Yaqub Mahmudov, Camal Mustafayev
Bununla belə, Qarabağ xanları - istər Pənahəli xan, istərsə də onun oğlu İb-
rahimxəlil xan (1763-1806) Şuşanı hərbi cəhətdən daha da möhkəmləndirmək
üçün təbii müdafıə vasitələri ilə kifayətlənməyərək bir sıra güclü müdafiə qur-
ğuları da inşa etdirmişdilər. Bu qurğular içərisində hər iki xanın tikdirdiyi qala
divarları mühüm əhəm iyyət kəsb edirdi.
Yuxanda qeyd edildiyi kimi, şəhərin təhlükəsizliyini təmin etmək üçün onun
yalnız şimal tərəfində qala divarlan tikdirmək kifayət idi. Daimi hücum təhlükəsi
Pənahəli xanı bu işi sürətlə görməyə məcbur etmişdi. Görünür, elə bunun nəti-
cəsi idi ki, tikintini tez başa çatdırmaq üçün xeyli işçi səfərbər olunmuşdu. Mirzə
Yusif Qarabaği yazırdı: «Bu işdə kənd əhli, mahalların məlikləri, ellərin başçı-
ları... bir yerdə çalışaraq beş arşın hündürlüyündə, iki arşın enində bir divar
hördülər».25 Bununla belə, Şuşanın ilk qala divarları çox sürətlə və qısa
müddətdə tikildiyindən onun möhkəmliyinə lazımi diqqət vermək mümkün ol-
mamışdı. Çox güman ki, Pənahəli xanın əmri ilə tikilmiş bu divarlar tezliklə ya-
rarsız hala düşərək əhəm iyyətini itirməyə başlamışdı. İbrahimxəlil xanın
Şuşanın - Pənahabadın G ən cə qapısı
26
M
Ş U Ş A - P Ə N A H A B A D
hakimiyyəti dövründə Şuşanın ətrafina yeni qala divarlannın çəkilməsinə ehtiyac
yaranması da, görünür, elə bunun nəticəsi idi. Uzunluğu 2,5 km olan bu divarların
tikintisi, Mirzə Camalın məlumatına görə, 1783/84-cü ildə başlanmış və üç il ər-
zində başa çatdınlm ışdı.26
Şuşanın İbrahimxəlil xanın dövründə tikilmiş qala divarları Pənahəli xanm
dövründə tikilmiş divarlara nisbətən daha möhkəm idi. Qarabağ tarixçilərinin
məlumatlarından aydın olur ki, İbrahimxəlil xan xanlığın ərazisində tikilmiş
müdafiə qurğularının möhkəmliyinə xüsusi fikir vermiş və bu cür işləri yüksək-
ixtisaslı m ütəxəssislərə həvalə etmişdi. Mirzə Adıgözəl bəy bu məsələni qeyd
edərək yazırdı: «Hünərli ustalar, sənət sahibi və iş bilən memarlar ban, hasar,
bürc və divar çəkdilər».27 Mirzə Adıgözəl bəyin bu fikrini daha da inkişaf etdirən
M irzə Y usif Qarabaği isə yazırdı: «Bu divardan nə top gülləsi, nə də başqa bir
şey keçməzdi. Çünki divar daş və əhənglə bərkidilmişdi».28
Fransız müəllifi Jan Gevrin Ağa M əhəmm əd şah Qacarın həyat və fəaliy-
yətinə həsr olunmuş «Xacə şah» adlı tarixi romanmda Şuşanın müdafiə qurğuları
Şuşa - P ənahabad şəhərin də P ən ahəli xanın q əsri
Yaqub Mahnıudov, Canıal Mustafayev
haqqında çox maraqlı məlumat-
lar verilir. M üəllif yazır: «Ağa
M əhəm m əd xan Qacarın döv-
ründə Şuşa kiçik, gözəl şəhərdi,
möhkəm hasarının hündürlüyü
şəhərin bütün cəhətlərində bəra-
bərdi, hasann elə yerləri var idi
ki, oradan mühacimlərin (hücum
edənlərin - Y.M., C.M.) başma
daş, qaynar su və ya ərimiş qur-
ğuşun tökmək olurdu».29
Pənahəli xamn hakimiyyəti
dövründə Şuşanın xarici aləmlə
əlaqəsini təmin etmək üçün dörd
qala qapısı tikilmişdi. Bu qapılar-
dan üçünün - G əncə, Ağoğlan
və İrəvan qapılarmm adlan bizim
dövrümüzədək gəlib çatmışdır.
Dördüncü qapının isə nə adım,
nə də yerini indiyədək müəy-
yənləşdirmək mümkün olmamış-
dır. Ola bilsin ki, qala divarları
İbrahimxəlil xan tərəfindən ye-
nidən tikilərkən həmin qapı ləğv
Saatlı m əscidinin m inarəsi
edilmişdi.
Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra Yelizavetpol qapısı
adlandırılan Gəncə qapısı Şuşa qalasınm şimalında yerləşirdi. Şuşanın əsas qapısı
rolunu oynayan bu qapımn tikintisi Pənahəli xanm dövrünə aiddir. Düşmən or-
dusunun hücumu zamanı onun şəhərə birbaşa yaxınlaşmasına yol verməmək üçün
bir tərəfi Gəncə qapısına birləşdirilən müdafiə divarı tikilmişdi. Keşikçilərin ya-
şaması üçün tikilmiş bina isə şəhər tərəfdən Gəncə qapısmm kənarına söykənirdi.
İrəvan qapısı şəhərin qərb hissəsində yerləşirdi və buradan Xəlfəli kəndinə
də yol getdiyindən həm in qapı bəzən Xəlfəli qapısı da adlandırılırdı. Ənənəvi
üslubda — çatma tağ formasında tikilmiş bu qapının h ər iki tərəfində döyüş
bürcləri yerləşirdi.
28
Ş U Ş A - P Ə N A H A B A D
Şəhərin şərq hissəsində yerləşən Ağoğlan qapısı həm də «Şuşakənd qapısı»
və ya «Topxana qapısı» kimi tanınırdı. Çox sadə üslubda tikilmiş bu qapı, hətta
bürclərlə də təchiz edilməmişdi.30
Tədqiqatlar göstərir ki, Şuşanın bir şəhər kimi yaşaması üçün zəruri olan ti-
kililərin inşası ilk dövrlərdə çox qısa müddət ərzində, sürətlə və hətta tələsik
aparılmışdı. Belə ki, hər an gözlənilən dağıdıcı hücumlar Pənahəli xana imkan
vermirdi ki, şəhərin tikintisində ləngiməyə yol versin. Görünür, elə bu tələsik-
liyin nəticəsi idi ki, Pənahəli xanın dövründə Şuşada aparılan tikinti işlərinin
keyfiyyətinə lazımi diqqət yetirmək mümkün olmamışdı. İbrahimxəlil xanın ha-
kimiyyəti illərində həm in tikintilərin əsaslı şəkildə təmir edilməsi və yaxud ta-
mamilə yenidən inşa edilməsi
bunu bir daha sübut edir.
Digər tərəfdən Şuşa şəhə-
rinin əsasmın Qarabağ xanlığı-
nın çox ciddi hücumlara məruz
qaldığı bir dövrdə qoyulması
və eyni zamanda əlverişli stra-
teji mövqeyə malik olması
onun quruluşuna da ciddi təsir
göstərmişdi.
Məlumdur ki, orta əsrlərdə
bütün müsəlman şərqində ol-
duğu kimi, Azərbaycanda da
şəhərlərin əksəriyyəti bir-bi-
rindən qala divarları ilə ayrılan
üç hissədən - İç qala, Şəhris-
tan və Bayır şəhərdən ibarət
olurdu. Bunu Dərbənd və
Gəncə kimi şəhərlərin nümu-
nəsində də aydın görmək olar.
XVIII
əsrin əvvəllərində
Dərbənddə olmuş İ.Gerber
yazırdı ki, onun h ər üç hissə-
sinin ətrafına ayrıca qala di-
varlan çəkilmişdi,11 Azərbaycan
_
Pənahabadda Xan evi
29