Bir də görürsən ki, açılan solur,
Döşünən bir beyin, bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sırdaşa dünya.
S. Vurğun
SƏNƏ BEL BAĞLAYIR BU DÜNYAH
Yaşamaq gözəldir, həyat gözəldir,
Onun nəğmələri şe”rdir, qəzəldir.
Heç demə, dünyanın yoxdur vəfası,
Düzünü axtarsan çoxdur cəfası.
Nəyə gəldiyini bilməyirsən sən,
Nə vaxt getdiyindən xəbər deyilsən.
Kimləri salmadı dünya kəməndə,
Gizlənə bilmədi ondan bir bəndə.
Biri cavan getdi, digəri qoca,
Biri yavan getdi, digəri uca.
Yoxdur bu dünyanın əvvəl-axırı,
Toruna düşəni qaytarmaz geri.
O heç buraxmayıb hələ heç kəsi,
De hansı bir qapı görməyib yası,
Nə İbrahim Xəlil nə Yaqub, İsaq.--
Kimi peyqəmbərlər qalmadılar sağ.
Nə Musa, nə Davud nə də Süleyman,
Tapa bilmədilər onlar da dərman.
Ey dost!
Gəlmisənsə əgər sən bu dünyaya,
Çalış ki, zəhmətin getməsin zaya.
26
Bil ki, yaranmısan yaşamaq üçün,
Yaşaya-yaşaya yaratmaq üçün.
Ana təbiəti bəzətmək üçün,
Onun yollarına gül səpmək üçün.
Yer günəşdən ilham almasa idi,
Təbiət çörüyüb külə dönərdi.
İlk insan zəhməti olmasa idi.
Söylə gələn nəsil bəs nə edərdi?
Gördükcə zəhmətin bəhrəsini sən,
Allah hüzurunda hey yüksələrsən.
İki varlıq üstdə dayanır dünya,
Onların eşqilə oyanır dünya.
Zəhmət və məhəbbət olub ona yar,
Onların min cürə göstərişi var.
Alışma rahatlığa sən bu dünyada,
Ölülər dünyasını sal ey dost yada.
Axtarma sakitlik o yuxdur inan,
Sən onu görməzsən heç vaxt, heç zaman.
Canlılar aləmi yol verməz buna,
Dünyada sakitlik axtarma bala.
Bu gün nə olursa artıq olubdur,
Sübuta ehtiyac heç qalmayıbdir.
Hər şeyin əvvəli axırı vardır,
Buna inanmayan beyin çox dardır.
Polad da həddinə gəlib çatanda,
Qırılıb tökülür buz kimi o da.
İkiyüz ill yaşasa da mirvarı,
Əriyib tökülür, yox olur varı.
27
Deyirlər qarqalar yüz ill yaşayır,
Nə zəhmət çəkirlər, nə yük daşayır.
Tısbağanın ömrü çox olur daha,
Vaxtını keçirir quruda, suda.
Nə xeyri bilinir, nə də ziyanı.
Burda yada düşür arılar şanı.
Ona da, buna da məhtəl qalırsan,
Sümbül, göbələyi yada salırsan.
Birinin zəhməti göz qabağında,
Digərin zəhməti qoz qabığında.
Hər şeyin vaxtı var günəş altında,
Açılmayan sirlər qalıb bətnində.
Təbiət çox sirri saxlayıb pünhan,
Hər sirri vaxtında açacaq insan.
Yoruldum sözünü gətirmə dilə,
Sənə bel baqlayır bu dünya hələ,
2014
28
QUBA
Göylərində qanad çalan bir quşam,
Xeyli vaxtdır səndən uzaq olmuşam,
Sənsiz saralmışam, sənsiz solmuşam,
Həmişə qəlbimdə yaşayan Quba!
Dərələrin yaşıl, dağların mərmər,
Gözəlliyin olub dillərdə əzbər,
Bütün meyvələrin şirindir, şəkər,
El üçün min ne’mət daşayan Quba!
Övladların sənin gözəl, göyçəkdir,
Dörd yanın meşədir, güldür, çiçəkdir,
Sənə vurğun olan qəlbdir, ürəkdir,
Səni düşünürəm mən hər an Quba!
Qar əksilməz Şah dağın zirvəsindən,
Doymaq olmur Qudyalçayın səsindən,
“Bənövşə bulağın” zümzüməsindən,
Ruh da təzələnir şöhrət-şan Quba!
Raşbiləm, həmişə ürəyimdəsən,
Fikrimdə, qəlbimdə, diləyimdəsən,
Bu uzaq ölkədə ölsəm bir gün mən,
Ruhum uçar başın üstə, çan Quba!
2010
29
Şeyxül-İslam Allah Şükür Paşazadənin
60 illik yubileyi münasibəti ilə
Min rəhmət olsun Sizi dünyaya gətirənlərə,
Cəfasın çəkib, xalqa xeyrini yetirənlərə.
Şükür ki, pərvərdigar bizə bəxş edibdir oğul,
Hansı ki, o hörmətlə yanaşır bütün dinlərə.
Sadədir, qəlbi təmiz, gözlərində nur yeri nar,
Bu nurdan o pay verir, onu qəlbən sevənlərə.
O yoruldum sözünü heç cür gətirməz dilinə,
Gecə-gündüz durmuşdur allahın xidmətinə.
Xalqın xeyri-şərinə hər vaxt çatdırır özünü,
O xeyir duası oxuyur xalqına, millətinə.
Altmış yaşın mübarək əmioğlum Allahşükür,
Yüz illik yubileyinə el yığışar hörmətinə!
2009
Mən bu şe”ri şair dostum Əşrəf Veysəlliyə
(Şəfiyevə) həsr etmişəm
Aldım məktubunu qardaşım Əşrəf,
Dedim: “Şökür Sənə ey Pərvərdigar!
Qismət oldu mənə belə bir şərəf,
Yoxsa, dünya mənə görünürdü dar.”
30
Dostları ilə paylaş: |