Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə97/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   92   93   94   95   96   97   98   99   100

335 
K
ərim  Əfəndi gələcəkdir. Sevinclə  Çölquşçu  kəndinə  dönən 
babam  tez  bir  zamanda  Əfəndinin dediklərini həyata keçirib. 
K
əndin yuxarı hissəsində  şirin sulu “Qarabulaq” adında  bulaq 
vurdurub. K
əndin düz  ortasında  isə  hündür minarəli, uca 
günb
əzli yaraşıqlı və gözəl bir məscid tikdirib. (Həmin məscidi  
90-
cı illərdə kəndin tanınmış ziyalısı, xarici dil müəllimi Şahin 
Qubad oğlu Xudatov  öz şəxsi vəsaiti hesabına təmir və bərpa 
etdirmiş,  yenidən həyata qaytarmışdı.  M.B.)  Babam  danı-
şarmış ki, sonralar kəndimizin Həccdən qayıdan zəvvarları ona 
Hacı Vəli deyə  müraciət edərmişlər. Və deyərmişlər ki,  Hacı 
V
əli; Həcc ziyarəti  zamanı  biz  səni orada birinci cərgədə 
gördük. Ziyar
ətin qəbul olsun , Hacı ! 
Saray 
Bayramovanın əlavəsi:                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            
- Bu ill
ər ərzində Hacı Kərim Əfəndi Fatimə adlı  bir qızla 
evl
ənir. Ancaq “sən saydığını say, gör Fələk nə sayır” deyib-
l
ər.  Əvvəldən taleyi üzünə  gülməyən  bu tatar türkünün  ilk 
ail
ə həyatı uğursuzluqla bitir. Fatimə doğuş zamanı  dünyaya 
t
əzəcə göz açan körpəsi ilə birlikdə əbədiyyətə qovuşur. Son-
ralar Hacı Kərim Əfəndi Həmdulla Əvəndinin nəvəsi Şölə ilə 
(mü
əllim Ramiz Vahabovun bibisi-M.B) ailə  həyatı  qurub. 
Lakin ikinci d
əfə evlənsə də, bir daha övladı olmayıb. Evinin,  
ocağının  başı  həmişə  bum-buz soyuq olub. Bir  körpə 
qığıltısına, bir uşaq qoxusuna, uşaq nəfəsinə həsrət qalıb Hacı 
K
ərim Əfəbdi... 
Bütün ömrü boyu o, bu qürb
ət eldə,  Çölquşçuda  yaşadı, 
buradan heç yana getm
ədi. Kənara çıxmadı. Vətənindən çox-
çox uzaqlarda n
əslini, soy-kökünü yaşadacaq bir madar övladı 
olmadı.  Onun dindar həyatı çox niskilli, kədərli keçdi. Lakin 
ümidini, t
əsəllisini  kitablarda  axtardı,  sevgisini,  məhəbbətini 
ilahiyyat elmind
ə  tapdı.  İnsanlara  bağlandı,  tələbələri ilə 
ovundu, onlara güv
əndi, onlara sığındı... 
Ancaq h
əyat, necə deyərlər, bir yerdə dayanıb durmur. O, 
insanı  daim  sabaha,  gələcəyə  səsləyir,  yaşamağa,  yaratmağa 


336 
ruhlandırır.  Hacı  Kərim  Əfəndi də  tez bir zamanda özünün 
xeyirxahlığı,  dərin biliyi və  ibrətamiz məsləhətləri ilə  
Çölquşçu camatının, eləcə də  bütün ətraf kəndlərin  əhalisinin 
böyük hörm
ət  və nüfuzunu qazanıb, bir çoxlarına mənəvi ata 
olub.  Yıxılana  əl tutub,  arxa-dayaq olub. Kənd  camaatı  uzaq 
Tatarıstan  elindən gələrək qədim  Şabran  diyarına  sığınan,  bu 
q
ərib yerləri ürəkdən sevərək ona vətən deyən  ilahiyyatçı 
alim
ə yüksək qayğı  göstərib, onun söylədiyi müqəddəs  Allah 
k
əlamlarına,  Peyğəmbər risalələrinə  coşqun  və  məhəbbətlə 
qulaq asarmışlar... 
Tezlikl
ə  Hacı  Kərim  Əfəndinin sevə-sevə  dərs dediyi 
t
ələbələrinin kənd məscidində  və  evlərdə  səsləri  eşidilməyə 
başlayıb.  Şahbaz bəy, Xudat, Qubad, Həmid, Əlixan, Meyva 
xanım  (mənim anam –M.B.), Leylafər  xanım,  Subiyə  xanım, 
Pulxanım  və Gülnaz xanım (sonuncu iki xanım  sonralar  dini 
t
əhsildə  seçilib fərqlənən Meyva Ağası qızından dərs almışlar) 
v
ə başqaları Hacı Kərim Əfəndidən islami bilikləri əxz etmiş, 
Qurani-K
ərimi  başa  qədər öyrənmişlər. Tələbə  gənc  Əlixan 
b
əy hər gün məscidin minarəsindən  elə  coşqu  və  məlahətli 
s
əslə  əzan verərmiş  ki,  necə  deyərlər  quşlar  göydə  qanad 
salarmış. 
On iki il bundan 
əvvəl rəhmətə getmiş ilahiyyatçı Gülnaz 
xanım Vəliyevanın sağlığında söylədiyi xatirələrindən: 
-Hörm
ətli  Hacı  Kərim  Əfəndi böyük alim idi.  Dinimizi 
d
ərindən və  gözəl  bilirdi.  Güclü  yaddaşı  var  idi.  İslamı 
t
ələbələrinə böyük həvəs və sevgi ilə öyrədirdi. Tələbə qızlar  
arasında  Meyva Ağası bəy qızı  çox fərqlənirdi. Atası Ağası 
b
əy  varlı  və  imkanlı  şəxs  idi.  Qızı  Meyva  üçün  İrandan, 
Türkiy
ədən, hətta uzaq Suriyanın Şam şəhərindən  çoxlu dini  
kitablar  alıb  gətirərdi.  Meyva  xanım  isə  həmin kitablardan 
özünün  şagirdlərinə-dayısı  qızı  Pulxanıma  və  mənə  bağışla-
yardı. Hacı Kərim Əfəndinin  məsləhəti ilə  Pulxanım və mən  
sonralar h
əm də Meyva Ağası qızından öyrənər, dərs alardıq. 


337 
Əfəndi tez-tez deyərdi: 
-Göz
əl və  təsirli səsi  olan  Meyva    qızım  Quranı    bülbül 
kimi oxuyur. H
əzrəti  Peyğəmbərdən,  imamlardan  insanı  riq-
q
ətə  gətirən, ona ruh verən təsirli silsilələr deyir, hədislər 
söyl
əyir. Hacı Kərimin  bu sözlərindən sonra qət etdim ki, mən 
d
ə müəlliməm  Meyva xanım kimi oxumalıyam. Bir xatirə də 
danışım. Aycamal  nənəmin bacısı Gülnar   ağır xəstə, can üstə 
imiş. Tez  Əfəndinin yanına qaçırlar. Sən demə, Əfəndinin özü 
d
ə xəstə yatırmış. O, Aycamal nənəmə deyir: 
-Tez Meyva 
Ağası  qızına  bildirin.  Qoy  evdən yolboyu 
Yasin sur
əsini oxuya-oxuya xəstənin yanına getsin və oxumağı 
orada da davam etdirsin. Bir azdan  
çalışıb mən də gələrəm. 
Çölquşçu  kəndinin  ağsaqqalı  Hacalı  Dünyamalıyevin  
dedikl
əri : 
-B
əli, Hacı Kərim Əfəndi həqiqətən çox güclü  dini alim 
idi. M
ən bu gözəl  insanı yaxından tanıyırdım, onun dinimiz və 
m
ənəvi həyatımızla bağlı müdrik söhbətlərini, fəlsəfi kəlamla-
rını çox dinləmişəm. Bədəncə bir az arıq idi, orta boylu, nurani 
çöhr
əsi vardı. Çox mehriban və söhbətcil  adam idi. Səsində, 
sözl
ərində güclü iradə, məntiq və qətiyyət duyulardı. Bu  nəcib 
insanın  həm də  öncə  görmə  bacarığı  vardı.  Yadımdadır 
k
əndimizdə  traktorçu  işləyən Həmdulla  Şərifovun bir-birinin 
ardınca  3  uşağı  anadan  olmuş  və  az keçmədən körpələr 
ölmüşdülər. Mən Həmdullanı  götürüb  Xaçmazın  Çarxı  kən-
din
ə Əbdülqasım ağanın  yanına  getdik. Haradan gəldiyimizi 
v
ə məqsədimizi bilən axund ərkli tərzdə  dedi: 
-
Siz güclü alim olan  Hacı Kərimi  kəndinizdə  qoyub niyə 
m
ənim  yanıma  gəlmisiniz? Mən sizə  kəndinizə  qayıdıb  öz 
əfəndinizdən məsləhət almağınızı tövsiyyə edirəm. 
Hacı Kərim  Əfəndi isə  bizi diqqətlə dinləyib  kitab açdı 
v
ə dedi: 
-H
əmdulla,  oğlum,  yoldaşının  doğuşdan  sonra  üstünə  
h
əmzatlı qadın gəlib. O, dualar yazdı və həm də dedi ki, birinci 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə