Yaşasam da



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix17.06.2018
ölçüsü0,56 Mb.
#49224
1   2   3   4   5   6   7   8   9   ...   20

 
 
    Vətən oğulları əl-ələ verib, 
    Ulu babasını yad edəcəkdir! 
    Azad Azərbaycan cənnətə dönüb, 
    Heydərin ruhunu şad edəcəkdir! 
 
 2003 
 
    
      HƏMRƏYLİK GÜNÜ 
 
    Azərbaycan adlı bir anamız var, 
    Bu ad həkk olunub ürəyimizdə. 
    Onun məhəbbəti qəlbə nur salar, 
    Həmişə yaşayır diləyimizdə. 
 
    Biz doğma diyardan uzaq olmuşuq, 
    Bəlkə də taleyin yazısıdır bu. 
    Qərib ölkələrə qonaq olmuşuq
    Bəlkə də həyatın acısıdır bu! 
 
    Həmrəylik günüdür bu gün a dostlar, 
    Ucalsın hər yerdə təbriklər səsi, 
    Hamının qəlbində eşq var, sevgi var, 
    Bürüsün ətrafl vətən nəğməsi! 
 
    Azəri xalqının mərd övladları, 
    Birləşin hər yerdə verin əl-ələ. 
    Daha da fəxr etsin odlar diyarı, 
    Sizdən ilham alsın o gülə-gülə! 
 
                     
 
              2006 
 
                                          
       
15 
                                             
 


 
 
 
           ÜRƏYİMDƏDİR 
 
Bir nəfər soruşdu: “Hardansan cavan? 
Dedim gül-çiçəkli Azərbaycandan, 
Niyə ayrı düşdün sən o mələkdən? 
Dedim: “Bilməyirəm. Soruş fələkdən”. 
 
Qudyalçayı ilə, axıram mən də, 
Olsaydı Şah dağın hünəri məndə, 
Bütün zəncirləri qırıb, tökərdim, 
Cənnətin yolunu bura çəkərdim. 
 
Mən ayrı düşsəm də öz diyarımdan, 
Ondan alan qüvvət biləyimdədir, 
Aşiq ayrı düşsə gözəl yarından, 
Bil ki, məhəbbəti ürəyindədir. 
 
                          1996  
 
  
 
 
 
 
 
 
 
 
  
                                          
       
16 
                                             
 


 
 
       A NOVRUZ BAYRAMI,  
                           BAHAR  BAYRAMI
 
 
Xoş gəlmisən qədəmlərin mübarək, 
A Novruz bayramı, bahar bayramı! 
Səndən ilham alır hər gül, hər çiçək, 
A Novruz bayramı, bahar bayramı! 
 
Yanaşı durubsan gözəllərinlə, 
Gəl bizi şad eylə əməllərinlə, 
Bəzə el-obanı öz əllərinlə, 
A Novruz bayramı, bahar bayramı! 
 
Qoy hər yerdən gəlsin sənin sorağın, 
Günəşdən pay alsın bostanın-bağın, 
Laləyə rəng versin şəkər dodağın, 
A Novruz bayramı, bahar bayramı! 
 
 
Dağlar, şəlalələr sənə yar olsun, 
Şəffaf bulaqların daim var olsun, 
Dostların şad olsun, bəxtiyar olsun, 
A Novruz bayramı, bahar bayramı! 
 
Bizdən salam söylə doğma vətənə,    
Elimiz, obamız   vurğundur sənə, 
Şadam ki, düşübdür bir payı mənə, 
A Novruz bayramı, bahar bayramı! 
 
Hər anı bir inci Novruz bayramı, 
Ellərin sevinci Novruz bayramı!  
 
 
                      Raşbil Şamayev 
 
                                          
       
17 
                                             
 


 
  
ANA 
 
Uşağa lay-lay çalan, 
Gecə yuxusuz qalan, 
Hər vaxt nigaran olan, 
Anadır, əziz ana. 
 
Uşaq xəstə olarsa, 
O yatmamış qalarsa, 
Yastığa da yuvarsa, 
Heç rahat olmaz ana. 
 
O, olsa yüz yaşında, 
Övladları başında— 
Yetmiş, səksən yaşında, 
Keyfi olar saz Ana. 
 
  Ana! Nə qədər də əzizdir bu ad, 
  Nəsildən, nəsilə aparır bizi. 
  Ona baş əydikcə, biz oluruq şad, 
  Nəfəsi yaşadır bu dünyamızı. 
 
  Sənin zəhmətinə heyranıq ana, 
  Biz sənin adınla, ad qazanmışıq. 
  Sənin niyyətinə qurbanıq ana. 
  Sənsən qəlbimizə nur saçan işıq. 
 
  Varmı yer üzündə elə qüvvə, güc, 
  Səndən möhkəm olsun, yadaki  incə 
  Səndən möhkəm olmaz nə polad, bürünc, 
  Səntək, incə aləm, hiç yuxdur məncə. 
 
                                          
        
18 
                                              
 


 
 
  Sənsiz bar gətirməz bağçalar-bağlar, 
  İşıqlı günümüz, gecəyə bənzər. 
  Sənsiz yaş axıdıb,  körpələr ağlar, 
  Oğlun da, qızın da sərgərdan gəzər. 
 
  Qartal dağlar üstə gəzər həmişə, 
  Dağlar onun üçün əzizdir ana, 
  Səndən iy götürür hər gül, bənövşə. 
  Qarşında bil hamı acizdir ana! 
 
  Bir bax nə oğullar verdin dünyaya  
  Qəhraman Koroğlu, Babek sənindir. 
  Yayılmiş şöhrəti ulduza aya, 
  Millət xilaskarı  Heydər sənindir.  
 
  Nizami, Füzuli,  Nəsimi, Sabir,   
  Saymaqla qurtarmaz adları bir-bir  
  Elimiz  hamını yaşadır, sevir 
  Nətavan sənindir, Həcər sənindir  
 
 
  Hər qolun qüvvəti, hər göz çeşməsi, 
  Hər ana laylası , hər ürək səsi. 
  Necə də şirindir ana nəfəsi, 
  Sən həyatsan  ana, bəşər sənindir.  
 
  Sənsiz təbiət də yas tutub ağlar, 
  Sahibsiz qalardı çəmənlər, bağlar. 
  Dünyaya nur saçır  yanan çıraqlar 
  Sən dünyasan ana hər yer sənindir. 
 
                                          
       
19 
                                             
 


 
 
Bədənim sənindir, canım sənindir, 
Damarlarda axan qanim sənindir. 
Şöhrətim sənindir, şanım sənindir. 
Mən sənə həmişə  borcluyam ana! 
                       ----- 
De hansı bir nankor itirdi zəhmətini? 
De hansı bir nankor alçaltdı hörmətini? 
Axı,  allah-talladır  veribdir qiymətini: 
Sən əyilməz ağacsan, mən də budağın ana! 
 
Sənin xoş arzuların tam yetəcəkdir başa, 
Dayanıblar cərgədə hamısı qoşa-qoşa, 
Möhkəm dur sən anacan şadlıqları gör, yaşa, 
Sən yaşayan dünyasan, mən də dayağın ana! 
 
Sən  evin yaraşığı, ömrümüzün bəzəyi, 
Baharda ətir saçan bağların gül-çiçəyi, 
Dünyaya gətirdiyin övladların gərəyi, 
Mən də sözünə baxan bir şən uşağın ana! 
 
Gördükcə hər şadlığı sən də çox şad olursan, 
Nadürüst övladından lap pərişan olursan, 
Gah qəmli-kədərlisən, gah da ki, hey uçursan 
Sən dağlar qartalısan, mən də oynağın ana! 
                                                 
Ürəyin tez yumşalır hər doğma balan üçün, 
Heç zaman olmayıb ki, zilə çıxasan bir gün, 
Bu dünyamız durduqca yaşayarsan ulduzum 
Sən parlayan günəşsən, mən də çırağın ana! 
 
                                          
       
20  
                                             
 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə