23
göndərilirdi. Göndərişlə gələn abituriyentlər müsabiqədənkənar, yəni
qəbul imtahanı zamanı kəsilməsələr topladıqları balın miqdarından asılı
olmayaraq göndərilən fakültəyə qəbul edilirdilər. Müsabiqədənkənar
qəbul, həmçinin Azərbaycan ərazisində yaşayan az-saylı xalqlara da
(məsələn, ingiloy və s.) aid edilirdi. Bu xalqların nümayəndələri d
ə
müsabiqədənkənar qəbul edilirdilər.
Kitabxana işinin qocaman mütəxəssislərindən, yüksəkixtisaslı
kitabxanaçı kadrlar hazırlayan ali təhsil işçilərindən biri kimi böyük
iftixar və minnətdarlıq hissi ilə demək istəyirəm ki, ölkəmizdə
yüksəkixtisaslı kitabxanaçı kadrların hazırlanmasında H.Əliyevin
xidmətləri əvəzedilməzdir. O, respublikada rəhbərliyə gəldikdən sonra
60-cı illərd
ə ləğv edilmiş kitabxanaları bərpa etmək, yeni kitabxanalar
açmaqla yanaşı, yüksəkixtisaslı kitabxanaçı kadrların yetişdirilməsi işinə
də xüsusi diqqət yetirməyə başladı. Azərbaycanın kənd rayonlarında
yüksək ixtisaslı kadrların olmamasını nəzərə alan H.Əliyev qısa bir
zaman içərisində Bakı Dövlət Universitetində fəaliyyət göstərən
Kitabxanaçılıq fakültəsinin genişləndirilməsi, onun maddi-texniki
bazasının möhkəmləndirilməsi, qəbulun artırılması üçün xüsusi göstəriş
vermişdi. Həmçinin H.Əliyevin göstərişi ilə Kitabxanaçılıq fakültəsinə 50
ildən çox müsabiqədənkənar qəbul planı verilmişdi. Bu planda ayrı-ayrı
rayonlarla bərabər azsaylı xalqların nümayəndələrinin qəbulu da nəzərdə
tutulurdu. Bu tədbir 70-ci illərdə davam etdiyindən Bakı Dövlət
Universitetinin Kitabxanaçılıq fakültəsi Azərbaycanın kənd rayonları
üçün xeyli miqdarda kadr hazırlamağa müvəffəq oldu. Bütün rayon
kitabxanalarını, həmçinin böyük kənd kitabxanalarını ali təhsilli
kitabxanaçı kadrlarla təmin etmək mümkün oldu. Bir qayda olaraq
müsabiqədənkənar təhsil alan tələbələr universiteti bitirdikdən sonra
istisnasız olaraq öz rayonlarına, kəndlərinə göndərilirdilər. Bütün bunlar
kitabxana işinə H.Əliyev qayğısının böyük nəticəsi idi.
70-80-ci illərdə ümumtəhsil məktəbləri ilə yanaşı, respublikamızın
xüsusiyyətləri nəzərə almaraq texniki-peşə məktəblərinin inkişafına,
ölkədə sürətlə inkişaf edən sənaye sahələrinin peşəkar kadrlarla təmin
24
edilməsinə böyük diqqət yetirilirdi. Bu illərdə 100-dən artıq yeni texniki-
peşə məktəbi təşkil edilmişdi.
Həmçinin bu dövrdə xalq təsərrüfatının və mədəniyyətin müxtəlif
sahələri üçün kadr hazırlayan 78 orta ixtisas məktəbi fəaliyyət göstərirdi
ki, bu məktəblərdə 60-70 min tələbə təhsil alırdı.
Heydər Əliyevin dövlətçilik fəaliyyətində yüksəkixtisaslı kadrların
hazırlanmasına qayğı mühüm yer tutmuşdur. Məhz buna görədir ki, 70-
80-ci illərdə onun bilavasitə təşəbbüsü ilə Azərbaycanda 6 yeni ali
məktəb: Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu
(1973), Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (1973), Naxçıvan
Dövlət Pedaqoji İnstitutu (1972), Xankəndi (Stepanakert) Dövlət
Pedaqoji İnstitutu (1973), Azərbaycan İnşaat Mühəndisləri İnstitutu
(1975), Azərbaycan Texnologiya İnstitutu (1982) və 12 orta ixtisas
məktəbi yaradılmışdı. 1970-80-ci illərdə ali məktəblərdə 100-dən artıq
yeni kafedra, 40-dan çox yeni fakültə açılmış, 100-ə qədər yeni ixtisas
üzrə kadr hazırlanmağa başlanmışdı. Azərbaycanda ali təhsil
müəssisələrinin sayı 17-yə çatdırılmışdı. 80-ci illərdə respublikamızın ali
məktəblərində 100 mindən artıq tələbə təhsil alırdı. Ali məktəblərdə 8,5
min nəfər müəllim dərs deyirdi. Bunların 581-i elmlər doktoru, 3021-i isə
elmlər namizədi, dosent idi.
Təhsil sahəsində əldə edilmiş böyük nailiyyətlərdən biri də təhsilin
keyfiyyətində həlledici rol oynayan təhsil kitabxana şəbəkəsinin yüksək
vüsət alması, respublikada böyük təhsil kitabxana şəbəkəsinin yaranması
olmuşdur.
Heydər Əliyev respublikada təhsil islahatlarının aparılmasına, təhsilin
maddi-texniki bazasının möhkəmləndirilməsinə, bilavasitə təhsilin
keyfiyyətinin yüksəlməsinə təsir göstərən köməkçi təhsil müəssisələrinin
inkişafına diqqət yetirilməsini, təhsilin dərsliklər, dərs vəsaitləri, kitablar
və kitabxanalarla təmin edilməsini zəruri hesab edirdi. O, məhsul
toplanışı zamam Azərbaycanın kənd rayonlarına gedərkən
respublikamızın görkəmli ziyalılarını, elm və mədəniyyət xadimlərini özü
ilə aparır, məhsul toplanışı ilə tanış olmaqla yanaşı, rayonların təhsil və
mədəniyyət müəssisələrinə də baş çəkirdi. Onun baş çəkdiyi
25
müəssisələr içərisində rayon kitabxanaları və məktəb kitabxanaları da
mühüm yer tuturdu.
Məhz buna görədir ki, 1969-1982-ci illərdə təhsil kitabxanalarının
inkişafı sahəsində böyük işlər görülmüş, demək olar ki, bütün orta təhsil
müəssisələrində kitabxanalar yaradılmış və onların kitab fondu tədris
ədəbiyyatı, dərsliklər, dərs vəsaitləri, ədəbi-bədii və elmi ədəbiyyatla
zənginləşdirilmişdi. Əgər 1970-ci ildə 7,9 milyon nüsxə kitab fonduna
malik olan 3749 məktəb kitabxanası var idisə, 1981-ci ildə onların sayı
4238-ə, kitab fondu isə 25,2 milyon nüsxəyə çatmışdı.
Ali və orta ixtisas məktəbi kitabxanalarının inkişafı sahəsində xeyli iş
görülmüşdü. 1969-1982-ci illərdə 6 yeni ali məktəb kitabxanası yaranmış,
onlara bina ayrılmış və zəngin kitabxana fondları yeni yaradılmış ali
məktəb tələbələrinin istifadəsinə verilmişdi.
70-80-ci illərdə böyük öndər H.Əliyevin bilavasitə rəhbərliyi və
qayğısı sayəsində Azərbaycan elmi böyük nailiyyətlər qazandı.
H.Əliyevin şəxsi təşəbbüsü ilə elmə ayrılan maliyyə vəsaiti və SSRİ
Elmlər Akademiyası tərəfindən ayrılan digər ayırmalar xeyli çoxalmışdı.
Azərbaycan hökumətinin qarşısında yeni elm mərkəzlərinin yaranması,
AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr
potensialının gücləndirilməsi vəzifəsi qoyulmuşdu. Bu vəzifələrin yerinə
yetirilməsinə bilavasitə H.Əliyev özü nəzarət edirdi. Görülən tədbirlər
nəticəsiz qalmadı, 70-80-ci illər Azərbaycan elminin tarixində yeni
mərhələ kimi səciyyələndi. Bu dövrdə elmi müəssisələrin sayı (ali
məktəblər daxil olmaqla) 142-dən 151-ə, o cümlədən elmi-tədqiqat
institutları və onların filiallarının sayı 73-dən 85-ə çatmışdı.
1
Elm sahələrində çalışan elmi işçilərin sayı 17 min nəfərdən 32,3 min
nəfərə, elmlər doktorlarının sayı 1,8 dəfə artaraq 1186 nəfərə, elmlər
namizədlərinin sayı isə 1,7 dəfə artaraq 8905 nəfərə çatmışdı.
Bu illərdə AMEA xüsusilə çiçəklənmə dövrünü yaşamış, respublika
elminə başçılıq etməyə başlamışdı. Akademiyanın bu dövrdə apardığı
fundamental elmi-tədqiqat işləri SSRİ miqyasında yüksək
1
Azərbaycan tarixi: 7 cilddə. VII cild.-B., 2003.- S. 237.
Dostları ilə paylaş: |