HƏYAT DƏRSLƏRİ
Tahir Qəffarlı
11
VII DƏRS
İnsanda zövq anlayışı və onun fəsadları ...
Həqiqətən Allahdan qorxan insan zövqün nə kimi
ziyanları olduğunu qəlbən dərk edir və daima ehtiyat edir.
Çünki, zövq qəlbdə daşlaşdısa, artıq gecdir, onu dəyişmək
olmur!
Xoşumuza gələn, diqqətimizi xüsusi olaraq cəlb edən nə
varsa, zövqümüzü formalaşdırır. Nəfsimizə uyğun gələn,
hakimiyyət hissimizi tamamlayan (insan hakimiyyət hərisidir)
kim, nə varsa, bizi cəlb edir, qəlbimizə hopur. Elə, insanla
Allah arasında dayanan "xain" zövqümüz keçilməz, dərin
uçurum yaradır!
Bir sözlə, daşlaşmış istəklərimiz, Allahla insan arasında
qalın, qara maneə yaradır. Ey zövqü ilə yaşayan insan (hər
birimiz), daima zövqünün fəsadlarını (ziyanlıqlarını) nəzərə
alaraq daima hiss və duyğularına nəzarət et! Nəfsin – yəni
"heyvani ruhun" ən güclü, dağıdıcı silahı zövqdür! Qəlbinizi
zövqünüzə tabe etdirməyin.
Tahir Qəffarlı
HƏYAT DƏRSLƏRİ
12
VIII DƏRS
Quranın məntiqi ilə ...
Dünyəvi məntiq, ilahi məntiqə əsaslanaraq nəyin və ya
kiminsə mahiyyətini (mənasını) aydınlaşdırmağa səbəb olur.
İlahi məntiq öz-özlüyündə ədalətlidir (Dünyəvi insanın "ədalət"
anlayışı nəfsinə əsaslanır). Quranın dili ilə desək: "Ağacdan bir
yarpaq belə, Allahın icazəsi olmadan, yerə düşə bilməz!"
Yaxud, Yasin surəsində bildirilir ki, yer uzərində baş verən
bütün hadisələr, əvvəlcədən bilinir (Lövhi-məhfuzda).
Yenə də Qurana müraciət edək. Xızır (ə.s.) ilə Musa
(ə.s.) arasında olan hadisəni yadımıza salaq. Xızır (ə.s.) balaca
uşağı öldürəndə Musa (ə.s.) dözməyərək dedi: "Sən məsum
(günahsız) bir insanı nə üçün öldürdün?" Xızır (ə.s.) isə
cavabında dedi: "Mən onun alın yazısına baxdım və gördüm ki,
imanlı ailənin övladıdır. Lakin gələcəkdə pis əməllər edəcək,
anasının və atasının qəlblərində Allaha qarşı üsyanın,
narazılığın yaranmasında (niyə bizim övladımız belə olsun? –
deyə) səbəbkar olacaq. Lakin elə ki, uşağı öldürmək əmrini
yerinə yetirmək istəyəndə, dua etdim ki, "Allahım bu ailədə
yeni bir imanlı uşağın doğulmasını təvəqqe (yəni – xahiş)
edirəm!" İnşəallah, duam da qəbul edildi".
İlahi məntiq, bizim adi "olum (yəni yaşamaq) və ölüm"
anlayışımızdan çox-çox uzaqdır!...
HƏYAT DƏRSLƏRİ
Tahir Qəffarlı
13
IX DƏRS
Nəfs (bədən istəklərinin tələbi ilə olan "mən") ...
Qurani-Kərimdən oxuyuruq: "And olsun nəfsə ki, ...",
başqa ayədə isə deyilir ki, "ey insan, nəfs sizi pis işlərə sövq
edər", digər bir ayədə isə "nəfsinizi qorumaq özünüzə aiddir"
kimi ilk baxışda ziddiyyətli fikirlər söylənilir. Bəs əsli necədir?
"And olsun nəfsə ki, ..." deyən, Quran ayəsinin mənası
belədir ki, nəfs insana verilən ən əsas SINAQDIR. İnsan, öz
nəfsinə qələbə çala bilsə "mələklərdən" yuxarı səviyəyə çatar
(inşəAllah).
Başqa ayədə isə deyilirdi ki: "Nəfs sizi pis işləri
görməyə məcbur edər". Yəni, nəfs şeytandan əvvəl insanı
yoldan çıxardır.
Bir ayədə də deyilir: "Nəfsinizi qorumaq özünüzə
tapşırıldı". Bu halda "Yusif" surəsinə müraciət edək: "Ey
mənim Allahım! (Yusif (ə.s.) Allaha müraciət edir.) Sən məni
qorumasaydın, şübhəsiz mən də nəfsimə uyanlardan olardım".
Yəni, nəfsinizi qorumaq özünüzə tapşırılsa da, siz daima
Allaha tapınmaqla (dilinizdə dua edib, qəlbinizdə də dua
etməklə) nəfsinizdən qoruna bilərsiniz. İnşəAllah!
Tahir Qəffarlı
HƏYAT DƏRSLƏRİ
14
X DƏRS
Həqiqət axtara-axtara özünü itirənlər var...
Həqiqət axtaran insan özündən kənarda axtarır. Belə
çıxır ki, o insan "mükəmməldir"? Özünü görən insan özündən
(öz istəklərinin gülünclüyündən) utanmalıdır.
Gəlin, ulu Nizamini yadımıza salaq!
Özünün "Sirlər xəzinəsi" əsərində xeyir və şər haqqın-
da nə yazırdı? Xeyir və Şər (içimizdəki işıq və qaranlıq) yol
(ömür yolu) gedirdi. Xeyir öz suyundan içirdi, həm də Şərə
verirdi (içimizin zülmət qaranlığının mənəvi (ruhi) işığımıza
həmişə ehtiyacı var). Nəhayət, Xeyirin suyu qurtarır. Şərə
müraciət edir ki, "mənə bir az su ver" (Yəni, əvvəllər verdiyim
mənəvi işıqdan bir az ver). Şər isə: "Bir gözünü ver əvəzində
bir az su verim" deyərək tələb etdi. (Şər çoxdan Xeyirin verdiyi
mənəvi işığı qaranlıq istəklərinin yerinə yetirilməsinə sərf
etmişdi). Sonda isə, ikinci gözü də alan Şər bir damcı su
vermədən qaçıb gedir. Xeyirə Pərilər (Yəni Allahımız onları
vəsilə, vasitə edərək) kömək edir. Xeyirin iki gözü də özünə
qayıdır (Yəni, özünü dərk etməsi tamamlanır). Xeyir hakim
olur (Özünü tanıyan insan, öz daxili şərinə qələbə çalır)! Şər,
yazıq vəziyyətdə onun hüzuruna gəlir. Xeyir onu bağışlayir
(Şər olmasaydı öz mahiyyətini dərk edə bilməzdi), eyni
zamanda, ona öz həddini gostərir.
Özündə arayıb, özündə axtar,
Həqiqət işığı qaranlıqda var.
Zülmətin bağrını deşərsə işıq,
Bitər müharibə, olar barışıq.
Dostları ilə paylaş: |