21
20
Azərbaycan bank sektoru 2011-ci ildə
Bank sektorunun ötən ildə nümayuiş etdirdiyi inkişaf
maliyyə təsisatlarının vasitəçilik funksiyasının
daha da dərinləşməsinə dəlalət edir. 2011-ci il
ərzində ölkə banklarının aktivləri 7% artmış, məcmu
kredit portfelləri isə əvvəlki ilin göstəricilərini 8%
üstələmişdir. Bankların kapital mövqeyi güclənmiş,
bank sisteminə etimad əhəmiyyətli dərəcədə
artmışdır. Təsadüfi deyil ki, 2011-ci ildə qeyri-neft
ÜDM-nə nisbətdə bank aktivləri 64,9%, iqtisadiyyata
kreditlər 44,1%, əhalinin əmanətləri isə 18,7%
təşkil etmişdir. İlin yekunlarına görə “Unibank” daxil
olmaqla ən iri bankların (aktivlərin həcminə görə ilk
5 bank) sistem üzrə məcmu aktivlərdə payı 57%
bərabər olmuşdur. Belə sistem əhəmiyyətli maliyyə
təsisatlarının bankların iqtisadiyyata məcmu kredit
qoyuluşlarındakı payı 56,5% təşkil edib.
Bu zaman Azərbaycan bankları daxili institusional
potensiallarını artırmış, korporativ idarəetmə
standartlarının tətbiqini gücləndirmiş, insan və
müasir texnologiyalara investisiyalarını əhəmiyyətli
dərəcədə genişləndirmişlər. Nəticədə 2011-ci ildə
bankların xarici investorlar üçün cəlbediciliyi daha
da artmışdır. İl ərzində xarici kapitallı bankların sayı
22-dən 23-ə yüksəlmiş, bank sektoruna xarici kapital
investisiyalarının həcmi 20,8% artaraq 296 mln. AZN-
nə çatmışdır.
Bankların xarici maliyyə bazarlarında fəallaşması
və nüfuzunun artması beynəlxalq reytinqlərdən də
görünür. Hazırda Azərbaycanda 11 bank beynəlxalq
reytinqə malikdir və inkişaf etmiş ölkələrin bir çox
banklarında reytinqlərin aşağı salınması fonunda onlar
reytinq səviyyələrini qoruyub saxlamaqla bərabər,
bəzi hallarda artıra bilmişlər.
İqtisadiyyatın maliyyə xidmətlərinə tələbatının
ödənilməsi, maliyyə xidmətlərinə çıxış imkanlarının
artırılması məqsədi ilə bankların filial şəbəkəsi
genişlənmişdir. 2011-ci ildə bankların 26 yeni filialı
və 46 yeni şöbələri açılmış. Onların 49,2% regionlarda
fəaliyyət göstərir. Bank infrastrukturunun coğrafi
şəbəkəsinin genişlənməsi iqtisadi agentlərin, xüsusilə
də əhalinin bank xidmətlərinə çıxış imkanlarını
genişləndirmişdir. Hazırda ölkə ərazisinin hər 1000
m2-ə 12,5 (ilin əvvəlində 11,3) və 100.000 nəfər
yetkinlik yaşına çatmış əhaliyə isə 17,4 (ilin əvvəlində
16,1) bank və onların struktur bölmələri maliyyə
xidməti göstərir.
Bank sisteminin öhdəlikləri
Hesabat ilində bank sisteminin resurs bazası daha
dayanıqlı mənbələr hesabına möhkəmlənib. İl ərzində
ölkə banklarının öhdəlikləri 1662 mln. manat və ya
16,3% artmış və nəticədə 11 831,7 mln. manat təşkil
edib. Bankların resurs bazasının formalaşmasında
hüquqi (qeyri-maliyyə təşkilatları) və fiziki şəxslərdən
cəlb olunan əmanətlərin payı yüksək olmuşdur.
İqtisadi subyektlərin bank sisteminə etimadının
təzahürü olaraq, əmanət və depozitlərin yüksək artımı
qeydə alınıb və bu artım daha çox fərdi əmanətlərin
müsbət dinamikası ilə bağlıdır.
Bankların daxili mənbələr hesabına formalaşan
ümumi depozit bazası (maliyyə təşkilatları istisna
olmaqla) 1478,4 mln. manat (27,1%) artaraq 6927,4
mln. manat təşkil etmişdir. İlin sonuna depozit və
əmanətlərin cəmi öhdəliklərin strukturunda payı
58,5%, cəmi resurs bazasında isə 48,6% olmuşdur
2011-ci ildə fiziki şəxslərin əmanətləri 36% artaraq
ilin sonuna 4119,8 mln. manata çatmış, halbu ki
2010- cu ildə artım tempi 29,8% olmuşdur. Eyni
zamanda hüquqi şəxslərin depozitləri (dövlət
idarəetmə orqanları daxil olmaqla) 16,1% artaraq
2807,6 mln. manat təşkil etmişdir. İl ərzində əhali
əmanətlərinin bankların öhdəliklərində payı 29,8%-
dən 34,8%-dək artıb.
Depozit bazasının mütləq artımı ilə yanaşı onun
keyfiyyətində də müsbət dəyişikliklər baş verib. İlk
növbədə əhali əmanətlərinin strukturunda müddətli
əmanətlərin payı yüksəlib. Cari hesablarda fərdi
əmanətlər 269,7 mln. manat artdığı halda, müddətli
əmanətlər 820,4 mln. manat artmışdır. Depozitlərin
müddət strukturunun yaxşılaşması ilə yanaşı onun
valyuta strukturunda da müsbət meyllər müşahidə
olunur. Belə ki, fiziki şəxslərin milli valyutada aşdıqları
əmanətlər il ərzində 62% artmış, ümumi əmanətlərdə
Azərbaycan manatında olan depozitlərin payı
isə ilin sonuna 55% çatıb. Maraqlıdır ki, əmanətçi
strukturunda ciddi dəyişikliklər baş verməmiş, rezident
fiziki şəxslərin əmanətlərinin ümumi həcmdə payı
91%, qeyri-rezident əmanətçilərin payı isə 9% təşkil
etmişdir.
2011-ci ildə banklar tərəfindən maliyyə
institutlarından cəlb edilən vəsaitlərin həcmi 3,7 mlrd.
manat təşkil edib və ümumi bank öhdəliklərində 31%
bərabər olub. Bu zaman qeyri-rezidentlərdən cəlb
edilən müddətli resursların xalis artımı yalnız 0,5%
olduğu halda, müddətli xarici borcların məcmu həcmi
1,86 mlrd. AZN təşkil edib. Müddətli xarici borclarının
ümumi bank öhdəliklərindəki payı 15,7% enib.
Ümumilikdə isə, son 3 ildə özəl bankların xarici borcu
41% azalaraq 640 mln. AZN qədər enmişdir.
Aktivlərin həcmi və strukturu
Hesabat ilində banklar tərəfindən nümayiş etdirilən
fəallıq və milli iqtisadiyyata dəstək, birbaşa olaraq
onların aktivlərinin həcminə və strukturuna müsbət
təsir edib. 2011-ci ildə bank sektorunun aktivləri
968,0 mln. manat və ya 7,3% artaraq 14 259,2 mln.
manata çatmışdır. Müqayisə üçün 2010-cu ildə bank
aktivlərinin artımı 5,8% olmuşdur. Bank kreditləri 727
mln. manat və ya 8,1% artaraq 1 yanvar 2012-ci il
tarixinə 9698,8 mln. manat səviyyəsinə çatmışdır.
Kreditlərin (xalis) aktivlərdə xüsusi çəkisi 68 % təşkil
etmişdir. Ən əsası isə uzunmüddətli kreditlərin həcmi
4,4% artaraq ilin sonuna 6834,4 mln. AZN təşkil
etmişdir. 2011-ci ilin sonuna bankların məcmu kredit
portfelində uzunmüddətli kreditlərin xüsusi çəkisi
71% təşkil edib.
İl ərzində kreditlərin valyuta strukturunda da müsbət
dəyişiklik müşahidə olunub. Məzənnə sabitliyinin
qorunub saxlanılması milli valyutada olan kreditlərin
8,7% artmasına və məcmu kredit portfelinin artımının
başlıca mənbəyinə çevrilməsinə gətirib. Hesabat ilinin
sonuna milli valyutada olan kreditlərin məcmu kredit
portfelindəki payı 65% qədər artıb.
Bankların kredit portfelinin strukturunda ev
təsərrüfatlarına, ticarət və xidmət sektoru tərəfindən
cəlb olunan kreditlərin payı mühüm yer tutur.
Kreditlər üzrə ən yüksək artım tempi inşaat və əmlak
sektorlarına (32,5%), ticarət və xidmət sahələrində
(29,2%), ev təsərrüfatlarına (21,9%), kənd təsərrüfatı
və emala (5%) verilən kreditlərdə müşahidə olunub. Ev
təsərrüfatlarına ayrılan kreditlər ilin sonuna 3085,2
mln. manat təşkil etdiyi zaman, onların bankların
ümumi kredit portfelindəki xüsusi çəkisi 28,2%-dən
31,8%-zə qədər artıb. Qeyd etmək lazımdır ki, il
ərzində ipoteka kreditləşmənin həcmi 43,4% artaraq
575,8 mln. AZN və ya cəmi kreditlərin 4,4%-ni təşkil
edib.
Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində payı
ilin sonuna 6,4%, qeyri-standart kreditlərin payı isə
8,5% təşkil etmişdir.
Bank aktivlərinin strukturunda qiymətli kağızlara
investisiyaların payı 8,8% bərabər olub. Bu
yatırmaların həcmi isə il ərzində 35,5% artaraq 1356,4
mln. AZN çatıb. Qiymətli kağız portfelinin strukturunda
da müsbət dəyişikliklər müşahidə olunub. Əgər
2010-cu ildə qiymətli kağızlarda korporativ qiymətli
kağızların payı 66,5% (666 mln. manat) olmuşdursa,
2011-ci ilin sonunda həmin göstərici artıq 70,8%
(959,8 mln.manat) təşkil etmişdir. Dövlət Qiymətli
Kağızlarına investisiya 18 % artmış və 2011-ci ilin
sonuna 394,6 mln. manata təşkil etmişdir.
Maraqlıdır ki, kreditlərin artımı şəraitində likvid
aktivlərin cəmi aktivlərə nisbəti il ərzində 14-19%
diapazonunda olmuşdur. Banklar tərəfindən aktiv
Unibank
2011-ci il
2010-cu il
Digər banklar
2010 - 2011-ci illərdə
bank aktivlərinin artım tempi
2011-ci illdə
banklarda qeyd olunan müştəri artımı
Unibank - 55 486
Digər banklar - 272 235
0
5
10
15
20
25