Yaqub Mahmudov, Camal Mustafayev
azərbaycanlılar üzərinə hücuma keçdilər. Rus ordusunda xidmət edən erməni
əsgər və zabitləri də onlara qoşuldular. Şuşanın Köçərli və X əlfəli m əhəllələ-
rində yaşayan xeyli azərbaycanlı əhali soyqırımına məruz qaldı. Lakin tezliklə
özlərinə gələn azərbaycanlılar erməni vəhşiliklərinin qarşısmı nəinki aldılar,
hətta əks-hücuma keçərək, qatillərə ağır zərbə vurdular. Yalmz qubematorun
və erməni arximandiritinin xahişlərindən sonra avqustun 19-da hücumlar dayan-
dınldı və ermənilərə evlərinə qayıtmağa icazə verildi. Lakin özlərinin xəyanətkar
xislətlərinə sadiq qalan ermənilər avqustun 21-də Cənubi Azərbaycandan gəlmiş
21 nəfər kəsbkarın başlarını kəsərək amansızhqla qətlə yetirdilər.106 Ümumiy-
yətlə, bu hadisələr zamam yüzlərlə azərbaycanlı soyqırımına m əruz qalmış,
onlara məxsus 20 ev tamamilə yandınlmışdı.
1905-ci ilin avqust hadisələri zamanı öz çirkin məqsədlərinə çatmayan er-
mənilər bunun əvəzini 1906-cı ildə çıxmaq qərarına gəldilər. Bu dəfə şəhərdə
olan Rusiya hakimiyyət orqanları da aşkar şəkildə ermənilərə kömək göstərir-
dilər. Həmin ilin iyun ayında rus generalı Qalaşçanov Şuşanın azərbaycanlılar
yaşayan Köçərli məhəlləsini topa tutmağı əm r etdi. M.S.Ordubadi yazır: «Ayın
12-də bir tərəfdən kazak dəstələri və piyada rus qoşunu, digər tərəfdən ətrafdan
yığılmış 10 minə yaxın erməni könüllü əsgəri, o biri tərəfdən də m üharibədən
Qış teatrı qarşısında meydan. Şuşa - Pənahabad. 1873-cü il
Ş U Ş A - P Ə N A H A B A D
qabaq şəhərdə nizam altında saxlanılmış erməni bölükləri və qaçaqlar müsəl-
manlara qarşı hücuma başladılar. Beş gün ərzində erməni məhəllələrinin sərhə-
dində olan bütün müsəlman evləri yandırılıb top zərbələri ilə dağıdıldı».107
Yeri gəlmişkən, erməni silahlı dəstələrinin 1905-1906-cı illərdə azərbaycan-
lılara qarşı təşkil etdikləri terror və soyqınmı Azərbaycamn digər yerlərini də əhatə
etmişdi. Erməni terrorunun getdikcə geniş miqyas alması azərbaycanlıları birləş-
m əyə və təşkilatlanmağa məcbur edirdi. Bu məqsədlə 1906-cı ildə yaradılmış
«Difai» təşkilatının bir şöbəsi də mərkəzi Şuşada yerləşən «Qarabağ birliyi məc-
lisi» idi. K ərim bəy Mehmandarovun başçılıq etdiyi bu şöbənin 400 nəfərlik
özünümüdafıə dəstəsi var idi.108 Bu təşkilat bütün Qarabağda olduğu kimi, Şuşada
da erməni terrorunun qarşısının alınmasında mühüm rol oynadı.
Erm ənilər Qarabağı və onun mərkəzi olan Şuşa şəhərini ələ keçirmək və
azərbaycanlılardan təm izləm ək siyasətini 1918-1920-ci illərdə, Azərbaycan
Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Erməni terrorçu təşkilatı olan
«Daşnaksutyun» azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin əsas təş-
kilatçısı idi. Yaranmış ağır vəziyyəti nəzərə alan Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti 1919-cu ilin yanvarında mərkəzi Şuşa şəhəri olmaqla Qarabağ gene-
ral-qubematorluğu yaratdı. Qarabağın general-qubematoru təyin edilmiş Xosrov
Şuşa sakinləri İsa bulağında istirahət ed irlə r
69
Yaqub Mahmudov, Camal Mustafayev
t
bəy Sultanov erməni terrorçu dəstələrinə ağır zərbə vurdu. Vaxtilə Zaqafqaziya
ölkə komitəsinin Dağlıq Qarabağda məsul nümayəndəsi olmuş S.Şaduns yazırdı:
«Daşnaksutyun» Şuşadan qovulduqdan sonra, ancaq ermənilərin məskunlaşdıq-
ları dağlara qalxıb son damla qana qədər vuruşmaq, lakin türklərə təslim olma-
maq haqqında qərar qəbul etdi».109 Bununla belə, erməni terrorçu-separatçıları
öz məqsədlərinə çata bilmədilər. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti on-
lara ağır zərbə vuraraq, ölkənin ərazi bütövlüyünü qoruyub saxlamağa nail oldu.
Azərbaycanm digər şəhərləri kimi, Şuşada da əhalinin sosial tərkibi rənga-
rəng idi. Burada xan nəslinə mənsub ailələrlə yanaşı, bəylərin, dövlət məmur-
larınm, din xadimlərinin, tacirlərin, sənətkarların, maafların, hərbçilərin,
müəllimlərin, tibb işçilərinin və başqalarınm ailələri yaşayırdı. 1830-cu il məlu-
matma görə Şuşada 56 bəy, 64 müsəlman ruhanisi, 21 xristian din xadimi, dükanı
olan 200 tacir və emalatxanası olan 266 sənətkar yaşayırdı.110 XIX əsrin ikinci
yarısından başlayaraq, şəhərin iqtisadi həyatında müşahidə edilən canlanma və
bununla əlaqədar əhalinin sayının sürətlə artması əhalinin sosial tərkibinə də
ciddi təsir göstərmişdi. 1897-ci ildə keçirilmiş ümumrusiya siyahıyaalm asına
görə Şuşada 2272 nəfər zadəgan, 270 nəfər din xadimi, 1416 nəfər tacir,
2738 nəfər sənətkar, 97 nəfər dövlət məmuru, 334 nəfər hərbçi və başqaları
qeydə alınmışdı.111 Göründüyü kimi, Şuşada yaşayan əhali arasında imtiyazlı sil-
kin nümayəndələri çox idi. Bu, hər şeydən əvvəl, şəhərin yaranıb formalaşdığı
XVIII əsrin ikinci yarısı - XIX əsrin əw əllərində ara müharibələrinin və yadelli
hücumların fasiləsiz davam etdiyi bir şəraitdə şəhərin etibarlı sığınacaq yeri ol-
ması ilə bağh olmuşdur. Şuşamn kurort şəhəri kimi şöhrət qazanması da bu mə-
sələdə az rol oynamamışdı. Şəhərin külli miqdarda süfrə və müalicəvi bulaqlara
malik olması, dörd tərəfdən alp çəmənlikləri ilə əhatə olunması, büllur kimi
təmiz havası onu bütün imkanlı adamlar üçün cəlbedici edirdi. Elə bu səbəblər-
dən idi ki, Qarabağ bəylərinin əksəriyyəti Şuşada yaşamağa üstünlük verir, bu-
rada özləri üçün təmtəraqlı imarətlər tikdirirdilər.
Ş əh ər bazarı