Yazı və foto işləri: Cəmilə Bəndəliyeva Müxbir: Rza Məmmədov Korrektor: Zöhrə Rəhimova



Yüklə 4,89 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix31.10.2018
ölçüsü4,89 Mb.
#76895
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

11

 

Qeyd  edib  ki,  bu  yeniliklər  qurğunun  təmir-



baxış  məsrəflərinin  daha  da  azaldılmasına  gətirib 

çıxarır. Qurğu 2 ədəd 14 metrlik hidravlik qaldırıcı 

platforma ilə təchiz edilib. Silolara verilən çuğun-

dur  bu  qurğuda  torpaq  ayırıcıdan  keçərək  kon-

veyer  vasitəsilə  hərəkətli  paylayıcıya,  oradan  da 

silonun müvafiq hissəsinə boşaldılır. Hərəkətli pay-

layıcı məhsulu silonun uzunluğu boyunca istənilən 

nöqtəyə boşaltmağa imkan verir. 

“Yeni sabit boşaltma qurğusu çuğundur silola-

rına məhsulun boşaldılması və dövriyyə müddətinin 

qısaldılmasında  əhəmiyyətli  rol  oynayacaqdır”,  - 

deyə müəssisənin direktoru çıxışını yekunlaşdırıb. 

Sonra isə şəkər çuğundurunun qəbulu kampa-

niyasına start verilib və 2017-cü ilin şəkər çuğun-

duru tədarükünə başlanıb. 

Sığortalılara göstərilən tibbi xidmətin səviyyəsi 

ilk  növbədə  tibb  işçilərinin  bilik  səviyyəsi  ilə 

müəyyənləşir.  Tibbi  biliklər  isə  daim  yenilənməli, 

dünyada bu sahədə əldə edilən yeni məlumatlarla, 

tətbiq olunan təcrübi bacarıqlarla zənginləşməlidir.  

Təşkil etdiyimiz tibbi xidmətdə bu amillərə xüsusi 

diqqət yetirilir. Bu məqsədlə şirkət daxilində klini-

kaların  və  tibbi  personalın  dəyərləndirmə  kriteri-

yaları  müəyyən  olunub.  Yalnız  həmin  kriteriyalara 

cavab verən klinikalar, tibb mərkəzləri və həkimlərlə 

əməkdaşlıq edilir. 2017-2018 Könüllü Tibbi Sığorta 

ilində  şirkət  ümumilikdə  40-a  qədər  geniş  profilli 

klinika,  10 stomatoloji klinika, 5 aptek şəbəkəsi ilə 

əməkdaşlıq edir. Bölgələrdəki klinikaların sayında da 

kifayət qədər artım var. Gəncə, Lənkəran, İmişli kimi 

şəhərlərdə yeni açılan, tələblərə cavab verən klinika-

lar bu ildən etibarən müştərilərə yüksək tibbi xidmət 

göstəməkdədir.  Tələblərimizə  cavab  verməyən  bir 

neçə  klinikalarla  əməkdaşlıq  dayandırılıb.  Mövcud 

nöqsanları aradan qaldırdıqları üçün həmin klinika-

lardan bəziləri ilə əməkdaşlıq bərpa olunub. 

Tibbi  Sığortanın  keyfiyyətli  şəkildə  xidmət 

göstərməsinə  Çağrı  Mərkəzinin  əhəmiyyətli  təsiri 

var.  Belə  ki,  Çağrı  Mərkəzi  xidmət  göstərilməsini 

mühüm  dərəcədə  asanlaşdırır  və  xüsusən  Könüllü 

Tibbi Sığortada tibb müəssisələri ilə ünsiyyəti rahat-

laşdıraraq səmərəliliyi artırır.

Hazırda  sığortalılar  öz  problemləri  ilə  bağ-

lı telefon vasitəsilə Çağrı Mərkəzinə müraciət edir. 

Çağrı  Mərkəzi  müştərinin  şikayətinə  diqqətlə  qu-

laq  asaraq  konkret  vəziyyətin  həlli  üçün  münasib 

olan  məsləhətləri  verir.  Çağrı  Mərkəzinə  müraciət 

etməklə  artıq  sığortalılar  özəl  xəstəxanalar  və  kli-

nikaların  təsdiq  edilmiş  siyahısından  rahat  şəkildə 

diaqnostika  və  müalicə  üçün  həkim  seçə  bilirlər. 

Digər bir mühüm məqam ondan ibarətdir ki, Çağ-

rı Mərkəzinə müraciət edən andan müalicə bitənə 

qədər sığorta olunan işçi sığorta şirkətinin diqqəti 

altındadır.  Yəni  klinikada  hər  hansı  nöqsan  və  ya 

çətinlik yaranan hallarda sığorta olunana operativ 

dəstək göstərilir.

Şirkətin  əsas  məqsədi  müştərilərə  qüsursuz, 

keyfiyyətli  xidmət  göstərməkdir.  Bu  istiqamətdə 

daim işlər görülür və işçilər təlimatlandırılır.  

“Azərbaycan Sənaye Sığorta” ASC-də

 Könüllü Tibbi Sığorta xidməti



12 

Qəbələ  Rayon  İcra  Hakimiyyəti, 

Mə dəniyyət  və  Turizm  Nazirliyinin 

Milli Kulinariya Mərkəzi və Azərbaycan 

Milli  Kulinariya  Assosiasiyasının  birgə 

təşkilatçılığı ilə Qəbələdə V Beynəlxalq 

Mürəbbə Festivalı keçirilib.

Ümumdünya  Kulinariya  Təşki la-

tı nın  (WACS)  prezidenti  Tomas  Gug-

ler,  Ümumdünya  İslam  Kulinariya 

Təşkilatının  (WICS)  prezidenti  Gök-

han  Tufan  və  baş  katibi  Ali  Troboli-

sinin də qatıldığı festivalda  dünyanın 

22 ölkəsindən, ölkəmizin 44 rayon və 

şəhərindən iştirakçılar qatılıb.  

Tədbirdə “Bizim Tarla” markası da iştirak edib 

və müxtəlif çeşidli məhsullarını böyük uğurla nü-

mayiş etdirib.  Qonaqlar tərəfindən maraqla qar-

şılanan “Bizim Tarla”  münsiflər heyəti tərəfindən 

dəyərləndirilərək diplomla təltif edilib.

“Azərsun  Holdinq”in  nəzdində  fəaliyyət  gös-

tərən müəssisələrdə istehsal olunan “Bizim Tarla” 

yerli  məhsullardan hazırlanır və yüksək keyfiyyəti 

ilə fərqlənir. “Bizim Tarla” konserv məhsulları yer-

li  və  xarici  istehlakçılar  tərəfindən  böyük  məm-

nunluqla istifadə edilən məhsullardandır.

Xəbər

“Bizim Tarla” V Beynəlxalq Mürəbbə 

Festivalında diplomla təltif edildi



13

 



14 

Xəbər


“Azərsun Holdinq” məhsulları Məkkədə 

İxrac  xəritəsinin  genişləndirilməsi 

istiqamətində  mühüm  işlər  görən 

“Azərsun Holdinq”  daha bir ölkənin 

bazarında milli markalarımızın satışı-

na başlayıb. Səudiyyə Ərəbistanı Kral-

lığının  12  bölgəsində  istehlakçılara 

çay və konserv məhsulları təklif edən 

şirkətlər  qrupu  qısa  zaman  ərzində 

onların rəğbətini qazanıb.  

“Azərsun Holdinq”  tərəfindən is-

tehsal  olunan  məhsullar  artıq  qeyd 

olunan ölkənin market rəflərində cid-

di yer tutmağa başlayıb və satış həcmi 

gündən-günə artmaqdadır. 

Qeyd  edək  ki,  milli  markalarımı-

zın  satışı  bölgələrlə  bərabər  paytaxt 

Ər-Riyad və İslam aləminin müqəddəs 

şəhəri olan Məkkə şəhərində də həyata 

keçirilir.  Yaxın dövr ərzində “Azərsun”  

məhsullarının  tanıtımı  məqsədi  ilə 

həm  satış  nöqtələrində,  həm  də 

kütləvi tədbirlərdə müxtəlif layihələrin 

reallaşdırılması nəzərdə tutulub. 




Yüklə 4,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə