Mus.II.6. Şagird müxtəlif növ tədbirlərdə iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
sinif bayramında, tematik tədbirlərdə - yeni il, bahar, payız tədbirlərində iştirak edirsə;
məktəbin hesabat konsertinə gedirsə.
Mus.II.7. Şagirdin başqasının yaradıcılığına və fikrinə hörmətlə yanaşmaq
qabiliyyəti vardır.
Nəticə göz önündədir, əgər şagird:
başqasının mahnısı, söhbət zamanı əxlaq qaydalarına əməl edirsə;
başqasının əl işinə ehtiyatla yanaşırsa;
fərqli fikirləri nəzərə alırsa.
Mus.II.8. Şagird başa düşür və nümayiş etdirə bilər ki, musiqi duyğuların və
əhval-ruhiyyənin əks olunduğu vasitədir.
Nəticə göz önündədir, əgər şagird:
musiqini dinləməklə oyanmış təəssuratlarını danışa bilirsə;
musiqi fraqmentinin melodiyasını, dinamikasını, tempini, ritmini konkret əhval-ruhiyyə
ilə əlaqələndirə bilirsə;
sinif yoldaşları tərəfindən mahnı, zümzümə vasitəsi ilə verilmiş əhval-ruhiyyəni, hissləri
tanıya bilirsə.
İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi
Mus.II.9. Şagird yaradıcılıq peşələrini fərqləndirə və onları incəsənətin
konkret nümunələri ilə əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
bəstəkarın, rəssamın, heykəltəraşın, şairin, yazıçının peşələrini fərqləndirə və onlarla
əlaqədar bir və ya bir neçə əsərin adını çəkə bilirsə;
öz ətrafında incəsənət əsərlərini tanıya bilirsə;
incəsənət nümunəsini gördükdən, dinlədikdən sonra müəllifin peşəsini deyə bilirsə.
Mus.II.10. Şagird dinlədiyi əsəri gündəlik həyatla əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
özünün sevdiyi musiqi əsərlərini harada, hansı mühitdə dinlədiyini yada sala bilirsə;
musiqi əsərləri ilə əlaqədar deyilənləri, tarixi, məzmunu danışa bilirsə və bunun ətrafında
suallara cavab verə bilirsə;
musiqi əsərlərinin müəllifləri, süjetləri, tarixi, ifaçıları ilə əlaqədar suallar qoya bilirsə;
musiqi nömrələrinin hansı qəhrəmanla assosiasiya yaratdığını yada sala bilirsə;
vizual materialı (foto, video) musiqi əsəri ilə əlaqələndirə və öz şəxsi təəssüratını yada
sala bilirsə.
Mus.II.11. Şagird öyrəndiyi musiqi alətlərini tanıyır.
Nəticə göz önündədir, əgər şagird:
Aləti formasına görə tanıya bilirsə;
Səsləndirilən zaman solonu tanıya bilirsə;
Onlara çalmaq imitasiyasını bədən hərəkəti ilə əks etdirirsə.
Mus.II.12. Şagird ətraf mühitdə eşitdiyi səsləri fərqləndirə bilir.
Nəticə göz önündədir, əgər şagird:
təbii və süni səsləri fərqləndirə bilirsə;
hər bir səsi (civiltini, fiti, qıcırtını...) düzgün müəyyənləşdirə bilirsə.
Proqramın məzmunu
Melodik-ritmik məşğələlər:
musiqi dilinin elementləri: melodiya (diatonik); ritm (yarı, dörddə bir və səkkizdə
bir uzunluqlu fasilə), səslənmənin gücü (dinamik nyüanslar), ritm, temp (tez-yavaş),
xoş səsli, xoşagəlməz səslənmə.
Mahnı:
Müşayiət ilə mahnı;
Uşaq, xalq və klassik repertuardan sadə birsəsli mahnılar, məsələn, “Lazare”,
“Salam, quşcuğazlar”, İavnana”, “Birinci yadıma düşür”, “Bu beşik dülgər işi”;
M.Davitaşvili – “Manananın mahnısı”, G.Sabadze – “Ana-bana”, “Vera
məhəlləsinin melodiyaları” kinofilmindən; L.İaşvili – “Komşi, komşi, komara”,
M.Otiaşvili – “Noye babanın sandığı” “Leysan yağışı”, “Alabəzək
kəpənək”,L.Bethoven – “Dağsiçanı”,R.Rocers – “Do,Re,Mi”; “Alpbabet”;erməni
uşaq mahnısı “Kerin Yekav Mer Baky” və s.
Əhval-ruhiyyənin ötürülməsi:
səslə, hərəkətlə, mimika ilə, jestlə, rəqslə, oyunla;
etüdlərin ifa olunması.
Musiqi terminləri:
melodiya, ritm, uzunluq, pauza, ritm, temp;
templər: Alleqro-tez, Adagio-yavaş;
dinamik nyuanslar: Forte-ucadan, Piano-alçaqdan;
bəstəkar, pyes, konsert, məşq etmə, solist, akompanement, balet, opera;
öyrənilmiş alətlərin adları.
İş formaları:
fərdi və qrup halında.
Səsin yayılma mənbəyi:
təbiət, küçə, konsert salonu, ev.
Tədbirlər:
sinif şənliyi;
ictimai konsert, tamaşa.
Kontekstdə musiqi əsərlərinin dərk olunması:
musiqi əsərləri barədə informasiya: mətn, süjet, müəllif;
yaradıcılıq peşələri ilə tanışlıq: rəssam, bəstəkar, şair və s.
Musiqi alətləri:
panduri, çonquri, diplipito, arfa, çelo, gitara, litavrlar, şeypur.
Dinlənilən material:
xalq mahnıları, gürcü və xarici əsərlərdən fraqmentlər, uşaq proqram pyesləri,
tanınmış musiqi əsərlərindən əhval-ruhiyyə fraqmentləri, məsələn , “Ağalar”, “Sisa,
tura”, “Şina vorgil”; “Sən tənəksən” kilsə xoru, Mikis Teodorakis – “Sirtaki”,
Z.Paliaşvili – “Daisi” operasından“Sanqala və qızcığaz”; V.Dolidze – “Gürcü”
rəqsi, “Keto və Kote” operasından Siko ilə Sakonun misraları; S.Sinsadze – Kvartet
miniatürü - “Kənd rəqsi”/ “Çobanvari”/ “Arvadım ürəkləndi”; Q.Sabadze –
“Vera məhəlləsinin melodiyaları” kinofilmindən “İyirmi beş dekabrda” ;İ.S.Bax –
“Anna Maqdalinanın dəftərindən” menueti re minor;V.A.Mosart – “Kiçik gecə
serenadası”, I hissə; L.Bethoven – “Elizaya”, Fortepiano miniatürü; F.Şubert –
“Kalmaxi” mahnısı; E.Qriq – “Peer qiyunt” sujetindən “Anitranın rəqsi”;R.Şuman
– “İgid atlı”; İ.Brams – “Macar rəqsi” # 5; K.Sen-Sans – “Heyvanların karnavalı”
silsiləsindən “Akvarium” ; P.Çaykovski – “Maknatuna” baletindən nəfəsli alətdə
“Güllərin valsı”, “Trepak”, “Neapol mahnısı” nəfəsli alətdə; S.Prokofyev –
“Klassik simfoniyadan” qavot, III hiss; K.Coplini – “Maple Leaf rag” , R.Rocers –
“Musiqi melodiyaları “ müzikli və s.
III Sinif
Musiqi
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr
Praktiki qabiliyyət-
vərdişlər
Kommunikasiya,
Şərh
Kontekstdə musiqi
nümunələrinin dərk
Dostları ilə paylaş: |