“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin
“ _____ ” ______________2014-cü il tarixli
“_____” nömrəli əmri ilə təsdiq edilmişdir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
üzrə Korrupsiya ilə mübarizəyə dair
Təlimat
BAKI-2014
1.
Ümumi müddəalar və əsas prinsiplər
1.1. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti üzrə
Korrupsiya ilə mübarizəyə dair Təlimat” (bundan sonra - Təlimat) korrupsiya ilə
əlaqədar hüquqpozmaların, dələduzluq hərəkətlərinin vaxtında aşkar edilməsi,
qarşısının alınması və nəticələrinin aradan qaldırılması, həmçinin korrupsiya ilə
mübarizə üzrə fəaliyyətin həyata keçirilməsi, bu sahədə əsas prinsip və tələblərin,
habelə işçilərin vəzifə və məsuliyyətinin korrupsiya fəaliyyətinin qarşısının alınması
üzrə tədbirlər çərçivəsində müəyyən edilməsi ilə bağlı məsələləri tənzimləyir.
1.2. Bu Təlimatın əsas prinsipləri - işəgötürənlə işçi arasında etimadın
möhkəmləndirilməsi, qanunazidd vəzifələrin icrasına yol verilməməsi, peşəkar
kadrların korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin
yaradılması, ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə
olunması, bütün maraqlı tərəflərdə, o cümlədən hakimiyyət orqanlarında,
Cəmiyyətin tabeliyində olan qurumlarında, struktur bölmələrində, işçilərində və
digər şəxslərdə Cəmiyyət tərəfindən istənilən növ təzahürdə korrupsiya
fəaliyyətinin qəbul edilməməsi haqqında vahid anlayışın yaradılması, Cəmiyyət
üzrə korrupsiya risklərinin minimuma endirilməsi, fəaliyyətində şəffaflığın
artırılması, eləcə də riayət olunacaq başlıca hərəkət qaydalarının və normalarının
formalaşdırılmasından ibarətdir.
1.3. Hazırkı Təlimatın tələblərinə, tutduğu vəzifədən, Cəmiyyətlə əmək
münasibətlərinin müddətindən və s. asılı olmayaraq Cəmiyyətin bütün işçiləri əməl
etməlidirlər.
1.4. Rəhbər işçilər korrupsiyanın bütün forma və təzahürlərinə barışmaz
münasibət yaratmaq üçün tətbiq edilən korrupsiyaya qarşı qanunvericiliyin və
Cəmiyyətin daxili sənədlərinin, o cümlədən hazırkı Təlimatın tələblərinin yerinə
yetirilməsini təcrübədə nümayiş etdirməlidirlər.
1.5. Hazırkı Təlimatla tənzimlənməyən hər hansı bir məsələ və ya münasibət
Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə və ya Cəmiyyətin digər
daxili sənədləri ilə tənzimlənir.
1.6. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin dəyişməsi
nəticəsində hazırkı Təlimatın qanunvericiliklə ziddiyyət təşkil edən bəndləri
etibarsız hesab edilir, həmin hissədə qanunvericiliyin müddəası tətbiq edilir və bu
halda Təlimatın digər bəndləri öz hüquqi qüvvəsini itirmir.
2.
Əsas anlayışlar
2.1. Bu Təlimatda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
-
Cəmiyyətin
struktur
bölmələri
–
Cəmiyyətin
aparatının
struktur
bölmələri – idarə, departament, şöbə, qrup və s.
-
Cəmiyyətin tabeliyində olan qurumlar – Cəmiyyətin tərkibinə daxil olan
törəmə müəssisələr, habelə idarə, təşkilat, filial və nümayəndəliklər.
-
Hakimiyyət orqanları – Azərbaycan Respublikasının və digər dövlətlərin
istənilən dövlət hakimiyyət orqanları və ya yerli özünüidarə orqanları, o
cümlədən qanunvericilik, icra (məsələn hökumət departamentləri, idarələri və
nazirlikləri) və məhkəmə hakimiyyəti orqanlarıdır.
-
İşçi – işəgötürənlə əmək münasibətləri və mülki-hüquq xarakterli münasibətləri
olan fiziki şəxsdir.
-
Korrupsiya (və ya korrupsiya fəaliyyəti) – birbaşa və ya dolayısı yolla, şəxsən
və ya üçüncü tərəflərin vasitəçiliyi ilə rüşvətin təklif, vəd edilməsi, verilməsi,
istənilməsi və alınması, rüşvətin verilməsi və ya alınmasında vasitəçilik,
“rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər”in aparılması, kommersiya
bəxşişi, dövlət şəxslərinə bəxşiş, vəzifəli şəxs tərəfindən özü və ya digər şəxslər
üçün istənilən formada maddi və ya qeyri-maddi faydanın, o cümlədən pul
vəsaitlərinin, digər dəyərlilərin, əmlakın, əmlak hüquqlarının, xidmətlərin
(işlərin) əldə edilməsi üçün öz vəzifəsindən qanunsuz istifadə edilməsi və ya
həmin faydanın və ya hüquqların həmin şəxsə digər şəxslər tərəfindən qanunsuz
təqdim olunmasıdır.
-
İşgüzar hədiyyələr – Cəmiyyətin adından və ya Cəmiyyətin hesabına qarşı tərəfə
və digər üçüncü şəxslərə işçilər tərəfindən verilmiş hər hansı hədiyyələr, eləcə də
Cəmiyyətin və ya onun işçilərinin qarşı tərəfdən və ya digər üçüncü şəxslərdən
aldıqları hədiyyələr nəzərdə tutulur.
-
İmic materialları – Cəmiyyətin rəsmi iştirak etdiyi, həmçinin rəsmi və peşəkar
bayramların şərəfinə keçirilən sərgilərdə, açıq təqdimatlarda, forumlarda və
digər marketinq tədbirlərində hədiyyə verənin simvolikası və ya loqotipi hesab
edilən (brendləşdirilmiş məhsulu) az dəyərli suvenir məhsulları formasında olan
hədiyyələrdir.
-
Rəhbər işçilər– Cəmiyyətin sədri, sədr müavinləri, Komitələrinin üzvləri,
Cəmiyyətin struktur bölmələrinin, tabeliyində olan qurumların rəhbərləri, eləcə
də Cəmiyyətin və onun struktur bölmələrində, qurumlarında idarəetmə
funksiyalarına sahib olan digər vəzifəli şəxslərdir.
-
“Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər” (“ facilitation payments”) –
konkret ölkənin qanunvericilik və digər normativ-hüquqi aktları ilə nəzərdə
tutulmayan, lakin həmin ölkədə işgüzar təcrübə ilə bağlı olan qanunla müəyyən
edilmiş prosedur və ya hərəkətlərin standart yerinə yetirilməsi qaydasının təmin
edilməsi və ya sürətləndirilməsi məqsədilə təqdim olunan pul vəsaitləri, əmlak,
əmlak hüquqları, xidmətləri və ya digər maddi və ya qeyri-maddi fayda
deməkdir.
-
Rəsmi şəxs - Azərbaycan Respublikasının və ya hər hansı digər ölkənin
hakimiyyət orqanının funksiyalarını yerinə yetirən şəxs; və ya Azərbaycan
Respublikasının və ya hər hansı digər ölkənin dövlət qulluqçusu; və ya
Azərbaycan Respublikasının və ya hər hansı digər ölkənin, dövlətin və
hakimiyyət orqanlarının mülkiyyətində və ya nəzarəti altında olan kommersiya
təşkilatının hər hansı vəzifəli şəxsi və ya işçisi.
-
Üçüncü şəxslər – Cəmiyyətin işçisi olmayan hər hansı fiziki şəxs, eləcə də
strukturuna daxil olmayan hər hansı hüquqi şəxs, təşkilat deməkdir.
-
Qarşı tərəf – Cəmiyyətin əmək münasibətləri istisna olmaqla hər hansı müqavilə
münasibətlərini qurduğu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış hər hansı hüquqi və ya fiziki şəxs, eləcə də xarici hüquqi və ya
fiziki şəxsdir.
-
Yaxın qohumlar – həyat yoldaşı, valideynlər, övladlar, övladlığa götürənlər,
övladlığa götürülənlər, qardaş və bacılar, baba və nənələr, nəvələr.
3.
Korrupsiya ilə mübarizə üzrə fəaliyyətin
tənzimlənməsi və əsas tələblər
3.1. Cəmiyyətin hər bir əməkdaşı (işçisi) xidməti vəzifəsinin (səlahiyyətlərinin)
icrası ilə əlaqədar:
maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı
edilmiş təklifi qəbul etməməli və bu barədə dərhal tabe olduğu rəhbəri
məlumatlandırmalıdır;
hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina
olunması müqabilində birbaşa və ya dolayı yolla təklif və ya vəd olunan
maddi və sair nemətlər, imtiyazlar və ya güzəştləri qəbul etməməli, bu
barədə dərhal tabe olduğu rəhbəri məlumatlandırmalıdır;
hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina
olunması müqabilində birbaşa və ya dolayı yolla qarşı tərəflərə və üçüncü
şəxslərə maddi və sair nemətlər, imtiyazlar verməməli və ya güzəştlər
etməməlidir;
öz hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və
qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib
çıxarmasını istisna edən tədbirlər görməlidir;
Cəmiyyətin nüfuzuna xələl gətirə biləcək addımlardan çəkinməlidir;
Cəmiyyətin digər əməkdaşının korrupsiya ilə bağlı neqativ hərəkətləri
barədə ona məlum olan faktlarla əlaqədar dərhal rəhbərliyə məlumat
verməldir;
3.2. İşçi, Cəmiyyətdə olan və ya baş verə biləcək korrupsiya hallarının qarşısının
alınması üçün mümkün tədbirlər görməli və aidiyyəti şəxslərə (struktur bölmələrə)
və ya “Qaynar xətt” əlaqə mərkəzinə məlumat verməlidir.
3.3. Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq öz vəzifə funksiyalarını yerinə
yetirməklə şəxslərə xidmət (xidmətlər) göstərən işçi, buna görə hər hansı haqq tələb
edə biməz.
3.4. Üzə çıxarılmış korrupsiya, dələduzluq faktları ilə və ya Cəmiyyətin “Qaynar
xətt” əlaqə mərkəzinə verilmiş məlumatlarla və ya yoxlama zamanı üzə çıxarılmış
hallarla bağlı aidiyyəti struktur bölmə tərəfindən xidməti araşdırmalar
aparılmalıdır. Aparılmış xidməti araşdırmaların nəticələrinə əsasən qüvvədə olan
qanunvericiliyə və Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq tədbirlər görülür.
3.5. Cəmiyyət üzrə qarşı tərəflər və partnyorlar vəziyyətlərinin sabitliyi və
müsbət işgüzar nüfuzunun olması baxımından yoxlanılır.
3.6. Əvvəllər hər hansı şəkildə korrupsiya və ya biznes etikası normalarına və ya
hazırkı Təlimatın prinsip və tələblərinə zidd olan digər fəaliyyətdə iştirak etmiş
fiziki şəxslərlə əmək münasibətlərinin qurulması ilə bağlı riski minimuma endirmək
məqsədilə Cəmiyyət rəhbər vəzifələrə və ya qərarların qəbul edilməsi ilə bağlı
vəzifələrə işçiləri qəbul edərkən namizədləri Cəmiyyətin daxili sənədlərinin
tələblərinə uyğun olaraq yoxlayır.
3.7. Cəmiyyət hər hansı kommersiya və ya rəqabət üstünlüklərinin alınması
məqsədilə rəsmi şəxslərə və ya onların yaxın qohumları üçün və onların xeyrinə hər
hansı xərclərin ödənilməsindən, o cümlədən onlara Cəmiyyətin hesabına maddi və
ya qeyri-maddi faydanın (məsələn, nəqliyyat, yaşayış, yemək, əyləncə və s. xərclərin
ödənilməsi formasında) verilməsindən imtina edir.
3.8. Cəmiyyət mütəmadi olaraq:
Korrupsiya ilə mübarizə üzrə nəzarətin aktual vəziyyətdə saxlanılmasını,
eləcə də onun etibarlılığının və effektivliyinin təmin edilməsi məqsədi ilə bu
Təlimatın tələblərinin icra vəziyyətinin, tətbiq olunmuş korrupsiyaya qarşı
prosedurlara riayət edilməsinin və Cəmiyyətdə korrupsiya riskinin həyata
keçirilməsi hallarının olmamasının monitorinqini və nəzarətini həyata keçirir.
Müntəzəm olaraq maliyyə-təsərrüfat fəaliyyətinin və daxili nəzarət sisteminin
daxili və xarici auditinin aparılmasını təmin edir, tətbiq olunan korrupsiyaya
qarşı qanunvericiliyin müddəalarına və Cəmiyyətin korrupsiyaya qarşı
prinsip və tələblərinə, habelə korrupsiyaya qarşı mübarizəni tənzimləyən bu
Təlimatın müddəalarına riayət edilməsi üzrə nəzarəti həyata keçirir.
Korrupsiyaya qarşı tələblərin pozulmasında (o cümlədən, aparılmış xidməti
yoxlama nəticəsində üzə çıxarılmış) günahkar olan işçilərin məsuliyyətə cəlb
edilməsi şərtlərini nəzərdən keçirməklə, zəruri olan tədbirləri görür.
İmzalanması nəzərdə tutulan müqavilələrin Cəmiyyətin daxili sənədlərinin
tələblərinə uyğunluğu və vacib şərtləri əks etdirməsi baxımından hüquqi
ekspertizasının həyata keçirilməsini, eləcə də korrupsiyaya qarşı müddəaların
müqavilələrə daxil edilməsini təmin edir.
4.
İşgüzar hədiyyələrlə bağlı tələblər
4.1. İşçi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir
təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində
verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər
üçün tələb və ya qəbul edə bilməz. Bu qayda işgüzar qonaqpərvərliklə bağlı və
dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin, eləcə də
imic materiallarının təqdim olunduğu hallara şamil edilmir. İşçi hədiyyənin qəbul
edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda
bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.
4.2. Cəmiyyətin işçilərinə üçüncü şəxslərdən onlara və ya onların yaxın
qohumlarına hədiyyələrin verilməsini və ya işgüzar qonaqpərvərlik əlamətlərinin
göstərilməsini xahiş etmək, tələb etmək və ya buna məcbur etmək qadağan edilir.
4.3.
Cəmiyyət hədiyyələrin verilməsi və alınmasını, işgüzar qonaqpərvərlik
əlamətlərinin göstərilməsini, hər hansı sövdələşmənin nəticəsinə və ya hədiyyəni
alanın təmiz niyyətlə hədiyyə verənin xeyrinə qərar qəbul etməsinə təsir edə biləcək
hallarda qadağan edir.
4.4. Hədiyyələrin verilməsi və alınması, işgüzar qonaqpərvərlik əlamətlərinin
göstərilməsi yalnız aşağıdakı tələblər mütləq yerinə yetirildiyi təqdirdə
mümkündür:
Tətbiq edilən qanunvericiliyə, eləcə də Cəmiyyətin daxili sənədlərinin, o
cümlədən hazırkı Təlimatın prinsip və tələblərinə uyğun olmalıdır;
Cəmiyyətin işgüzar fəaliyyəti ilə (məsələn, layihə və ya müqavilənin
təqdimatı, icrası və tamamlanması) və ya rəsmi bayramlarla (məsələn Yeni il,
Novruz Bayramı, Dənizçi günü və s.) bilavasitə bağlı olmalıdır;
Hədiyyə (qonaqpərvərlik əlamətləri və s.) alan tərəf Cəmiyyətin işgüzar
fəaliyyətinə təsir göstərəcək qərarların (məsələn, sövdələşmə, müqavilə,
lisenziya və ya icazə alınması və s.) qəbul edilməsinə birbaşa və ya dolayı
təsir göstərməsini və ya digər qeyri-etik və ya qanunsuz məqsədləri
güdməməlidir;
Hədiyyə (qonaqpərvərlik əlamətləri və s.), hədiyyəni alan şəxs üçün heç bir
öhdəlik yaratmamalıdır;
Göstərilmiş xidmət və ya yerinə yetirilmiş iş üçün mükafatlandırma
(o cümlədən gizli) olmamalıdır;
Əsaslandırılmış, məntiqli və konkret hadisəyə (səbəbə) mütənasib olmalıdır;
Bahalı və zinət əşyası olmamalıdır;
Nəğd və ya qeyri-nəğd pul vəsaitləri, qiymətli kağızlar, qiymətli metallar,
hədiyyə sertifikatları və ya digər pul ekvivalenti formasında hədiyyələrin
verilməsi və alınmasına yol verilmir.
Hədiyyələrin verilmə və alınma prosesi şəffaf olmalıdır;
Həmin hədiyyələr, işgüzar qonaqpərvərlik əlamətlərinin göstərilməsi
haqqında məlumat açıqlanarsa Cəmiyyətin, onun işçilərinin və ya digər
şəxslərin nüfuzu ilə bağlı risk yaratmamalıdır.
4.5.
Yuxarıda göstərilən bütün tələblər Cəmiyyətin işçiləri tərəfindən birbaşa
eləcə də vasitəçilərlə hədiyyələrin həm alınması, həm də verilməsinə, habelə işgüzar
qonaqpərvərlik əlamətlərinin göstərilməsinə tətbiq edilir.
4.6.
Cəmiyyətin rəsmi iştirak etdiyi sərgilərdə, açıq prezentasiyalarda,
forumlarda və digər təmsilçi və marketinq tədbirlərində suvenir məhsulları və ya
qiyməti yüksək olmayan, hədiyyə verənin simvolikası və ya loqotipi göstərilən
məhsullar formasında hədiyyələrə yol verilir və onlar imic materialları hesab
olunur.
4.7. Rəsmi, protokol və digər tədbirlərdə və ya görüşlərdə, eləcə də öz iş
vəzifələrini yerinə yetirmək məqsədilə işgüzar səyahətlərdə üçüncü şəxslər
tərəfindən verilmiş hədiyyələr, imic materialları, eləcə də yemək məhsulları və aşağı
qiymətli hədiyyələr istisna olmaqla, Cəmiyyətin mülkiyyəti hesab olunurlar.
Cəmiyyətin işçisi yuxarıda qeyd olunan hallarda aldığı hədiyyələrlə bağlı birbaşa öz
rəhbərini həmin hədiyyə haqqında məlumatlandırmalı və müvafiq struktur
bölmənin rəhbərinə aldığı hədiyyəni təhvil verməlidir.
4.8. Cəmiyyətin işçiləri üçüncü şəxslərdən hədiyyə kimi aldıqları imic
materiallarını, qida məhsullarını və ya az dəyərli işgüzar hədiyyələri öz rəhbərliyini
və Cəmiyyətin digər vəzifəli şəxslərini məlumatlandırmadan özündə saxlayırlar.
4.9. Cəmiyyət hakimiyyət orqanları, rəsmi və digər şəxslərin xeyrinə
“Rəsmiyyətlərin sadələşdirilməsi üçün ödənişlər”in həyata keçirilməsinə yol
vermir.
4.10. Cəmiyyət tərəfindən öz işçilərinə verilən, işçilərin Cəmiyyətə, eləcə də
Cəmiyyətin işçilərinin bir-birlərinə verdikləri hədiyyələr işgüzar hədiyyələr hesab
edilmir.
4.11. Cəmiyyətin işçiləri aldıqları hədiyyələrin və ya öz hərəkətlərinin
Cəmiyyətin daxili sənədlərinin və bu Təlimatın tələblərinə uyğun olub-olmamasına
dair tərəddüd etdikdə, aidiyyəti struktur bölməyə məsləhət üçün müraciət edə
bilərlər.
5. Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məsuliyyət
5.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş
qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.
5.2. Cəmiyyətin korrupsiyaya qarşı tələblərini pozmuş işçilər Azərbaycan
Respublikasının mövcud qanunvericiliyi və Cəmiyyətin daxili sənədləri, eləcə də
müvafiq hallarda beynəlxalq qanunvericilik və normativ hüquqi aktlar, habelə
xarici dövlətlərin qanunvericiliyi ilə nəzərdə tutulmuş çərçivədə və əsaslarla
pozuntunun həcmi və formasından asılı olmayaraq mütləq məsuliyyətə cəlb
ediləcəklər.
__________________________________________________________________________
Dostları ilə paylaş: |