Müharibə illərində sənətk
ar 60-
dan artıq şeir, bir neçə poema, o
cümlədən «Bakının dastanı»nı yazmışdı.
Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun
yazdığı «Ukrayna partizanlarına» şeirinin mətnləri təyyarədən Ukrayna
meşələrinə səpələnərək partizanlara çatdırılmışdır.
1943-
cü ildə Amerikada keçirdiyi müharibə əleyhinə yazılmış ən dəyərli
əsərlər müsabiqəsində şairin yazdığı «Ananın öyüdü» şeiri çox yüksək
qiymətləndirilmiş və bütün dünya ədəbiyyatında bu mövzüda yazılan ən
qiymətli 20 əsərdən biri kimi Ny
u-
Yorkda çap etdirilərək hərbiçilər
arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşin səsi ön
cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin
ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk
cəbhələrində olmuşdur. 1943
-
cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər,
cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Fizuli adına
Ziyalılar evi yaranmışdır.
1945-
ci ildə yazdığı fəlsəfi dram olan «İnsan»da şair gələcəyi romantik
vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu
-
alovlu günləri
içərisində insan zəkasının qüdrətini göstərmişdir. Səməd Vurğun
məqalələrinin birində yazırdı: «Mən «İnsan» adlı beş pərdəli mənzum
dram üzərində işləyirəm. «İnsan» mənim dördüncü mənzum dramımdır.
Əsər üzərində böyük bir zövqlə işləyirəm, çünki tarixi mövzuda yazılmış
əvvəlki üç pyesimdən fərqli olaraq mən birinci dəfə öz müasirlərimin
surətinə müraciət etmişəm, onların gələcək nəslini təsvir etmək
əzmindəyəm.»
Şairin «İnsan» əsərində yaratdığı «Qardaşlıq şəhəri»ndə
dünyanın eyni
arzu və ideallarla yaşayan insanları toplaşmışdır. Müəllifin həmin pyesdə
qoyduğu «Qalib gələcəkmi cahanda kamal?» dərin bəşəri, fəlsəfi, ritorik
sual bu gün də və gələcək zamanlar üçün də aktual olaraq qalır.
Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim,
əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945
-
cı ildə o, Azərbaycan SSR
Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla
Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin başçısı Səməd
Vurğun təyin edilir. İlk günnən şair tərəfindən cəmiyyətin qarşısında
duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR
-i
arasında mədəni körpü yaradılması işində fəal iştirak edir.
Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi
dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali
Sovetinin deputatı kimi şair 1947
-
ci ildə görkəmli ədəbiyyat və
mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də
olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun «Vaqif» dramı
Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə
müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman
rejissoru kiçik dəyişiklik etmiş, Qacarın obrazında Hitlerə məxsus cizgilər
vermişdir.
1948-
ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən
Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş,
konqresdən qayıtdıqdan sonra şair «Zəncinin arzuları» poemasını
yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı
yazdığı şeirlərini Səməd Vurğun məşhur «Avropa xatirələri» adı ilə çap
etdirmişdir.
1951-
ci ildə şair «Bolqar
-
sovet dostluğu cəmiyyəti»nin xəttilə
Bolqarıstanda olmuşdur.
O dövrün xarici mətbuatında Səməd Vurğunun xaricdə çıxışları, keçirilən
görüşlərdə məzmunlu, məntiqli söhbətləri haqqında yazılar dərc edilmiş,
yaradıcılığından nümunələr çap edilmişdir. Böyük rus yazıçısı və şairi
Konstantin Simonovun yazdığı «Dostum Səməd Vurğunun Londonda
ziyafətdə nitqi» şeiri çox yayılmış, ədəbi ictimaiyyət tərəfindən yüksək
qiym
ətləndirilmişdi.
Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox
məhsuldar olmuşdur. Şair bir
-
birinin ardınca «Muğan» (1948), «Aygün»
(1950-
51) və «Zamanın bayraqdarı» (1952) poemalarını qələmə
almışdır.
Həyatının son illərində yazdığı şeirləri
onun yaradıcılığının yeni
mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən
şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi
keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı
müqəddəs borcunun ifadəsi idi.
Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, yenə
1953-
cü illərdə haqsız hücumlara, təziqlərə məruz qalır. «Aygün»
poeması tənqid edilir şairin Moskvada çap edilmiş «Şairin hüquqları»
məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika
rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında
müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair
yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan,
dramla
rının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən
çıxmaq qadağan edilir. Söz yayılır ki, Vurğun tutulub. Bu düz olmasa da,
1953-
cü ilin sentyabr ayında həbs edilməsi üçün order yazılması həqiqət
idi. Lakin 1953-
cü ilin yayında SSRİ və Respublika rəhbərliyində edilən
dəyişikliklər nəticəsində bu tədbir baş tutmur… (1956
-
cı ilin yanvar
ayında o zamanki, respublika rəhbəri M.C.Bağırovun və dəstəsinin
məhkəməsində, onların «Azərbaycanın sevıimli şairi görkəmli sovet
yazıçılarından biri Səməd Vurğunu
aradan götürmək cəhdləri» ifşa
edilmiş, bu məqsədlə topladıqları böhtan dolu iki qovluq material, o
cümlədən həbsi üçün order əşyayi
-
dəlil gətirilmişdir.)
1953-
cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. Səməd
Vurğunu Elmlər Akademiyasının vitse
-
prezidenti vəzifəsinə təyin edirlər.
İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur,
saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir,
problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan
Səməd Vurğun vitse
-
prezident vəzifəsində çalışdığı zaman da, ayrı
-
ayrı
insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara
Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına
gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən
Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi
Mahal Məmmdov və onlarla belə insanların elmə gəlməsi Səməd
Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa
göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi
yardım göstərərdi.
O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O,
müxtəlif illərdə SSRİ
-
nin ən yüksək orden və medalları ilə təltif edilmiş,
sovet xalqlarının sevimli şairi olmuşdu. 1954
-
cü ildə Sovet yazıçıların
ikinci ümumittifaq qurultayında «Sovet poeziyası haqqında» məruzə ona
tapşırılmışdı. Bu, o dövrdə xalqımız üçün olduqca iftixaredici bir hadisə
idi.