VIVO-BOOK.COM
Rəşid bəy və Səadət xanım
İsmayıl bəy Qutqaşınlı
VİVO
Rəşid bəy və Səadət xanım
4
İsmayıl bəy Qutqaşınlı
«Rəşid bəy və Səadət xanım»
hekayə
Tərcümə: Səlim bəy Behbudov
PDF hazırladı - Nizami Əlisoy
©Vivo-Book.com |Bakı - 2014
VİVO
Rəşid bəy və Səadət xanım
5
Mündəricat
İsmayıl bəy Qutqaşınlı . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 6
Ön Söz . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 9
Rəşid bəy və Səadət xanım . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 10
VİVO
Rəşid bəy və Səadət xanım
6
İsmayıl bəy Qutqaşınlı
İsmayıl bəy Qutqaşınlı 1809-cu il yanvarın 27-də Qutqaşında (Qəbələ)
zadəgan Nəsrullah Sultan oğlunun ailəsində doğulub. Anasının adı Bədircahan
idi.
Uşaqlıqda dini təhsil alıb, ərəb və fars dillərini öyrənib. Azərbaycan
çar Rusiyasının hakimiyyəti altına düşdükdən sonra xanlıq dövründə imtiyaz
sahibi olan bəylərin çoxu əvvəlki statuslarında saxlanılsalar da, gələcəkdə
hansısa qiyam qaldırmamaları üçün həmin bəylər müəyyən öhdəlik götürür-
dülər. Bu öhdəliklərdən biri də bəylərin övladlarından birinin Rusiyaya təhsil
almaq üçün göndərilmələri idi.
Yazılanlara görə, Qutqaşının son sultanı, yeni statusu ilə mahal başçısı
Nəsrullah ən kiçik oğlu İsmayılı Peterburqa oxumağa yollayır. Burada təhsili-
ni uğurla bitirən İsmayıl bəy Qafqaz korpusundakı Gürcüstan qrenadyor
alayında hərbi xidmətə başlayır, prapor-şik rütbəsi qazanır.
VİVO
Rəşid bəy və Səadət xanım
7
1826-1828-ci illərdə Rusiya-İran, 1828-1829-cu illərdə Rusiya-
Türkiyə müharibələrində iştirak edir. Vəzifəsi ilə bağlı olaraq Moskva, Peter-
burq, 1832-1836-cı illərdə isə Varşavada yaşayır. Onunla birlikdə Varşavaya
gedənlər arasında Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı general-mayor
Cəfərqulu ağa Bakıxanov, kapitan Həsən bəy Ağalarov da vardı. Qafqazın baş
hakimi baron V.Q.Rozenin knyaz Çernişevə göndərdiyi 1837-ci il 10 dekabr
tarixli məktubunda yazırdı: “Mən Quba əyalətindən süvarilər toplamaq işinə
idarəmdəki xüsusi tapşırıqları yerinə yetirən Pavlovsk polkunun
ştabskapitanı Qutqaşınlını ezam etmişəm. Hörmətli Zaqafqaziya bəyləri
ailəsindən çıxan bu adam mənə özünün dərin düşüncəsi və sədaqəti ilə
məlumdur”.
Hərbidə qazandığı uğurlar sonucunda 1838-ci ildə ona mayor, 1839-
cu ildə podpolkovnik, 1843-cü ildə polkovnik, 1850-ci ildə dekabrın 6-da isə
topçu-general-mayoru rütbəsi verilir. 1851-də ildə iki min manat gümüş pul
miqdarında maaşla istefaya çıxsa da, ehtiyatda olan zabit kimi fəaliyyət
göstərir, müəyyən hərbi işlərdə çalışır. İstefasından sonra Şamaxıda və
Qutqaşında pedaqoji fəaliyyətlə məşğul olur. 1850-ci ildə Rusiya Kənd
Təsərrüfatı Cəmiyyəti Qafqaz şöbəsinin, 1864-cü ildə isə Rusiya Coğrafiya
Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi üzvlüyünə seçilir. Həmin coğrafiya
cəmiyyətinin digər üzvlərindən biri Mirzə Fətəli Axundzadə idi.
Səfərləri zamanı İsmayıl bəy rus ziyalıları ilə münasibətlər qurur,
Avropa mədəniyyətinin üstünlüklərini anlayıb, öz xalqına mütərəqqi ideyaları
aşılamağa çalışır.
Onun azərbaycanlı dostları isə M.F.Axundzadə, Qasım bəy Zakir,
A.Bakıxanov olub. O, Dağıstan valisi, Tarku şamxalının dul qadını, Usmiyev-
lərdən olan Bikə xanımla ailə həyatı qurub.
İsmayıl bəy haqqında ilk məlumatları verən Salman Mümtaz onun
haqqında yazırdı: “…Öz vaxtında fövqaladə ehtiram və nüfuza malik olan bu
zatın türkcə qeyri-mətbu bəzi əsəri və fransızca da həyatımıza dair mətbu bir
hekayəsi vardır”. General Əliağa Şıxlınski xatirəsində yazır ki, o, Bum və
Qutqaşın kəndlərində olarkən İsmayıl bəyin tanınmış şair olduğunu qardaşı
Məhəmmədağa Şıxlınskidən eşidib. İsmayıl bəy “Miskin” təxəllüsü ilə şeirlər
VİVO
Rəşid bəy və Səadət xanım
8
yazıb. Onun adının ilk dəfə çəkildiyi ədəbi qaynaq
Hüseyn əfəndi Qaibzadənin
“Azərbaycanda məşhur olan şüəaranın əşarına məcmuə”dir. Həmin məcmuədə
verilmiş “Mədəd” adlı mürəbbedə Qasım bəy Zakir oğlu və qardaşı oğlu ilə
bağlı bir problemlə bağlı İsmayıl bəyə müraciət edib.
İsmayıl bəy 1849-cu ildə öz vəsaiti hesabına Şamaxı müsəlman
məktəbi üçün bina kirayə edib, müəllim və xidmətçilərin maaşlarını ödəyib,
istefaya çıxdıqdan sonra həmin məktəbdə rus dili müəllimi kimi fəaliyyət
göstərib. İsmayıl bəyin həyatı haqqında onun qohumları, kəndliləri maraqlı
xatirələr danışıblar. Qohumlarından birinin dediyinə görə, həccdən qayıdar-
kən o, özü ilə bir qız və bir oğlan qul alıb və onları Qutqaşında azad edərək,
yeni həyat qurmalarına səbəb olub. Digər bir, əhvalata görə İsmayıl bəy
İstanbulda olarkən, bir alverçidən şabalıdın qiymətini soruşub, lakin alverçi
onun görkəminə baxıb deyib ki, “bu sənin xörəyin deyil”. Qüruruna
toxunduğundan İsmayıl bəy Qutqaşına xəbər yollayıb ki, 40 dəvə yükü şabalıd
göndərsinlər. Şabalıd gətirilib və İsmayıl bəy onu camaata paylayıb. Sultana
xəbər çatdığında o bunun səbəbi ilə maraqlanıb, həmin alverçini cəzalan-
dırılıb.
Heç kimin ayağına durmağı sevmədiyindən, həmişə evinə gələnlər
onun ayaqüstə olduğunu görərmişlər, daima nökəri Çərkəzə kasıblara taxıl
paylamaq göstərişi verərmiş.