Ad:Elmir
Soyad:Paşayev
Qrup:283.20
Fakültə:QNMF
Fənn:Fəlsəfə
Müəllim:Əhmədov Bədəl
ŞÜUR,DİL VƏ ÜNSİYYƏT
Şüur — psixika kimi beyinin funksiyasıdır. Obyekt aləmin insana xas inikasıdır. Şüur obyektiv aləmin beyində ideal inikasıdır. Şüurun fərdi və ictimai formaları vardır. Fərdi şüur – bir insana xas olan ideyalar, baxışlar sistemidir.
İctimai şüur isə müəyyən insan qrupuna xas olan ideyalar, baxışlar sistemidir. Şüurun xüsusiyyətləri psixi proseslər, fərqləndirmə, mənlik şüuru məqsədin olması və ictimai-tarixi xarakter daşımasıdır.
Şüur, onun mənşəyi, mahiyyəti və gerçəkliyə münasibəti məsələsi filosofları qədimdən düşündürən problemlərdən olmuşdur. İnsanın dünyada yerini və rolunu, onun ətraf aləmlə qarşılıqlı təsirinin spesifikasını açmaq üçün, şüurun təbiətini və mahiyyətini aydınlaşdırmaq lazımdır. Şüur problemi çox mürəkkəb olub, yalnız fəlsəfi tədqiqatın deyil, habelə bir sıra humanitar və təbiətşünaslıq elmlərinin, o cümlədən müasir dövrdə sosiologiyanın, psixologiyanın, kibernetikanın, informatikanın və s. Elmlərin tədqiqat predmetinə çevrilmişdir. Bu elmlər çərçivəsində şüurun ayrı-ayrı aspektlərinin təhlili, onun şərhində müəyyən bir fəlsəfi [[dünyagörüşü] mövqeyinə əsaslanır.
Qədim materialistlərin nəzərincə, şüur insan bədənindən asılı olub, insana anadan olması ilə şüur da meydana gəlir və insan öldükdən sonra o da yoxa çıxır. Bədənsiz şüur heç nədir. Obyektiv və subyektiv idealizmin nümayəndələri isə şüuru maddi gerçəkliyin əsasına qoymuş, onu materiyaya nisbətən müəyyən edici və ilkin substansiya hesab etmişlər. Yeni dövr filosoflarından olan Rene Dekarta görə, şüur, təfəkkür, «fikirləşən substansiyanın fəaliyyətidir», müstəqil mövcuddur, bədəndən maddi olandan asılı deyildir. Materiya da «fikirləşən» substansiyadan asılı deyildir. XVIII əsr mamaterialistlər isə şüuru materiyanın atributu, onun bütün təzahür formaları və növlərinə xas olan əbədi xassəsi hesab etmişlər.
Fəlsəfi fikir tarixində şüurun mahiyyəti, onun varlığa, materiyaya münasibəti ətrafında fəlsəfi aspektdə aparılan prinsipial mübahisələrdə həlli böyük çətinlik törədən məsələ şüurun mənşəyi məsələsi olmuşdur. Ruhun, şüurun birinciliyini qəbul edən idealizm, maddi və mənəvinin paralel mövcudluğunu fərz edən dualizm, sözsüz ki, belə bir çətinliklə qarşılaşmırdı. Hər bir materialist isə materiya məsələsinə yaxınlaşarkən «öz-özünün səbəbidir» prinsipini pozmadan duyğu və şüur xassələrinə malik materiyanın mövcudluğunu izah etmək kimi çətin və mürəkkəb bir məsələni həll etməli olurdu.
Qeyd etmək lazımdır ki, müasir fəlsəfə bir çox problemlərə mütləq səhih, və yaxud həqiqətə yaxın cavab verirsə şüur problemi – yaranma mexanizmi, daxili mahiyyəti, materiyaya təsiri –hələ də tam aydınlaşdırılmamışdır. Hal-hazırda fəlsəfə yalnız aşağıdakı müddəaları yəqinliklə təsdiq edir:
1.Şüur mövcuddur;
2.O, xüsusi, ideal təbiətə malikdir – bu müddəanı həm idealistlər, həm də materialistlər qəbul edir, lakin materialistlər şüurun materiyadan törəmə olduğunu bildirirlər.
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem.
O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir.
Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir.
Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili.
Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Yer üzündə əhalinin 80%-i 7000 dildən yalnız 80 dili bilir. Qalan dillərdə əhalinin 20%-i danışır. 3,5 min dil əhalinin 0,2%-nə aiddir
Ünsiyyət — qarşılıqlı münasibət.
Biz evdə ailə üzvlərimizlə, məktəbdə müəllim və sinif yoldaşlarımızla ünsiyyətdə oluruq. Başqalarından məlumat alır, öz hiss və düşüncələrimizi onlara çatdırırıq.
Ünsiyyət nitq vasitəsilə baş verir. Biz başqalarını dinləyir, onların yazdığını oxuyur, öz fikirlərimizi yazmaq və danışmaqla ifadə edirik. Beləliklə, ünsiyyət zamanı dörd nitq bacarığından istifadə edirik: dinləmə, danışma, oxu, yazı.
Dinləmək və oxumaq bacarığı başqalarını anlamaq, məlumat almaq üçündür. Danışmaq və yazmaq bacarığı isə düşündüklərimizi başqalarına çatdırmağa kömək edir.
Dinləyərkən və danışarkən istifadə edilən söz və cümlələr səslərlə ifadə olunur. Ona görə də dinləmə və danışma şifahi nitqə aid olan bacarıqlardır.
Hərflərlə ifadə olunmuş mətnləri isə oxuyuruq və ya yazırıq. Odur ki yazı və oxu bacarıqları yazılı nitqə aid edilir.
DİQQƏTİNİZ ÜÇÜN TƏŞƏKKÜRLƏR
Dostları ilə paylaş: |