Mus.I.1. Şagird musiqi dili ilə öyrəndiyi elementləri tanıya bilir və onlardan
ritmik-intonasiyalı məşqlərdə istifadə edə bilir.
Nəticə göz önündədir, əgər şagird:
ətraf mühitdə musiqili və qeyri-musiqili səsləri tanıyırsa;
yüksəksəsli və alçaqsəsliliyi fərqləndirə bilirsə;
səsi zümzümə, alətləri ucadan və alçaqdan, uzun və parça-parça, qısa səsləndirə bilirsə;
eyni tonda mahnı ilə sadə ritmik melodiyaları təkrar edir , səs ucalıqlarını dəyişə bilirsə;
ritmik və qeyri -ritmik taqqıltıları fərqləndirə bilirsə;
sadə ritmik parçanı əl çalmaqla və taqqıltı ilə təkrar edə bilirsə;
taktın güclü anını əl çalmaqla, ayaq zərbələri ilə ayıra bilirsə.
Mus.I.2. Şagird mahnını tək və ya kollektivlə birgə ifa edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
səsləri, musiqi parçalarını mahnı ilə təkrar edə bilirsə;
musiqiyə, müəllimin mahnısına, akkompanementinə ritmik əl çalma ilə qoşula bilirsə;
akkompanementlə və ya müəllimlə birlikdə sadə birsəsli mahnıları ifa edə bilirsə;
sinif yoldaşları ilə birlikdə sadə birsəsli mahnıları ifa edə bilirsə;
Mahnı zamanı müəllimin işarələrinə (sakit, ucadan, tez, yavaş) düzgün reaksiya verə
bilirsə.
Mus.I.3. Şagird müəyyən əhval-ruhiyyəni ötürmək üçün müxtəlif təsvir
formalarına müraciət edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
səs, hərəkət, mimika, jest, əl çalma, səs-küy vasitəsi ilə bu və ya digər əhval-ruhiyyəni
ifadə edə bilirsə;
dinlənilmiş musiqi əsərlərini müxtəlif oyunlara (gizlənpaç, qaçdı-tutdu, dava-dava və s.)
oxşada bilirsə və müvafiq mətn yarada bilirsə;
musiqi vasitəsi ilə yaranmış emosiyanı bədən hərəkətləri ilə əks etdirə bilirsə.
İstiqamət: kommunikasiya və şərh
Mus.I.4. Şagird dinlənilmiş musiqi əsərlərində öz münasibətini əks etdirə
bilər.
Nəticə göz önündədir, əgər şagird:
dinlənilmiş əsərlərlə əlaqəli özünün müsbət və ya mənfi münasibətlərini əks etdirə bilirsə;
tanış və tanış olmayan melodiyaları bir-birindən seçirsə;
dinləyən zaman əl çalma, mahnı və hərəkətlə, musiqiyə qoşula bilirsə;
musiqi ilə yaranmış əhval-ruhiyyəni, emosiyanı ötürə bilirsə.
Mus.I.5. Şagird öyrəndiyi musiqi terminlərindən istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
söhbət zamanı öyrəndiyi terminləri düzgün tələffüz edirsə;
lazım gəldikdə onları elementar surətdə izah edə bilirsə;
tanış olmayan termin, söz eşidərkən onların əhəmiyyətini dəqiqləşdirmək məqsədi ilə
suallar verirsə.
Mus.I.6. Şagird müxtəlif növ tədbirlərdə iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
oyunlarda, sinif bayramında, tematik tədbirlərdə iştirak edirsə;
konsertlərə, tamaşalara gedirsə.
Mus.I.7. Şagirdin başqasının yaradıcılığına və fikrinə hörmətlə yanaşmaq
qabiliyyəti vardır.
Nəticə göz önündədir, əgər şagird:
başqasının mahnısı, söhbət zamanı əxlaq qaydalarına riayət edirsə;
yaradıcılıq prosesində (mahnı, etüd, rəqs, çalğı, konsert çıxışı) öz sinif yoldaşlarını
dəstəkləyir və həvəsləndirirsə.
İstiqamət: kontekstdə musiqi əsərlərini dərk etmə.
Mus.I.8. Şagird dinlənilmiş əsərləri gündəlik həyatla əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
öyrədilmiş uşaq mahnılarını tanıyırsa;
bu və ya digər musiqi əsərlərini harada və hansı şəraitdə dinlədiyini yada sala bilirsə;
özünün sevimli musiqi əsərlərini yada salırsa;
musiqi əsərlərinin məzmunu ilə əlaqədar suallar verir, oxşar süjetləri, personajları yadına
sala bilirsə;
vizual materialı musiqi əsəri ilə əlaqələndirə və öz təəssuratlarını (foto, video-yazı...) yada
sala bilirsə.
Mus.I.9. Şagird öyrəndiyi musiqi alətlərini tanıyır.
Nəticə göz önündədir, əgər şagird:
tanış musiqi alətlərini sadalaya bilirsə;
onları formalarına görə tanıya bilirsə;
alətlərin səslənməsini fərqləndirə bilirsə.
Mus.I.10. Şagird ətraf mühitdə eşitdiyi səsləri fərqləndirə bilir.
Nəticə göz önündədir, əgər şagird:
səsin haradan gəldiyi mənbəni (telefon zəngi, maşın əyləci..., quş civiltisi, yarpaqların
xışıltısı...) aydınlaşdıra və onlara oxşada bilirsə;
səsin əks olunmasının davamlığını (uzun müddətli, qısa müddətli) müəyyənləşdirir və onu
təkrar edə bilirsə;
səslə əlaqədar münasibətlərini (xoşlayır, xoşlamır ) bildirirsə.
Proqramın məzmunu
Melodik-ritmik məşğələlər:
Səs (qısa-uzun, musiqili-qeyri-musiqili...), səslənmənin gücü (yüksək-alçaq);
Musiqi dilinin elementləri: melodiya (diatonik); ritm (dörddə bir və səkkizdə bir
uzunluqlu, 2-4 takt), 2/4, 2/3 metr.
Mahnı:
müşayiət ilə mahnı;
fərdi və sinif yoldaşları ilə birlikdə mahnı;
Uşaq, xalq və klassik repertuardan sadə birsəsli mahnılar, məsələn: “Leysan
yağışı”, “Alabəzək kəpənək”, “Lalə”, “Evdə günəş”;M.Davitaşvili – “Çito,çito,
nasara”, “Bu yazıq dovşan”, L.İaşvili – “Krici, krici”; Q.Daraxvelidze – “Qar
dənəcikləri”; İ.Qurqulia – “Açu, açu”; İ.Brams – “Nana”; V.A.Mosart – “Nana”;
C.Pierponter – “Jinngle Bells”; “Twinkle Twinkle Little Star” və s.
Əhval-ruhiyyənin ötürülməsi:
sevinc, kədər, qorxu, qəzəb və s.;
səslə, hərəkətlə, mimika ilə, jestlə.
Musiqi terminləri:
ucadan, alçaqdan, tez, yavaş;
bəstəkar, pyes, konsert, məşq etmə, orkestr, ansambl, dirijor, solist,
akkompanement;
öyrənilən alətlərin adları.
Səsin yayılma mənbəyi:
Təbiət, küçə, ev.
Tədbirlər:
Yeni il, bahar, payız mövzularında sinif bayramı.
Dostları ilə paylaş: |