I aparıcı: Səməd Vurğun böyük şairdir. Şərq aləmində şair həmişə ən yüksək
hörmətə layiq olubdur. Səməd Vurğun öz dpvrünün şairlərinin şairi
olub.
II aparıcı:
Səməd Vurğunun böyüklüyü onda idi ki, o, öz xalqını, öz Vətənini,
üzərində yaşadığı torpağı seviydi, xalqının tarixinə, onun
mədəniyyətinə iti gözlə baxır
və oradakı inciləri məharətlə seçirdi.
(İki oxucu “Ellər dünyası”
şerini söyləyir)
I aparıcı:
Al yaşıl geyinmiş uca dağların
Qartallı qoynundan uzaqlaşmışam.
Könül bulandıran, xəyal küsdürə
n
Tozlu bir diyarla qucaqlamışam...
Burada hər tərəf yerdən göyədək,
Doğrudan yandırır, yaxır insanı;
Acı bir hiss ilə gülümsəyərək
,
Deyirəm gəzdiyim o yerlər hanı?
II apar
ıcı:
Hanı ağ suların xoş təranəsi?
Burada nə ildırım, nə şimşək çaxar;
Yadıma düşdükcə Dilcan dərəsi
Ba
şımdan tüstülər, dumanlar qalxar...
Gecələr ay gülməz, buludlar qara,
Boğulur varlığım hər bir addımda.
Mən çox dırmaşmışam qarlı dağlara
O ellər dünyası yaşar yadımda...
I aparıcı:
Ş.Vurğunun
yaradıcılığında poemalar xüsusi yer tutmuşdur.
O, irili-
x
ırdalı 15
-
dən artıq
poema yazmışdır. Məsələn, “ Aygün”
poeması əsasən ailə
-
məişət mövzusunda yazılmışdır.Şair “Aygün”
poem
asında insan
əməyindən,
bu əməyin xarakterləri
dəyişmək
qüdrətindən
danışmışdır.
Əsərdə
zamanın
tələblərindən
geri
qalan, dğvrlə səsləşə bilməyən
xudbin və
qısqanc Əmirxan əsərin sonunda əməyin qüdrətilə dəyişir, yenidən
tərbiyə olunur. Əmirxan körpə
ikən atadan yetim qalmış
, qoca
müəllimə olan anası onu ərköyön böyütmüş, onun bir sözünü iki
eləməmişdir. Əmirxan öz təbiəti və dünyagörüşü etibarı ilə əsein
tələblərindən geri qalsa da onda sünilik, riyakarlıq
, qeyri
—təbii
lik
yoxdur. O, ikiüzlü deyil, mərddir, düşündüyünü deyəndir. O, Aygünə
axıra qədər sadiq qalır, onun məhəbbətilə yaşayır.Əmirxan həddən
artıq qısqanc olduğunu etiraf etməklə, bunun yaxşı cəhət olmadığını
da başa düşür:
II aparıcı:
Səndən nə gizlədim, qısqancam yaman,
Sən məni sevsən də dünyalar qədər.
Yanımda görməsəm səni bircə an,
Gözümün yuxusu çəkilib gedər.
Demirəm böyükdür bu təbiətim,
Bəlkə də, bəlkə də bu böyük azardır,
Səndə məhəbbət də, namus da vardır
.
Sənin vəfana da inanıram mən
An
caq nə olsun
kiŞ böyükdür şəhər
Özün də həddindən artıq gözəlsən,
Didib parçalayır məni şübhələr.
I aparıcı:
Beləliklə, Əmirxan öz nöqsanlarını görür və etiraf edir. Əsərdə
Aygün Əmirxanın mərdliyinə, səmimiliyinə, paxıl olmamasına,
v
üqarına görə sevmişdir.
Aygün evini tərk edib gedəndən sonra da
şair, Əmirxanı bu cəhətdən təmiz saxlayır, onun mənəviyyatının
b
u tərəfini kölgə salmır, və Əmirxanın axıra qədər Aygünə sadiq
q
aldığını tərənnüm edir.
II aparıcı: S.Vurğun yaradıcılığında əmək mövzusu da
mühüm yer tutur. Onun
1947-
ci ildə yazdığı “Muğan”poeması bizim gözümüzdə Muğan və
Mi
l düzünün gözəlliklərini, bu düzlərdə bəslənən ceyranları,
cüyürləri elə təsvir etmişdir ki
,
elə bilirsən sən də şairin yanındasan.
(İki oxu
cu
“Muğan” poemasından parçalar söyləyir)
I aparıcı: S.Vurğun görkəmli d
ramaturq
kimi də dəyərli dramlar bizə yadigar
.
qoyub getmişdir. “Vaqif”. “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” kimi
cözəl poetik dram əsərlərini buna misal göstərmək olar. Bu əsərlər
xalqımızın zəngin dramatik həyat yolunu böyük sənətkarlıqla
etdirmişdir.Bu pyeslərin bədii dəyər gücünü şairanə misralar, poetik
kəlamlar qat
-
qat artırmış
, o
nları təkrarolunmaz ədəbi hadisəyə
çevirmişdir.
II aparıcı:
Yurdumuzun tarixi keçmişinin tərənnümünə, vətənpərvərlik
mövzusunda yazılan əsərlərdən
b
iri də “Vaqif” əsəridir. Bu əsər
XVIII əsrdə yaşamış Azərbaycanın görkəmli şairi Vaqifin həyatın
dan
b
əhs edir.Əsərdə bütün hadisələr Vaqifin ətrafında cərəyan edir.
Vaqif xalqın düşündüyü beyni, çarpan ürəyidir.
O, azadlıq, səadət,
x
oşbəxtlik, gözəllik, əsl humanizm
nəğməkarıdır.
Vaqif gözəllik
aşiqidir.
Şair zahiri gözəlliyə aşiq olmaqla, mənəvi gözəlliyə çox əhəmiyyət
verərdi. Vaqif sarayda vəzir vəzifəsində çalışmışdır. Onun qəlbi daim
öz xalqının qəlbi ilə çırpınmışdır.
V
aqifin İran şahı Ağa
Məhəmməd
Qacara qarşı apardığı böyük mübarizə açıq göstərir ki, heç kəsə
satılmadan öz vətəninin azadlıq və istiqlaliyyəti
uğrunda zindanlara
düşmüş, gözü ilə ölümlər görmüşdür.(Səhnəyə Qacar və Vaqif obra
-
zını oynayan iki oxucu daxil olur.)
I oxucu:
Şair, hökmdarın hüzurundasan!
II oxucu: Bunu sizsiz
belə düşünürəm mən.
I oxucu: Bəs baş əymədiniz?
II oxucu: Əymədim, bəli!
Əyilməz vicdanin böyük heykəli...
I oxucu:
Qilinclar toqquşub iş görən zaman,
Neylər dediyiniz quru bir vicdan?
II oxucu: Vicdan dedikləri bir həqiqətdir
-
Beşiyi, məzarı əbədiyyətdir...
I oxucu: Bəs zindan necədir
, qaranliq zindan?!
II oxucu: Soyuq məzara da zinətdir insan...
I oxucu: Aha... sınayırdım idrakinızi,
Doğrudan bir şair görürəm sizi,
Xoşbəxt xəlq eləmiş sizi yaradan!
Ancaq bir şərtim var.
II oxucu:
Buyurun görək!
I oxucu:
Gərək fars dilində yazsın sənətkar.
II oxucu:
Farsın öz qüdrətli şairləri var,
Nə çoxdur onlarda böyük sənətkar.
Azəri yurdunun oğluyam mən də,
Az-az uydururam
yeri gələndə.
I oxucu:
Yaxşı, gəl əl
götür bu inadından,
Bu qədər naşükür olmasın insan!
II oxucu:
Mən ellər bağında azad bir quşam,
Mənsəbə, şöhrətə satılmamışam!..
I oxucu: Vagif, indi get,
S
aray həyatını büsbütün tərk et,
Gərək yaşamasın qədirnaşünas!
II oxucu: Sənsə həqiqətin ağzına daş bas!
Mən az görməmişəm bu sarayları,
Burda göyə çıxan ahü vayları...
Görmüşəm şahların vəfasını
mən.
Xanların zülmünü, cəfasını mən.
Görmüşəm zamanın min ruzigarını,
Dustaq anaların göz yaşlarını.
Nifrət! Qan çanağı taclara nifrət!
Var olsun azadlıq, bir də məhəbbət!..
I aparıcı: S. Vuğunun həyat və yaradıcılığı, ictimai
-siyasi, elmi-publisistik,
fəaliyyət dairəsi çox zəngin və rəngarəngdir. O, bütün varlığı ilə xalqina bağlı
şair idi. Şairin kiçik və orta yaş qrup uşaqlara yazdığı şerlərində bu xüsusiyyət
ön plana çəkilmişdir.
I aparıcı: S. Vurğunun
bütün əsərləri Vətənə məhəbbətlə, Azərbaycana,
xalqımızın dilinə məhəbbətlə doludur. S. Vurğun öz xalqına, millətinə sadiq
insan olubdur. O öz millətinin oyanışına, milli dirçəlişinə xidmət edibdir. Məhz S.
Vurğunun şerləri, poemaları, pyesləri, dramları hamısı birlikdə xalqımızı xırda
-
xırda bu yüksək səviyyəyə çıxarıbdır.
I aparıcı: S.Vurğun yaradıcılığının əsas xüsusiyyətləri bax budur. Məhz buna
görə də S.Vurğun qiymətlidir. S. Vurğun az ömür yaşamasına baxmayaraq, S.
Vurğun xoşbəxt taleli insandır
II aparıcı: S. Vurğun haqqında çox danışmaq olar. Bu xatirələr tükənməzdir.
Böyük sənəti, humanizmi, Vətənə bağlılığı ilə xalqının qəlbində yaşayan Səməd
Vurğunun bu il 110 yaşı tamam olur. Özünün
dediyi kimi:
Ölüm sevinməsin qoy!
Ömrünü vermir bada
El qədrini canindan
Daha əziz bilənlər
Şirin bir xatirədək
Qalacaqdır dünyada
Sevərək yaşayanlar,
Sevilərək ölənlər
.
Son.
Ə
d
əbiyyat siyahısı
1.
Şairin andı. Bakı. Azərnəşr.1930
2.
Fanar
. Bakı. Azərnəşr.1932
3.
Könül dəftəri. Bakı. Azərnəşr.1934
4.
Şerlər. Bakı. Azərnəşr.1935
5.
Azad ilham
. Bakı.
Azərnəşr.1939
6.
Səadət uğrunda. Bakı. Azərnəşr.1942
7.
Talıstan. Bakı. Azərnəşr.1944
8.
Ayın əfsanəsi
(Aybəniz). Bakı. Uşaqgəncnəşr.1945
9.
İstiqbal təranəsi. Bakı. Azərnəşr.1947
10.
Muğan. Bakı. Azərnəşr.1949
11.
Zəncinin arzuları. (Ərəb əlifbası ilə) Bakı.1949
12.
Dram əsərlə
ri
. Bakı. Azərnəşr.1950
13.
Dünyanın xəritəsi. Bakı. Azərnəşr.1951
14.
Seçilmiş əsərlər
3 cild. Bakı. Azərnəşr.1954
-1955
15.
Dram əsərləri. Bakı. Azərnəşr.1955
16.
Çiçək. Bakı. Uşaqgəncnəşr.1957
17.
Lirika
. Bakı. Azərnəşr. 1957
18.
Poemalar
. Bakı. Azərbaycan Dövlət Nəşriyyatı. 19
59
19.
Əsərləri
6 cild. Bakı. Elm. 1960
-1972
20.
Komsomol poeması. Bakı. Azərbaycan Dövlət Nəşriyyatı. 1966
21.
Böyük sənət uğrunda. (məqalələr) Bakı. Gənclik. 1970
22.
Vaqif
(dram). Bakı. Gənclik. 1973
23.
Dram əsərləri. Bakı. Azərnəşr. 1974
24.
Deyin. gülün. övladlarım. Bakı .Gənclik .1974
25.
Seçilmiş əsərləri
2 cild. Bakı .Yazıçı.1976
26.
Azərbaycan. Bakı. Azərnəşr. 1976
27.
Ayın əfsanəsi. Bakı . Maarif. 1977
28.
Ölüm kürsüsü
(Azərbaycan və rus dilində). Bakı. Gənclik. 1982
29.
Azərbaycan. Azərbaycan. (ərəb əlifbası ilə) Bakı. Yazıçı.1984
30.
Seçilmiş əsərləri. Yeddicildliyin 4 cildi. Bakı. Elm. 1985
-1986
31.
Seçilmiş əsərləri. Bakı. Maarif. 1986
32.
Mən tələsmirəm. Bakı. Gənclik. 1988
33.
A köhlən atım. Bakı. Gənclik.
1989
34.
Seçilmiş əsərləri. 4 cildliyin I cildi. Bakı. Şərq
-
Qərb. 1996
35.
Yada sal məni. Bakı. Gənclik
. 2003
36.
Aygün. Bakı. Adiloğlu. 2003
37.
Xavərə. Bakı. Adiloğlu. 2003
38.
Seçilmiş əsərləri. Bakı. Adiloğlu. 2004
39.
Seçilmiş əsərləri. 5 cild. Bakı. Şərq
-
Qərb. 2005
Tərtib edəni:
MKS-
in metodika və biblioqrafiya şöbəsinin
baş metodisti E. Əşrəfova
Redaktoru: MKS-
in metodika və biblioqrafiya şöbəsinin
müdiri P.Həsənova
Dostları ilə paylaş: |