Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə13/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   9   10   11   12   13   14   15   16   ...   179

41

Hələ  illər  qalsa  da,  bir-birimizdən  xəbərsiz  artıq  Tiflisə  qayıtmaq 

barədə,  daha  doğrusu,  yolpulu  tapmaq  haqqında  düşünürdük. 

David  hər  şeyi  atasına  yerli-yataqlı  yazmışdı,  altı  aydan  çox 

idi  ki,  Tiflisə  getmək  fikrinə  düşmüş  bir  Allah  bəndəsi  axta-

rırdı.  Madam  Qrenyönün  yolsuz  qardaşının  ucbatından  düş-

düyü  bu  cür  vəziyyət  ürəyimi  ağrıdırdı.  Onun  üzümüzə  baxa 

bilmədiyini,  gizlicə  əzab  çəkdiyini,  get-gedə  solub-qocaldığını 

sezirdim,  amma  qeyri-adi  iradəsi  hesabına  ayaq  üstdə  qalmağı 

bacarırdı.  Görünür,  ona  daha  çox  əziyyət  verən  on  il  ərzində 

Görgü  ağanın  evində  gördüyü  hörmət,  bunun  müqabilində  qar-

daşının  yolsuzluğu  ucbatından  üzləşdiyi  vəziyyət  idi.  Üstüör-

tülü  də  olsa,  ona  ürək-dirək  verməyə  çalışır,  qayğımızı  büruzə 

verməməyə  can  atırdıq.

41.  Madam  Qrenyöylə  söhbətlərim  mənə  pansiondakı  dərs-

lərimdən  də  çox  bilgi  verirdi.  O,  taxt-tacda  olan  on  dördüncü 

Lüdovikin  sülaləsindən,  kraliça  Anna  Avstriyalıdan,  kardinallar 

Rişelyö  və  Mazarinidən,  isveçlər,  ispanlar,  hollandlarla  aparılan 

savaşlardan,  o  məqamda  davam  eləyən  Pfals  mirası  uğrunda 

savaşdan  danışırdı.  Amma  mən  sənətdən  söhbət  eləməsini  daha 

çox  istəyirdim.  O  vaxtlar  Parisin  həyatında  sanballı  yer  tutan 

Jan-Batist  Molyeri,  Jan  dö  Lafonteni,  Jan  Rasini,  Pyer  Korne-

li,  hersoq  dö  Laroşfukonu  mənə  madam  Qrenyö  tanıtdı,  onun 

sayəsində  Davidlə  birgə  Molyerin  fırıldaqçı,  arvadbaz  Don  Juan 

barəsində  tamaşasına  baxdım,  Lafontenin  təmsillərini,  Laroşfu-

konun  hikmətli  kəlamlarını  oxudum.  Parisə  gəldiyimizin,  səhv 

eləmirəmsə,  səkkizinci  ilinin  (miladi  1695-ci  il)  bir  yaz  günündə 

Lafontenin  dəfnində  iştirak  elədim.  Madam  Qrenyö  ad  günümdə 

–  iyirmi  yaşım  tamam  olanda  mənə  hersoq  de  Laroşfukonun 

hikmətli  kəlamları  toplanmış  kitabının  1665-ci  il  çapını  bağış-

lamışdı,  o  kitab  indi  də  sandığımdakı  əlyazma  kitabların  ara-

sındadı.  Madam  Qrenyö  məni  kitab  basılan  yerə  aparmışdı, 

sonralar  İstanbulda,  Təbrizdə,  Qəzvində,  İsfahanda  xəttatların 

necə  işlədiklərini  görəndə  dönə-dönə  o  iri  qurğuları,  dəmirdən 

kəsilmiş  hürufatı,  qurğuşun  qoxusunu  xatırlamışdım.  Madam 

Qrenyönün  sayəsində  ilk  dəfə  Nəbatat  bağına  getdim,  dünya-

nın  ağlagəlməz  bitkisini,  ağacını,  gül-çiçəyini  gördüm.  Sonra 

Davidlə  həmin  bağa  tez-tez  gedirdik,  o,  dərslərində  öyrəndiyini 




42

mənə  əyani  göstərməyi  çox  sevirdi.  Tutqun,  darıxdırıcı  pansion 

günlərimə  rəng  qatan  həmin  məqamlar  olmasaydı,  ola  bilsin, 

xiffətdən  bağrım  çatlayırdı.  Müddətim  daraldıqca  Tiflisi,  Görgü 

ağanın  ailəsini,  Dariya  xalanı,  Züleyxanı  daha  çox  xatırlayırdım, 

narahatlığım  özünü  gün-gündən  daha  çox  bildirirdi.

  42.  Dil,  həm  də  hünər  və  mərifət  öyrənmək  üçün  gəldiyimiz 

Parisdəki  son  ilimiz  bizdən  ötrü  çox  çətin  keçdi.  Əvvəla,  iki 

il  qabaq  Davidin  madam  Qrenyönön  səyilə  atasına  yolladığı 

namədən  bir  nəticə  hasil  olmadı,  bu  səbəbdən  də  əndişəmiz 

daha  da  artdı.  Sonra  madam  Qrenyö  sağalmaz  azara  mübtəla 

olub  həyatdan  köçdü.  Onu  beş-on  nəfərlə  adını  indi  xatırlama-

dığım  bir  qəbiristanlıqda  dəfn  elədik.  Jozef  Qrenyödən  səs-soraq 

çıxmadığından  rəhmətlik  evini  Davidə  vəsiyyət  eləmişdi,  üstəlik, 

bu  barədə  kağız  da  hazırlatmışdı.  Neçə  illərdən  bəri  tanıdığı-

mız  talesiz  qadının  ölümü  bizi  yandırsa  da,  Tiflisə  qayıtmağı-

mız  üçün,  heç  olmasa,  ümid  yarandığına  sevinib  toxtamışdıq; 

son  məqamda  evi  satmaq,  əldə  elədiyimiz  pulla  yola  çıxmaq 

mümkün  idi.  David  Kollej  dö  Fransı,  mənsə,  müsyö  Kolenin 

pansionunu  bitirməyimiz  barədə  vəkalətnaməmizi  alıb  bir  neçə 

ay  şəhərdə  yarıac-yarı  tox  dolanmalı,  evin  satılmasını  gözləməli 

olduq.  David  Tiflisdən  gətirdiyi  gümüş  işləməli  xəncərini,  mən 

Görgü  ağanın  bağışladığı  gümüş  kəmərimi  satdım.  Axır  ki,  evə 

müştəri  tapıldı,  amma  onun  təklif  elədiyi  qiymət  o  qədər  az 

idi  ki,  birimizin  yolpulumuza  güclə  bəs  eləyərdi.  Naəlac  qa-

lıb  Allaha  təvəkkül  razılaşmalı  olduq,  Parisdə  qalmaqdansa,  ge-

dib  Konstantiyyəyə  çıxmaq  daha  ağıllı  hərəkət  olardı.  David 

evin  pulunu  alanda  hisslərini  soyutmaq  üçünmü,  ümidsizliyi-

ni  gizlətmək  məqsədiləmi,  sorağını  eşitdiyimiz  bir  meyxanada 

içkili-qadınlı  ziyafət  təşkil  elədi.  İyirmi  dörd  yaşında  pansion 

tutqunluğundan  çıxıb  şərabın  dadına  baxmaq,  qadınla  təmasda 

olmaq  duyğusunu  təsvir  eləmək  çox  çətindi.  Görünür,  bu  şəhəri 

elmdən,  gəzintilərdən,  sıxıntıdan  başqa  daha  nəyləsə  yadda  sax-

lamaq  istəyirdik.  Davidi  bilmirəm,  məndən  ötrü  Parisin  siması 

yolsuz  Jozef  yox,  mehriban,  işıqlı,  amma  faciəvi  həyatıyla  yadda-

şımda  dərin  iz  qoyan  madam  Qrenyöydü.  Onda  dərk  elədim  ki, 



elə  adamlar  var,  sağ  ola-ola  bizdən  ötrü  ölürlər,  elələri  də  var,  öləndən 

sonra  belə,  uzun  illər  qəlbimizdə  yaşayırlar...


43

VII


ALTI  İL  VƏ  BÜTÖV  BİR  ÖMÜR

Qadın  xoşbəxt  eləmək  üçün  yox, 

xoşbəxt  olmaq  üçündü...

Sonralar  bir  Anadolu  karvansarasında 

dərvişdən  eşitdiyim  kəlam

43.  Onillik  Tiflis  həsrətinə  son  qoymağa  ümid  və  imkan  (bir 



tərəfi  portuqal  dənizçilərindən  olan  pansion  yoldaşım  Xose  Karval-

yo,  demək  olar,  pulsuz  getməyin  yolunu  öyrətmişdi:  Marseldə,  yaxud 

Veneziada  o  tərəfə  gedən  ticarət  gəmilərinə  yükçü  düzələ  bilərdim) 

ola-ola  Parisdə  niyə  qaldım?  Sonralar  Parisdə  də,  Veneziada 

da,  Konstantiiyyədə  də,  Anadolu  karvansaralarında  da,  Səfəvi 

məmləkətində  də  bunu  özümdən  dönə-dönə  soruşdum,  amma 

dəqiq  cavab  ala  bilmədim.  Gələcəyimlə  bağlı  müsyö  Kalenin 

öyüd-nəsihətlərini,  Davidin  kollec  dostu  Jilber  Sorelin  Sorbon-

na  hazırlaşdığı  barədə  ağızdolusu  danışmasını,  Davidin  məndən 

bir  addım  irəlidə  olmasının  izzəti-nəfsinə  toxunmasını,  Parisin 

o  biri  üzünü  –  şərabı  və  qadını  dadmağımmı  məni  fikrimdən 

döndərdi,  bilmirəm.  Sonralar  bunun  üstünə  Züleyxayla  bağlı 

əndişələrimi  də  gəldim:  xəbərsiz-ətərsiz  itən,  qayıdıb-qayıtmaya-

cağı  barədə  Allahın  sözünü  də  verməyən  bir  kəsi  on  il  oturub 

gözləyəcəyi,  əlbəttə,  ağlasığan  deyildi,  bu  səbəbdən  gedib  onu 

başqasının  ocağında  görməyimin  ruhumu  necə  viran  qoyacağın-

dan  da  qorxmuşdum,  –  amansız  həqiqət  məni  Parisdəki  umud-

suz  günlərimin  birində  yaxaladı.  Hər  nə  oldusa,  oldu,  şeytan 

yoldan  çıxardı,  bəlkə  də  şeytanın  günahı  yoxdu,  Allah  belə  ya-

zıbmış:  altı  il  də  Parisdə  qalası  oldum.  David  qərarımdan  xəbər 

tutanda  pərişan  oldu:  hər  halda,  neçə  illər  ərzində  bir-birimizə 

alışmışdıq,  dilimizə  gətirməsək  belə,  qardaş  sayılırdıq,  onu  tanı-

dığım  on  yeddi  il  ərzində  bir  kərə  də  olsun,  aramızda  anlaşmaz-

lıq  olmamışdı.  Tiflisdə  nəbatat  bağı  salmaq  arzusuyla  yaşayan 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə