Azərbaycan Respublikası Mərkəzi Bankı
Banklara Nəzarət Departamenti
ÇPY/TM qarşı təcrübələrin yoxlanılması prosedurlarına dair Təlim
Gündəlik
Məqsəd:
Maliyyə təşkilatlarının ÇPY/TM ilə bağlı tənzimləyici tələblərə və Azərbaycan Respublikasının
qanunvericiliyinə riayət etmək üçün strukturunun və idarəetmə təcrübələrinin effektivliyinin və
yanaşmasının qiymətləndirilməsinə görə məsuliyyət daşıyan Mərkəzi Bankın müvafiq nəzarətçilərinə
ÇPY/TM ilə mübarizəyə dair təlimlərin keçirilməsi.
Missiya:
Maliyyə təşkilatları üçün tənzimləyici yükü azaltmaqla davamlı nəzarəti təşviq etmək.
Keçiriləcək yer:
Mərkəzi Bankın Banklara Nəzarət Departamenti tərəfindən təqdim ediləcəkdir.
Müddət:
Təlim kursları 3 həftə ərzində ən azı 15 iş günü müddətində saat 10-dan 12.30-dək keçiriləcək yarım günlük
məşğələlərdən ibarətdir.
Mövzu:
Təlim kursunun təqdimat və materialları yuxarı səviyyəli olacaq və aşağıdakı mövzulara dair təcrübi
misallarla tamamlanacaqdır:
Yoxlamanın Həcminin və Risk Reytinqinin
Müəyyənləşdirilməsi
Maliyyə Təşkilatının ÇPY/TM üzrə təcrübələrinin Qiymətləndirilməsi
Uyğunluq Proqramları
Müştərinin Eyniləşdirilməsi Proqramları
Müştərinin Araşdırılması (Due Dilligence)
Geniş/Dərindən Araşdırma
Şübhəli Əməliyyatalar haqqında Hesabatlar
Qeyri-adi Fəaliyyətin Müəyyənləşdirilməsi
Əməliyyatların
Monitorinqi
Fövqəladə hallarda İdarəetmə, Qərar Qəbulu
ŞƏH formasının doldurulması
və təqdim edilməsi
Valyuta Əməliyyatları barədə Hesabatın hazırlanması və təqdim edilməsi
Vəsaitlərin köçürülməsi
Müxbir hesablar
Daxili nəzarət mexanizmləri
Müstəqil yoxlama
ÇPY/TM qarşı tələblərə uyğunluq
üzrə mütəxəssisin vəzifələri
ÇPY/TM ilə mübarizəyə dair daxili təlimlər
İlkin Qiymətləndirmənin Nəticələri
Xülasə və Yoxlamaya dair
Yekun Hesabat
Nəzarət Departmenti
ÇPY/TM
ilə mübarizəyə dair Təlim
Uyğunluq proqramı
Bankın ÇPY ilə bağlı tələblərə uyğunluq proqramının
ümumi adekvatlığını müəyyən etmək üçün ilk olaraq onun
yazılı siyasətləri, prosedurları və prosesləri nəzərdən
keçirilməlidir. ÇPY ilə bağlı tələblərə uyğunluq proqramının
ümumi adekvatlığına dair yekun fikir bildirmək üçün əsas
və, tələb olunarsa, geniş yoxlama prosedurlarının həyata
keçirilməsi vacibdir. Yoxlamanın nəticələri bankın
menecmenti (rəhbərliyi) ilə müzakirə edilməli və aşkar
edilmiş mühüm faktlar yoxlama hesabatına və ya nəzarət
məktubuna daxil edilməlidir.
ÇPY ilə mübarizəyə dair uyğunluq proqramı yazılı şəkildə
tərtib edilməli, müşahidə şurası tərəfindən təsdiqlənməli və
şuranın iclas protokolunda qeyd edilməlidir. Bankın ÇPY
ilə mübarizəyə dair uyğunluq proqramı ÇPY ilə bağlı risk
profilinə uyğun/mütənasib olmalıdır.
ÇPY üzrə uyğunluq proqramı ÇPY-na qarşı tələblərə cavab
verəcək şəkildə hazırlanmalı və tam yerinə yetirilməlidir.
Sadəcə siyasətlərin olması kifayət deyildir; bankın
təcrübələri də onun yazılı siyasət, prosedur və proseslərinə
uyğun olmalıdır.
ÇPY üzrə uyğunluq proqramı aşağıdakı minimum tələbləri
nəzərdə tutmalıdır:
1)
Davamlı uyğunluğu təmin etmək üçün daxili nəzarət
sistemi;
2)
ÇPY qarşı tələblərə uyğunluğunun müstəqil yoxlanması;
3)
ÇPY qarşı tələblərin riayət olunmasına görə məsul şəxsin
və ya
şəxslərin təyin edilməsi;
4)
Müvafiq
işçilər
üçün
təlimlərin
keçirilməsi.
Əlavə olaraq, Müştərinn Müəyyənləşdirilməsi Proqramı
(MMP) da ÇPY üzrə uyğunluq proqramının bir hissəsi
kimi daxil edilməlidir.
Məqsəd. Bankın ÇPY/TM qarşı tələblərə uyğunluq proqramının adekvatlığını qiymətləndirmək.
Bankın
ÇPY-na qarşı tələblərə və onların icra edilməsinə dair bütün göstərişlərə riayət etmək üçün effektiv proqram
hazırladığını və həyata keçirdiyini müəyyənləşdirmək.
2
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Uyğunluq proqramı
- Mükafatlandırma sistemi ÇPY qarşı
tələblərin pozulması hallarını nəzərə alır.
-
Çirkli pulların yuyulması baxımından yüksək
riskli əlaqələrin qəbul edilməsi və ya
saxlanmasına dair qərarlar nəzərdən keçirilir və
həmin əlaqələrdən
müstəqil şəkildə yoxlanılır
və yüksək rəhbərliyə (menecmentə) və ya
komitələrə çatdırılır.
- Çirkli pulların yuyulması baxımından yüksək
riskli əlaqələrin qəbul edilməsi və ya
saxlanmasına dair qərarlar barədə məlumat
vermək məqsədilə yüksək rəhbərliyə təqdim
edilən sənədlər həmin əlaqələr qurulduqda və ya
saxlandıqda maliyyə təşkilatının məruz qalacağı
risklər barədə
aydın təsəvvür yaradır.
-
ÇPY ilə mübarizənin yüksək rəhbərlik
tərəfindən
ciddi qəbul olunduğuna dair
az dəlil
var. Bu biznes üçün vacib olan məsələ kimi
deyil, daha çox hüquqi və ya
tənzimləyici tələb
kimi qəbul edilir.
- Yüksək rəhbərlik müştərinin rüşvətxor və ya
digər maliyyə cinayətləri ilə məşğul olması
riskindən daha çox
ictimai qalmaqallar
yaşaması riskinə əhəmiyyət verir.
- Şura ÇPYM-in hesabatlarını
heç vaxt nəzərə
almır.
-
Filial və ya törəmə şirkət qanunvericiliyin və
tənzimləyici orqanların ÇPY qarşı tələblərinə
tam
şəkildə
uyğun
olmayan
vahid
siyasətlərdən istifadə edir.
YAXŞI təcrübə
2
Biz maliyyə təşkilatının ÇPY qarşı tədbirlərinə görə
yüksək rəhbərliyin (baş menecmentin)
məsuliyyət daşıyacağını güman edirik. Buraya maliyyə təşkilatının çirkli pulların yuyulması riskləri
barədə xəbərdar olması və bu riskləri effektiv şəkildə azaltmaq üçün müvafiq addımların
atılmasının təmin edilməsi daxildir.
Özünü-qiymətləndirmək üçün suallar:
•
ÇPY üzrə effektiv nəzarət mexanizmlərinin yaradılması və qorunub saxlanmasına görə
ümumi məsuliyyəti kim daşıyır? Onlar kifayət qədər yüksək vəzifəlidirmi?
•
Hesabatlıq xəttləri hansılardır?
•
Baş menecment ÇPY ilə bağlı vəzifələrini yerinə yetirmək üçün kifayət qədər
tam və
obyektiv məlumatla təmin olunurmu?
•
Baş menecment
ÇPY üzrə Mütəxəssisdən/Məsul şəxsdən (ÇPYM) hesabatları hansı
tezliklə alır? (Ən azı ildə bir dəfə olmalıdır) Aldıqları hesabatlarla nə edirlər? ÇPYM-in
verdiyi
tövsiyələr necə yerinə yetirilir (yerinə yetirilməsinə nəzarət necə aparılır).
•
Baş menecmentin yüksək riskli müştərilər, o cümlədən siyasətlə əlaqəli şəxslərlə (SƏŞ)
əlaqələrin təsdiq edilməsində iştrirakı nədən ibarətdir?
PİS təcrübə