Yhq-imtahan suallari


Xəbərdarlıq nişanları. Üstünlük nişanları



Yüklə 3,26 Mb.
səhifə5/20
tarix10.05.2023
ölçüsü3,26 Mb.
#109396
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   20
YHQ KOLLOK CAVABLARI

10. Xəbərdarlıq nişanları. Üstünlük nişanları
I. Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir.
II. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə işanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır.
III. Xəbərdarlıq nişanlarını hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr aralıda quraşdırırlar. Zərurət olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı varsa, bu yolayrıcından sonra təkrar nişan 7.1.1 lövhəciyi ilə quraşdırılır. Bundan başqa kəsişən (və ya birləşən) yolda yolayrıcından 50 metr məsafədə 7.1.3 və ya 7.1.4 lövhəciklərindən biri ilə birlikdə belə xəbərdarlıq nişanı quraşdırıla bilər.
IV. Xəbərdarlıq nişanlarını:
1) yolun hərəkət hissəsində qısamüddətli işlər aparılarkən 1.23 nişanı işlərin aparıldığı yerə 10-15 metr qalmış (7.1.1 lövhəciyi olmadan);
2) enişlər və yoxuşlar bir-birinin ardınca gəlirsə, 1.13 və 1.14 nişanları 7.1.1 lövhəciyi olmadan, enişin və ya yoxuşun başlanğıcında;
3) yaşayış məntəqələrindən kənarda 1.1, 1.2, 1.9, 1.10, 1.21 və 1.23 nişanları təkrarlanırsa, ikinci nişan təhlükəli sahənin başlanmasına azı 50 metr qalmış; 4) 1.3.1 və 1.3.2 nişanları bilavasitə dəmiryol keçidinin qabağında quraşdırılır.

















1.4.6 Dəmir yol keçidinə yaxınlaşma















1.5 Tramvay xətti ilə kəsişmə















1.6 Eyni əhəmiyyətli yolların kəsişməsi















1.7 Dairəvi hərəkətlə kəsişmə















1.8 Svetoforla nizamlama















1.9 Ayrılan körpü















1.10 Sahilboyuna çıxış















1.11.1 Təhlükəli döngə















1.11.2 Təhlükəli döngə
























1.12.1 Təhlükəli döngələr















1.12.2 Təhlükəli döngələr















1.13 Sərt eniş

















1.14 Sərt yoxuş















1.15 Sürüşkən yol















1.16 Nahamar yol















1.17 Çınqıl sıçrayışı















1.18.1 Yolun daralması















1.18.2 Yolun daralması















1.18.3 Yolun daralması















1.19 İkitərəfli hərəkət















1.20 Piyada keçidi















1.21 Uşaqlar















1.22 Velosiped zolağı ilə kəsişmə















1.23 Yol işləri















1.24 Mal-qara keçidi


















1.25 Vəhşi heyvanlar















1.26 Daş uçqunu















1.27 Yandan əsən külək















1.28 Alçaqdan uçan təyyarələr













1.29 Tunel















1.30 Digər təhlükələr















1.31.1 Döngənin istiqaməti















1.31.2 Döngənin istiqaməti















1.31.3 Döngənin istiqaməti










Üstünlük nişanları
I. Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir.
II. Üstünlük nişanları başqa qruplardan toplandığına görə vahid forma və rəng fonuna malik deyildirlər.








2.1 Baş yol















2.2 Baş yolun sonu















2.3.1 İkinci dərəcəli yolla kəsişmə















2.3.2 İkinci dərəcəli yolun bitişməsi















2.3.3 İkinci dərəcəli yolun bitişməsi















2.4 Yol verin















2.5 Dayanmadan keçmək qadağandır















2.6 Qarşıdan hərəkətin üstünlüyü















2.7 Qarşıdan hərəkətə nisbətən

11. Məcburi hərəkət istiqaməti nişanları.Məlumatverici nişanlar
I. Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir.
II. Bu nişanların dairəvi forması və mavi fonu vardır.
III. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir.
IV. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir.
V. Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir. 4.4 nişanı minik avtomobillərinin, avtobusların, motosikletlərin, və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərinin hərəkətinə icazə verir. Bu nişan işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus olan digər nəqliyyat vasitələrinin hərəkətinə də icazə verir. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın yolayrıcından girib-çıxmalıdırlır.






4.1.1 Düzünə hərəkət















4.1.2 Sağa hərəkət















4.1.3 Sola hərəkət















4.1.4 Düzünə və ya sağa hərəkət















4.1.5 Düzünə və ya sola hərəkət















4.1.6 Sağa və ya sola hərəkət















4.2.1 Maneəni sağdan keçmə















4.2.2 Maneəni soldan keçmə















4.2.3 Maneəni sağdan və ya soldan keçmə















4.3 Dairəvi hərəkət















4.4 Minik avtomobillərinin hərəkəti















4.5 Velosiped zolağı















4.6 Piyada zolağı















4.7 Minimum sürətin məhdudlaşdırılması















4.8 Minimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı















4.9.1 Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti















4.9.2 Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti















4.9.3 Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə