Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   2   3   4   5   6   7   8   9   10   ...   100

 
22 
edir.  Bütün  bu  faktorlar  su  ilə  islanmayan  dielektriklərdə  elektrik 
keçiriciliyinə az təsir edir. 
 Yarımkeçiricilərin  elektrik  keçiriciliyi.  Filiz  minerallarının 
böyük  əksəriyyəti  yarımkeçiricilərə  aiddir.  Kimyəvi  birləşmələrdən 
başqa  yarımkeçirici  xassələrinə  bir  qrup  elementlər  malikdir  ki, 
metallarla dielektriklər arasında  yerləşir. Mendeleyev cədvəlində 12 
element ayrılıb ki, onlar yarımkeçirici xassəyə malikdirlər. 
 Yarımkeçirici  xassə  aşkar  olunmuş  lər.  Yarımkeçiricilərin 
elektrik  keçiriciliyi  materialın  kimyəvi  tərkibinin  cüzi  dəyişməsinə 
çox  həssasdır.  İstər  yarımkeçiricilərdə,  istərsə  də  dielektriklərdə  aş-
qarlar  elektrik  cərəyanının  daşıyıcılarıdır.  Ona  görə  də  bütün 
yarımkeçiricilər xüsusi və aşqar keçiriciliyinə ayrılır. Aşqar dedikdə 
təkcə başqa maddənin atomunun keçiricilikdə iştirak etməsi ilə yox, 
eyni  zamanda  kristallik  qəfəsdə  pozulmaların  olması  kimi  başa 
düşmək lazımdır. 
Yarımkeçiricilərdə elektrik keçiriciliyinin təzyiqdən asılılığı da 
böyük əhəmiyyət kəsb edir, bu da cərəyan daşıyıcıların yürüklüyünə, 
aktivləşmə  enerjisini  dəyişdirərək  yarımkeçiricinin  elektrik 
keçiriciliyinin dəyişməsinə səbəb olur. Nəzəri olaraq göstərmək olar 
ki,  təzyiqin  artması  atomların  yaxınlaşmasına  səbəb  olur,  bu  da 
aktivləşmə enerjisini bir halda artırır, dəgər halda isə azaldır. Təcrübi 
olaraq  təsdiq  olunub  ki,  (germani)  elemeti  30.000  kq/sm
3
  təzyiq 
altında özünün elektrik müqavimətini 4,5 dəfə artırır, Si elementi isə 
elektrik müqavimətini 2 dəfə azaldır. 
 Süxurların 
müqavimətinin 
ölçmə 
üsulları. 
Yarımkeçiricilərin  müqavimətinin  laboratoriya  şəraitində  ölçmə 
metodikasından  süxurların  da  müqaviməti  ölçmək  üçün  istifadə 
oluna bilər. Bu üsulu iki böyük dəstəyə bölmək olar. Bunlardan biri 
sabit  cərəyandan  i  digəri  isə  dəyişən  cərəyandan  istifadə  edir.  Sabit 
cərəyandan istifadə edən üsullardan ən çox yayılmışı 2 elektrodlu və 
4 elektrodlu üsuldur. Bu üsullarda ən vacib tələb süxurla elektrodlar 
arasında minimal keçid müqaviməti əldə etməkdir. Bununla əlaqədar 
olaraq  ölçmə  işləri  apardıqda  elektrodların  seçilməsinə  ciddi  diqqət 


 
23 
yetirilməlidir.  Şəraitdən  və  mühitdən  asılı  olaraq  müxtəlif 
elektrodlardan (qızıl, platin, civə, qrafit və s.) istifadə olunur. 
 İkielektrodlu  üsul.  Bu  üsul  elektrodlar  arasında  potensiallar 
fərqi  məlum  olan  nümunədən  keçən  cərəyan  şiddətini  ölçməyə 
əsaslanıb.  Süxurun  müqavimətindən  asılı  olaraq  cərəyan  şiddətini 
ölçmək 
üçün 
ampermetrdən, 
milliampermetrdən, 
mikroampermetrdən,  qalvanometrdən  və  elektrometrdən  istifadə 
olunur.  Nümunələr  düzbucaqlı,  kub,  paralelipiped,  silindr  formada 
düzəldilir.  Ölçmələrin  dəqiqliyinə  səthi  cərəyanlar  təsir  edə  bilər. 
Buna  görə  də  hansı  üsuldan  istifadə  olunmasına  baxmayaraq 
mühafizə üzündən (həlqəsindən)istifadə olunmalıdır. Bu həlqə ölçmə 
elektrodundan  2  mm  aralıda  yerləşməlidir.  Mühafizə  həlqəsi  ya 
polad, ya da mis teldən düzəldilir (Şəkil 1).  
                      
   
 
Şəkil  1
.  Qalvanometrin  vasitəsi  ilə  dielektrikin  həcmi 
müqavimətinin ölçülməsi üçün iki elektrodlu üsulun sxemi. C elektrodlar C

 
mühavizə üzüyü.  
 
Kiçik  müqavimətli mineralı şəkildəki  sxemdən istifadə edərək 
ölçmək  olar.  Birinci  sxemdə  voltmetrin  müqaviməti  ölsçülən 
nümunənin  müqavimətindən  böyük  olan  hal  üçün  ikinci  sxem 
ampermetrin  müqaviməti  ölçülən  nümunənin  müqavimətindən  kiçik 
olan halda istifadə olunur. 


 
24 
 Dördelektrodlu  üsul.  Bu  üsulla  müqavimətin  ölçülməsi 
süxurun  iki  nöqtəsi  arasındakı  potensiallar  fərqinin  ölçülməsinə 
əsaslanıb,  yaxud  iki  qidalandırıcı  elektrod  arasındakı  ekvipotensial 
sahənin  ölçülməsinə  əsaslanıb.  Bu  üsul  elektrodla  nümunə  arasında 
olan  polyarizasiyanı  nəzərə  almır,  (elektrodla  nümunə  arasında 
yüksək  gərginlikli  polyarizasiyanın  qiymətini  ölçmür)  nümunənin 
həqiqi müqavimətini ölçür. 
Şəkil  2  a,b-də  dörd  elektrodlu  qurğunun  iki  əsas  sxemi 
verilmişdir.  A  və  B  elektrodlarının  qidalandırıcı  MN  elektrodları 
vasitəsilə  potensiallar  fərqi  ölçülür.  Elektrodlar  simdən  düzəldilir, 
nümunəni tam əhatə edir və qidalandırıcı elektroddan 10 mm və daha 
çox  məsafədə  yerləşməlidir.  Sxemdə  nümunədən  axan  cərəyanın 
qiymətini bilərək MN elektrodlarında gərginlik düşgüsünü ölçməklə 
xüsusi müqaviməti aşağıdakı formula ilə təyin edirik. 
 
 


 
25 
 
Şəkil 
2 (a,b).Xüsusi elektrik müqavimətini ölçmək üçün dörd elektrodlu 
qurğu

 
l
S
I
ΔV
ρ

 
S-nümunənin en kəsiyinin sahəsi, l-ölçmə elektrodları arasında 
məsafədir. İkinci sxem çöldə təcili ölçmə aparmaq üçündür. Burada 
elektrodlar  bir  xətt  üzrə  simmetrik  yerləşdirilir.  Bu  halda  xüsusi 
elektrik müqaviməti aşağıdakı formula ilə təyin edilir 
l
l
L
4
π
I
ΔV
ρ
2
2


 
burada L–qidalandırıcı elektrodlar arasında məsafədir, L-MN -
elektrodları arasındakı məsafədir. 
Dörd  elektrodlu  üsulla  böyük  müqavimətli  süxurları  ölçdükdə 
böyük  xəta  ola  bilər,  bu  səthi  keçiriciliyin  hesabına  olur.  Bu 
mühafizə  həlqəsinin  vasitəsilə  aradan  götürülür.  Süxurların  xüsusi 
müqavimətini sabit və dəyişən cərəyanla iki və dörd elektrodlu üsulla 
ölçdükdə  xüsusi  müqavimətin  qiymətində  fərqlər  əmələ  gəlir.  Dörd 
elektrodlu  üsulla  ölçülən  müqavimət  aralıq  vəziyyətdə  də    olur.  Bu 
üsulla ölçdükdə elektrodla nümunə arasında yaranan effekt ölçmədə 
iştirak  etmir.  Dəyişən  cərəyandan  istifadə  edərək  xüsusi 
müqavimətin  ölçülməsi  zamanı  cərəyanın  tezliyi  artdıqca  elektrodla 
nümunə arasında olan effekt və həcmi polyarizasiya azalır, buna görə 
də 

 bu halda sabit cərəyana nisbətən kiçikdir. 
 Mineralların  elektrik  müqaviməti.  Hər  hansı  çox  fazalı 
aqreqatların  fiziki  sahəsi  öyrənildikdə  hər  şeydən  qabaq  ilkin 
komponentin fiziki xassəsi haqda məlumatın alınması sualı meydana 
çıxır,  belə  ki,  əsasən  bu  aqreqatın  xassəsini  təyin  edir.  Süxurun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə