Yazılış qaydası Metodikası Tərtibi Müdafiəsi Azərbaycan Respublikası Təhsil



Yüklə 4,43 Kb.
Pdf görüntüsü
səhifə6/19
tarix08.10.2017
ölçüsü4,43 Kb.
#3860
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   19

fəaliyyətin strukturu,  məntiqi təşkili, prinsipləri, forma və
yolları, vasitələri,  üsulları haqqında  təlimdir ki,  ona əsas-
lanılır.
Hər hansı bir elmin, o cümlədən pedaqogika elminin
də əsas tədqiqat  metodlarının  məcmusu  hesab  olunur.
Metodologiya  elmi-tədqiqat  qaydalarının  geniş  komp-
leksini özündə birləşdirir. Metodologiya texniki, pedaqoji,
siyasi,  idarəetmə və ümumiyyətlə insan  fəaliyyətinin
bütün növlərinin təşkilində və tənzimlənməsində öz əksini
tapır. Metodologiya  ümumi  xarakter  daşıyır,  müxtəlif
nəzəri və praktik fəaliyyətə tətbiq edilərkən konkretləşir.
Tədqiqatın  məqsədi -yaradıcı  fəaliyyətin,  onun
nəticələrinin şüurda,  təfəkkürdə aydın  surətdə təsvir  edil-
məsidir. Aparılan  tədqiqatda əldə edilməsinə nail  olmağa
çalışılan niyyətdir, məramdır, arzudur.
Tədqiqatın məqsədi öncədən ümumiləşmiş halda təd-
qiqatçının  xəyalında, əqlində öz əksini  tapır,  sonra  buna
uyğun olaraq tədqiqatın bütün digər komponentləri seçilir.
Pedaqoji  tədqiqatın  məqsədi – pedaqoji  proses  və
hadisələrin 
səbəb-nəticə
əlaqələrinin, 
qanunauy-
ğunluqların  aşkarlanması  və bu əsasda nəzəriyyə və
metodikaların işlənməsidir.
Tədqiqatın obyekti – Seçilmiş mövzunu öyrənmək,
tədqiq etmək üçün yer, məkan, predmet, hadisə və ya pro-
sesdir.


26
İnduksiya- Xüsusi faktlardan, nümunələrdən ümumi
nəticələrə,  teoremlərə,  qaydalara,  təriflərə doğru get-
məkdir.
Deduksiya – Ümumi  anlayışlardan, tərif və teorem-
lərdən xüsusiyə, konkretə, nümunələrə getməkdir.
Elmi fakt – Faktlar elmi bilklərin əsasını təşkil edir.
Binanı  tikmək  üçün  inşaat  materialları  nə qədər  vacibdir-
sə, tədqiqat işi üçün də faktlar bir o qədər vacibdir. Nəticə
əldə etmək, nəyisə əsaslandırmaq üçün fakt lazımdır.
İcmal- Hər  hansı  bir  mövzu  ilə əlaqədar  olaraq  ilk
mənbələr əsasında elmi məlumatları sistemləşdirən, özün-
də cəmləşdirən elmi sənəddir.
Prinsip – Latın sözü olub, “Əsas”, “Başlanğıc” de-
məkdir. Hər hansı bir mövzunu, elm sahəsini, nəzəriyyəni,
təlimi öyrənmək üçün əsas istinadgahdır, tələbdir.
İxtisaslaşdırılmış Müdafiə Şurası – tədqiqatçının
müəyyənləşdirdiyi  və müvafiq  elmi  şuranın  təsdiq  etdiyi
mövzu əsasında başa  çatdırılmış və müzakirə edilərək
bəyənilmiş  dissertasiyasının  müdafiəsi  üçün  ixtisasa  uy-
ğun  yaradılan və mütəxəssislərin cəlb  edildiyi elmi  məc-
lisdir. İxtisaslaşdırılmış Müdafiə Şurasının təşkil olunduğu
ali  məktəbin  rəhbərliyi  həmin şuranın normal  fəaliyyəti
üçün lazım olan  şəraiti  yaradır. Magistr  dissertasiyasının
müdafiəsi  üçün  də
mütəxəssislərdən  ibarət
ixtisas-
laşdırılmış  müdafiə şurası  yaradılır  və rektor  tərəfindən
rəsmiləşdirilir.


Maket – (fr. maquette,  ital. macchictta – eskiz) –
Müxtəlif  elm  sahələrində işlənən  anlayışdır. Pedaqoji  el-
mində müəyyən obyekti kiçik ölçülərdə nümayiş etdirmə-
yə imkan  verən  modeldir,  ilkin  nümunədir. Təlim  pro-
sesində əyani  vəsait  kimi  istifadə olunur. Pedaqoji  təd-
qiqatda  hər  hansı  bir  ideyanın,  layihənin əvvəlcədən  ma-
ketini  hazırlamaqdır. Tədqiqatın  nəticələri  və ya  disser-
tasiyanın  mətni  çap  edilərkən  onun əvvəlcə maketi  hazır-
lanır. Şəkillər,  cədvəllər,  diaqramlar  illüstrasiyalar əvvəl-
cədən ardıcıllıqla düzülür - yəni əsərin əvvəlcədən maketi
hazırlanır.
Modelləşdirmə - (lat. modulus – ölçü,  nümunə) –
İdrak  obyektlərinin  onların  modellləri  üzərində tədqiq
edilməsi  metodur. Real  surətdə mövcud  olan  obyekt  və
hadisələrin  modellərinin  hazırlanması  və quraşdırılması;
öyrənilən  obyekt  və hadisələrin  xarakteristikalarının  yax-
şılaşdırılması;  müvafiq  modellərin  hazırlanmasının  rasio-
nal  qaydalarının  tapılması;  səmərəli  idarə olunması  təbiə-
tin  və sosial  gerçəkliyin  müəyyən  fraqmentlərinin  ana-
logiyalar  (modellər) əsasında  təhlili tədqiqat  işində mo-
delləşdirmə metodunun qarşısında duran vəzifələrdir.
Pedaqogika  elmində- model  metodu  qədim  tarixə
malik  olsa  da,  müasir  dövrdə daha  geniş  tətbiq  olunmaq-
dadır. Tədqiqat  prosesində mürəkkəb  və çətin  obyektləri,
mürəkkəb  prosesləri  məhz  model əsasında  öyrənmək
mümkündür.


28
Təcrübənin,  sınağın  obyekt  üzərində deyil,  onun
müəyyən surətdə tərtib olunmuş əvəzedicisi üzərində apa-
rılması modelləşdirmədir.
Modelləşdirmə irimiqyaslı  tədqiqatların  təşkili  pro-
sesində reallaşdırılır. Modelləşdirmə metodundan  tədris
planının,  təlim  və ya  istehsalat əməyinin,  tərbiyə proqra-
mının təşkiilində istifadə olunur.
Pedaqoji proses  mürəkkəb obyektdir və onun mode-
lini  yaratmaq tədqiqatçının ən  mühüm  problemlərindən
biridir. Müasir  dövrdə yaradılan  pedaqoji  modellərin
əksəriyyəti didaktik hadisələrə aiddir
Didaktikada  model  metodu  aşağıdakı  məsələlərin
uğurlu həlli üçün şərait yaradır:
1. Tədris  materialının  strukturunun  optimallaşdırıl-
ması.
2. Tədris prosesinin planlaşdırılması.
3. Təlim-idrak fəaliyyətinin idarə olunması.
4. Təlim-tərbiyə fəaliyyətinin vəhdətinin təmin olun-
ması.
5. Təlim prosesinin diaqnozlaşdırılması, proqnozlaş-
dırması və layihələşdirməsi.
Monoqrafiya- (yun. monos-tək və grapho- yazı) Bu
və ya digər  problem  və ya  mövzu  üzrə aparılmış  tədqi-
qatın  yekynlarını  özündə əks  etdirən  geniş  elmi əsərdir.
Elmi  konfransın  materiallarını  və ya müəssisənin  elmi-
tədqiqat işlərini özündə cəmləşdirən böyük elmi topludur.
Monoqrafiya adını almış belə əsərlərdən tədqiqatçı dəyərli
mənbə kimi istifadə edə bilər.


Yüklə 4,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə