Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə22/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

66 


Bu zaman H.Cavidin mollanəsrəddinçilərin mövqeyinə keç-

məsi, mühüm müasir əhəmiyyəti olan bir məsələdə realist Azər-

baycan yazıçılarına yaxınlaşıb onlarla bir cəbhədə durması, heç 

şübhəsiz ki, onun yaradıcılığında yeni, mütərəqqi bir addım idi. 

Cavid yaradıcılığında “Maral” faciəsi bir də ona görə  əhə-

miyyətli idi ki, bir zaman şair “Pənbə çərşaf” adlı şeirində çadranı 

gözəllik, ismət rəmzi kimi tərənnüm etmişdi. İndi isə o, bu pyes 

ilə öz köhnə baxışlarından  əl çəkirdi ki, bu da Cavid yaradıcılı-

ğında məfkurə baxımından irəliyə doğru müsbət bir addım idi. 

H.Cavid yaradıcılığının müasir həyata, müasir ictimai hadi-

sələrə münasibətini açmaq üçün onun “Şeyda” faciəsi xüsusilə 

əhəmiyyətlidir. 

“Şeyda” faciəsinin mövzusu Bakının mətbəə  işçilərinin və 

zəhmətkeş ziyalıların həyatından alınmışdı. Cavid bu əsərində 

real həyata daha yaxın gələrək, istismarçı siniflərin vəhşi təbiətini 

sonsuz nifrət hissi ilə təsvir etmişdir. Ədibin yaradıcılığında azad-

lığa, ədalətə çağırış motivləri bu əsərdə artıq sentimental və mü-

cərrəd deyil, konkret məna daşıyır, kəskin səslənirdi. 

Əsərin baş qəhrəmanı Şeyda xəyalpərvər və ziddiyyətli olma-

sına baxmayaraq, kapitalist sinfinə intəhasız kin və nifrət bəsləyir. 

İndi Cavidin romantik qəhrəmanı artıq başa düşür ki, “ədalət, 

həqiqət, mərhəmət” deyə fəryad qoparmaqdan heç bir şey çıxmaz. 

Ədaləti ancaq və ancaq mübarizə ilə, həm də barışmaz mübarizə 

ilə  əldə etmək olar. Şeyda üzünü tətilə hazırlaşan mətbəə  fəhlə-

lərinə tutub deyir: “... insaf, mərhəmət xülyaları ilə sürünəcək 

olsanız, nəticədə zillət və  səfalətdən başqa bir şey” tapmaya-

caqsınız. 

“Şeyda” faciəsində Cavidin romantik qəhrəmanı artıq “hür-

riyyət pərisi” haqqında dumanlı, ritorik söhbətlər açmır, fəhlələrin 

inqilabi çıxışlarına kömək edir, onlar üçün mübariz marş yazır, 

əməyin kapital üzərində  qələbə çalması üçün əlindən gələni 

əsirgəmir. 

“Şeyda” faciəsinə inqilabi pafos aşılayan məziyyətlərdən biri 

də budur ki, əsərin sonunda çar istibdadının devrilməsi xəbəri qar-




Úàâèäè õàòûðëàðêÿí 

67 


lı dağları, qalın meşələri aşıb doğma Azərbaycana da çatır, zəh-

mətkeş kütlələr tərəfindən böyük sevinclə qarşılanır. Bu şad xəbər 

dəmir hasarlardan keçərək zindanlara da nüfuz edir, həbsxanalara 

atılmış inqilabçıların da üzü gülür. Məhbus inqilabçıların biri 

Romanov sülaləsinin süqutunu öz yoldaşlarına bel xəbər verir: 

“Artıq zəncirlər qırıldı. Nəhayət, istibdad heykəli devrildi. Rusiya 

çarlığı məhv oldu. Səadət günəşi parlayır, hüriyyət pərisi gülüm-

səyir. Bu gün məzlumlar üçün ən  şərəfli bir bayram, zalımlar 

üçün ən qorxunc bir intiqam günüdür.” 

Heç bir şübhə yoxdur ki, surətin dili ilə deyilən yuxarıdakı 

sözlər müəllifin inqilaba bəslədiyi şəxsi münasibətin ifadəsi idi. 

Faciədə  bəzən inqilabi pafosun zəifləməsinə baxmayaraq, 

“Şeyda” H.Cavid yaradıcılığında və eləcə də Azərbaycan ədəbiy-

yatı tarixində inqilabi məzmunlu bir dram əsəri kimi diqqəti cəlb 

edir. 

“Maral” və  “Şeyda” faciələri açıq göstərir ki, H.Cavid real 



həyata, müasir demokratik yazıçılara yaxınlaşdıqda,  əsərlərinin 

mövzusunu real həyatdan aldıqda mücərrəd fəlsəfi axtarışlardan, 

ziddiyyətlərdən uzaqlaşırdı. 

Bu əsərlər bir də onu sübut edir ki, vaxtilə “Cavid öz xalqı ilə 

bağlı olmamışdır, Azərbaycanın həyatından yazmamışdır” deyən-

lər səhv edirlər. Bu əsərlər göstərir ki, H.Cavid öz xalqı ilə bağlı 

olmuş, yaradıcılığı ilə onun mədəni inkişafına, ictimai şüur təşək-

külünə müəyyən müsbət təsir göstərmişdir. 

Hüseyn Cavidin tez-tez tarixə müraciət etməsini mənfi bir hal 

kimi qiymətləndirənlər də yanılırdılar.  Əgər H.Cavid Şərqin qə-

dimdən  əbədi dillərdə  gəzən “Şeyx Sənan”  əfsanəsini öz yaradı-

cılıq laboratoriyasının süzgəcindən keçirib, islam dininin ehkam-

larını rədd edən gözəl bir məhəbbət dastanı yaratmışdırsa, heç bir 

qəbahət iş görməmişdir. Eyni sözü müasirliklə səslənən “Knyaz”, 

“Səyavuş” və  nəcib ümumbəşəri duyğular tərənnüm edən 

“Xəyyam” pyesləri haqqında da demək olar. Bu cəhət humanist 

sənətkarın coğrafi sərhəd və milli məhdudiyyət bilməyən yara-

dıcılıq üfüqlərinin genişliyini, bədii təxəyyülünün  əhatəli və 




Úàâèäè õàòûðëàðêÿí 

68 


dərinliyini göstərir ki, biz buna ancaq sevinməliyik. Axı, Cavidi 

Cavid edən, onu böyük sənətkarlar sırasına çıxaran da “Şeyx 

Sənan”, “Səyavuş”, “Xəyyam” kimi sənət inciləridir.  Ədəbiyya-

tımızın qızıl fonduna möhkəm daxil olmuş bu əsərlərlə biz haqlı 

olaraq fəxr edirik. 

Cavidin bəzi tədqiqatçıları çox vaxt unudurdular ki, Cavid 

tarixə müraciət edərkən hadisələrə bu günün gözü ilə baxmış, 

onları müasirlik baxımından mənalandırmışdır. Kim deyə bilər ki, 

“Knyaz”, “Səyavuş”, “Xəyyam” pyeslərində tarixiliklə müasirlik 

üzvi surətdə bağlanılmamışdır? Bunların heç birində tarix kor-

koranə idealizə edilməmişdir.  Əksinə, köhnə dünyanın çürümüş 

əxlaq normaları bu günün dünyagörüşü tələbləri cəbhəsindən 

işıqlandırılıb tənqidə tutulmuşdur. 

Bu prinsipi müəyyən dərəcədə “Topal Teymiu”a da aid etmək 

olar. Bu pyesində  də müəllif köhnəliyin qarşısında kor-koranə 

boyun əyməmişdir. 

Hüseyn Cavidin yaradıcılıq taleyi elə  gətirmişdir ki, o, uzun 

müddət  ədalətsiz tənqidlərə  məruz qalmışdır. Azapçılıq, vulqar 

sosiologiya və  şəxsiyyətə  pərəstişin hökm sürdüyü illərdə Cavid 

ancaq tənqid hədəfi olmuşdur. Özü də elə tənqid ki, onu ortalığa 

çıxarmağa indi adamın üzü gəlmir. Odur ki, bu kitaba əsasən 

ədalətli tənqidi məqalələr və obyektiv elmi tədqiqat  əsərləri 

salınmışdır. Heç şübhəsiz ki, bu kitabda toplanılan əsərlər Hüseyn 

Cavid yaradıcılığının geniş oxucu kütlələri tərəfindən öyrənil-

məsinə yaxından kömək edəcəkdir. 

XX  əsrin ilk illərindən başlayaraq, 1930-cu illərin birinci 

yarısınadək davam edən dövrdə Azərbaycan  ədəbiyyatını, xüsu-

sən Azərbaycan teatrını Cavidsiz təsəvvür etmək mümkün 

deyildir. 

Cavidin Azərbaycan  ədəbiyyatı tarixində tutduğu mövqeyi 

qiymətləndirərkən, nəzərə almaq lazımdır ki, müəyyən ictimai, 

mədəni inkişaf yolu keçən hər hansı bir xalqın ədəbiyyat tarixində 

Sabirlərlə yanaşı Hadilər də olmuşdur, Cabbarlılarla yanaşı, 

Cavidlər də olmuşdur. Nəzərə almaq lazımdır ki, bədii yaradıcılıq 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə