Azərbaycan Xəzərin hüquqi statu-
su ilə bağlı bütün məsələlərin qarşılıq-
lı faydalı tərəfdaşlıq ruhunda həllinə
əmindir.
Xarici İşlər Nazirliyinin mətbuat xid-
mətindən AZƏRTAC-a bildiriblər ki, bu
sözləri Azərbaycan Respublikasının xa-
rici işlər naziri Elmar Məmmədyarov de-
kabrın 4-5-də Moskva şəhərində keçirilən
Xəzəryanı dövlətlərin xarici işlər nazirlə-
rinin müşavirəsindəki çıxışında deyib.
Nazir Elmar Məmmədyarov ötən
dövr ərzində danışıqlar prosesinin işti-
rakçıları tərəfindən konvensiya layihəsi
üzrə mühüm işlərin görüldüyünü, yüksək
səviyyəli beştərəfli görüşlər zamanı qəbul
edilmiş qərarların və əldə edilmiş razı-
laşmaların bütün xəzəryanı dövlətlərin
mövqelərinin mühüm dərəcədə yaxınlaş-
dırılmasına, ümumilikdə danışıqlar pro-
sesinə güclü təkan verdiyini və mehriban
qonşuluq münasibətlərinin daha da möh-
kəmləndirilməsi, məhsuldar əməkdaşlıq
və Xəzər regionunda sabitliyin qorunub
saxlanması üçün tarixi əhəmiyyət kəsb et-
diyini vurğulayıb.
Elmar Məmmədyarov bildirib ki,
Qazaxıstanda keçirilməsi planlaşdırılan
xəzəryanı ölkələrin dövlət başçılarının
5-ci Zirvə toplantısına qədər bütün açıq
qalan məsələlər üzrə konsensusun əldə
edilməsi üçün maksimum səylərin göstə-
rilməsi zəruridir və konsensus hamılıqla
tanınmış dünya təcrübəsi və beynəlxalq
dəniz hüququnun normalarının nəzərə
alınması ilə əldə edilə bilər.
Nazir qeyd edib ki, göstərilən səylər
konvensiya layihəsi üzrə uzun illər apa-
rılan işlərin nəticəsinin möhkəmləndiril-
məsinə xidmət etməli və Xəzər dənizində
dövlətlərin qarşılıqlı fəaliyyəti və əmək-
daşlığı üçün hərtərəfli hüquqi əsas yarat-
malıdır. Bu əsas hüquqi sənəd Xəzər də-
nizində qarşılıqlı münasibətlərin gələcək
arxitekturasının möhkəm təməlini təşkil
edərək Xəzər regionunda sabitlik və təh-
lükəsizliyin daha da möhkəmləndirilmə-
sinə şərait yaradacaq.
Elmar Məmmədyarov diqqətə çatdı-
rıb ki, terrorçuluq, transmilli mütəşəkkil
cinayətkarlıq, silahların, narkotik mad-
dələrin qanunsuz dövriyyəsi və insan
alveri, həmçinin beynəlxalq və regional
stabilliyə, təhlükəsizliyə çağırış və təh-
didlərə qarşı mübarizə bütün xəzəryanı
dövlətlərin səylərinin birləşdirilməsini
tələb edir.
O, ticari-iqtisadi və mədəni əlaqələ-
rin daha da genişləndirilməsi, habelə biz-
nes və turizmin inkişafına zəruri şəraitin
yaradılması üçün sülh, rifah, sabitlik və
təhlükəsizlik məkanı kimi Xəzər dənizi-
nin qorunması üzrə birgə səylərin bundan
sonra da davam etdirilməsinin vacibliyini
qeyd edib. Xəzər dənizinin Xəzər regionu
ölkələrinin xalqlarının rifahına və dünya
enerji təhlükəsizliyinin təmin edilməsinə
yönəlmiş bir çox beynəlxalq və regional
layihələrin mühüm tərkib hissəsi olduğu-
nu bildirib.
Çıxışda nazir beynəlxalq əməkdaşlı-
ğın möhkəmləndirilməsi, enerji resursla-
rının hasilatı və beynəlxalq bazarlara nəql
edilməsi üzrə investisiya mühitinin bun-
dan sonra da yaxşılaşdırılması, etibarlı və
təhlükəsiz kommunikasiyaların yaradıl-
ması, yüksək rentabelli və ekoloji təmiz
texnologiyaların cəlb edilməsi ilə bağlı
məsələlərin sahilyanı dövlətlərin mühüm
prioritetləri kimi qalmaqda davam etdiyi-
ni diqqətə çatdırıb.
Qeyd edib ki, Azərbaycan tərəfi
Xəzər dənizinin hüquqi statusu ilə bağlı
bütün məsələlərin, xüsusilə də Xəzərdə
regional sabitlik, təhlükəsizlik, iqtisa-
di və elmi-tədqiqat fəaliyyəti ilə bağlı
məsələlərin xəzəryanı dövlətlərin suveren
hüquqlarına hörmət edilməsi və qarşılıqlı
faydalı tərəfdaşlıq ruhunda, eləcə də tərəf-
lər arasında etimadın möhkəmləndirilmə-
si yolu ilə həll edilməli olduğuna əmindir.
O da bildirilib ki, etimad tədbirləri bütün
xəzəryanı dövlətlər üçün bərabər təh-
lükəsizlik şərtlərinin təmin edilməsindən
ibarət olmalıdır. Xəzər dənizində sabitli-
yin möhkəmləndirilməsi bütün tərəflərin
maraqlarının nəzərə alınması ilə və bir-bi-
rinin təhlükəsizliyinə xələl yetirmədən,
xəzəryanı dövlətlərin suverenliyinə, ərazi
bütövlüyünə, müstəqilliyinə hörmət edil-
məsinə əsaslanmalıdır.
Elmar Məmmədyarov Xəzər dənizi-
nin hüquqi statusu haqqında Konvensi-
yanın tezliklə imzalanmasının xəzəryanı
dövlətlərin müxtəlif sahələrdə, o cüm-
lədən Xəzərin ekosisteminin mühafizə
olunması məsələləri üzrə bundan sonra-
kı qarşılıqlı fəaliyyəti və əməkdaşlığına
yönəlmiş səmərəli tədbirlərin yerinə ye-
tirilməsinə xidmət edəcəyini diqqətə çat-
dırıb.
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
Qiyməti 50 qəpik
7 dekabr 2017-ci il № 85-88 (9179)
www.seanews.az
QƏZET
1931-ci ildən
nəşr olunur
QƏZET
1931-ci ildən
nəşr olunur
BU SAYIMIZDA
Gəmiçiliyin nümayəndəsi “dənizdə və
Quruda neft dağılmalarına nəzarət”
adlı konfransda iştirak edib
aXdG-də üzən heyətin işə Qəbulu ilə
bağlı yeniliyin tətbiQinə başlanılıb
“Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC-
nin İnsan Resurslarının
İdarəedilməsi Departamenti
(İRİD) tərəfindən üzən heyə-
tin işə qəbulunda yeniliyin
tətbiqinə başlanılıb.
“həyatımı dənizsiz təsəvvür etmirəm”
Azərbaycan Döv-
lət Dəniz Akademiyası
(ADDA) Qazaxıstanın
universiteti ilə memo-
randum imzalayıb.
Azərbaycan Dövlət
Dəniz Akademiyasının
beynəlxalq əlaqələri
genişlənir. ADDA-nın bu
istiqamətdə ən yaxın tərəf-
daşlarından biri Qazaxıstanın Ş.Yese-
nov adına Xəzər Dövlət Texnologiya və
Mühəndislik Universitetidir.
Xəzər hövzəsinin su səviyyəsinin
dəyişmələri şimal yarımkürəsində
iQlim dəyişmələri ilə əlaQədardır
27-28 noyabrda
Bakıda “Confidence
Capital” şirkətinin
təşkilatçılığı, Azərbaycan
Respublikası Fövqəladə
Hallar Nazirliyi, BP,
SOCAR və LAMOR
şirkətlərinin dəstəyi ilə
“Dənizdə və Quruda Neft
Dağılmalarına Nəzarət” mövzusunda
V praktiki konfrans keçirilib.
Əl Oyunları Sara-
yında “KickBoxing Free
Contact” idman növü üzrə
“World Budo Martial Arts
Cup 2017” dünya çempio-
natı keçirilib.
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) akade-
mik Həsən Əliyev adına Coğra-
fiya İnstitutunun elmi semina-
rında paleocoğrafiya şöbəsinin
elmi işçisi Elşən Abdullayev
“Mikropaleontoloji, mineroloji
və geokimyəvi məlumatlar əsa-
sında Xəzər hövzəsinin Plio-Pleystosen
dövründə paleoşəraitin öyrənilməsi”
mövzusunda məruzə edib.
Gündüz Qədimov
1954-cü ildə Biləsuvar
rayonunda doğulub.
1970-ci ildə Politexnik
Texnikumuna daxil
olub. Əmək fəaliyyətinə
Ağdam kənd təsərrü-
fatı texnika birliyinin
təmir emalatxanasında
çilingər kimi başla-
yıb. Burada cəmi bir il
işləyib. Dəniz eşqi onu 1977-ci ildə
“Xəzərdənizneftdonanma” idarə-
sinə gətirib.
səh. 3
səh. 6
azərbayCan dövlət dəniz
akademiyası QazaXıstanın universiteti
ilə memorandum imzalayıb
səh. 8
səh. 4
səh. 5
səh. 2
dənizçi Xanımın
daha bir idman uğuru
Azərbaycan Respublikası-
nın Prezidenti İlham Əliyevin
ölkədə neft yataqlarından sə-
naye üsulu ilə iki milyardıncı
ton neftin hasili münasibəti
ilə neft və qaz sənayesinin
inkişafında xidmətlərinə
görə təltif etdiyi “Azərbay-
can Xəzər Dəniz Gəmiçiliyi”
QSC-nin bir qrup əməkda-
şına mükafatların təqdim
olunması mərasimi keçirilib.
Tədbirdə çıxış edən “AXDG”
QSC-nin sədri Rauf Vəliyev də-
nizçilərin neft sektorunun inkişa-
fındakı rolundan danışıb. Bildirib ki, on-
ların əməyi hər zaman ölkə başçısı İlham
Əliyev tərəfindən yüksək dəyərləndirilib.
Sədr iki milyardıncı ton neftin hasil edil-
məsi münasibəti ilə imzalanan sərən-
camlarda dənizçilərin unudulmadığının
buna sübut olduğunu deyib. Göstərilən
diqqətə görə kollektiv adından Prezident
İlham Əliyevə dərin minnətdarlığını bil-
dirib.
Sonra sədr 3-cü dərəcəli “Əmək”
ordeni ilə təltif olunan Aslan Musayevə,
“Əməkdar mühəndis” fəxri adına layiq
görülən Fuad Qurbanova, “Tərəqqi” me-
dalı ilə təltif olunan Gündüz Qədimov,
Kamil Muxtarov, Adil Şahgəldiyev və
Balaoğlan Dadaşeva yüksək mükafatları
təqdim edib, onlara gələcək fəaliyyətlə-
rində uğurlar arzulayıb.
Xatırladaq ki, təltif olunanlardan As-
lan Musayev Xəzər Dəniz Neft Donan-
masının sabiq əməkdaşıdır. Ümumilik-
də 65 il dənizçi kimi fəaliyyət göstərib.
Onun 55 ili sırf neft sənayesi ilə bağlıdır.
Digər beş nəfər isə hazırda
AXDG-nin müxtəlif strukturlarında fəa-
liyyətlərini davam etdirir.
dövlət təltiflərinə layiQ Görülən
dənizçilərə mükafatlar təQdim olunub
ELMAR MƏMMƏDyAROV: “azərbayCan Xəzərin hüQuQi
statusu ilə bağlı bütün məsələlərin QarşılıQlı
faydalı tərəfdaşlıQ ruhunda həllinə əmindir”