Rəşid bəy və Səadət xanım



Yüklə 226,17 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix18.06.2018
ölçüsü226,17 Kb.
#49516
  1   2   3   4   5   6   7   8


VIVO-BOOK.COM

 

Rəşid bəy və Səadət xanım

 

İsmayıl bəy Qutqaşınlı

 

 



 

 


VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 



 

 

 



 

İsmayıl bəy Qutqaşınlı 

«Rəşid bəy və Səadət xanım» 

hekayə 

 

 



 

Tərcümə: Səlim bəy Behbudov 

PDF hazırladı - Nizami Əlisoy 

 

 



 

 

 



©Vivo-Book.com |Bakı - 2014 


VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 



Mündəricat

 

 

 

İsmayıl bəy Qutqaşınlı . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 6 



Ön Söz . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 9 

Rəşid bəy və Səadət xanım . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 10 

 

 

 




VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 



 

İsmayıl bəy Qutqaşınlı 

 

 

 

 



 

İsmayıl bəy Qutqaşınlı 1809-cu il yanvarın 27-də Qutqaşında (Qəbələ) 

zadəgan Nəsrullah Sultan oğlunun ailəsində doğulub. Anasının adı Bədircahan 

idi. 


 

 Uşaqlıqda dini  təhsil alıb,  ərəb  və  fars dillərini  öyrənib.  Azərbaycan 

çar Rusiyasının hakimiyyəti altına düşdükdən sonra xanlıq dövründə imtiyaz 

sahibi  olan  bəylərin  çoxu  əvvəlki  statuslarında  saxlanılsalar  da,  gələcəkdə 

hansısa  qiyam  qaldırmamaları  üçün  həmin  bəylər  müəyyən  öhdəlik  götürür-

dülər. Bu öhdəliklərdən biri də bəylərin övladlarından birinin Rusiyaya təhsil 

almaq üçün göndərilmələri idi. 

 

Yazılanlara görə, Qutqaşının son sultanı, yeni statusu ilə mahal başçısı 



Nəsrullah ən kiçik oğlu İsmayılı Peterburqa oxumağa yollayır. Burada təhsili-

ni  uğurla  bitirən  İsmayıl  bəy  Qafqaz  korpusundakı  Gürcüstan  qrenadyor 

alayında hərbi xidmətə başlayır, prapor-şik rütbəsi qazanır. 

 



VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 



 

1826-1828-ci  illərdə  Rusiya-İran,  1828-1829-cu  illərdə  Rusiya-

Türkiyə müharibələrində iştirak edir. Vəzifəsi ilə bağlı olaraq Moskva, Peter-

burq,  1832-1836-cı  illərdə isə Varşavada  yaşayır.  Onunla  birlikdə  Varşavaya 

gedənlər  arasında  Abbasqulu  ağa  Bakıxanovun  kiçik  qardaşı  general-mayor 

Cəfərqulu ağa Bakıxanov, kapitan Həsən bəy Ağalarov da vardı. Qafqazın baş 

hakimi baron V.Q.Rozenin knyaz Çernişevə göndərdiyi 1837-ci il 10 dekabr 

tarixli məktubunda yazırdı: “Mən Quba əyalətindən süvarilər toplamaq işinə 



idarəmdəki  xüsusi  tapşırıqları  yerinə  yetirən  Pavlovsk  polkunun 

ştabskapitanı  Qutqaşınlını  ezam  etmişəm.  Hörmətli  Zaqafqaziya  bəyləri 

ailəsindən  çıxan  bu  adam  mənə  özünün  dərin  düşüncəsi  və  sədaqəti  ilə 

məlumdur”. 

 

Hərbidə qazandığı uğurlar sonucunda 1838-ci ildə ona mayor, 1839-



cu ildə podpolkovnik, 1843-cü ildə polkovnik, 1850-ci ildə dekabrın 6-da isə 

topçu-general-mayoru  rütbəsi  verilir.  1851-də  ildə  iki  min  manat  gümüş  pul 

miqdarında  maaşla  istefaya  çıxsa  da,  ehtiyatda  olan  zabit  kimi  fəaliyyət 

göstərir,  müəyyən  hərbi  işlərdə  çalışır.  İstefasından  sonra  Şamaxıda  və 

Qutqaşında  pedaqoji  fəaliyyətlə  məşğul  olur.  1850-ci  ildə  Rusiya  Kənd 

Təsərrüfatı  Cəmiyyəti  Qafqaz  şöbəsinin,  1864-cü  ildə  isə  Rusiya  Coğrafiya 

Cəmiyyəti  Qafqaz  şöbəsinin  həqiqi  üzvlüyünə  seçilir.  Həmin  coğrafiya 

cəmiyyətinin digər üzvlərindən biri Mirzə Fətəli Axundzadə idi. 

 

Səfərləri  zamanı  İsmayıl  bəy  rus  ziyalıları  ilə  münasibətlər  qurur, 



Avropa mədəniyyətinin üstünlüklərini anlayıb,  öz xalqına mütərəqqi ideyaları 

aşılamağa çalışır. 

 

Onun  azərbaycanlı  dostları  isə  M.F.Axundzadə,  Qasım  bəy  Zakir, 



A.Bakıxanov olub. O, Dağıstan valisi, Tarku şamxalının dul qadını, Usmiyev-

lərdən olan Bikə xanımla ailə həyatı qurub. 

 

İsmayıl  bəy  haqqında  ilk  məlumatları   verən  Salman  Mümtaz  onun 



haqqında yazırdı: “…Öz vaxtında fövqaladə ehtiram və nüfuza malik olan bu 

zatın türkcə qeyri-mətbu bəzi əsəri və fransızca da həyatımıza dair mətbu bir 

hekayəsi  vardır”.  General  Əliağa  Şıxlınski  xatirəsində  yazır  ki,  o,  Bum  və 

Qutqaşın  kəndlərində  olarkən  İsmayıl  bəyin  tanınmış  şair  olduğunu  qardaşı 

Məhəmmədağa Şıxlınskidən eşidib. İsmayıl bəy “Miskin” təxəllüsü ilə şeirlər 



VİVO 

Rəşid bəy və Səadət xanım 

 

 



yazıb. Onun adının ilk dəfə çəkildiyi ədəbi qaynaq Hüseyn əfəndi Qaibzadənin 

“Azərbaycanda məşhur olan şüəaranın əşarına məcmuə”dir. Həmin məcmuədə 

verilmiş  “Mədəd” adlı  mürəbbedə  Qasım  bəy  Zakir  oğlu  və  qardaşı  oğlu  ilə 

bağlı bir problemlə bağlı İsmayıl bəyə müraciət edib. 

 

İsmayıl  bəy  1849-cu  ildə  öz  vəsaiti  hesabına  Şamaxı  müsəlman 



məktəbi  üçün  bina  kirayə  edib,  müəllim  və  xidmətçilərin  maaşlarını  ödəyib, 

istefaya  çıxdıqdan  sonra  həmin  məktəbdə  rus  dili  müəllimi  kimi  fəaliyyət 

göstərib.  İsmayıl  bəyin  həyatı  haqqında  onun  qohumları,  kəndliləri  maraqlı 

xatirələr  danışıblar.  Qohumlarından  birinin  dediyinə  görə,  həccdən  qayıdar-

kən o, özü ilə bir qız və bir oğlan qul alıb və onları Qutqaşında azad edərək, 

yeni  həyat  qurmalarına  səbəb  olub.  Digər  bir,  əhvalata  görə  İsmayıl  bəy 

İstanbulda  olarkən,  bir  alverçidən  şabalıdın  qiymətini  soruşub,  lakin  alverçi 

onun  görkəminə  baxıb  deyib  ki,  “bu  sənin  xörəyin  deyil”.  Qüruruna 

toxunduğundan İsmayıl bəy Qutqaşına xəbər yollayıb ki, 40 dəvə yükü şabalıd 

göndərsinlər.  Şabalıd  gətirilib  və  İsmayıl  bəy  onu  camaata  paylayıb.  Sultana 

xəbər  çatdığında  o  bunun  səbəbi  ilə  maraqlanıb,  həmin  alverçini  cəzalan-

dırılıb. 

 

Heç  kimin  ayağına  durmağı  sevmədiyindən,  həmişə  evinə  gələnlər 



onun  ayaqüstə  olduğunu  görərmişlər,  daima  nökəri  Çərkəzə  kasıblara  taxıl 

paylamaq göstərişi verərmiş. 



 

 


Yüklə 226,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə