Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü m əsləhətçi redaktor



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə95/100
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50617
növüYazı
1   ...   92   93   94   95   96   97   98   99   100

327 
X  
BÖLMƏ 
 
 
 
 
 
 
 
 
 
“VƏTƏN  UĞRUNDA  ÖLMƏK  
ŞƏRƏFDİR” 
 
Ulu bir tarixdir h
ər qəbir daşın,  
Çox müsib
ət görüb bəlalı başın. 
Canlı şahidisən neçə savaşın, 
S
ən Tanrıdan güc almısan, ey Vətən
Kim deyir ki, qocalmısan, ey Vətən. 
 
               
 
 
 
 
 
 
 
 
 
 
 


328 
ŞƏHİD  MÜSLÜM  MEHDİYEV 
 
Müslüm Q
əzənfər  oğlu  Mehdi-
yev 1967-ci ild
ə  Şabran  (keçmiş 
D
əvəçi) rayonunun Gəndov kən-
dind
ə  qulluqçu ailəsində  dünyaya 
göz açıb. 
Atası Mehdiyev Qəzənfər  Təh-
m
əz oğlu 1930-cu ildə Gəndov kən-
dind
ə  anadan olub. Uzun müddət 
G
əndov kənd klubunda  kinomexa-
nik işləyib. 1994-cü ildə ürək xəstə-
liyind
ən qəflətən vəfat edib. Müs-
lümü  bacıları  Rəna, Mötəbər və  böyük  qardaşı  Təhməzlə 
birlikd
ə  nənəsi Pərnişan xala saxlayıb böyüdüb. Lakin böyük 
bacısı  Mötəbər isə ona ana əvəzi olub.  
Müslüm  Mehdiyev 1974-cü ild
ə Gəndov kənd orta mək-
t
əbin I sinfinə qəbul olub. 1984-ci ildə  həmin məktəbi müvəf-
f
əqiyyətlə bitirib kamal attestatı alıb.1985-1987-ci illərdə hərbi 
xidm
ət borcunu yerinə yetirib.Hərbi xidmətdən sonra  Bakıda  
peşə  təhsili    məktəbinə  daxil olub  və  1989-cu ildə  həmin 
m
əktəbi bitirərək diplom alıb.   
1993-cü ild
ə  Qarabağ  savaşında  Vətənimizin  o  ağır  
günl
ərində  könüllü olaraq cəbhəyə  gedib.  Qarabağda  gedən  
g
ərgin döyüşlərin  fəal iştirakçısı olub. Ağdam uğrunda gedən 
qanlı döyüş əməliyyatlarında igidliklə vuruşub, bir neçə uğurlu 
h
ərbi əməliyyatın fəal iştirakçısı  adını qazanıb.  
 Lakin M
ərğam  kəndi  uğrunda  gedən dəhşətli  döyüş 
zamanı  Müslüm  ağır  yaralanıb.  Əsgər  yoldaşları  onu  təcili 
yardım  maşınına  mindirib  yola  çıxarmaq  istərkən  əsgərlər 
hamı düşmən ordusunun top atəşinə məruz qalıb. Müslüm isə 
faci
əli surətdə şəhid olub. Vətənin bu şanlı  şəhid oğlu Gəndov  
k
ənd qəbiristanlığında  dəfn olunub.   


329 
Müslümün  bacısı  Mötəbər Qəzənfər  qızı  Mehdiyeva  da 
G
əndov kənd orta məktəbin  yetirməsidir. 1977-ci ildə  Quba 
sovxos texnikumunun meyv
ə-tərəvəz  şöbəsini bitirib, aqra-
nom
luq  diplomu  alıb.  Bizimlə  söhbətdə  şəhid  bacısı  əmək 
salnam
əsini belə yada saldı: 
“Əvvəlcə Gəndov sovxozunun 2 saylı briqadasıda işlədim. 
Sonra sovxozun idman t
əlimatçısı və katibəsi  oldum. 1986-cı 
ild
ə  məni Gəndov sovxozunun ən böyük üzümçülük briqa-
dasına  başçı  təyin etdilər.  Qadınlığımı  tamam  unudub  bütün 
bilik v
ə  bacarığımı  səfərbər  etdim.  İş  yoldaşlarımın  hamısı 
m
ənə dəstək oldular. Rəhbərlik etdiyim briqadada həmin ildə 
v
ə  sonrakı  dövrdə  gözəl üzüm məhsulu  yetişdirdik.  Hər 
hektardan 200 sentner m
əhsul toplayıb təhvil verərək qabağcıl 
briqadir adını qazanmaq şərəfinə nail oldum.  
1992-ci ild
ə  məni sovxoz həmkarlar komitəsinin sədri 
seçdil
ər. Bir  neçə müddət də  həmin vəzifədə işlədim. 1999-cu 
ild
ə  isə  məni Gəndov kənd  İƏV-nin hərbi  kargüzarı  təyin 
etdil
ər. Hal-hazırda  da  həmin vəzifədə  əmək fəaliyyətimi 
davam etdirir
əm. 
Qardaşım  Müslümün  faciəli ölümü, onun itkisi bu gün 
m
əni  kədərləndirsə  də  göz  yaşlarım  içində  deyirəm: Təki 
V
ətən  sağ  olsun.  Əgər  Doğma  Azərbaycanım  qardaşım 
Müslüm
ə  və  yüzlərlə  onun  kimi  canınıdan  keçmiş    şəhidlərə 
oğul deyirsə mən böyük qürur hissi keçirirəm. Mənim bir bacı 
kimi  heç bir 
başqa dərdim ola bilməz.”  
Müslümün  haqqında danışdığımız  böyük  bacısı  Mötəbər 
t
əsəlli tapmaq üçün şəhid dardaşının sinə daşında  bu  sözləri 
yazdırıb: 
 
Yoxluğunu bilə-bilə, 
Gözümüz axtarır səni. 
Qayıt, qardaşım, qayıt !.. 
 


330 
V
ətənimizin  torpaqları  uğrunda  canını  qurban  vermiş 
Müslüm
ə  və  diğər  şəhid  oğul  və  qızlarımıza  Allah  rəhmət 
el
əsin! 
M
ən bu yazı üzərində işləyəndə vaxtıkən iş münasibətləri  
zamanı  tanış  olduğum  həmişə  üzügülümsər  şəhid    atası 
Q
əzənfər kişi yadıma düşdü. İstər əmək cəbhəsində, istər savaş 
c
əbhəsində  ataya  baş  ucalığı  gətirən övladlar  tərbiyə  edib 
böyütdüyün
ə görə  onun nurlu üzü xatirimdə daha da işıqlandı. 
Q
əzənfər kişinin ailəsində görünür bacılar ailədə baş verən bu 
faci
əyə  çox dözümlülük göstərdlər.  Onlar  ağır  da  olsa 
qardaşları  Müslümün bu dərdi ilə yaşadılar.  
T
əkcə bir ata səbrini boğa bilmədi. Belə cəsur övladların 
atası Qəzənfər kişi oğlu şəhidlik zirvəsinə yüksəlsə də ürəyi bu  
v
əziyyətə  dözmədi. Elə  oğlu  şəhid olan həmin ildə  də  oğlu 
Müslümsüz  yaşamaq  istəməyib  dünyasını  dəyişdi.  Allah  ona 
v
ə bütün şəhid ata və analarına qəni-qəni rəhmət eləsin! 
Bu yazının mürəkkəbi quruyar-qurumaz ürəyim dözməyib 
sanki yerind
ən  oynadı.  Mən də  bir  şair  kimi  baş  verən bu 
insan itkisin
ə  öz kədərimi   son dövrdə  yazdığım  “Ayrılıq” 
şeirindən bir parça ilə bildirdim : 
 
Q
əm-qüssə qəlbimi didib parçalar, 
Gözümün önünü qaranlıq alar. 
Atılar üstümə, ilantək çalar, 
C
əllad kimi canı alar ayrılıq, 
M
əni səndən ayrı salar ayrılıq. 
 
 
 
 
 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə