225
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Humanitar elmlər seriyası
2011
UOT 94 “19...”
XVIII ƏSRİN İKİNCİ YARISINDA İRƏVAN XANLIĞININ
İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ
T.S.MƏMMƏDOV
AMEA A.Bakıxanov adına Tarix İnstutu
Tural baku@gmail.com
Мягалядя XVIII ясрин икinъи йарысында Иряван ханлыьында ящалинин инзибати-ярази
bölgüsü шярщ едилир.
Açar sözlər: mahal, sultanlıq, məhkəmə, yüzbaşı, hakim
XVIII əsrin ikinci yarısında İ.Şopenin əsəri və «İrəvan xanlığının tarixi»
istisna olmaqla bu barədə, demək olar ki, yazılmamışdır. Bunu nəzərə alaraq,
xanlığın inzibati-ərazi bölgüsü barədə ayrıca yazmağı lazım bildik.
Xanlığın ərazisi inzibati cəhətdən 15 mahala (nahiyyələrə) bölünmüşdü.
Bölgünün əsasında suvarma sistemi dayanırdı. Bu da kənd təsərrüfatı üçün
həlledici əhəmiyyətə malik idi. Bu mahallar aşağıdakılar idi:
Qırxbulaq mahalı. Bu mahal İrəvanın şimal və cənubunu əhatə edirdi.
Cənubdan Araz çayı, şimaldan Dərəçiçək, qərbdən Gərnibasar, şərqdən-Gərni-
Vedibasar mahalları ilə həmsərhəd idi. XIX əsrin birinci rübünün mənbələrin-
də bu mahal iki mahal kimi təqdim olunur: Qırxbulaq və Zəngibasar (1,442).
Zəngibasar mahalı. XVIII əsrin sonunda bu mahallar birləşmiş halda
gah Qırxbulaq, gah da Zəngibasar kimi verilir. İrəvan xanı Məhəmməd Hü-
seyn xan Qacara (1785-1803) mənsub olan mülklərin siyahısından da məlum
olur ki, Zəngibasarın kəndlərinin çoxu Qırxbulaq mahalının içərisində
verilmişdir
(1,242). İ.Şopen Qırxbulaq mahalına məxsus 48 kənd qeydə
almışdır və bu kəndlərdən 26-nın artıq dağıldığınını qeyd edir (1,509-510,
543-544). C.Bornoutyan Zəngibasar mahalına mərkəzi Uluxanlı olmaqla 26
kəndin daxil olduğunu yazır (2, 35).
Gərni-Vedibasar mahalı. Matenadaranda saxlanılan sənədlər siyahısına
əsasən, bəhs edilən dövrdə bu mahal birləşmiş mahal olmuş və Azad çayından
(Gərni çay) suvarılan və Arazdan şimala tərəf olan torpaqları, həmçinin
Vediçay və Qafan çayı hövzəsindən suvarılan vadiləri öz içərisinə almışdır.
Şimaldan Göyçə, şərqdən Şərurla həmsərhəd idi. Bu mahal da sonralar iki
yerə, Gərnibasar və Vedibasar mahallarına bölünür (1,242-243).
226
Araz çayının sol sahilində yerləşən Gərnibasar mahalı şimaldan Qırx-
bulaq, qərbdən Zəngibasar, cənubdan qismən Araz çayı və Vedibasar mahalı,
şərqdən isə Göycə mahalını ondan ayıran yüksək dağlarla həmsərhəd idi.
İ.Şopen Gərnibasar mahalına məxsus 95 kənd qeydə alınmışdır və bu
kəndlərdən 43-nün artıq dağıldığını qeyd edir (1,442,510-511,547-555).
C.Bornoutyan isə dağılmayan kəndləri nəzərdə tutaraq Gərnibasar mahalına
mərkəzi Qəmərli olmaqla 52 kəndin daxil olduğunu yazır. Ərazisindən axan
Gərni çayı bütün mahalı su ilə təmin edirdi (2, 35).
Vedibasar mahalı. Araz çayının sol sahilində yerləşən Vedibasar ma-
halı şimaldan Gərnibasar, qərbdən Araz çayı, cənub və cənub-şərqdən Şərur
mahalı və Naxçıvan xanlığı, şərqdən Göycə mahalı ilə həmsərhəd idi. Vediçay
və Qapan çayı mahalı su ilə təmin edirdi (1, 442-443). İ.Şopen Vedibasar ma-
halına məxsus 54 kənd qeydə almışdır və bu kəndlərdən 33-nün artıq dağıldı-
ğını qeyd edir (1, 511-512,555-556). Məhz buna görə də, C.Bornoutyan mər-
kəzi Dəvəli olan Vedibasar mahalına 21 kəndin daxil olduğunu yazır (2,35).
Şərur mahalı. İrəvan xanlığının cənub-şərqində yerləşən bu mahal
şimaldan Vedibasar mahalı, qərbdən Araz çayı, cənubdan və cənub-şərqdən
Xoy və Naxçıvan xanlıqlarına aid olan sahələri əhatə edirdi. Şərq hissəsi Arpa-
çayı vasitəsilə iki yerə bölünürdü. İ.Şopenin siyahıyaalmasında 61 kənddən
ibarət olan bu mahalın 11 kəndi tamamilə dağıdılmışdı (1,512,555-563).
C.Bornoutyana görə, mərkəzi Əngiçə olan bu mahal 50 kəndə nəzarət edə
bilirdi. Arpaçay mahalın bütün suvarma sistemini təmin edirdi (2,35).
Sürməli mahalı. İrəvan xanlığının cənub-qərb istiqamətini əhatə edirdi.
Bu mahal Araz çayının sağ sahilində yerləşirdi. Mahal şimal və şimal-şərqdən
Araz çayı ilə, qərbdən Dərəkənd-Pərçenis mahalı, cənubdan, onu Bayazid
paşalığından ayıran, Ağrıdağ silsiləsi ilə həmsərhəd idi. Əsas suvarma mən-
bəyi Araz çayından çəkilən arxlar olan bu mahalın, İ.Şopenin təsvirinə görə,
78 kəndindən 28-i tamamilə dağıdılmışdı (1,443,512-513,563-567). Onun Pər-
çenis, Dərəkənd, Parnaud dərə-vadiləri vardı (1,443). sürməli İrəvan
xanlığının ən sıx əhalisi olan mahalı idi. Əhalisi əsasən qoyunçuluqla məşğul
idi. C.Bornoutyan mərkəzi İğdır olan bu mahalın 49 kəndi əhatə etdiyini qeyd
edir (2,35). Lakin İ.Şopen Sürməli mahalında 50 kəndin yararlı olduğunu
göstərir (1, 563-567).
Saatlı mahalı. İrəvan xanlığının ən kiçik mahalı sayılan Səədli xanlığın
qərb qurtaracağında yerləşirdi. Arpaçay mahalı iki hissəyə ayıraraq Araz
çayına qovuşurdu. Səədli mahalı şimaldan Talın, qərbdən Osmanlı dövləti,
cənubdan Dərəkənd – Parçenis, şərqdən isə Sərdərabad mahalı ilə həmsərhəd
idi. İ.Şopen Səədli mahalına məxsus 14 kənd qeydə almışdır və bu kəndlərdən
5-nin artıq dağıldığını qeyd edir (1,444,513,575-576). Məhz buna görə də
C.Bornoutyan, əsasən, Səədli tayfasının yaşadığı Səədli mahalının mərkəzi
Xeyribəyli olmaqla 9 kəndi əhatə etdiyini qeyd edir (2,36).
Tallın mahalı. İrəvan əyalətinin şimal-qərbində Alagöz dağı ilə Arpaçay
arasında yerləşirdi. Bu mahal şimaldan Şorəyel, qərbdən onu Qars
227
paşalığından ayıran Arpaçayla, cənubdan Sərdərabad və Səədli mahalları ilə,
şərqdən isə Seyidli-Axsaxlı mahalı ilə həmsərhəd idi. İ.Şopen Talın mahalına
məxsus 47 kənd qeydə almışdır və bu kəndlərdən 27-in artıq dağıldığını qeyd
edir (1,444,513-514,575-576). C.Bornoutyan Talın mahalı əhalisinin çox ol-
madığını və yararlı 20 kəndin olduğunu qeyd edir. Mahalın mərkəzi Talından
keçən ticarət yolu Tiflis vasitəsilə Qara dənizə və Rusiyaya gedirdi
(3,150;2,36). Məşhur Talın karvansarası burada yerləşirdi.
Seyidli-Axsaxlı. İki tayfanın adından götürülmüş Talın mahalı sərhəd-
lərindən Alagöz dağının cənub və şərq hövzəsindən Abaran mahalına qədər
yayılırdı. Cənub və cənub-şərqdən Sərdərabad və Qərbibasar mahalları ilə
həmsərhəd idi (1,444). Mərkəzi Uşi (Üşü) olan bu mahal cəmi 20 kənddən
ibarət idi. Bunlardan 11 kənd Seyidli tayfasına, 9 kənd isə Axsaxlı tayfasına
məxsus idi. Burada dağıdılmış kənd qeydə alınmayıb (3,150;1,575-580;2,36).
Sərdərabad mahalı. Xanlığın ən böyük mahallarından idi. Arazın şimal
sahillərində, Sürməli mahalının qarşısında yerləşirdi. Qərbdən Səədli, cənub-
dan onu Sürməli mahalından ayıran Araz çayı, şərqdən isə Zəngibasar və
Qərbibasar mahalları ilə həmsərhəd idi. İrəvan xanı Hüseynəli xan Qacarın
göstərişi ilə yaradılan bu mahalda 1810-cu ilə yaxın məşhur Sərdərabad qalası
tikildi. Hüseynqulu xan Qacar burada yaşayırdı (1,255). Mərkəzi Sərdarabad
şəhər-qalası olan mahalda 30 kənd qeydə alınmışdır. Bu kəndlərdən 8-i
dağıdılmışdı. Qeyd etmək lazımdır ki, sonralar bu mahalda yaşayan ermənilər
məhz Rusiya işğalından sonra buraya əsasən Bayazid paşalığından köçürülən-
lər idi (3, 151; 1, 444,514,587-584).
Gərnibasar mahalı. Bu mahal şimaldan Seyidəli-Axsaxlı mahalı, qərb-
dən Sərdərabad, cənubdan Zəngibasar, şərqdən onu Qırxbulaq mahalından ayı-
ran zəngi çayı ilə, şimal-şərqdən isə qismən Dərəçiçək mahalı ilə həmsərhəd
idi. Gərni çayı ilə suvarılan bütün torpaqlar bu mahala daxil idi. Gərnibasar
mahalında 49 kənd qeydə alınmışdır. Bu kəndlərdən 9-u dağıdılmışdı (1, 445,
514, 583-588). Gərni çayı ilə suvarılan bütün torpaqlar mahala daxil idi. Abaran-
su, Gərni çayı və Araz çaylarının qolu mərkəzi Əştərək olan Gərnibasar mahalını
su ilə təmin edirdi. C.Bornoutyana görə, xanlığın mərkəzi İrəvan şəhəri və erməni
katolikosluğunun dini mərkəzi Üçkilsə bu mahalda yerləşirdi (2,37).
Abaran mahalı. İrəvan xanlığının şimal qurtaracağında yerləşən Abaran
mahalına böyük Alagöz dağları şimala və şimal-şərqə doğru uzanan torpaqlar,
Alagöz və Pəmbək dağları arasına düşən ərazi bura daxil idi. Mahal
yüksəklikdə yerləşən torpaqları əhatə edərək Abaran-su çayının sahilində
yerləşirdi. Abaran mahalı şimaldan Pəmbək, şimal-qərbdən Şorəyel, cənubdan
Seyidli-Axsaxlı, şərqdən isə Dərəçiçək mahalları ilə həmsərhəd idi. İ.Şopen
Abaran mahalına məxsus 61 kənd qeydə almışdır və bu kəndlərdən 22-in artıq
dağıldığını qeyd edir (1,445,514-515,587-591). Mahalın ərazisinin, demək olar
ki, daimi sakinləri az idi. Bura Gürcüstanla sərhəddə yerləşdiyindən zaman-
zaman işğalçılara qarşı hərbi əməliyyatlar meydanına çevrilirdi. Mahalın 39
kəndində Böyük Çobanqara tayfası yaşayırdı. Mərkəzi Baş Abaran idi (2,37).
228
Dərəçiçək mahalı. Mahal Göycə gölündən başlayaraq Zəngi çayı və
Misgənsu mənsəbindən Alapars kəndinə qədər uzanan dərədən ibarət idi (Mis-
gənsu çayının adı XIX əsrə aid rusdilli mənbədə Misxana çayı kimi təqdim
olunur. (1, 445)). Dərəçiçək mahalı Şimaldan Pəmbək, cənubdan Qırxbulaq,
qərbdən Abaran, şərqdən Göyçə gölü bu mahala daxil idi. İ.Şopen burada qey-
də aldığı 53 kənddən 16-nin dağıdıldığını yazır (3,152;1,445,515-516,591-
596). Mülayim iqlimə malik olan bu mahal İrəvan xanlığı əyanlarının yayda
dincəldiyi yer idi. 37 kəndi əhatə edən Dərəçiçək mahalının mərkəzi Dərəçiçək və
Bijni idi. Mahalın suya olan tələbatını Misgənsu və Zəngi çayları ödəyirdi (2,37).
Göyçə mahalı. İrəvan xanlığının şimal-şərq hissəsində yerləşən ən
böyük mahal Göyçə idi. Bu mahal Göyçə gölü hövzəsindəki Azərbaycan
torpaqlarının əksər hissəsini (qərb torpaqları Dərəçiçək mahalının ərazisinə
düşürdü – red.) əhatə edirdi. Mahal şimaldan Şəmsəddil sultanlığı, Gəncə
xanlığı, şimal-qərbdən Dərəçiçək mahalı, qərbdən Qırxbulaq və Gərnibasar
mahalları, cənub-qərbdən Vedibasar mahalı, cənubdan Naxçıvan xanlığı, şərq-
dən isə Qarabağ xanlığı ilə həmsərhəd idi. Ərazisinin böyük olmasına baxma-
yaraq, müharibə meydanı olduğu üçün əhalisi az idi. İ.Şopen Göyçə mahalına
məxsus 126 kənd qeydə almışdır və bu kəndlərdən 67-in dağıldığını və onların
çoxunun adlarının artıq unudulduğunu qeyd edir. Mahalın yalnız 59 kəndində
yaşayış qeydə alınmışdı (3,153;1,446,515-517,595-600). Əhalisi əsasən mal-
darlıqla məşğul olan bu mahalın mərkəzi Kəvər idi (2,37;3,153). (C.Bornout-
yan digər erməni tədqiqatçıları kimi, «Kəvər» toponimini saxtalaşdıraraq et-
mənicə «Avan» (qəsəbə) sözü ilə eyniləşdirsə də, bu kəndin 1829-cu ildə
Bayaziddən köçürülən ermənilərlə məskunlaşdırıldığını və Nor Bayazid
adlandırıldığını gizlədə bilmir (2, 37-38; 3,153)).
Dərəkənd – Parçenis mahalını Hüseynəli xan Qacar Sürməli mahalından
ayıraraq təşkil etmişdi. Bu mahal İrəvan xanlığının cənub-qərb qurtaracağında,
Araz çayının sağ sahilində yerləşirdi. Dərəkənd – Parçenis mahalı şimaldan
Səədli mahalı, cənub-qərbdən Osmanlı dövləti, şərqdən isə Sürməli mahalı ilə
həmsərhəd idi. Yeni mahal Bayazid sərhədlərindən Araz çayına doğru uzanan
Parçenis, Dərəkənd, Parnaud dərə vadilərini əhatə edirdi. Dağıdılmış 8 kənd-
dən savayı, Parçenis dərəsində 26, Dərəkənd dərəsində isə 54 yararlı kənd
qeydə alınmışdı (3,149; 1,443,513,571-574). Məşhur Goğb (Qulp) kəndi və
eyni adlı duz mədəni burada yerləşirdi. Bu kənd artıq mahal mərkəzinə çevril-
mişdi (2, 35-36; 3,149).
Hər bir mahal özünü bir inzibati birləşmə, qurum kimi təqdim edirdi.
Onları Mahal naibləri idarə edirdilər. Naiblər nəsli bəylər, məliklər və
sultanlar idilər. İrəvan xanı bu vəzifələri adətən qeyri-müəyyən müddətə təyin
edirdi. Lakin onlar xanın zəifliyindən, yaxud başqa məqsədli şərtlərdən çıxış
edərək mahalları irsi, mülklərinə çevrirdilər (3, 153; 1,446, 515-517).
Mahal hakimlərinin üzərinə inzibati və polis vəzifələri qoyulmuşdu.
Onlar mahallarda qayda-qanunu qorumalı, cinayətkarları həbs etməli, abadlıq
işləri vaxtı yoldan keçənləri saxlamalı idilər və s.
229
Mahal hakimlərinin heç bir siyasi məna daşımayan, məsələlər, həmçinin
kəndlər içərisində olan müxtəlif mübahisələr barədə qərar qəbul etməyə ixtiyar-
ları vardı. Onlar yüngül cəza barədə də məhkəmə hökmü verə bilərdilər (4,82).
Mahallar içərisində çoxlu kəndli icmaları vardı, onları minbaşıların təyin
etdikləri nüfuzlu naiblər, seçmə məliklər və silahlı yüzbaşılar idarə edirdilər.
Naibləri və yüzbaşıları məliklər yalnız müsəlman kəndlərindən və qarışıq
əhalisi olan kəndlərdən təyin edirdilər. Kənd hakimləri inzibati və ya müəyyən
mənada məhkəmə səlahiyyətinə malik idilər. S.A.Eqiazarov bu münasibətlə
yazır: «Kənd naibləri və məlikləri bir tərəfdən ayrı-ayrı icmalar, digər tərəfdən
xan hakimiyyəti içərisində vasitəçi orqanlar idilər. Hər cür əmrlər və tələblərlə
xanlara tabe olan orqanlar onlara müraciət edirdilər, onlar isə müstəsna
hallarda icmaların daxili işlərinə qarışırdılar» (4, 2-3).
ƏDƏBİYYAT
1. Шопен И. Исторический памятник состояния армянской области в эпоху ее присое-
динения к Российской империи, СПб: 1852, IX вып.,VI т, 1231 с .
2. Bornoutian G.A. The ethnic composition and the socio-economic condition of Eastern
Armenia in the first half of the nineteenth century // Transcaucaucasia, Nationalism and
Social change/ The University of Michigan Press, 1996
3. İrəvan xanlığı. Bakı: Regionların İnkişafı İctimai Birliyi, 2009, 576 s.
4. Егиазаров С.А. Исследования по истории учреждении в Закавказье, В 3-х Ч.1,.
Казань: Сельская община,1889, 291 с.
5. Qriqoryan V.R. XVIII əsrin sonunda İrəvan xanlığı. İrəvan: EA, 1958, 226 s. (erməni dilində)
6. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и
Армении в XVI - начале ХIХ вв. Л: Наука, 1949, 383 с.
АДМИНИСТРАТИВНОЕ И ТЕРРИТОРИАЛЬНОЕ ДЕЛЕНИЕ ИРЕВАНСКОГО
ХАНСТВА ВО ВТОРОЙ ПОЛОВИНЕ XVIII ВЕКА
Т.С.МАМЕДОВ
РЕЗЮМЕ
В статье на основе источников и существующей литературы определены входя-
щие во второй половине XVIII века в Иреванское ханство магалы и указаны их ад-
министративные значения.
Ключевые слова: магал, султанство, судопроизводство, юзбашы, правитель
ADMINISTRATIVE AND TERRITORIAL DIVISION OF IRAVAN KHANATE AT
THE SECOND HALF OF THE XVIII CENTURY
T.S.MAMMADOV
SUMMARY
This article deals with the importance of mahals (territorial divisions) of Iravan khana-
te in the II half of the XVIII century.
Key words: country, sultanate, court, yuzbashi (the chief of one hundred soldiers), judge
Dostları ilə paylaş: |