Ziyaos-salehin
az.ziaossalehin.ir
Elə bu prinsipə əsasən İmam Hüseynin (ə) Məkkə şəhərini
başqa şəhərlərə tərcih verməsi daha məntiqə uyğun sayılırdı.
2
-
İmam Hüseyn (ə) Mədinəni tərk etdiyi zaman xalqın çoxu
Müaviyənin ölümündən və Yezidin hakimiyyətə gəlməsindən
xəbər tutmamışdı. Bu xəbəri ümumi xalqa çatdırmaq üçün
Məkkə şəhəri kimi böyük, giriş-çıxışlı və
səh:27
1
-
[
1
. ]
Ali İmran sur ə si ay ə 97 .
yüksək əmniyyətli bir şəhərə ehtiyac duyulurdu. İmam
Hüseyn (ə) bu ehtiyacı aradan qaldırmaq üçün Məkkə
şəhərinə getdi. Həmçinin Məkkədən Kufə və Bəsrə kimi
böyük şəhərlərlə rabitə saxlamaq daha asan idi
)1(
.
3
-
Məkkə şəhəri ziyarət şəhəri olduğuna görə ölkənin bütün
yaxın və uzaq məntəqələrindən insanlar Kəbə evini ziyarət
etmək üçün bu şəhərə təşrif gətirirdilər. Və xüsusi ilə də İmam
Hüseynin (ə) Məkkə şəhərinə daxil olduğu vaxt vacib «həcc»
əməlini yerinə yetirmək zamanına bir neçə ay qalırdı. İmam
Hüseynin (ə) bu fürsətdən istifadə edib milyonlarla həcc
ziyarətinə gələn insanlara öz qiyamının məqsədini bəyan
etməsi zəruri idi.
Bunlardan əlavə İmam Hüseyn (ə) Məkkə şəhərinə getdiyi
zaman hələ Kufə şəhərindən dəvət almamışdı. Təbiidir ki,
belə olan halda İmamın (ə) Məkkə kimi əmniyyətli bir şəhərə
getməsi daha məntiqə uyğun sayılırdı.
Ziyaos-salehin
az.ziaossalehin.ir
Nəhayət İmam Hüseyn (ə) hicrətin 60-cı ili Şaban ayının
üçündə Məkkə şəhərinə daxil oldu
)2(
.Və Kufə şəhərinə
gedənə qədər öz moizə və çıxışları ilə Məkkə camaatını və bu
şəhərə gələn hacıları İslam qanunlarını dirçəltməyə dəvət etdi.
İmam Hüseyn (ə) hicrətin 60-cı ili Zilhiccə ayının səkkizi
Məkkə şəhərini tərk edib Kufəyə tərəf yola düşdü
)3(
.Və
hamının zehnində belə bir sual qaldı ki, nəyə görə İmam
Hüseyn (ə) həcc əməlini yerinə yetirməyə bir gün qalmış
Məkkə şəhərini tərk etdi? Bu sualın cavabını isə belə
açıqlayırıq:
1
-
İmam (ə) Məkkə şəhərində qan tökülməsini istəmirdi:
İmam Hüseynin (ə) bəzi söhbətlərindən məlum olur ki, o
Həzrət dövlət muzdurlarının onu qətlə yetirmək
səh:28
1
-
[
1
« . ]
V ə q ə tüt-T ə f», s ə h. 103 .
2
-
[
2
. ]
H ə min m ə nb ə , s ə h. 88 .
3
-
[
3
. ]
H ə min m ə nb ə , s ə h. 88 .
istəmələrindən xəbərdar idi və İmam (ə) heç bir halda bu
şəhərdə qan tökülməsini istəmirdi. İmam (ə) Məkkə şəhərinin
İslam aləmində müqəddəs və əmniyyətli məkan olduğu üçün
öz şəhadətinin də bu şəhərdən kənarda olmasını arzulayırdı.
Necə ki, İmam Hüseyn (ə) İbni Abbasla söhbətində belə
buyurur: «Mən istəyirəm ki, məni Məkkədə yox başqa
Ziyaos-salehin
az.ziaossalehin.ir
şəhərdə şəhadətə yetirsinlər və mən belə bir şəhadəti
arzulayıram
)1(
».
Həmçinin O, Abdullah ibn Zubeyrə buyurdu: «And olsun
Allaha ki, mənim üçün hər bir məkanda qanımın tökülməsi
Məkkə şəhərində şəhid olmaqdan daha sevimlidir
)2(
».
Məlumdur ki, İmam Hüseynin (ə) Məkkə şəhərində və ya
Kərbəla çölündə şəhadətə yetişməsinin o Həzrətin dini
vəzifəsini yerinə yetirməsində və mənəvi məqamında heç bir
rolu yox idi. O Cənabın Məkkə şəhərinə bu qədər diqqət
göstərməsi İslam dəyərlərinin qorunub saxlanması üçün
olmuşdur. Baxmayaraq ki, bu mənfur işi zalım cinəyətkarlar
həyata keçirəcəkdirlər.
2
-
İmam (ə) həcc zəvvarlarını heyrətləndirmək istədi:
Bildiyimiz kimi həcc ziyarəti İslam dininin ən çətin, eyni
zamanda böyük əhəmiyyət daşıyan mədəni, ictimai və siyasi
ibadəti sayılır. Kəbə evi tarix boyu insanların Allaha
yaxınlaşma məkanı olmuşdur. Hətta İslamdan qabaqkı dinlər
də bu evin Allaha məxsus olduğunu söyləmişdilər. İslam dini
gəldikdən sonra isə həcc ziyarətinə xüsusi əhəmiyyət vermiş
və imkanı olan surətdə həcc əməlini tərk edən müsəlmanı
kafir saymışdır. Elə bu inanc əsasında müsəlmanlar əsirlər
boyudur ki, dünyanın hər hansı bir güşəsində olmalarına
baxmayaraq öz ölkə və şəhərlərindən Kəbə evinin ziyarətinə
səh:29
Ziyaos-salehin
az.ziaossalehin.ir
1
-
[
1
. ]
İbn K ə sir, « Ə l-Biday ə v ə n-nihay ə », c. 8, s ə h.
159 .
2
-
[
2
« . ]
V ə q ə tüt-T ə f” s ə h. 152 .
gəlir və həcc əməlini yerinə yetirməklə öz bəndəçiliklərini
Tanrı qarşısında nümayiş edirlər.
Əhli-beyt İmamları (ə) da bu ziyarətə xüsusi əhəmiyyət
vermiş və heç bir zaman həcc əməllərini yerinə yetirməyin
mənəvi ləzzətindən doymamışlar. Məxsusən, İmam Hüseynin
(ə) bu əməlləri yerinə yetirməyə olan məhəbbəti
müsəlmanların arasında məşhur olmuşdu. Hətta tarixçilərin
yazdığına əsasən o Həzrət həcc səfərinə daha çox savab
qazanmaq üçün iyirmi beş dəfə piyada getmişdir
)1(
.Lakin
İmamın (ə) həccə bu qədər eşq bəsləməsinə baxmayaraq, o
Həzrət həcc əməllərinin başladığı vaxtda Kəbə evini tərk edib
Kufəyə tərəf yola düşdü və bu işi ilə bütün zəvvarları heyrətdə
qoydu. Allahın evinin ziyarətinə gələnlərin hamısı
soruşurdular: «Nə üçün İmam Hüseyn (ə) bu qədər həcc
əməllərini sevən halda onu tamamlamadan Məkkə şəhərini
tərk etdi? Görəsən İmam Hüseyn (ə) Yezidlə beyət etmədiyinə
görə dövlət muzdurlarının o Həzrəti terror edəcəklərindən
xəbərdar olduğu üçünmü həcc əməllərini yarımçıq qoydu?
Axı necə ola bilər ki, Peyğəmbər balası Kəbə evində terrora
məruz qalmasından amanda deyil? Bu necə İslam
hakimiyyətidir ki, bu ölkədə nə Allahın evinin hörməti
qorunur, nə də onun Peyğəmbərinin?» Və bu kimi suallar
zəvvarların dilində gəzirdi. Bu da Yezidin qəsb etdiyi dövlətin
hələ başlanğıcdan xalq tərəfindən xətərə düşməsi demək idi.
Dostları ilə paylaş: |