46
Ata, babası və ulu babası kimlərdir?
Atasının adı Yusif, babası Zəki, ulu babası Müəyyəd olmuşdur. Yenə şairin öz
yazdığı beytlərdən bu, aydın olur. Oğluna müraciətdə isə Məhəmməd Nizami oğlu deyə
təsdiqləyir.
Nizaminin anası: Bu qadın kürd qəbiləsindəndir. Bunu şairin özü də yazır:
Gər madəre mən rəiseye kord,
Madər sefətanə pişe mən mord.
Anam kürdün rəisəsi olsa da,
Qarşımda ana sifətində öldü. (103-19)
Şairin dayısı: bu adam Xacə Ömər olmuş, dövrünün mütərəqqi adamı sayılmış və
Nizaminin savad almasında əsas rol oynamışdır. Nizami bu barədə yazır:
Xacə Ömər mənim dayım idi,
Həm də mənim qol-qanadım idi. (103-21)
Nizaminin qadını: Onların sayı 3-dür. Lakin şair onları bir-birinin ölümündən
sonra almışdır. Özünün yazdığına görə ən gözəl günlərini birinci arvadı qıpçaq qızı
Afaqla keçirmişdir. Oğlu Məhəmməd də elə həmin Afaqla izdivacındandır. Dərbənd
şahı Afaqı Nizamiyə kəniz kimi göndərsə də, şair Afaqıın təmiz xislətini görüb onu
özünə ömür-gün yoldaşı etmişdir. Şair “Xosrov və Şirin” poemasını yazarkən Afaqı
nəzərdə tutduğunu vurğulamışdır.
Nizaminin ikinci və üçüncü qadını olduğu təsdiqlənsə də, nə şair özü, nə də
təzkirəçilər heç onların adlarını belə çəkməmişlər. Fikrimizcə, Nizami Afaqı sidq
ürəkdən sevdiyi üçün, digər o iki qadınla sadəcə olaraq bir yerdə yaşamaq xatirinə
evlənmişdir.
“Xosrov və Şirin” əsərinin 429-cu səhifəsində Nizami göstərir ki, Afaqın ölümü
onu çox sarsıdır və o, bundan sonra yaşamağın ləzzətini itirir. Daha sonra “Leyli və
Məcnun” və “İqbalnamə”də də buna işarə edir, təəssüflənir.
Nizaminin oğlu. Şairin özünün işarə etdiyi kimi onun Məhəmməd adlı bir oğlu
olmuşdur. Nizami “Xosrov və Şirin” poemasında onun 7, “Leyli və Məcnun” dastanında
47
14, “Yeddi Gözəl” əsərində 18-19 yaşında olduğunu göstərmişdir. Lakin “Şərəfnamə”
və “İqbalnamə” də bu haqda söhbət açmır.
Məhəmməd də çox ağıllı bir övlad olduğundan şair olmaq istəmiş, lakin Nizami
onun həkim olmasını arzulamışdır. Onun sonrakı taleyi barədə heç bir məlumat yoxdur.
Bu məqamda Hindistanlı professor Şəblinin bir yanlış fikrini də araşdırmağa dəyər.
O, isnad edir ki, guya Nizaminin bir qızı da varmış. Lakin onun adını belə çəkə bilmir.
Əlbətdə, bu fərziyə ilə əssasız yerə razılaşmaq olmaz. Həqiqətdə isə digər mənbələrin
hamısında Nizaminin bir övladı Məhəmməd olduğu göstərilir.
Nizaminin iqamətgahı, doğum yeri, tarixi, vəfatı və dəfn olunduğu yer. Bu
mətləbi doğru açmaq üçün ki, Nizaminin vətəni Gəncədir, yaxud o, İraqda doğulub uşaq
vaxtı atası ilə birlikdə Gəncəyə gəlmişlər, sadəcə olaraq fərziyələrdir. Əksər təzkirəçilər
şairin atasının İraq əsilli olub, Gəncəyə köçməsini göstərirlər və etiraf edirlər ki, Nizami
məhz Gəncədə doğulmuşdur. O, müsəlmandır. Nizaminin özünün “Xəmsə”sindəki
beytlərə nəzər salsaq o zaman görərik ki, şair özü də Gəncə və İraq adlarını çəkir.
“Sirlər xəzinəsi” dastanının 179-cu səhifəsində:
“Mən Gəncədəyəm, indi İraq məndən uzaqdadır”.
“Xosrov və Şirin” poemasının 361-ci səhifəsində:
“Bütün ədəb və elm sahibləri İraqın çərxindən keçmişlər”.
“Şərəfnamə” hissəsinin 53-cü səhifəsində Nizami yazır:
“İraqın elmi, onu dünyada ucaltmışdır”.
“İqbalnamə” bölməsində belə bir beytə rast gəlirik ki,
“Gəncədə olsam da, Qum şəhərinin əhliyəm”.
Bu beyt inandırıcı deyil, çünki, Nizaminin “İskəndərnamə” əsərinin köhnə
nüsxələrində buna rast gəlinmir.
Bizcə, bu təzkirəçilərin sonradan uydurduğu mülahizələrdir.
Lakin bu elmi işi ələ alan və onun açıqlanmasına çalışan bir insan kimi bu beytin
müxtəlif mənaları olduğunu söyləmək olar:
48
1.
Əgər Nizaminin atası İraqdandırsa da, ora əlbətdə “qumluq” bir sahədir və şair də
buna işarə edir.
2.
Qum şəhəri İranda böyük şəhərdir. Nizami ora işarə etmir.
3.
Ləzgilərin Qax rayonunda bir Qum kəndi var Nizamini ora aparıb çıxartmaq
gülüncdür. Yenə İraq, Gəncə və İranın Qumu inkişaf etmiş yerlərdir, oradan Nizami
yetişib çıxa bilər. Amma Qum kəndindən Nizaminin yetişməsi heç cür mümkün deyil.
Digər tərəfdən bütün təzkirəçilər, Nizamişünaslar ömür boyu təsdiq ediblər ki, Nizami
Gəncədə doğulub, təhsilini burada alıb, xəmsənin 5 əsərini bu şəhərdə yazıb, buradan
heç kənara çıxmayıb və burada da dəfn olunub və məzarı indi də ziyarətgaha
çevrilmişdir.
V.Dəstgerdi professor Ripkanın da Nizaminin Gəncədə olması fikirlərini də
göstərir. Buna misal olaraq “Xosrov və Şirin”dəki 14-cü səhifə, “Şərəfnamə”dəki 44-cü
səhifələri göstərmək kifayətdir.
Şairin doğum tarixi. Bu sahədə də azı 10 il fərqlərlə müəyyən fikirlər mövcuddur.
Lakin bizim dəqiqləşdirməmizə görə Nizami 1141-ci ildə Gəncədə təvəllüd etmişdir.
Bunu əksər Şərq və Qərb şərqşünasları göstərir.
Şairin rəhmətə getməsi. Nizami özü “İqbalnamə”nin 279-cu səhifəsində qeyd edir
ki, onun 63,5 yaşı var idi. Belə təxmin edilir ki, 0, 2-3 il daha yaşamış və rəhmətə
getmişdir. Bütün təzkirəçilər də bu fikirlə razılaşırlar. Ancaq Dövlətşah Səmərqəndi
şairin ölüm vaxtını 66 il göstərir. Onun da əldə heç bir dəlili yoxdur. Hər halda şairin bu
yaş arasında dünyasını dəyişdiyi ehtimal olunur.
Onun dəfn olunduğu yer. Nizaminin dəfn olunduğu yer Gəncədir ki, buna heç
şəkk-şübhə yoxdur. Indiki Gəncə şəhərinin 7 verstliyində şairin çox da böyük olmayan
məzarı mövcud olmuş və onu da rus hökümətinin icazəsi ilə inşa etmişlər. Bura tez bir
zamanda ziyarətgaha çevrilmişdir. Nizami məzarının fotosunu çəkmək mümkün
olmuşdur. Bu qəbir şairə layiq olmasa da, xalq tərəfindən bir ziyarətgah kimi inanc
yerinə çevrilmişdir.
Dostları ilə paylaş: |