16
Bu vəzifə korporativ idarəetmə müşavirindən təqdim etdiyi materialları hərtərəfli bilməsini tələb etdiyindən
ən mürəkkəb vəzifələrdən biridir.
• Müşahidə şurası, idarə heyəti və audit komitəsinin səriştəsinin artırılması üçün seminar və təlimləri təşkil etmək.
Korporativ idarəetmə müşaviri rəhbərlik nümayəndələrinin müxtəlif seminarlar və təlimlərdə iştirak etmək
ehtiyaclarını müəyyən etməlidir. Bu məqsədlə korporativ idarəetmə müşaviri müşahidə şurası və idarə heyətinin
hər bir üzvünün səriştə səviyyəsindən xəbərdar olmalıdır, müvafiq məsələləri onlarla müzakirə etməli, səsləndirilən
arzu və istəkləri nəzərə almalı və ona uyğun təlimlərdə iştirakı təşkil etməlidir.
• İdarəetmə orqanlarının üzvlərinə korporativ idarəetmə ilə bağlı məsələlər üzrə konsultasiyalar vermək.
Əgər idarəetmə orqanların üzvlərinin bu sahədə əlavə yardıma ehtiyacı yaranarsa, korporativ idarəetmə müşaviri
müvafiq konsultasiyaları verməli və ya bu xidmətlərin peşəkar kənar konsultant tərəfindən göstərilməsini təmin
etməlidir.
• Müşahidə şurası və idarə heyətinin öz işini qiymətləndirməsini təşkil etmək, müvafiq sorğular hazırlamaq, məlumatı
emal etmək və özünü qiymətləndirmənin nəticələri barədə müvafiq idarəetmə orqanlarına məlumat vermək.
Hər bir idarəetmə orqanı mütəmadi olaraq öz işinin səmərəliliyini qiymətləndirməlidir. Bu prosesə hazırlıq
və onun təşkili korporativ idarəetmə müşavirinin məsuliyyətidir. Bu məqsədlə korporativ idarəetmə müşaviri
müvafiq sorğular hazırlamalı, onların doldurulması prosedurunu izah etməli, məlumatı toplayıb təhlil etməli və
nəticələr barədə hər bir idarəetmə orqanı üçün müvafiq məlumatlar hazırlamalıdır. Bundan əlavə, əgər şirkətdə
idarə heyətinin işini müşahidə şurası qiymətləndirirsə, korporativ idarəetmə müşaviri bu qiymətləndirmənin
təşkil edilməsində yardım etməlidir. Özünüqiymətləndirmə və fəaliyyətin dəyərləndirilməsi müvafiq idarəetmə
orqanının müntəzəm yığıncaqları zamanı aparılmalıdır.
Şuranın özünü qiymətləndirməsi üçün sorğu nümunəsi Əlavə V-də təqdim edilmişdir.
• Qanunvericilik, şirkətin nizamnaməsi və daxili qaydalarına uyğun olaraq müşahidə şurası, idarə heyəti və audit
komitəsinin yığıncaqlarına hazırlıq və onların keçirilməsini təmin etmək.
Təəssüf ki, hazırda şirkətin idarəetmə orqanlarının yığıncaqlarına hazırlıq prosesinə lazımi diqqət ayrılmır. Çox
zaman müşahidə şurası üzvləri yalnız yığıncağa gələndən sonra müzakirə ediləcək məsələlərin siyahısı ilə tanış
olur. Belə şəraitdə sağlam və stimullu qərarların qəbul edilməsi haqqında danışmaq mümkün deyil. Bu sahədə
korporativ idarəetmə müşavirinin məsuliyyəti sadəcə rəhbərlik üzvlərini yığıncaq barədə vaxtında xəbərdar
etmək deyil, həm də qərar qəbul edilməsi üçün tələb edilən bütün sənədləri hazırlayıb onlara təqdim etmək, və
yığıncaqların protokollarını hazırlayıb saxlamaqdır.
• Hansısa üzv yığıncaqda iştirak etmədikdə - idarəetmə orqanının hər bir üzvünün imzalaması üçün vahid protokolu
təqdim etmək və ya imzalanmış qərarları toplamaq, həmçinin müvafiq protokol hazırlamaq.
Əgər şirkətin daxili sənədlərinə görə idarəetmə orqanının iclası qiyabi şəkildə keçirilə bilərsə, korporativ idarə-
etmə müşaviri müvafiq qərarın qəbul edilməsi üçün lazım olan məlumatı toplamalıdır. Bunu etmək üçün bir neçə
metod var:
Korporativ idarəetmə müşaviri əvvəlcədən protokolları hazırlayır və imzalanmaq üçün idarəetmə orqanının
hər bir üzvünə təqdim edir, və ya qərarın layihəsini rəhbərlərə göndərir və onlar “lehinə”, “əleyhinə” və ya “bitərəf”
kimi ifadə edilmiş rəylərini bildirir.
Bütün imzalanmış layihələr toplandıqdan sonra korporativ idarəetmə müşaviri vahid bir sənəd hazırlayaraq
Korporativ İdarəetmə Müşavirinin Funksiyaları və Vəzifələri
17
KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR
aldığı layihələri ona əlavə edir, və ya qərarın özündə onlara istinad edir.
• Idarəetmə orqanlarının yığıncaqları zamanı – bu yığıncaqların aparılması prosedurlarının icrasını təmin etmək.
Yığıncaqların aparılması prosedurlarına şirkətdə riayət edilməsi qərarların çevik və səmərəli şəkildə qəbul
edilməsinin zəminidir. Beləliklə, korporativ idarəetmə müşaviri yığıncaqları planlaşdıran zaman bu prosesə ehtiy-
atla və diqqətlə yanaşmalıdır. Yığıncaqların keçirilməsi yeri və şərtləri də əhəmiyyətlidir.
Bəzi ölkələrdə yığıncaqlara hazırlıq görülən zaman korporativ idarəetmə müşaviri hətta rəhbərlərin masa
arxasındakı yerlərini də planlaşdırır. Bu ona görə edilir ki, misal üçün, bir-birini tanıyan direktorlar yığıncaq
zamanı öz bizneslərini müzakirə etməsinlər, diqqətlərini gündəlikdə olan məsələlərə yönəltsinlər.
• Idarəetmə orqanlarının yığıncaqlarının protokollarını saxlamaq, müşahidə şurası və idarə heyətinin katibi vəzifəsi ilə
bağlı digər funksiyaları icra etmək.
Korporativ idarəetmə müşaviri müvafiq idarəetmə orqanlarının katibinin funksiyalarını da yerinə yetirməlidir.
Bu o demək deyil ki, bir şəxs bütün işləri görməlidir. Korporativ idarəetmə müşavirinin idarəsi\ofisi yaradıla və
işin həcmindən asılı olaraq onlara yardım edə bilər.
Müşahidə Şurası iclasının nümunəvi protokolu Əlavə VI-da təqdim edilmişdir.
Korporativ İdarəetmə Müşavirinin Funksiyaları və Vəzifələri
18
5. Korporativ İdarəetmə Müşavirinin
Hüquqi Statusu
Qanunvericilikdə korporativ idarəetmə müşaviri vəzifəsi nəzərdə tutulmasa da, bu o demək deyil ki, indi bunu
təqdim etmək mümkün deyil – cari qanunvericilik çərçivəsi hər birinin öz üstün və zəif cəhətləri olan bir neçə
alternativə icazə verir. Hər konkret alternativdə şirkət qeyd edilən şəxsə hansı rolu ayırdığını və onun hansı konk-
ret vəzifələr icra edəcəyini aydın müəyyən etməlidir. Korporativ idarəetmə müşavirinin vəzifə təlimatı nümunəsi
Əlavə II-də göstərilmişdir.
Qeyd etmək lazımdır ki, indi bəzi şirkətlər yalnız korporativ idarəetmə müşavirinin funksiyalarını yerinə ye-
tirmək üçün bir şəxsin təyin edilməsində çətinlik çəkirlər. Beləliklə, keçid iqtisadiyyatı ölkələrində bir şəxsin digər
funksiyalardan əlavə həm də korporativ idarəetmə funksiyalarını birgə yerinə yetirməsi tam normaldır (amma
səmərəlilik baxımından hər zaman bu düzgün deyil). Şirkət bu metodu seçərsə, həmin şəxsin yerinə yetirdiyi iki
vəzifə\funksiya arasında ziddiyyət olmamasını təmin etmək lazımdır (məsələn, eyni zamanda həm korporativ
idarəetmə müşaviri vəzifəsini, həm də idarə heyətinin üzvü vəzifəsi ilə birgə icra etmək mümkün deyil, amma
hüquqşünas vəzifəsini isə mümkündür).
Bundan əlavə, iki vəzifənin birgə icrası üçün ən münasib mexanizmi düşünmək lazımdır. Məsələ burasındadır
ki, mövqelər əmək qanunvericiliyi və mülki qanunvericilik baxımından birləşdirilə bilər. Aşağıdakı bölmədə ko-
rporativ idarəetmə müşavirinin hüquqi statusunu (işçi və ya podratçı) müəyyən edən zaman bu funksiyanın hər
hansı digər vəzifələrlə birləşdirilməsi məsələsi əhatə edilir.
5.1. İşçi (əmək müqaviləsi)
Bu yanaşma seçildiyi zaman (korporativ idarəetmə müşaviri şirkətin işçisi olur), şirkət və korporativ idarəetmə
müşaviri arasındakı münasibətlər əmək qanunvericiliyi əsasında tənzimlənir. Başqa sözlə desək, korporativ
idarəetmə müşaviri öz vəzifələrini əmək müqaviləsi əsasında həyata keçirən işçi, şirkət isə işəgötürən olur. Gəlin
əmək müqaviləsinin nə olduğunu xatırlayaq.
Əmək müqaviləsi işəgötürən və işçi arasında yazılı razılaşmadır və tərəflər arasındakı əmək münasibətlərini,
həmçinin tərəflərin hər birinin hüquq və vəzifələrini müəyyən edir.
8
Xatırlamaq lazımdır ki:
• Əmək müqaviləsi imzalanmazdan öncə müvafiq idarəetmə orqanı korporativ idarəetmə müşavirini seçməli və
ya təyin etməlidir.
•
• Şirkətdə Müşahidə Şurası yoxdursa, korporativ idarəetmə müşaviri səhmdarların ümumi yığıncağı tərəfindən
seçilə bilər.
• Namizədin seçilməsi və ya təyin edilməsi proseduru müvafiq reqlamentdə dəqiq təsvir edilməlidir.
Əmək müqaviləsi daimi və ya müəyyən müddətə ola bilər – bu şirkətin seçimidir. Əgər şirkət korporativ
idarəetmə müşaviri vəzifəsinə seçilən şəxsin müşahidə şurasının tərkibindən asılı olmayaraq işləməsini istəyirsə,
bu şəxslə daimi əmək müqaviləsinin bağlanması daha məqəsdəuyğundur. Əgər hər müşahidə şurası özünün
8
AR Əmək Məcəlləsi, Mad.1.5.
Korporativ İdarəetmə
Müşavirinin Hüquqi Statusu
Azərbaycan Korporativ İdarəetmə Standartlarında tövsiyə edilir ki, korporativ idarəetmə müşavirinin
müstəqilliyini təmin etmək üçün onun müşahidə şurasının qərarı ilə təyin edilməsi \ seçilməsi daha
məqsədəuyğundur.