Yazı və foto işləri: Cəmilə Bəndəliyeva Müxbir: Rza Məmmədov Korrektor: Zöhrə Rəhimova



Yüklə 4,89 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix31.10.2018
ölçüsü4,89 Mb.
#76895
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

23

 

Yüksək  rəqabət  şəraitində  fəaliyyət  göstərən 



brendlər  xidmətdə  yeniliklər  tətbiq  etməklə  ya-

naşı,  keyfiyyəti  də  artırmağa  çalışırlar.  Hər  za-

man  yeniliklərə  imza  atan  Park  Bulvar  AVM, 

ərazisində fəaliyyət göstərən brendlərin də xidmət 

səviyyəsinin  yüksək  olmasına  xüsusi  əhəmiyyət 

verir. 


Geyim brendləri ilə yanaşı, turistlərin diqqətini 

çəkən  və  onların  marağına  səbəb  olan  zəngin 

mətbəximizlə bağlı aksiyalar keçirdik. Yay fəslinin 

son ayında Park Bulvar AVM-ə gələn turistlər  yeni 

menyulardan razılıqlarını ifadə etdilər. 

İnsanları halallığa, paklığa səsləyən Qurban bay-

ramı, həm də pərakəndə sahəsində yeni ideyalara 

əsaslanan gözəl imkanlar deməkdir. Müştərilərimizi 

bayram münasibətilə sevindirmək üçün Park Bul-

var  AVM-in  bütün  mağazaları  ya  endirim  ya  da 

xüsusi kampaniyalar təklif etdi.  Məşhur brendlərin  

Qurban bayramına özəl təklif etdiyi 30 faizdən 70 

faizədək endirimlər şəhərimizin sakinləri ilə yanaşı, 

bayram  günlərində  Park  Bulvar  AVM-ə  üz  tutan 

turistlər üçün də sərfəli alış-veriş imkanı yaratdı.

Qurban bayramına özəl endirimlər

Ləziz təamların ünvanı -Park Bulvar

Park  Bulvar  AVM-də  Özbəkistanın  Azər bay-

candakı  Səfirliyinin  dəstəyi  və  “Xunarmand” 

xalq  ustaları,  sənətkarları  və  rəssamlarının  As-

sosiasiyasının  iştirakı  ilə  özbək  xalq  sənətkarlığı 

nümunələrinin  sərgi-yarmarkası  təşkil  olunub.  

Sərgidə  keramika,  ağacdan  düzəldilmiş  əl  işləri, 

ənənəvi  milli  naxışlarla  işlənmiş  geyimlər,  rəsm 

əsərləri,  xələtlər  və  qızılla  işlənmiş  aksesuarlar 

nümayiş  olunub.  Arzu  edənlər  üçün  naxışların 

tikilməsi, ağac üzərində oyma və s. üzrə “master 

klass”lar  təşkil  edilib.  Park  Bulvara  gəlmiş  insan-

lar özbək sənətkarlarının əl işlərinə böyük maraq 

göstəriblər.  

Tədbirin  əsas  məqsədi  Azərbaycan  sakinlərini 

və  ölkəmizə  gəlmiş  qonaqları  özbək  mədəniyyəti 

və  milli  ənənələri  ilə  tanış  etmək,  eləcə  də 

Özbəkistanın turizm potensialını təbliğ etməkdir. 



Özbəkistan səfirliyinin sərgisi


24 

Azərsun Akademiyası



“Biliyə üç yol aparır: ən asanı – təqlid, ən çətini – 

təcrübə, ən şərəflisi – düşüncədir.”

(Konfutsi)

“Fərdi inkişaf” tədrisləri

Şirkətimizdə çalışan işçilərin şəxsi və professi-

onal  iş  münasibətlərinin  düzgün  təşkili  yönündə 

biliklərin  aşılanması  məqsədilə  fərdi  inkişaf 

tədrisləri davam etməkdədir. Professional kouçinq 

təcrübəsi və effektiv tədrisləri ilə tanınan İşə Qəbul 

şöbəsinin müdiri Elçin Əzimli tərəfindən “Azərsun 

Akademiyası”nda  “Emosional  zəka  və  motivasi-

ya”  və  “Liderlik”  mövzularında  tədrislər  keçirilib.  

“Emosional zəka” təlimi, həmçinin Biznes məktəbi 

layihəsində iştirak edən təcrübəçilər üçün də təşkil 

edilib. 


Bundan  başqa,  şirkətlər  qrupunda  çalışan 

işçilərin  karyerası,  gələcəkdə  şirkətin  tələbatına 

uyğun  kadrların  müəyyən  olunaraq  potensialının 

zamanında  inkişaf  etdirilməsi  üçün  Türkiyənin 

“Doku  danışmanlık”  şirkətinin  müşavirlərinin 

dəstəyi ilə “Yetenek yönetimi” layihəsinə start ve-

rilib.  Layihənin  əsas  məqsədi,  şirkətlər  qrupunun 

dəyərlərinə uyğun idarəçi və mütəxəssislərin dav-

ranış göstəricilərinin hazırlanmasıdır. Bunun üçün 

şirkətdə  çalışan  təcrübəli  və  fokus  qrup  çalışma-

ları  ilə  ünsiyyətə  açıq,  çalışdığı  kollektivi  təmsil 

edə  biləcək  həmkarlarımızla  “Doku  danışmanlık”  

şirkətinin müşavirlərinin müzakirə formatı daşıyan 

qarşılıqlı fəaliyyəti baş tutub.

Həmçinin  “Azərsun  Akademiyası”nda  “İron-

man  Consulting”in  nümayəndəsi  İbrahim  Demir 

tərəfindən “Proseslərin idarə olunması - QPR sis-

temi”, “Doku danışmanlık” müşaviri Volkan Hacı-

oğlu  tərəfindən  isə  “Proseslərin  idarə  olunması” 

təlimləri gerçəkləşdirilib.



“Kompüter və elektron proqram 

təminatı“ tədrisləri

“Azərsun  Akademiyası”nda  Biznes  məktəbi 

layihəsində  iştirak  edən  təcrübəçilərin  “ex-

cel”  proqramından  daha  səmərəli  və  məhsuldar 

istifadələrinə  dəstək  məqsədi  ilə  “Excel”  təlimi 

təşkil olunub. Təlim, İnsan Resursları Departamen-

tinin  əməkdaşları  Orxan  Abdullayev  və  Teymur 

Sarmuradi tərəfindən keçirilib.

“Azərsun  Akademiyası”nda  keçirilən  digər  təlim 

“Cisco”  firmasının  nümayəndələri  Daniil  Kirillov  və 

Evgeniy Zhylyakov tərəfindən verilib. “Cisco” adlı tə-

limdə İnformasiya Texnologiyaları Departamentinin 

işçiləri ilə yanaşı, xarici şirkət işçiləri də iştirak edib. 

“Əməyin mühafizəsi və texniki 

təhlükəsizlik” tədrisləri

Müəssisələrimizdə  iş  vaxtı  işçilərin  təhlükəsiz 

və  sağlam  şəraitdə  işləməsi,  habelə  iş  yerinin  tex-

niki  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə 

mütəmadi olaraq təşkil edilən “Əməyin mühafizəsi 

və texniki təhlükəsizlik” tədrisləri bu dəfə Sumqayıt 

Yağ Fabrikində istehsalat və sahə işçiləri üçün təşkil 

edilib. “Avadanlıq təhlükəsizliyi” mövzusunu əhatə 

edən tədris Lətif Tağıyev tərəfindən reallaşdırılıb.

İşçilərin açıq və ya qapalı ərazilərdə təsadüfən 

qarşılaşa biləcəkləri ilanlardan təhlükəsizliyi təmin 

etmək  məqsədilə  profilaktik  tədbirlərin  həyata 

keçirilməsi və ilan sancma zamanı ilkin tibbi yardı-

mın göstərilməsi qaydaları haqqında PEST nəzarət 

bölmə rəisi Qorxmaz Abdullayev tərəfindən “Ser-

pentologiya” tədrisi keçirilib. Tədris “Xəyal adası” 

və “Balıqlı göl”də təşkil olunub.

“Excel” tədrisi

“Emosional zəka və motivasiya” tədrisi

“Proseslərin İdarə olunması - 

QPR sistemi” tədrisi

“Emosional zəka və motivasiya” tədrisi



Yüklə 4,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə