  iki  dəfədən  də  çox 
artmışdır  (növbəti  bəhsdə  ayrıca  qeyd  edilir).  Ona  görə  etiraf 
etmək olar ki,  ərazidə hal-hazırda fitoplanktonun  həm  sayı,  həm 
də  biokütləsi  20-25  il  öncə  qeyd  olunan  göstəricilərdən  əsaslı 
surətdə fərqlənir.
Qızılağac  körfəzinin  bioloji  məhsuldarlığının  formalaş­
masında,  xüsusilə  flora  tərəfindən  əmələ  gələn  ilkin  üzvi  mad­
dələrin  balansında  bentik  yosunların  da  (fitobentos)  rolu  böyük­
dür.  Yada  salmaq  lazımdır  ki,  Xəzər  dənizinin  fitobentos  florası 
növ  tərkibinə  görə  olduqca  zəngin  sayılır  və  mikrofit  yosun­
lardan,  mikrofitobentoslardan,  dənizotu  adlanan  bitkilərdən 
ibarətdir  (Salmanov,  1999).  Cənubi  xəzərin  qərb  şelfinə aid  ak­
vatoriyada  aşkar edilən  makrofit florada,  son  məlumata görə 82 
növ  qeyd  olunur  (Salmanov,  1999).  Onlardan  33  növ  yaşıl 
makrofitlərə  aiddir  (əsas  növ  qrupu),  qırmızı  yosunlar  (24  növ) 
ikinci  sayılır,  üçüncü  yeri  qonur  yosunlar  (13  növ)  tutur.  Fito- 
bentosun  yayılması  həm  floranın  növü,  həm  də  dərinlik  izoba- 
tından  asılıdır.  Məsələn,  şirin  su  qarışan  sahələrdə  yaşıl  rəngli 
fitobentos,  əhəng  daşlı  dib  qatlarında  qırmızı  yosunlar geniş  ya­
yılmışdır.  Yaşıl  yosunlar ən  çox  1  metrə  qədər dərinlikdə -  məs. 
Cladophora  vagabunda,  Enteromorpha prolifera,  E.  Lima,  Chaeto- 
morpha  aerea,  Ch.  Unum
 
geniş  yayılmış  vəziyyətdədirlər.  Nisbə­
tən  dərin  -   15  m.  sahələrdə 
Polisiphonia 
cinsinə  məxsus 
Poli- 
siphonia  caspica,  Polisiphonia  elongata,  Lophosiphonia ohscura
 
və 
s.  növlər məskunlaşmışdır.
Sakit körfəz-buxtalarda  daraqlı  yosunlar,  çiçəkli  otlar sayı­
lan 
Zostera  minor,  Potamogeton pestinatus,  Najas  marina,  Ruppia 
spiralis,  Ruppia maritima
 
kütləvi  şəkildə  inkişaf edir.  Dənizotu  və
fitobentosun  biokütləsi  Xəzərin  qərb  sahillərində  keçən  əsrin 
30-cu  illərində  M.S.Kireeva  və  T.F.Şapova  tərəfindən  öyrənil­
mişdir  (Salmanova  görə,  1999).  Onların  göstərdikləri  məlumat­
lardan  aydın  olmuşdur  ki,  Pirallahı  adasından  Qızılağac  kör­
fəzinə  kimi  2,5-4,5  m.  dərinliyi  olan  sahələrin  qumlu,  qumlu- 
rakuşalı  dibi  başdan-başa  Zostera  nana  bitkisi  tərəfindən  əsil 
çəmənliyi  xatırlatmışdır.  Həmin  ərazilərdə  zosteranın  biokütləsi 
(yaş  kütlə)  150-1100  q/m2-ə  bərabər  olmuş  və  onun  orta  illik 
məhsul-ehtiyatı  300-400  min  ton  təşkil  etmişdir.  Səciyyəvidir ki, 
keçən  əsrin  30-40-cı  illərində  Kür çayı  vadisindən  Astara  sahil­
lərinə  kimi  sahil  dayazlıqları  zosteranın  əsas  inkişaf  əraziləri 
hesab  edilmişdir.  Təkcə  Qızılağac  körfəzində  zostera  otunun 
300  min  tona  bərabər  ehtiyata  malik  olması  qeyd  edilir  (Sal­
manov,  1999).  Maraqlıdır  ki,  o  dövrlərdə  dəniz  otunu  təda-rük 
edən  xüsusi  vətəgə fəaliyyət göstərmişdir və  hər il  8-10  min  ton 
quru  kütlə əldə edilmişdir.
Maraqlıdır  ki,  fitobentosa  məxsus  flora  taksonları  içəri­
sində  bioindikator  sayılan  növlər  də  vardır.  Məsələn,  məişət- 
kommunal  çirkabı  ilə  kəskin  çirklənən  ərazilərdə  başlıca  olaraq 
saprob  forma  hesab  olunan 
Enteromorpha compressa
 
inkişaf edir 
(Salmanov,  1999).  E.B.Zaberjinskaya  qeyd  edir  ki,  akva­
toriyanın  çirklənmə  dərəcəsi  ərazidə  inkişaf edən 
Laurencia cas­
pica
 
ilə  tərs  mütənasibliyə  bərabərdir.  Bu  baxımdan,  müəllifə 
görə  Cənubi  Xəzərin  qərb  şelfində  nisbətən  sabit vəziyyət  (fito­
bentosa  görə)  Böyük  Qızılağac  körfəzində  mövcuddur.  Müasir 
dövrdə  həmin  körfəz  regionda  yeganə  akvatoriyadır ki,  burada 
laurensiyanın  biokütləsi  3,5  kq  m2  təşkil  edir.  Ekoloji  baxımdan 
olduqca  maraqlıdır  ki,  Qızılağac  körfəzindən  cənubda  -   Astara 
dayazlıqları  və  şimalda -   Kür  çayı  vadisində  laurensiyanın  bio­
kütləsi  kəskin  ixtisar  olunur,  əvəzində  polisaprob  növ  kimi 
qiymətləndirilən  yaşıl  fitobentoslara  məxsus 
Cladophora  vaga­
bunda,  Enteromorpha irıtestinalis
 
kimi  taksonlar inkişaf edir.  Belə­


54
liklə  məlum  olmuşdur  ki,  fitoplanktondan  fərqli  olaraq,  fitoben- 
tos  Xəzər  dənizində  aramsız  davam  edən  və  ildən-ilə  kəs­
kinləşən  antropogen  təsirlərə  qarşı  daha  həssasdır və  biotopun 
ekoloji  vəziyyətinin  qiymətləndirilməsində  mühüm  göstərici 
sayıla  bilər.  Son  20-25  ildə  Xəzər  dənizinin  cənub-qərbində 
yaranan  ekoloji  vəziyyət  ən  kəskin,  parlaq  şəkildə  özünü  Kiçik 
Qızılağac  körfəzində  büruzə vermişdir.  Hövzədə  yaranan,  arzu­
olunmaz  hadisə,  demək  olar  ki,  monoqrafiyanın  bütün  bölmə­
lərində  qeyd  edilsə  də,  mövcud  ekoloji  fəsadların  formalaş­
masında  mühüm  rol  oynayan  ali  bitkilərin  hər  il  əmələ  gətir­
dikləri  biokütlənin  aqibəti və  mahiyyətini  qısa  şəkildə  izah  etmə­
mək  mümkün  deyildir.
Təkrar  olsa  da,  bir  daha  yada  salmaq  lazımdır  ki,  ərazinin 
iqlim  şəraiti,  hövzənin  batimetrik vəziyyəti,  hidroloji,  hidrobioloji, 
hidrokimyəvi  rejimləri  il  boyu  ali  su  bitkilərinin  intensiv  vege- 
tasiyası  üçün  olduqca  əlverişlidir.  Hələ  keçən  əsrin  60-cı  illə­
rində  aparılan  ilk  mikrobioloji  tədqiqatlardan  məlum  olmuşdur 
ki,  Kiçik  Qızılağac  körfəzi  trofik  baxımdan  evtrof tipinə  aiddir və 
belə vəziyyətdə  ekosistemdə  izafi  üzvi  substratların  mövcud  ol­
ması,  ilk  növbədə,  mühitin  qaz  rejimini  dəyişər  və  anaerobioz 
kimi  ekoloji  cəhətdən  təhlükəli  prosesin  yaranmasına  səbəb 
olur (Salmanov,  1987).
Qeyd  etmək  lazımdır  ki,  Kiçik  Qızılağac  körfəzində  vətəgə 
balıqçılığının  inkişafı  üçün,  əsasən  fitobentosla  qidlanan  yüz 
minlərlə  su  quşlarının  örüş  sahələrinin  açıq  saxlanması  və 
başqa  məqsədlərlə  əlaqədar  olaraq  hövzədə  planlı  şəkildə 
hidromeliorativ  tədbirlər  həyata  keçirilirdi.  Onlardan,  xüsusi 
üzən  qayıqlar  üzərində  quraşdırılan  otbiçənlərlə  yazın  əvvə­
lindən  yayın  sonuna  kimi  hövzənin  açıq  sahələrində  su  bitkiləri 
-  əsasən  qamış  çalınardı.  Hələ  o  zaman  müşahidələrdən  aydın 
olmuşdur  ki,  təbiətcə  evtrof  hövzə  olan  Kiçik  Qızılağac  kör­
fəzində  biçilən  bitki  kütləsinin  suda  çürüməsi  zamanı  biotopda
55
qaz-duz  rejimləri  əsaslı  şəkildə  dəyişir.  Hövzənin  ekoloji 
sabitliyinin  mühafizəsində  mənfi  amil  kimi  qiymətləndirilən  bu 
prosesin  ekoloj-hidrobioloji  mahiyyətini  dəqiq  müəyyən  etmək 
üçün  kiçik  körfəzdə  xüsusi  təcrübələr  aparılmışdır  (Salmanov, 
1987).  Bu  məqsədlə  kiçik  körfəzin  cənub-şərqində,  1,3  m  dərin­
liyi  olan  açıq  sahədə  ağac  dirəklər  və  metal  tor  vasitəsilə 
225  m2-ə  (15  X  15)  bərabər  sahəyə  biçilən  bitki  kütləsi  top­
lanmışdır.  Yay fəslində  hövzəyə çay sularının  axmaması,  külək­
lərin  olduqca  zəifləməsi  ilə  əlaqədar  su  kütləsinin  cərəyanı, 
axını  kəsərsizləşir.  Ona  görə,  təcrübə  üçün  nəzərdə  tutulan  sa­
hənin  (bitki  kütləsinin  çürüyən  yerləri)  mərkəzi,,  metal  torla  çə­
pərə  alınan  açıq  sahə  və  təcrübə  zonasından  xeyli  aralı  akva­
toriyada  xüsusi  nöqtələrdən  (stansiyalar)  3  ay  müddətində  ,  hər 
10-12  gündən  sonra  su  nümunələri  götürülərək  onların  hər 
birindən  11  növ  mikrobioloji,  hidrokimyəvi  və  hidrobioloji  analiz­
lər  aparılmışdır.  Məlum  olmuşdur  ki,  müşahidə  müddətində  su­
yun  temperaturu  29-32°C  arasında  dəyişmiş,  analizlərdə  ilkin 
fərqli  göstəricilər  isə  təcrübənin  12-ci  günü  özünü  göstərmişdir. 
Çürümənin  ilk  günlərində  suda  mikrofloranın  ümumi  miqdarı 
(15-ci  gün)  təcrübə  sahəsinin  mərkəzində,  açıq  sahəyə  nis­
bətən  3  dəfə,  25-30  gündən  sonra  -   4-6  dəfə  çoxalır,  suda 
həll  olan  oksigenin  konsentrasiyası  35-40%  azalır.  Eyni  zaman­
da,  çəpərə  qonşu  sularda  yosunların  fotosintezi  sayəsində 
əmələ  gələn  ilkin  üzvi  maddələr kontrol  əraziyə  nisbətən  5  dəfə 
artır,  destruksiya  göstəricisi  isə  2,3  dəfə  yüksəlir.  Bitki  qalıq­
larının  çürüməsi  proseslərində  əmələ  gələn  əlavə  metabolitik 
xassəli  maddələr  təcrübə  zamanı  öyrənilən  bütün  heterotrof 
mikrofloraya  aid  bakteriya  cinsləri  biokütləsinin,  özü  də  intensiv 
inkişafına və artmasına  səbəb  olur.  Belə  ki,  müşahidənin  20-22- 
ci  günü  saprofitlərin  miqdarı,  kontrola  nisbətən  10  dəfə,  sərbəst 
azotmənimsəyən  Azotobakter  cinsinə  aid  növlərin  sayı  12-14 
dəfə,  aerob  kletçatkamənimsəyən  bakteriyaların  miqdarı  isə 26-


Yüklə 18,53 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə