Yazı həyatınız boyu müxtəlif situasiyalarda sizdən tələb olunan bacarıqdır


Şəxsi məzmunlu yazışmadan fərqli olaraq, akademik yazıda proses xeyli fərqli olur



Yüklə 20,87 Kb.
səhifə2/7
tarix28.03.2022
ölçüsü20,87 Kb.
#84785
növüYazı
1   2   3   4   5   6   7
Mövzu - 18

Şəxsi məzmunlu yazışmadan fərqli olaraq, akademik yazıda proses xeyli fərqli olur.

Birincisi, burada konkret yazı strukturu tələb olunur. Məsələn, giriş, əsas hissə və nəticə. Bu sadə strukturu bütün akademik yazı formatlarında görmək olar.

• Akademik yazıda giriş paraqrafı oxucunu mövzunun ümumi xarakteri ilə tanış edir, daha sonra isə müzakirə edilən mövzu yazının əsas hissəsində müzakirə edilir və qiymətləndirilir. Girişdə siz çox qısa və aydın şəkildə, mövzu ilə bağlı mövqeyinizi, məsələyə münasibətinizi bir - iki cümlədə bildirir, daha sonra tutduğunuz mövqeyi yazınızın əsas hissəsində bir neçə paraqrafda işıqlandırır və ya ətraflı şəkildə izah edirsiniz. Nəhayət, son paraqrafda - nəticədə siz qeyd etdiyiniz əsas məqamları, fikirləri yekunlaşdırmalısınız. Əlbəttə ki, bütün məqamları əhatə etməyə də bilərsiniz. Nəticə ilə əlaqəli tövsiyyə xarakterli paraqraf isə yazınızı müraciət edilən mövzu ilə bağlı gələcək fikirlərə yönəltmək, akademik yazı işinizin gələcəkdə daha fərqli aspektlərdə işlənməsi üçün önəmli rol oynayır.

Ümumiyyətlə, bir qayda olaraq, ali təhsil müəssisələrində yazılan akademik işlərdəki formatlara qısaca nəzər salsaq, aydın olur ki, onlar formal struktura riayət edirlər.




Yüklə 20,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə