Yusif Aslanov
50
araşdırılması Axundzadənin xalq yaradıcılığı ilə nə qədər bağlı oldu-
ğunu göstərir.
Ümumil
əşdirmələrdən
belə nəticəyə gəlmək olar ki, mifolo-
giya v
ə folkloru dərindən öyrənən və burada işlənmiş mövzuları dra-
maturgiyaya g
ətirməklə ona yeni məzmun və forma verən,
xalq yara-
dıcılığı ilə yazıçı təfəkkürünün, həyata baxışının vəhdətindən ortaya
çıxan sənət əsərləri oxucu və tamaşaçılara güclü təsir göstərməkdə
h
əmişə müasirdir, həyatın bədii-estetik dərkində əsas vasitədir.
ƏDƏBİYYAT
1.
Mikayıl Rəfili. M.F.Axundov. Bakı, “Elm”, 1990. – 256 səh.
2.
V
əliyev V.Ə. M.F.Axundov və xalq yaradıcılığı. Mirzə Fətəli
Axundov (Elmi
əsərlərin tematik məcmuəsi). Bakı, Azərbaycan
Dövl
ət Universiteti, 1967. – 122 səh.
3.
R
əşid bəy Əfəndiyev. Mirzə Fətəli barəsində bildiklərim və
eşitdiklərim. M.F.Axundov. Məqalələr məcmuəsi. Bakı,
Az
ərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı, 1962. –
336 s
əh.
4.
Əfəndiyev P. Böyük ədib və xalq yaradıcılığı. //“Ədəbiyyat və
inc
əsənət” qəzeti. Bakı, 12 iyun 1987
5.
Murtuzayev S. M.F.Axundovun komediyalarının dil və üslub
xüsusiyy
ətləri. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1962. – 114
s
əh.
6.
N
əbiyev B. F.Köçərli. Bakı, “Gənclik”, 1984. – 228 səh.
7.
M.F.Axundzad
ə. Əsərləri III cilddə. I cild, Bakı, “Şərq – Qərb”,
2005. – 296 s
əh.
8.
Allahverdiyev M. Az
ərbaycan xalq teatrı tarixi. Bakı, “Maarif”,
1978. – 235 s
əh.
9.
Sultanlı Ə. Azərbaycan dramaturgiyasının inkişafı tarixindən.
Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1964. – 304 səh.
10.
Qasımzadə F. Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı.
Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1962. – 378 səh.
Ədəbi axtarışlar və tədris
51
11.
Rüst
əmov İ. Mirzə Fətəli Axundov. Bakı, “Gənclik”, 1988. –
72 s
əh.
12.
Köç
ərli F. M.F.Axundovun dünyagörüşü. Bakı, “Elm”, 1999. –
124 s
əh.
13.
C
əfərov C.H. Azərbaycan teatrı. Bakı, Azərbaycan Dövlət
n
əşriyyatı, 1974. – 316 səh.
14.
D
əmirçizadə Ə.M. M.F.Axundov dil haqqında və
M.F.Axundovun dili. Bakı, 1941. – 42 səh.
Sumqayıt Dövlət Universiteti
“Elmi x
əbərlər” jurnalı,
Sumqayıt, 2011, №3, cild 7,səh. 37-42
MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN
ŞEİRLƏRİNDƏ XALQ YARADICILIĞI ƏNƏNƏLƏRİ
(AXUNDZADƏ – 200)
Ədəbi-nəzəri fikirdə, folklor araşdırmalarında mifologiya
v
ə xalq yaradıcılığı qaynaqlarından bəhrələnmə,
mövzu seçimi, janr
v
ə forma əlvanlığının yazılı ədəbiyyata təsiri imkanlarının
mü
əyyənləşdirilməsi üsulları geniş elmi həllini tapmış, tədqiq
olunmuş, çağdaş düşüncənin də aktual probleminə çevrilmişdir.
Geniş və çoxaspektli istiqamətləri əhatə edən bu mənbələrdə xalq
yaradıcılığının poetik sistem və strukturu tarixi təkamül prosesinə
uyğun araşdırılmış, yazılı ədəbiyyata folklor qaynaqlarının təsiri,
bunlar arasındakı bağlılıq, qarşılıqlı əlaqənin elmi-nəzəri,
praktik
baxımdan əhəmiyyətli olduğu əsaslandırılmışdır. Çünki folklor
janrlarında, folklorun bədii təsvir sistemində “janrın yaddaşı”
(M.Baxtin) daha z
əngindir [1, s. 9]. Həm də “Tarixi poetikanın ən
“doğma” və təbii mövzularından biri də ədəbiyyatın xalq-poetik
yaradıcılığı ilə əlaqələri və folklora münasibətdə ədəbiyyatın bədii
Yusif Aslanov
52
varisilik m
əsələsidir” [2, s. 292]. Bu problemin tədqiqi, təhlil pred-
metin
ə çevrilməsi, yazılı ədəbiyyatla qarşılıqlı əlaqəsinin, göstərdiyi
t
əsirin istiqamətlərinin öyrənilməsi ədəbi təhsil, tərbiyə baxımından
olduq
ca faydalı, zəngin bir məxəzdir, tarixin, mədəniyyətin, milli-
m
ənəvi, bədii-estetik dəyərlərin yazıçı təxəyyülünə göstərdiyi müs-
b
ət təsirin, milli həyatın öyrənilməsinin canlı ensiklopediyasıdır:
“Çünki folklor öz poetik sistemin
ə görə o
qədər mükəmməldir ki,
ondan öyr
ənməyə həmişə ehtiyac vardır” [3, s. 32].
Buna gör
ə də görkəmli sənətkarların yaradıcılığı öz maya-
sını folklor qaynaqlarından götürür, xalq müdrikliyi ilə yazıçı idealı,
düşüncə tərzi bir-biri ilə əlaqələndirilərək kamil sənət əsərlərinə
çevrilir. N
əzəri tədqiqatlarda, təlim praktikasında əsaslandırılır ki,
xalq t
əfəkkürü, yazıçı baxışı, mövqeyi, həqiqətlərin dərki
n
əticəsində yüksək sənət əsərləri yaranır. Böyük rus dramaturqu
A.N.Ostrovski d
ə bədii yaradıcılıqdan danışarkən bu məsələləri də
n
əzərdə tutaraq yazırdı: “Xalq yazıçısı olmaq üçün vətənə
m
əhəbbət bəsləmək azdır, çünki bu məhəbbət yazıçıya enerji, hiss
verir, m
əzmun vermir. Odur ki, vətəni sevməklə bərabər xalqı yaxşı
bilm
ək, onunla yaxınlaşmaq, ona dərindən aşina olmaq lazımdır.
B
ədii istedad üçün də gözəl məktəb öz xalqının həyatını
öyr
ənməkdir. Xalqın həyatını bədii şəkildə əks etmək isə yaradıcılıq
f
əaliyyəti üçün ən gözəl sahədir” [4, s. 577].
Mifologiya v
ə folkloru
dərindən bilən, bu nümunələrdən
y
aradıcı istifadə etməyi bacaran, xalqa, adət-ənənələrə, milli-
m
ənəvi dəyərlərə bağlılığını, sadiq qaldığını sübut edən ədəbi
şəxsiyyətlərdən biri də böyük ədib, mütəfəkkir filosof,
dramaturq,
nasir, şair M.F.Axundzadədir. Onun bədii-fəlsəfi yaradıcılığı təsdiq
edir ki, o, xalqa d
ərindən bağlı, humanist, xeyirxah bir insan,
ictimai fikir tarixind
ə görkəmli maarifçi ziyalı kimi tanınsa da, bir o
q
ədər də xalq yaradıcılığına sevgi və məhəbbət hissini ürəyində
daşıyan, bu ideyaları əsərlərində yaşatmağı bacaran bir folklor
bilicisi, yazıçı kimi də daha çox tanınır. Mehdi Hüseynin sözləri ilə
des
ək, “Azərbaycan folkloru klassik
Azərbaycan şeirinin doğma