Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə13/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   189

cəhət  Bakının  üstünə  qoşun  yeridənləri  görünür,  o  qədər də  narahat  etmirmiş.  Bu  bir. 

İkinci; məgər rəsmi təsdiq olunmuş bir təşkilatla  - Azərbaycan Xalq Cəbhəsiylə siyasi 

dialoq  mümkün  deyildi?  Məgər  tarixin  acı  dərsləri  sahibi-ixtiyarlara  heç  bir  şey 

öyrətməyib?  Dərk  edə  bilməyiblər  ki,  ayrı  siyasi  baxışlara  malik  olan  adamlarla 

tankların və dəyənəklərin diliylə danışmaq heç bir vaxt xeyirli nəticə vermir. 

Yanğını  alışıb  ətrafı  bürüyənə  qədər  söndürmək  lazımdır.  Yanvarın  13-14-də 

Bakıda kimlər tərəfindən törədildiyi bəlli olmayan erməni talanları baş verdi. Əsgəran 

və  Sumqayıt,  Ermənistanın  Qukark  rayonu,  Fərqanə,  Yeni  Uzen,  Tbilisi  faciələrindən 

sonra iki il ərzində hakimiyyət orqanları belə qəddarlığın, təhdid və talanların qarşısını 

ala  biləcək  bir  mexanizm,  təcili  fəaliyyət  göstərməyə  qadir  olan  bir  qüvvə  yarada 

bilməzdilərmi?  Nəyə  görə  talanların  ərəfəsində  respublikanın  daxili  qoşunlarının 

silahları  alınmışdı?  Bakı  ermənilərinin  ünvanları  talançılara  məlum  idisə,  bu  ünvanlar 

asayişi qorumalı olan respublika və mərkəz dairələrinə niyə məlum deyildi və günahsız 

adamları müdafiə etməyə onlara nə, ya kim mane oldu? Nazir Bakatinin dediyinə görə 

bu zaman Bakıda beş min talançı, on iki min nəfərlik daxili qoşun vardı, bəs onda iki 

yarım milis işçisi bir talançının öhdəsindən gələ bilməzdimi? Suallar, suallar, suallar... 

Bu  sualların  cavabı  isə  yoxdur.  Hər  halda  bu  suallara  cavab  vermək  istəmirlər.  Bu 

talanlar kimə lazım idi, kimə xeyir idi? Bir çox azərbaycanlı ailələri, Xalq Cəbhəsinin 

nümayəndələri erməniləri gizlədib qoruyurdular. 

Bizim  bütün  ziyalılarımız,  ictimaiyyətimiz  kimi  Azərbaycan  yazıçıları  da,  qəti 

şəkildə  və  qeydsiz-şərtsiz  bu  talanları  pislədi,  onların  təşkilatçılarının  və  icraçılarının 

ciddi  məsuliyyətə  cəlb  olunmasını  tələb  etdi.  Həlak  olanların  hamısına  acıyırıq. 

Hakimiyyət orqanları, o cümlədən mərkəzi hakimiyyət orqanlara bu talanların qarşısını 

almaqda  acizlik  göstərdilərsə,  heç  olmasa  13-14  yanvarda  Bakıda  cinayət  törədənləri 

tapmalı  və  cəzalandırmalıydılar.  Bunun  əvəzində  isə  mərkəzi  hakimiyyət  bütöv  bir 

xalqdan  «qisas  almaq»  fikrinə  düşdü,  bu  xalqın  öz  ləyaqət  və  namusunu  qorumaq, 

torpağını və ərazi bütövlüyünü təcavüzdən mühafizə etmək əzmini qan içində boğmaq 

istədi. Qatillər və canilər deyil, yüzlərcə günahsız azərbaycanlını - on üç yaşlı qızcığazı, 

on dörd yaşlı oğlanları, yetmiş yaşlı qoca qarını, kor rus fəhləsini, təcili yardımın yəhudi 

həkimini cəzalandırdılar. 




Cinayəti  törədənlər  başqaları  idi,  cəza  alanlar  başqaları.  Əgər  bir  şəhərdə  hər 

hansı cinayət baş verirsə, bu səbəbdən həmin şəhəri gülləbaran etmək, evləri, küçələri, 

adamları yelpicvari atəşə tutmaq məqbuldurmu? Qocaya da, körpəyə də qan uddurmaq 

olarmı - nə var, nə var, onlar bu   şəhərin sakinidir? Hələ onu demirəm ki, vicdansızlığın 

son  həddi  -  belə  kütləvi  qırğının  kecikdiyindən  gileylənməkdir.  Yəni  ki,  günahsız 

insanlar  bir  az  daha  qabaq,  uşaqlar  daha  körpə  yaşında  qanına  qəltan  edilməliymiş  - 

bunu  yüksək  kürsülərdən  söyləyənləri  insan  saymaq  olarmı?  Həm  də  bunu  həmin  o 

dildə deyirlər  ki, o dildə  Dostoyevski körpənin göz  yaşları haqqında  məşhur  kəlamını 

bəyan  edib.  Belələrini  qan  seliylə  də  sarsıtmaq  olmaz,  onda  ki,  bir  körpənin  göz  yaşı 

olsun. 


Bir ovuc qatili və canini tapmaq və zərərsizləşdirməkdən ötrü tanklara və zirehli 

maşınlara,  sərkərdələrin  hərbi  məharətinə    və  superdövlətin  silahlı  qüdrətinə  ehtiyac 

vardımı?  Məgər  Moskva  ətrafındakı  Lübertsi  qəsəbəsində,  yaxud  Kazan  şəhərindəki 

mütəşəkkil cinayətə qarşı bu vasitələrlə mübarizə aparılır?  

Bəzən  iddia  edirlər  ki,  söhbət  SSRİ-nin  dövlət  sərhədlərinin  qorunmasından 

gedirdi. Məgər bu sərhədlər Bakıdan keçir?  Sərhədləri vaxtlı-vaxtında həm də onlardan 

500 km uzaqda olan şəhərdə yox, sərhədlərin keçdiyi yerlərdə qorumaq olardı. Bir də 

iddia  edirlər  ki,  söhbət  Bakıda  Sovet  hakimiyyətinin  devrilməsindən  gedirdi.  Məgər 

«Sovet  hakimiyyəti»  və  Bakıda,  rayonlarda  iflasa  uğramış,  istefası  tələb  olunan  ayrı-

ayrı partiya rəhbərləri eyni anlayışdır? Nəyə görə başqa yerlərdə iqtidarsız rəhbərliyin 

istefaya  çıxması  haqqında  tələblər  -  demokratiyanın  təntənəsi,  Azərbaycanda  isə  eyni 

şey  dövlət  çevrilişi  sayılır?  Şübhəli  bir  fikir  də  ortaya  atılır:  guya  kimsə  burda  İslam 

respublikası yaratmaq niyyətindəymiş. Nə Xalq Cəbhəsi, nə başqa mötəbər bir hərəkat 

ya  təşkilat  heç  vaxt  və  heç  yerdə  belə  bir  məsələ  qaldırmayıb.  Əgər  hardasa  kiçicik 

dəstələr belə şüarlar irəli sürüblərsə, onda da bu ikimilyonluq şəhər və yeddi milyonluq 

respublikaya  qarşı  cəza  tədbirlərinə  səbəb  ola  bilməz.  Tez-tez  Mərkəzi  televiziyayla 

Rusiyada  monarxiya sistemini bərpa etmək arzusunda olan adamlar çıxış edirlər. Məgər 

onların  bu  arzusuna  avtomat  atəşiylə,  topların  yaylımıyla,  sərnişinli  «Jiquli»ni  xurd-

xəşil edən tankların yürüşüylə cavab verirlər? 



Matah  yenidənqurma  bu  imiş?  Bu  cür  yenidənqurmanı  intizarla  gözləyir, 

sadəlövhlüklə  buna  inanırmışıq?  Heyf,  səd  heyf.  Bu  imiş  demə  demokratikləşma, 

cəmiyyətin təzələnməsi, yeni düşüncə tərzi. Hələ onu demirəm ki, SSRİ Konstitusiyası 

(229-cu  maddə,  14-cü  bənd)  kobudcasına  pozulmuşdur.  Azərbaycan  SSR-in 

Konstitusiyası  da  həmçinin.  Respublikanın  suverenliyi  tamamilə  alt-üst  edilmişdir. 

Respublikanın  ali  hakimiyyət  orqanları  ilə  formal  cəhətdən  belə  razılaşdırılmadan  bu 

cür  zalım  bir  aksiya  hazırlanırmış.  Həm  də  ölkənin  ali  mənsəbləri  Azərbaycan 

ziyalılarını, deputat korpusunu yalançı vədlə aldatdığı bir vaxtda belə bir qırğına şıdırğı 

hazırlıq  gedirmiş.  Bu  oyunu  bizim  başımıza  açdılar  ki,  başqalarına  da  görk  olsun,  öz 

suverenliyini, müstəqilliyini  çox da ciddi qəbul eləməsinlər. 

Yeniyetməlik çağım  1956-cı ildə, Sovet qoşunları Macarıstana girəndə qurtardı, 

gəncliyim 1968-ci ilin avqustunda Sovet ordusu «Praqa baharı»nı boğanda bitdi. 1990-

cı ilin Bakı yanvarında mənə elə gəlir ki, həyatımın axırıdır... 

Uzun  müddət  ərzində  SSRİ  Ali  Soveti  və  Xalq  deputatları  Qurultayında  xüsusi 

tədqiqat  aparılırdı  -  Əfqanıstana  qoşunların  girməsinə  kim  əmr  verib,  Molotov  - 

Ribbentrop  müqaviləsi, bütöv  xalqların  yerindən dəbərdilib  sürgün edilməsi üçün  kim 

məsuliyyət  daşıyır?  İndi,  Stalin  zamanında  yox,  Brejnev  zamanında  yox,  bizim 

günlərdə,  aşkarlıq  dövründə  suveren  respublikanın  ərazisinə  qoşun  yeridirlər,  həm  də 

əvvəlcədən qurbanları da nəzərə alırlar (təcavüzdən bir neçə saat qabaq xəstəxanalarda 

yerlər  tədarük  edir,  tibbi  personalı  səfərbər  edirlərmiş),  amma  ölkənin  Ali  Sovetinin 

nəinki razılığı alınır, heç onu xəbərdar etməyi də lazım bilmirlər. Tbilisi faciəsi də dərs 

olmadı  bunlara.  13-14  yanvar  talanlarıyla  Bakıya  qoşun  yeridilməsi  arasında  beş  gün 

var. Bu beş günə Azərbaycana on min əsgər gətirməyə vaxt tapdılar, amma Moskvada 

Ali  Sovetin  üzvü  olan  540  deputatı  toplamağa  imkan  tapmadılar.  Belə  fövqəladə  bir 

məsələdə onların rəyini bilməyə macal olmadı. Ümumiyyətlə, səhv etmirəmsə, ölkənin 

tarixində  fövqəladə  vəziyyət  ilk  dəfə  tətbiq  olunur  və  onun  mexanizmi  haqqında  da 

dəqiq  anlayış  yoxdur.  Görünür,  Azərbaycan  belə-belə  işlərin  tətbiq  olunması  üçün 

münasib  sınaq  meydanıdır.  Bundan  sonra  hələ  Qanuni  Dövlət  yaradılmasından  dəm 

vururlar. 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə