Abuzər Xələfov
HEYDƏR ƏLİYEV
və
Azərbaycanda
kitabxana işi
AZƏRNƏŞR
B A K I - 2006
4
UOT: 021 (09)
KBT: 78-33
Elmi məsləhətçi:
S.Y.Məmmədəliyeva, fəlsəfə elmləri doktoru, professor,
AMEA-nın müxbir üzvü
Elmi redaktor:
T.X.Musayeva, Azərbaycan Respublikasının
Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor
Redaktorlar:
K.İ.Aslan, pedaqoji elmlər namizədi, dosent
L.A.Məmmədova, tarix elmləri namizədi
Rəyçilər:
X.İ.İsmayılov, tarix elmləri doktoru, professor
N.İ.İsmayılov, pedaqoji elmlər namizədi, dosent
Xələfov Abuzər Alı oğlu
X-49 Heydər Əliyev və Azərbaycanda kitabxana işi. - Bakı.
Azərnəşr, 2006.- 312 s.
Kitabda ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi
olan kitabxana quruculuğu sahəsindəki misilsiz xidmətləri ümumiləşdirilib elmi nəticələr çıxarılır.
Burada kitabxanaların xalqımızın mədəni-mənəvi tərəqqisində və cəmiyyətdəki rolu haqqında
Heydər Əliyevin fikirləri şərh olunmuş, həmçinin onun XX əsrin II yarısında respublikada kitabxana
şəbəkələrinin inkişafı, kitabxanaların mərkəzləşdirilməsi, kitabxana fondlarının inkişafı, əhaliyə
kitabxana xidmətinin yaxşılaşdırılması, kitabxanaların maddi-texniki bazasının və kadr potensialının
möhkəmləndirilməsi istiqamətindəki fəaliyyəti konkret faktlar əsasında təhlil edilmişdir. Kitabda
müstəqillik dövründə kitabxanaların qorunub saxlanılması, kitabxana işinin inkişaf istiqamətləri və
dövlətin kitabxana siyasətinin formalaşmasında Heydər Əliyev ideyalarının şərhinə geniş yer
verilmişdir.
Kitabxana işçiləri, habelə mədəniyyət tarixi və ulu öndərin həyat və fəaliyyəti ilə məşğul olan
tədqiqatçılar, eləcə də mədəniyyət və kitabxanaçılıq təhsili müəssisələrinin tələbələri və professor-
müəllim heyəti üçün nəzərdə tutulmuşdur
.
2006
)
07
(
615
0503020907
−
M
© Azərnəşr, 2006
5
ÖN SÖZ
Digər əsrlər kimi, XX əsr də Azərbaycan xalqına çox böyük tarixi
şəxsiyyətlər bəxş etmişdir. Bu şəxsiyyətlərdən biri də, ümummilli
liderimiz, görkəmli dövlət, siyasət, elm və mədəniyyət xadimi Heydər
Əlirza oğlu Əliyevdir.
XX əsrin II yarısında hakimiyyətə gələn, 34 il ardıcıl olaraq dövlət
sükanı arxasında məharətlə dayanan, Azərbaycanın t
ərəqqisi və inkişafı
üçün cahanşümul tarixi əhəmiyyətə malik işlər görən bu böyük insan
Azərbaycan xalqının sevimli rəhbəri imicini qazanmaqla yanaşı, dünya
şöhrətli bir şəxsiyyət səviyyəsinə qalxmış, dünyanın görkəmli
siyasətçilərinin etiraf etdiyi kimi, Şərqin ulduzuna çevrilmişdir.
Heydər Əliyev çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür
yolu keçmiş, həyatın bütün çətinliklərindən qalib çıxmış, öz zəhməti,
zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəlmişdir. Bu uca
zirvənin yolları daşlı-kəsəkli olsa da, polad iradəsi, dönməz xarakteri,
şəxsiyyət bütövlüyü bu zirvəni fəth etməkdə ona kömək etmişdir.
Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi,
müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir
şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir.
Xalqımızın mənəvi sərvəti olan bu zəngin irsi araşdırdıqca
respublikamızın son 50 illik həyatında bu nəhəng şəxsiyyətin öz xalqına
qırılmaz tellərlə bağlı olduğu, onu ürəkdən sevdiyi, Azərbaycanın inkişafı
və tərəqqisi naminə böyük işlər gördüyü, bütün varlığını, həyatını
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə həsr etdiyi göz önünə
gəlir. Heydər Əliyev bu quruculuğun əsasını 1970-ci illərdən qoymağa
başlamışdı.
1950-ci ildə Sankt-Peterburq (Leninqrad) milli təhlükəsizlik orqanları
məktəbini əla qiymətlərlə, 1957-ci ildə Bakı Dövlət Universitetinin tarix
fakültəsini fərqlənmə diplomu ilə bitirən və böyük həyat təcrübəsinə
malik olan Heydər Əliyev artıq gənc yaşlarından rəhbər işə irəli çəkilmiş,
6
1964-cü ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini,
1967-ci ildə isə komitə sədri vəzifəsini tutmuşdur. Onu da qeyd etmək
lazımdır ki, Heydər Əliyevə qədər Azərbaycan Dövlət Təhlükəsizlik
Komitəsinin sədri vəzifəsində digər millətlərdən olan şəxslər işləmişlər.
Heydər Əliyev bu böyük vəzifəni tutan ilk azərbaycanlı olmuşdur.
Heydər Əliyevin dövlətçilik məharətinə, təşkilatçılıq qabiliyyətinə
hakimiyyətin yuxarı dairələrinin marağı gündən-günə artmış, o, böyük
şəxsiyyət imici qazanmışdır.
Məhz buna görədir ki, 1969-cu ilin iyul ayında Heydər Əliyev
Sov.İKP MK-nın tövsiyəsi ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi seçildi. O bu vəzifəyə seçilərkən respublika
rəhbərliyinin yuxarı eşalonunda böyük hərc-mərclik, dedi-qodu, anarxiya,
qeyri-sabitlik hökm sürürdü. 60-cı illərdə respublikamız ittifaq
respublikaları içərisində iqtisadi və sosial inkişaf baxımından SSRİ-nin
geridə qalmış respublikalarından biri hesab edilirdi.
Respublikamız kənd təsərrüfatı, sənayenin inkişafı sahəsində Sovet
İttifaqı respublikaları içərisində sonuncu yeri tuturdu. Dövlət planlarının
heç biri yerinə yetirilmirdi.
Həmçinin həmin illərdə respublikamızda iqtisadi, siyasi sahədə olduğu
kimi mədəniyyət sahəsində də böyük geriləmə prosesi baş vermişdi. Bu
proses özünü mədəniyyətimizin mühüm sahəsi olan kitabxana işində də
göstərmişdi. 1960-cı ildə vəsait çatışmazlığı əsas götürülərək 500-dən
artıq müstəqil kütləvi kitabxana bağlanmışdı. Kəndlərimizin əksəriyyəti
kitabxana xidmətindən məhrum olmuşdu. Kitabxana işi bilavasitə qalıq
prinsipi əsasında maliyyələş-dirildiyindən kitabxanaların maddi-texniki
bazası olduqca zəif idi. Xeyli vaxt idi ki, respublikada yeni kitabxana
binaları tikilmirdi. Mövcud kitabxana binalarının əksəriyyətinin, xüsusilə
kənd yerlərindəki binaların təmirə ehtiyacı var idi. Kənd rayonlarındakı
xeyli yaşayış məntəqələrində kitabxanalar yox idi. Əlbəttə, bütün bunlar
ölkədə əhaliyə kitabxana xidmətinin təşkilinə mənfi təsir göstərirdi.
Belə ağır bir şəraitdə hakimiyyətə gələn Heydər Əliyev öz təşkilatçılıq
qabiliyyəti, möhkəm iradəsi sayəsində
qısa müddətdə böyük
müvəffəqiyyətlər əldə etdi, xalqın məhəbbətini qazandı, Azərbaycan
xalqının sevimli, ədalətli rəhbərinə çevrildi.
Dostları ilə paylaş: |