Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə22/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   18   19   20   21   22   23   24   25   ...   154

84

Şirin x

anım Kərimbə

yli Şadiman



 



«YANIQ KƏRƏM» 

«Yanıq Kərəm » –

« Əsli, Kərəm » dastanın qəm havası, 

İki qəlbin İlahiyə eşq duvası,

İki canın ovsunlanmış dərd yuvası, 

Dövranına, zamanına can davası…!

«Yanıq Kərəm » –

Sevdalanmış könüllərin müsibəti,

Yandı ürək həm aşkarda, həm xəlvəti,

Göz yaşıyla axıb dolan qan səbəti,

İki gəncin bəxti qara məhəbbəti.

«Yanıq Kərəm » –

Məhəbbətin Rəbb sevdası, cana qida,

Səadəti qara gəlmiş iki qəlbdən qopan nida.

Barmaqları sarı simə haray salan dəli sevda,

İki gəncin alışdığı eşqə vida…

«Yanıq Kərəm » –

« Əsli, Kərəm » dastanın can fəryadı,

Bir millətin iki dində nalə dadı, 

O xaçpərəst Albanyanın İslam adı,

İsa (s) ilə Mühəmmədin(s) Rəbb imdadı!…

«Yanıq Kərəm » –

Əsrlərin o tayında din savaşı,

Bir millətin gözlərindən axan yaşı,

İslamını tutan Kərəm dərdə naşı.

O xaçpərəst Əsli ilə can sirdaşı.

«Yanıq Kərəm » –

İki gəncin bir məhəbbət sinfonyası,

Bir tayfanın iki dində hicran yası,

Kərəm deyib yanan qızın qız həyası,

Külə dönən iki gəncə dövran ası.

«Yanıq Kərəm » –

Əsrlərin o tayının vicdan ahı,

Dinə müti o keşişin din günahı,

Lal eyləyib bu müsibət al sabahı,

Fəryad edir yerin, göyün tək Allahı…

«Yanıq Kərəm » –

Sarı simə toxunaraq dinsin sazlar, 

Oynamaqçın, ay adamlar, çox avazlar,



85

    Y

ol gedirik

Bu havanın sədasıyla qaynamazlar,



Bu faciə havasında oynamazlar!…

Bu faciə havasında oynamazlar!…



 

12. 11. 2005

BİZİ BU DƏRD İLƏ BARIŞDIRMAYIN 

İnsan da öləri bir məxluqatdır,

Yaşadan-öldürən onu həyatdır,

Ruhun özü sirdir, sirri min qatdır,

Canı həyatıyla yarışdırmayın,

Bizi bu dərd ilə barışdırmayın.

Hər ağrı-acıdan keçmək olardı,

Hər zülmü sinədən biçmək olardı,

Zəhəri şərbəttək içmək olardı,

Vətəni bazarla qarışdırmayın,

Bizi bu dərd ilə barışdırmayın.

Quş da yuvasının üstünə gəlir,

Dil də duasının üstünə gəlir,

Düşmən yurd-yuvanın qəsdinə gəlir,

İşğalın min üzün araşdırmayın,

Bizi bu dərd ilə barışdırmayın.

Hər şeydən üzünü döndərmək olar,

Başına daş-qaya əndərmək olar,

Yağını ayağa endirmək olar...

Dərdi içimizlə vuruşdurmayın,

Bizi bu dərd ilə barışdırmayın.

Başsız yurdlarımız yavrudu, fələk,

Bu imansız yağı gavurdu, fələk,

Ürəyi sac üstə qovurdu, fələk,

Onu qaysaq ilə sarışdırmayın,

Bizi bu dərd ilə barışdırmayın.

Şadiman içindən bağrıqan olub,

Ağlayan göz olub, yanan can olub,

Qarabağ ah edir, ah hicran olub,

Ey bizim dillilər, duruş durmayın,

Bizi bu dərd ilə barışdırmayın,

Bizi bu dərd ilə barışdırmayın.



 

05.03.2011


86

Şirin x

anım Kərimbə

yli Şadiman



 VƏ TƏN, ELİ NƏ QUR BAN 

Ul duz la rın ge cə lər yan dı rar lar, ya xar lar,

Şim şək lə rin çax na şıb göy için dən ça xar lar,

Bu lud la rın göz lə rin uşaq ki mi sı xar lar,

Sel lə rin şaq qa-şa raq dağ dan, düz dən axar lar,

Coş qun se li nə qur ban,

Və tən, eli nə qur ban.

Çə mən lər də göy ot lar al ya şı la bü rü nər,

Ala-bə zək ilan lar köl di bin də sü rü nər,

Uzaq lar da al Gü nəş asi man dan gö rü nər,

Adam bu gö zəl li yi tərk et mək dən əri nər,

O gen çö lü nə qur ban,

Və tən, eli nə qur ban.

Da ğım, dü züm, çə mə nim, san ki at las ge yi nər,

Tə bi ətin ürə yi bu tor paq la dö yü nər,

Qaf qa zın məğ rur ba şı ta ri xin lə öyü nər,

O ulu keç mi şi nə qə vi düş mən de yi nər,

O ağ te li nə qur ban,

Və tən, eli nə qur ban.

Sən ki, doq quz iq li min mə ka nı san hə mi şə,

Üz mə sin ürə yi ni nə kə dər, nə ən di şə,

Va rın, sər və tin bol-bol dü şüb dü di lə, di şə,

Dün ya nın ta cı, tax tı, İla hi se vən gu şə,

Kö nül te li nə qur ban,

Və tən eli nə qur ban.

Anam be şik ba şın da mə nə lay la ça lar dı,

Ürə yi min içi nə elə bil od sa lar dı,

Bu lud lan mış kön lü mü ba ya tıy la alar dı,

Ho pub qa nı ma mis ra id ra kım da qa lar dı,

Şi rin di li nə qur ban,

Və tən, eli nə qur ban.

Ulu Tan rım de sə ni han sı an da xəlq et di,

Kön lü mü zün için də ya ki, can da xəlq et di,

Odu, su yu tü kən məz bu ün van da xəlq et di...

Kü lək lə rin üzü nü şeh yu van da xəlq et di.

Əsən ye li nə qur ban,

Və tən, eli nə qur ban.

Mə ni əsir edib di o məc nun mə həb bə tin,

Xoş mə qa mı na düş dün yə qin ki, o xil qə tin,

Bu hə ya tın yol la rı nə qə dər ol sa çə tin,



87

    Y

ol gedirik

Əyil mə, qalx aya ğa ol dö yüş kən, ol mə tin,



Dün ya nı sil kə lə sin sə nin o qə tiy yə tin!

Qa lib ili nə qur ban.

Və tən, eli nə qur ban.

İla hi xə mi ri mi tor pa ğın dan yu ğur du,

Ru hu mu oda bü küb bə ti nin dən do ğur du,

Bu Tan rı nın hik mə ti, yo lum üs tə uğur du,

Rö yam da gör düm əlin düş mə ni mi bo ğur du...

Sın maz əli nə qur ban,

Və tən, eli nə qur ban.

Yel qo var du man la rı dağ la ra axı şar lar,

Əl çim-əl çim bu lud lar bir ye rə yı ğı şar lar,

Çi çək lə rin ot la rın di bin dən qal xı şar lar,

Bir-bi ri nin üzü nə sev day la ba xı şar lar,

Əs mər gü lü nə qur ban,

Və tən, eli nə qur ban.

Ov çu dağ da, me şə də ov gə zər, ov ov la yar,

Gah kək li yi, tu ra cı, gah fə rə ni qov la yar,

Tu mar la yıb iti ni bir do yun ca tov la yar,

Od vu rub çır-çı pı ya oca ğı alov la yar,

Qal mış kü lü nə qur ban.

Və tən, eli nə qur ban.

Qış gəl di çeş mə lə rin gö zü do nar, buz la yar,

Şax ta qı lınctək kə sər, göy lə rin ul duz la yar,

Tə bi ət ye ri, gö yü hey ağap paq duz la yar,

Da lar sü ku ta kö nül elə hey yal qız la yar...

O ağ tü lü nə qur ban.

Və tən, eli nə qur ban.

Şa di man mə zar qa zar qə mi nə, mə la lı na,

Ya nar can dan, si nə dən ürək di dən ha lı na,

Za man-za man göz di kib az ğın düş mən ma lı na,

Sö züm bi tib-tü kən məz ila hi cə ma lı na,

Bük mə be li nə qur ban,

Və tən, eli nə qur ban. 

 

04.03.2001



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə