Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə8/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   4   5   6   7   8   9   10   11   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Beləliklə, İmam Hüseynin (ə) Məkkə şəhərini tərk etməsinin 
səbəbi ilk növbədə müqəddəs şəhərdə qan tökülməsinə mane 
olaraq, Tanrı evinin hörmətini qorumaq olmuşdur. Lakin onun 
həcc mövsümündə belə addım atması bu məsələni xalqa 
çatdırmaq və Yezidin hökümətinin terrorist olmasını onlara 
bildirmək üçün idi. 
səh:30 
 
1
-
 [
1
 . ]
İbn Cövzi, «T ə zkir ə tül-x ə vas», s ə h. 335 . 
İmam Hüseyn Kərbəlada şəhid olacağını bilirdimi? 
İmam Hüseyn (ə) Kərbəlada şəhid olacağını qiyam etmədən 
öncə bilirdi. Allahın dinini qorumaq üçün hər şeyini qurban 
verməkdən başqa bir yolun olmadığını anlayırdı. 
Ən əsası budur ki, o, həzrət Allah tərəfindən hər İmama əta 
olunmuş “qeyb-elmi” vasitəsilə bunu bilirdi
)1(
 . 
Bundan əlavə İslam peyğəmbəri Həzrət Məhəmməd (s) 
dəfələrlə İmam Hüseynin (ə) şəhid ediləcəyini tam təfsilatı ilə 
bəyan etmişdi 
)2(
 .Kərbəla müsibəti barəsində nəinki Həzrət 
Əlinin (ə) ailəsi, hətta Bəni Haşim qəbiləsi də, bilirdi 
)3(
 .Belə 
olduqda isə İmam Hüseynin (ə) xəbərsiz olmasını söyləmək 
düzgün olmazdı. Qardaşı İmam Həsən (ə) də, vəfatından əvvəl 
ona belə söyləmişdi: «Ey qardaşım! Heç bir müsibət sənin 
qətlə yetiriləcəyin günə bənzəməz. 
səh:31 
 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
1
-
 [
1
 . ]
Cin sur ə si, ay ə 26-27 . 
2
-
 [
2
« . ]
M ə qt ə l- Xar ə zmi», c. 1, s ə h. 88; «K ə nzül-
ümmal» c. 12, s ə h. 123, İbn H ə c ə r, «S ə vaiqül-mühriq ə 
», s ə h. 192 . 
3
-
 [
3
« . ]
M ə qt ə l- Xar ə zmi», c. 2, s ə h. 167; İbn Mac ə , «S ə 
hih», c. 2, s ə h. 518, «Müst ə dr ə k», c. 4, s ə h. 464 . 
Özünü Məhəmməd (s) ümməti sayan otuz minlik qoşun sənə 
hücum edər, öldürər, ailəni əsir tutarlar
)1(
»... 
Onlar kufəlilərin vəfasız, e`tibarsız olduğunu söyləyərək, hətta 
kufəlilərin İmamı (ə) qətlə yetirmək haqqında artıq 
düşmənlərlə fikir ortaqlığına gəldiklərini də, xəbər 
vermişdilər. İmam (ə) isə onlara şəhid olacağını bildiyini 
buyurmuş və bu yolun ən düzgün seçim olduğuna tə`kid 
etmişdir. 
Abdullah ibn Abbas İmam Hüseynin (ə) hüzuruna gələrək, 
belə demişdi: «Ey əmim oğlu! Mən sənin ayrılığına dözə 
bilmərəm. Qarşına məqsəd qoyduğun bu səfərdə, sənin şəhid 
olmağına və ailənin əsir düşməyinə qorxuram. Çünki iraqlılar 
vəfasız adamlardır. Onlara inanmaq olmaz... Əgər İraq xalqı 
məktubda yazdıqları kimi həqiqətən də səni istəyirlərsə, onda 
əvvəlcə şəhər valisini, öz düşmənlərini oradan qovsunlar. 
Sonra isə sən Kufəyə gedərsən. Sən Hicazın böyüyüsən, 
Məkkə, Mədinə əhalisi sənə çox ehtiram edir. Sən elə bu 
Məkkədə qal. Əgər Məkkədən getməkdə israrlısansa, yaxşı 
olar ki, Yəmənə gedəsən. Çünki atan Əlinin (ə) orada çoxlu 
şiələri var. Bundan əlavə Yəmən geniş, möhkəm qalaları, uca 
və əlçatmaz dağları olan bir məntəqədir.” İmam (ə) ona 
təşəkkür edib buyurdu: “And olsun Allaha, bunlar qanımı 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
tökməyincə məndən əl çəkməyəcəklər. Məni qətlə yetirdikləri 
üçün Allah onlara elə bir şəxsi hakim edəcəkdir ki, zillətlə 
yaşayacaqlar
)2(
»... 
Abdullah ibn Zübeyrin onu saxlamaq qəsdi ilə söylədiyi 
təklifin cavabında da İmam Hüseyn (ə) belə buyurdu: «Ey 
Zübeyrin oğlu! Əgər Fərat çayının 
səh:32 
 
1
-
 [
1
 . ]
Şeyx S ə duq , 
 «
  Ə mali» , s ə h. 115-116 . 
2
-
 [
2
« . ]
Tarixi-T ə b ə ri», c. 5, s ə h. 384; « Ə l-Fütuh», c. 5, s 
ə h. 73; «M ə qt ə li-Xar ə zmi», c. 1, s ə h. 217; «Kamil» c. 2, 
s ə h. 546, « Ə nsabül- ə şraf», c. 3, s ə h. 162 . 
kənarında dəfn olunsam, mənim üçün Kə`bə astanasında 
öldürülməkdən daha yaxşıdır
)1(
». 
Məhəmməd Hənəfiyyə də, İmama Kufəyə getməməyi 
məsləhət görərək dedi: «Qardaş! Sən Kufə camaatının atan 
Əli (ə) və qardaşın Həsənə (ə) qarşı sədaqətsizliyinin şahidi 
oldun. Qorxuram ki, səninlə bağladıqları əhdi-peymana xilaf 
çıxsınlar. Yaxşı olar ki, oraya getməyəsən və Məkkədə 
qalasan. Yaxud da Yəmənə get». 
İmam ona belə cavab verdi: «Allahın rəsulu (s) yuxumda 
buyurdu: «Hüseyn (ə), qiyam et! Çünki Allah bunu istəmişdir. 
Allah sənin şəhid olmanı və ailənin əsir düşməsini iradə 
etmişdir
)2(
». 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Abdullah ibn Cəfər, Ömər ibn Əbdürrəhman, o dövrün 
məşhur ərəb şairi Fərəzdəq, bə`zi köçəri ərəblər də kufəlilərin 
hiyləsindən İmamı (ə) xəbərdar etmiş, « kufəlilərin qəlbi 
səninlə, amma qılıncları sənin əleyhinədir» kimi ibarətlərlə 
vəziyyətin ciddi olduğuna işarə etmişlər. İmam Hüseyn (ə) də 
öz növbəsində bütün bunları bildiyini buyurmuşdur
)3(
 . 
Deməli, o həzrət öz şəhadətinə tam agah idi. Bə`zi mənbələrə 
istinadla İmam Hüseynin (ə) Kərbəlaya hərəkət etməzdən 
qabaq Məkkə şəhərindəki nitqi də, buna əsaslı sübutdur: 
«Şükür Allaha layiqdir! Allah nə istəsə o da baş verəcəkdir. 
Allahın istəyi olmadan hökm verməyə qadir olan heç bir 
qüvvə yoxdur. Allahın rəsuluna (s) salamı olsun. 
səh:33 
 
1
-
 [
1
« . ]
Tarixi-T ə b ə ri», c. 5, s ə h. 383 ;
   c. 3, s ə h. 164 . 
2
-
 [
2
 . ]
Seyyid ibn Tavus, «Lühuf», s ə h. 65; «Musu ə tü-k ə 
limatil-İmam Hüseyn ( ə ) » s ə h. 238; İbn K ə sir, « Ə l-
Biday ə v ə n-nihay ə », c. 8, s ə h. 174 . 
3
-
 [
3
« . ]
Tarixi-T ə b ə ri», c. 5, s ə h. 384; «T ə zkir ə tül-
hüffaz», c. 1, s ə h. 338; Şeyx Müfid, «İrşad», c. 2, s ə h. 76; 
İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, s ə h. 169 . 
Qızların boynuna boyunbağı lazım olduğu kimi insan 
övladına da ölüm vacibdir və ondan qaçıb qurtarmaq olmur. 
Yaqub peyğəmbər (ə) oğlu Yusifin (ə) görüşünə necə həvəsli 
idisə, mən də ata-babamı görməyi o qədər arzulayıram. 
Mənim üçün bir qətlgah təyin olunmuşdur və mən orada 
düşəcəyəm. Sanki çöl yırtıcılarının (Kufə qoşunu) Nəvasis və 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə