Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə148/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   143   144   145   146   147   148   149   150   151

 

745 


ağırlığı  altında  daĢlı  torpağın  necə  titrədiyini  eĢitmirdi  və 

atlılar ehtiyatla ona yaxınlaĢdılar. 

Ay  Marqaritanın  dadına  çatırdı,  ən  yaxĢı  elektrik 

fənərindən  də  yaxĢı  iĢıqlandırırdı  və  Marqarita  kresloda 

oturan,  kor  bildiyi  adamın  əllərini  bir-birinə  sürtüb  gözünü 

aya  dikdiyini  sezdi.  Ay  iĢığında  qığılcımlanan  ağır  daĢ 

kreslonun  böyründə  ĢeĢəqulaq  iri  qara  itin  uzandığını  da 

Marqarita yalnız indi gördü, o da sahibi kimi narahat halda 

aya  baxırdı.  Kresloda  oturan  adamın  ayağı  altına  sınmıĢ 

bardağın  qırıntıları  səpələnmiĢdi  və  yerdə  qara-qırmızı 

gölməçə yaranmıĢdı. 

Atlılar dayandılar. 

– Sizin  romanı  oxuyublar,  –  Voland  üzünü  masterə 

çevirdi,  –  yalnız  ona  təəssüfləndilər  ki,  yarımçıq  qalıb. 

Ġstəyirəm  sizə  öz  qəhrəmanınızı  göstərim.  Təxminən,  iki 

min ildir o, bu meydançada oturub yatır, ancaq bədirlənmiĢ 

ay  doğanda,  gördüyünüz  kimi,  yuxusuzluq  onu  üzür.  Ay 

təkcə  ona  yox,  sadiq  keĢikçisi  itə  də  əzab  verir.  Əgər 

qorxaqlığın  ən  pis  qüsur  olduğu  düzdürsə,  çox  güman,  itin 

bunda  günahı  yoxdur.  Bu  qoçaq  itin  qorxduğu  yeganə  Ģey 

downloaded from KitabYurdu.org



 

746 


tufandır.  Neyləmək  olar,  sevən  sevdiyinin  qismətini 

bölüĢməlidir. 

– O  nə  deyir?  –  Marqaritanın  sakitlik  yağan  üzündə 

mərhəmət duyğusu sezildi. 

– Eyni  Ģeyi  deyir,  –  Volandın  səsi  eĢidildi.  –  Deyir  ki, 

aylı gecələrdə dinclik tapa bilmir, deyir çox pis vəzifəsi var. 

Yata  bilməyəndə  belə  deyir,  yatanda  isə  eyni  Ģey  –  ay 

iĢığından yol görür və istəyir bu yolla gedə-gedə dustaq Qa-

Nosriylə  danıĢsın,  çünki  dediyinə  görə,  çoxdan,  bahar  ayı 

nisanın  on  dördündə  nəyisə  ona  deyə  bilməyib.  Ancaq 

əfsuslar  olsun  ki,  bu  yola  çıxa  bilmir,  yanına  da  heç  kim 

gəlmir. Neyləsin, məcbur olur öz-özüylə danıĢsın. Ancaq axı 

nəsə  bir  müxtəliflik  də  lazımdır,  ona  görə  ay  haqqında 

söhbətinə  çox  vaxt  dünyada  hər  Ģeydən  artıq  öz 

ölümsüzlüyünə  və  misli  görünməmiĢ  Ģöhrətinə  nifrət 

bəslədiyini də  əlavə edir. Deyir  ki, cır-cındır geyinmiĢ  səfil 

Levi Matveylə taleyini həvəslə dəyiĢərdi. 

– On iki min ayı nə vaxtsa bir aya dəyiĢmək həddindən 

çox olmazmı? – Marqarita soruĢdu. 

– Fridanın əhvalatı təkrar olunur? – Voland dedi. 

downloaded from KitabYurdu.org



 

747 


– Ancaq  bu  yerdə  özünüzü  yormayın,  Marqarita.  Hər 

Ģey düzgün olacaq, dünya belə qurulub. 

– Onu  buraxın!  –  Marqarita  ifritə  olduğu  vaxtlardakı 

kimi qəfil bərkdən çığırdı və bu çığırtıdan daĢ qopub dağları 

lərzəyə salaraq gurultuyla dərin uçuruma yuvarlandı. Ancaq 

Marqarita  bunun  uçuruma  yuvarlanan  daĢın  gurultusu,  ya 

Ģeytan gülüĢü olduğunu deyə bilməzdi. Nə olsa da, Voland 

gülə-gülə Marqaritaya baxıb dedi: 

– Dağlarda  qıĢqırmaq  lazım  deyil,  onsuz  da,  uçqunlara 

öyrəĢib,  bu,  onu  narahat  eləməz.  Onun  xahiĢini  eləməyin, 

Marqarita, çünki danıĢmağa cəhd göstərdiyi adam artıq onun 

xahiĢini eləyib. – Voland üzünü yenə masterə çevirdi. 

– Hə, indi romanınızı bir cümlə ilə bitirə bilərsiniz! 

Master  tərpənmədən  dayanıb  prokuratora  baxdığı 

vaxtdan,  elə  bil,  bunu  gözləyirmiĢ.  Əlini  ağzına  tutub  elə 

qıĢqırdı ki, səsi kimsəsiz çılpaq dağlarda əks-səda verdi. 

– Azadsan! Azadsan! O, səni gözləyir! 

Dağlar  masterin  səsini  göy  gurultusuna  çevirdi  və  elə 

həmin  göy  gurultusu  da  dağları  uçurtdu.  LənətlənmiĢ 

qayalıqlar  yıxıldı.  Təkcə  daĢ  kreslolu  meydança  qaldı. 

downloaded from KitabYurdu.org



 

748 


Qayalıqların  gömüldüyü  dibsiz  uçurumda  minlərlə  ay 

ərzində  yaĢıllığa  bürünmüĢ  bağları  üzərində  bütləri  ucalan 

ucsuz-bucaqsız  Ģəhər  bərq  vurdu.  Prokuratorun  çoxdan 

gözlədiyi ay  yolu birbaĢ həmin bağa uzandı və  bu yolla ən 

əvvəl  ĢeĢəqulaq  it  qaçmağa  baĢladı.  Qan-qırmızı  astarlı  ağ 

plaĢ  geyinmiĢ  adam  kreslodan  qalxıb  xırıltılı,  batıq  səslə 

nəsə qıĢqırdı. Bilmək olmurdu bu adam gülürmü, ağlayırmı, 

nəsə  qıĢqırırmı.  Sədaqətli  köməkçisinin  arxasınca  onun  da 

bu yolla cumduğu göründü. 

– Mən  də  onların  arxasınca  gedim?  –  master  narahat 

halda cilovu tərpətdi. 

– Yox,  –  Voland  cavab  verdi,  –  bitmiĢ  bir  Ģeyin 

arxasınca niyə gedəsən? 

– Deməli, ora? – Master arxaya dönüb bir az əvvəl tərk 

etdikləri, bəzəkli monastır qüllələri olan, ĢüĢələrində günəĢin 

çilikləndiyi Ģəhəri göstərdi. 

– Ora  da  yox,  –  Volandın  kallaĢmıĢ  səsi  qayalıqlara 

yayıldı.  –  Xəyalpərəst  master!  Sizin  yaratdığınız,  indicə 

azad  etdiyiniz  qəhrəmanın  çox  həsrətlə  görmək  istədiyi 

adam  romanınızı  oxuyub.  –  Bu  yerdə  Voland  Marqaritaya 

downloaded from KitabYurdu.org



 

749 


tərəf  çevrildi.  –  Marqarita  Nikolayevna!  Ġnanıram  ki,  siz 

master  üçün  ən  yaxĢı  gələcək  arzusunda  olmusunuz,  ancaq 

mənim  təklif  etdiyim  və  ĠeĢuanın  sizdən  ötrü  xahiĢ  elədiyi, 

doğrusu,  daha  yaxĢıdır.  Onları  ikilikdə  buraxın,  –  Voland 

atın  üstündə  masterin  yəhərinə  tərəf  əyilib,  uzaqlaĢan 

prokuratoru göstərdi, – onlara mane olmayaq. Bəlkə də, nəsə 

bir  nəticəyə  gələ  bildilər,  –  bu  zaman  Voland  əlini 

YerĢalaimə tərəf yellədi və Ģəhər söndü. 

– Orada  da  həmçinin,  –  Voland  arxanı  göstərdi,  – 

zirzəmidə  neyləyəcəksiniz?  –  ĢüĢələrdə  sınan  günəĢ  dərhal 

söndü.  –  Nəyinizə  lazım?  –  Voland  yumĢaq  tərzdə  təkid 

etdi. – Ey xəyalpərəst master, doğrudanmı siz gündüzlər öz 

sevgilinizlə çiçəkləməyə baĢlayan gilənar ağaclarının altında 

gəzmək,  axĢamlar  isə  ġubertın  musiqisini  dinləmək 

istəmirsiniz? Doğrudanmı Ģam iĢığında qaz lələyilə yazmaq 

xoĢunuza gəlməz? Doğrudanmı siz də Faust kimi yeni insan 

yaratmaq  ümidiylə  retorta

35

    önündə  oturmaq  istəmirsiniz? 



Ora,  ora!  Orada  artıq  sizi  ev  və  qoca  xidmətçi  gözləyir, 

                                                 

35

Retorta – distillə kimi kimya təcrübələrində işlədilən odadavamlı şüşə qab (daralan 



və yana burulmuş boğazı olur) 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə