________________Milli Kitabxana________________
əsərdə iki İraqdan az yer tutmur. Burada şairin birinci Məkkə səfəri ərəfəsində,
xüsusən Şirvanla bağlı keçirdiyi hisslər əsasdır.
Şair İraq səfərinə də poemada xüsusi yer ayırır ki, bu cəhəti poemanın artıq
orta əsrlərdə "Töhfətül-İraqeyn" adlandırılmasına səbəb olmuşdur. Əslində isə
İraq səfərinin təsviri Şirvan düşüncələrinin inikası üçün bir vasitədir. "Töhfətül-
İraqeyn" xarakteri etibarilə ictimai, fəlsəfi məzmunlu lirik poemadır. Onun əsas
qəhramanı şairin özüdür. Əsərdə danışan, düşünən, sevinən, fəxr edən,
kədərlənən, qəzəb alovdan püskürən də odur. Poema bütünlükdə Şərq
poeziyasında oxşan olmayan bir əsərdir. Şair poemada özü və əsəri haqqında
sərbəst söz açır. İftixarla özünü sənət aləminin günəşi sayan şairi hər şeydən çox
siyasi, ədəbi düşmənləri ağrıdır, qəzəbləndirir. "Düşmənləri tənqid" adlı bəhsdə
bu cəhəti aydın müşahidə etmək olur. Küfə əhli kimi etibarsız, Bağdad əhli kimi
ikidilli, peysərləri qalın, qıyıqgözlü iynəyə bənzəyən, çürük dəndanələri qan
qoxuyan bu siyasət xadimlərini şair qüdrətli sənət dili ilə inkar edir, onları oğru,
yaltaq, ikiüzlü adlandırır:
Kamalım çaxanda şimşəklər kimi,
Quyruq bulayırlar köpəklər kimi.
Fənndə qəribəm, demək təkəm, tək,
Qərib görən kimi hürür hər köpək.
Dilimi öyrənib tez dil açınca,
Söyüş yağdırırlar məniın dalımca.
Onları yüksəldən bir mələkəm mən,
Mənə diş qıcayır onlar qəzəbdən.
Özlərini Xaqaniyə tay tutmaq istəyən bu adamlara qarşı şairin qəzəbi sonsuzdur.
"Günəşə xitab və qızılı məzəmmət" başlığı altında verilən və poetik hisslərin əlvanlığı,
zənginliyi ilə oxucunu heyran edən fəsildə şair düşmənlərini unuda bilmir. Günəşdən
kömək, yardım istəyən şair satlığın, işığın, hərarətin, ucalığın rəmzi olan Günəşi öz dostu
sayır. Heç kəsdən işığını əsirgəməyən, hər alçağın ayağı altına enən, Şirvanı şəfəqinə qərq
edən Günəşdən şair inciyir:
Ey kimsədən işıq əsirgəməyən,
Mənə əsirgədin onu bəs nədən?
Dostdan üz çevirmək dosta nə layiq?
Bu sifət görünmüş düşmənə layiq.
Günəşə xitabən mürəkkəb, əlvan poetik duyğular əks etdirən şair ötəri olsa da,
bədbinləşir, dövrün ictimai qanunlarının uyğunsuzluğunu Günəşə də aid edir, onu da
ögey-doğmalıq bilməkdə təqsirləndirir:
________________Milli Kitabxana________________
Dövlət nə qüdrətin, nə hünərindir,
Mənsəb də, sərvət də nakəslərindir.
Fələyin zatında qalmamış nişan
İgidlik, sədaqət və adamlıqdan.
Fələyin dövranı dəyişmir artıq,
Günəş də anlayır ögey-doğmalıq.
Güclü humanizm, cəsarətli inkar, işığa ehtiraslı meyl Xaqani poemasının əsas
məziyyətidir. Şair sadə zəhmət adamları olan babasından, atası Əli Nəccardan, anası
Rabiədən, təbib və alim əmisindən, əmisi oğlundan məhəbbətlə söz açır, özünü onlarla
müqayisə edir:
Sənətcə toxucu olmuşdur babam,
Mən də yavaş-yavaş söz toxuyuram.
Mənəm bax bu günün əziz insanı,
Mənəm söz toxuyan şair Xaqani.
Əmisi Kafiəddin Ömər ibn Osman haqqında şair dərin məhəbbətlə bəhs edir. Ərəstu,
Əflatun, Hermes kimi antik alimlərlə əmisini müqayisə edən Xaqani əmisinin onun şair
kimi yetişməsindəki xidmətindən geniş söz açır:
Gördü söz mülkünün hakimi mənəm,
Adıma söylədi Həssani-Əcəm.
Qəlbimin ayağı xəznəyə batdı,
Ömrümsə iyirmi beş ilə çaldı.
Bildi söz mülkünə mənəm hökmran,
Qarşımda fərəhdən əmim verdi can.
Şair uşaqlıq və gəncik illərinin sevincli çağları ilə həyatının sonrakı dövrünü
müqayisə edir; bir yanda yüksək istedad, əks tərəfdə düşmən mühit. Bir yanda Xaqani
dühası, əks qütbdə Şirvan şəri. Bir yanda hünər, bir yanda paxıllıq. Bu təzad şairi incidir,
kədərləndirir. Dahi şair özünü Şirvanda məhbus sayır. Gözəl Şamaxı onun gözündə
zindana oxşayır. Nə qədər acı da olsa, vətənin şairə, zindana çevrildiyi etiraf edilir.
Qəlbinin və ruhunun bütün gücü ilə sənətkar saraylara nifrətini, sadə təmiz insanlara isə
məhəbbətini əks ctdirir. Üzük və Xızırla söhbət epizodlarında Xaqaninin üsyankar,
əyilməz təbiəti, insansevər ruhu aşkar olur. Xızırla görüşən sənətkar onu insanların
gələcək taleyi haqqında sorğu-suala tutur.
- Ey məlik sifətli, mənə söylə bir,
...De, yazıq insanlar nə zamanadək,
Ümidlə, qorxuyla ömür sürəcək?
________________Milli Kitabxana________________
Şairin humanizmi, insan üçün döyünən şair qəlbi bu sualda ifadə olunmuşdur.
Divlər dünyasına, əhrimənlər aləminə, əliqılınclı hökmdarlara nifrət, sadə
adamlara məhəbbət Xaqani poemasının əsasıdır. Daha çox Şirvan şərinə nifrətin
yüksək poetik ifadəsi olan "Töhfətül-İraqeyn" təkcə səfərnamə deyil, dərin
humanist məzmunlu və yüksək sənətkarlıqla yazılmış ictimai, siyasi, fəlsəfi,
əxlaqi düşüncələrlə zəngin orijinal, oxşarsız lirik poemadır. Poemadakı fikir və
sənət tapıntılarına "Sirlər xəzinəsi", "Leyli və Məcnun" kimi əsərlərdə rast
gəlirik. Bu, Nizami poemalarının yaşca böyük olan altıncı qardaşıdır.
Xaqani irsinin mühüm qismini qəzəllər təşkil edir. Onun qəzəl yaradıcılığı o
biri əsərlərindən müəyyən dərəcədə seçilir. Şair bu janrın tələblərinə riayət edir,
məhəbbət motivini ön plana çəkir. Əsasən, aşıqanə qəzəl yazan şair sözarası
ictimai hadisələrə də toxunur, dövrdən narazılığını bildirir. Türk alimi Əhməd
Atəşin qənaətinə görə, artıq Xaqani irsində qəzəl bir janr kimi sabitləşir. Bu
dövrdə başqa şairlərdə olduğu kimi, Xaqani qəzəlləri də mövzuca bütövdür.
Onlarda nikbinlik duyğusu vardır. Xaqani də Şərq intibahının başqa şairləri kimi
eşqi ən ülvi bir hiss olaraq tərənnüm edir. Onun qəzəlləri bizə başqa şairlərin
qəzəllərini yada salır. Sanki bütün başqa Şərq klassikləri kimi Xaqani də kimisə
təkrar edir, yaxud onu təkrar edirlər:
Aşiqlik dünyasına qədəm qoymayan insan,
Ürəyinə gözündən axıtmamışdır al qan.
Hər kəsə ki, vurmayıb qəm oxunu məhəbbət,
O, eşqin əhvalını biləcəkdir haradan?
Sevginin mənasını duya bilməz o kəs ki,
Həmnəfəsi olmayıb bir nazəndə mehriban...
Şairin fikrincə, insan özü aşiq olmayınca eşqin nə olduğunu bilməz.
Gözlərindən qan axıtmayan bir kəs eşqi duya bilməz, aşiqə qiymət verə bilməz.
Aşiq qəlbini və canını bağışlasa da, qisməti hicran və qəmdir. Daim eşq havası
ilə nəfəs alan bu adamların üzərinə sevinc nəsimi əsməmişdir. Bu qəzəldə aşiq ən
yüksək insan, zəmanənin həqiqi qəhrəmanı kimi göstərilmişdir. Düzdür, onun nə
üçün daim qəm çəkdiyi, nə üçün sevdiyi bir adam tərəfindən incildildiyi aydın
göstərilmir, bunun səbəbi aydınlaşdırılmır. İntibah dövrünün romantik
poeziyasnın fəci qəhrəmanı olan aşiq özü də həmin hadisənin səbəblərini bilmir,
mücərrəd və rəmzi şəkildə sevgilidən, taledən şikayətlənirdi. Şərqin bütün başqa
qəzəl şairləri kimi Xaqani də ənənəni pozmur, müsbət qəhrəmanın kədərini,
faciəsini sevgilinin zülmündə
Dostları ilə paylaş: |