BABURNAMƏ
417
Sultan Əli Məşhədi: XV əsrin məşhur xəttatı, Nəvainin müasiri.
Sultan Hüseyn: Cunpurdakı Şərqi sultanlarının sonuncusudur, 1458-79-
cu illər arasında hökm sürmüşdür.
Sultan Mahmud Qəznəvi: 388-421 = 988-1030. Hindistana 17 dəfə yürüş
etmişdir.
Qəznəvi türk dövləti 963-1187-ci illər arasında mövcud olmuşdur.
Sultan Müzəffər: 1512-26-cı illər arasında hökmdarlıq etmişdir.
Sultan Şəmsəddin Eltutmuş: 607-633-cü illərdə (=1210-1236) Dehlidə
sultan olmuşdur.
Sultanın məqbərəsi: Sultan Mahmud Qəznəvinin rövzə adlanan məqbərə-
si nəzərdə tutulur.
Süheyl: Kil ulduz topasının alfa ulduzu, Siriusdan sonra ən parlaq ulduz.
Onu görmək uğur sayılır.
Süleyman şah ibn Əli ibn Sultan Mahmud inb Əbu Səid Bədəxşani: Babur
ona “oğlum” deyirdi, çünki Sultan Əbu Səid hər ikisinin babalarından idi.
Şüleyman şah 920=1514-cü ildə doğulmuş, 997=1589-cu ildə ölmüşdür.
Şah İsmayıl Xətai: Səfəvi sülaləsinin banisi, böyük şair-hökmdar.
Şahi-səadətmənd: əbcəd hesabı ilə 934 = 1528-cu il edir.
Şahruxi: qızıl pul. 1 şahruxi 4,5 altın quruşdan bir az artıqdır.
Şahruxiyyə: əskidən Finakət və ya Bənəkət adlanan bu şəhər monqol hü-
cumu zamanı xarabaya çevrilmişdi. Əmir Teymur onu bərpa etdirərək oğlu
Şahruxun şərəfinə Şahruxiyyə adlandırmışdı. Hazırda xarabalıqları qalır.
Şahzadə: Baburun yaxın dostu, əvvəllər şahzadə, sonra şah olan I Təh-
masib (930-984 = 1524-1576).
Şeri: Hindistanda uzunluq ölçüsü. 1 şeri = 2 mil.
Şeyx Yəhya: Şeyx Şərafəddin Münirinin oğlu, çiştiyyə sufi təkkəsinin
başçısı. Vəfatı: 782 = 1381-ci il.
Şəhabəddin Quri: 569-602 = 1173-1205. Qəznə ilə Herat arasındakı vi-
layətlərdə hakim olmuşdur.
Şibaq/göy şibaq: qulan otu ilə birlikdə suya töküləndə balıqları səsəm
edən ot. Balıq ovunda istifadə edilmişdir.
Şibertu: bir aşırım. Hündürlüyü 3.200 metrdir.
Şiğaul: səfirlərin hökmdarla görüşünü təşkil edən seremonmeyster.
Şikdar: hərbi və mülki bir vəzifədir. İslam ölkələrində şikdar əvəzinə da-
ha çox təhsildar, yəni vergiyığan termini işlənmişdir.
Şiraz: Səmərqəndin bir tüməni.
Tabın: bölük. Savaş nizamındakı ordunun mərkəzinə (qol) daxil olan və
hökmdarın yanında yer alan bir bölüyün adı.
Tanıman/tanımal: hökmdar və ya idarə amirinin yanında öz qəbiləsini
təmsil edən və qəbiləsinə ait xüsuslarda məsləhətçi olan adam.
Tank: 799-cu ildən (=1396) Qucaratda hökm sürmüş bir sülalə.
Tank: Hindistanda işlənən bir ağırlıq ölçüsü. l tank = 4 maşə = 32 reti.
Zəhirəddin Məhəmməd BABUR
418
Tarxan: iki sözdən ibarətdir: tar = hədiyyə və xan. Tarxanlar bəy və tacir
olmaqla iki zümrədən ibarət idi. Tacir tarxanlar vergilərdən azad edilir, bəy
tarxanlarlar isə savaşda qazandıqları qəniməti heç kimlə, o cümlədən hökm-
darla da paylaşmırdılar.
Tarix: hər hansı hadisənin baş vermə vaxtını poetik şəkildə qeydə alan
xronoqram. Tarix sözlərdəki hərflərin əbcəd hesabı ilə qiymətlərinin cəmin-
dən ibarət olurdu.
Tarnov: arx, kanal, su yolu, nov, novça.
Tavaçı: yüksək saray mənsubu; hərbi komissar, ordunun boy artımı ilə,
canilərin edamı ilə və s. məşğul olurdu.
Təbəqəti-Nəsiri: Osman ibn Siracəddin əl-Cüzcaninin 658-ci (=1260)
ildə yazdığı və Dehli sultanı I Nəsirəddin Mahmuda ithaf etdiyi ümumi tarix
kitabı. Adı da buradan gəlir.
Təqti: mənzuməni vəzn parçalarına görə ayırıb aralıqlı oxuma.
Tənab: quş ovlamaq üçün işlənən ip; ölçü ipi. 1 tənab = 40 qədəm və 100
tənab = 100 küruh uzunluğunda bir məsafə ölçüsü..
Tənab: məsafə ölçüsü; təxminən 24 metr.
Təngə: ağ gümüş sikkə, gerçək dəyəri bu gün dəqiq bilinməyən bir pul
vahidi.
Təvarid: iki şairin bir-birindən xəbərsiz eyni misra və ya beyti söyləməsi.
Toqqay: çayın qıvrılması nəticəsində yaranan çıxıntıya verilən ad.
Toy: ziyafət, məclis; toy-düyün.
Törə (< törü): törə, qanun, qayda, gələnək, görənək, el adəti.
Tubulğu: qızıl söyüd; Fərqanə dağlarında yetişən, qabığı qırmızı tamarisk
ağacıdır. Əsa, qamçı sapı, quş qəfəsi və ox düzəltmək üçün işlənmişdir.
Tuğ: bayraq, sancaq.
Tuğçu: bayraqdar, ələmdar.
Tuğra: hökmdarın gerbi.
Tul: bir aşırım. Hündürlüyü 4.000 metrdir.
Tulğama: türk savaş taktikası. Düşməni döyüş zamanı sağdan və soldan
mühasirəyə almaq, mərkəzdən vurub məhv eləmək.
Tutam: dörd əlik (barmaq) enində bir uzunluq ölçüsü.
Tülə: Hindistanda işlənən bir ağırlıq ölçüsü. l tülə = 12 maşə.
Tümən: on min; pul, dinar. Kibəki isə Mavəraünnəhr bölgəsində 1308-26-
cı illər arasında hökm sürən Kibək xan tərəfindən qoyulmuş bir dinar stan-
dartıdır. Başqa bir mənası isə on min əsgər və ya on min dinar vergi verən
qəza (rayon), bölgə deməkdir.
Tünqatar: keşikçi, gözətçi, qarovul; xaqanın cangüdəni, özəl mühafizi.
Tünqatar sözü gecəni (tünü) gündüzə qatar, heç uyumaz mənasındadır.
Türküstan: Orta və Mərkəzi Asiyada yerləşən, Xəzər dənizindən Monqo-
lustana, Aral dənizindən Şimali Əfqanıstana qədər uzanan, təqribən 3 mil-
BABURNAMƏ
419
yon kv km-lik ərazini əhatə edən tarixi-coğrafi termin; Sır-Dəryanın sağ sa-
hilində yerləşən şəhərin adı (Qazaxıstan).
Uluğ bəyin rəsədxanası: 1434-cü ildə Uluğ bəy tərəfindən tikilmişdir.
Ulus: yer, məmləkət, diyar; el-oba, xalq; dövlət (Çağatay ulusu).
Ura-Təpə: hazırda Tacikistanın Xocənd vilayətində rayon mərkəzidir.
Uruq/uruğ: ailə üzvləri; tayfa; saray müxəlləfatı.
Uyğur: Şərqi Türküstanda (Uyğuristan) qədim türk xalqı.
Uzaqlıq və məsafə ölçüləri: Hindistanda:
1 mil = 4.000 qədəm.
1
qədəm = 1,5 kari = təxminən 90 sm.
1 kari = 6 tutam = təxminən 60 sm.
1 tutam = 4 əlik (barmaq) = təxminən 10 sm.
1
əlik = 6 arpa boyu = təxminən 2,5 sm.
1 arpa boyu = təxminən 4 mm.
1
tənab = 40 kari = təxminən 24 metr.
1 kari = təxminən 60 sm.
Özgənd: X əsrdə bir ara Qaraxanilərin paytaxtı olmuşdur. İndi Qırğızısta-
nın Oş vilayətində rayon mərkəzidir.
Üstürlab: ulduzların dünyaya görə yüksəkliyini tapmaqda işlədilən bir
astronomiya aləti, astrolyabiya.
Varuh: Tacikistanın Xocənd vilayətində İsfəra çayının sahilində yaşayış
məntəqəsi.
Vayin: yer altında mərtəbələri, otaqları olan xüsusi quyu.
Vird: müəyyən zamanlarda oxunması adət olan Quran cüzləri, duaları.
Yadaçılıq: yağış, qar yağdırmaq, külək qoparmaq üçün yada daşından is-
tifadə edilməsi. Mahmud Kaşğari bu barədə geniş məlumat vermişdir.
Yaqub Osman əl-Qəznəvi əl-Çərxi: məşhur sufi, Xoca Əhrarın müəllimi.
Vəfatı: 851 = 1447-ci il.
Yam: Səmərqənd vilayətində yaşayış məntəqəsi.
Yam: poçt atı.
Yamçı: poçtalyon, qasid, çapar.
Yarmaq: pul.
Yasal: səf, savaş səfi, döyüş nizamı. Türk ordusunda əskidən bəri olduğu
kimi, Babur zamanında da savaş nizamı belə idi:
İrəvül (irəli qol, önçü qol).
Cavanğar(sol qol).
Baranğar (sağ qol).
Qol (mərkəz).
Çağavul (geri qol, ardçı qol).
Babur savaşların birində cavanğarı və baranğarı öz aralarında sol və sağ
qollar olmaqla daha iki yerə bölmüş, mərkəzə də bir xassə tabın yerləşdir-
Zəhirəddin Məhəmməd BABUR
420
məklə türk döyüş sənətinə yenilik gətirmişdir.
Yasavul: yasaqçı, mühafizə məmuru, səflərin nizamını təmin edən zabit.
Yengə: böyük qardaşın və ya əminin arvadı.
Yəbrüh üs-sənəm: insan kökü adlanan bir bitki, adamotu, qanqurudan.
Yəxni: kabab.
Yurd: köçərilərin düşdükləri yer; hökmdar düşərgəsi, ordugah.
Yükündürmək: Baburda hökümdarın oğullarına və ya bəylərinə hər hansı
bir rütbə və ya mövqe verərkən keçirilən bir törəni göstərir. Digər bir məna-
sı hökmdar önündə sayğı ilə diz çökməkdir.
Yüz atlı(ğ): yüzbaşı; bugünkü kapitan rütbəsinə uyğundur.
Zəfərnamə: Baburun qələbələri haqqında Şeyx Zeyn tərəfindən qələmə
alınan zəfər məktubları.
Zəfərnamə: Teymurun tarixçisi Şərafəddin əl-Yəzdinin 882=1419-cu ildə
yazdığı məşhur əsər. Burada Əmir Teymurun zəfərlərindən danışılır.
Zəmbərək: holuqlu taxtaya bağlı qurma yaydan və dörd guşəli, baş bar-
maq qalınlığında, ucu dəmirli, arxasında düz uçmağı təmin edən lələyi olan
oxdan meydana gələn atəşsiz silah növü. Əsgərin zirehlərini dələcək güc-
dədir.
Zic: yaxud zeyr: əskidən ulduzların yerlərini və hərəkətlərini göstərmək
üçün hazırlanmış cədvəl, ulduz kataloqu.
Zünnar: müsəlman ölkələrində xristianların bellərinə bağladıqları xüsusi
rəngdə qurşaq.
R a m i z ƏSKƏR
10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qa-
raçanta kəndində müəllim ailəsində doğulmuşdur.
M.V.Lomonosov adına Moskva Dövlət Universite-
tinin jurnalistika fakültəsini bitirmişdir (1978).
Azərbaycan radiosunda redaktor (1978-83),
Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız və al-
man dillərində çıxan «Azərbaycan bugün» jurnalı-
nın baş redaktoru (1983–84), kiril, latın və ərəb
BABURNAMƏ
421
əlifbaları ilə nəşr olunan «Odlar yurdu» qəzetinin baş redaktoru (1984-91),
«Hürriyet» qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-93), Xa-
rici Turizm Şurasının idarə rəisi (1993-94), «XXI əsr» qəzetinin baş redaktoru
(1994–96), «Yeni Forum» jurnalının (Ankara) Bakı təmsilçisi (1993-97)
olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. Bakı
Dövlət Universitetinin bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri,
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun baş elmi işçisidir.
Filologiya elmləri doktorudur.
Azərbaycanın «Qızıl qələm», «Həsən bəy Zərdabi», «Humay», Küveytin
«İslama xidmət», Türkiyənin «Yeni Orhun» və «Türk dünyasına xidmət»,
TürkSOY-un “Özəl ödül”, Türkmənistanın «Altın əsr» mükafatları laureatıdır.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitu-
tunun (İPİ, Vyana) üzvü, Beynəlxalq Jurnalistlər Birlikləri Konfederasiyası
(Moskva) və Avrasiya Jurnalistlər Konfederasiyası (Ankara) idarə heyətlərinin
üzvüdür. Azərbaycanın əməkdar jurnalistidir. Türkologiya, ədəbiyyat, tarix və
jurnalistikaya dair kitablar yazmış, türk, rus, özbək, uyğur, türkmən, tatar, qa-
qauz dillərindən tərcümələr etmişdir. Bu sahədəki fəaliyyətinə görə Avrasiya
Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilmişdir (2010).
Monoqrafiyaları:
1. İqlimdən-iqlimə, təqvimdən-təqvimə. Bakı, İşıq, 1987, 104 s.
2. Qutadğu bilig. Bakı, Elm, 2003, 320 s.
3. Mahmud Kaşğari və onun «Divanü lüğat-it-türk» əsəri. Bakı, MBM,
2008, 432 s.
4. Mahmud Kaşğarinin 1000 illik yubileyinə 1000 biblioqrafik göstərici.
Bakı, MBM, 2008, 96 s.
5. Mahmud Kaşğarinin «Divanü lüğati-it-türk əsəri üzrə biblioqrafik və
qrammatik göstərici. Bakı, MBM,2008,192 s.
6. Mahmud Kaşğari və onun «Divanü lüğat-it-türk» əsəri. Bakı, MBM,
2009, 532 s.
7. Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» əsərinin tədrisi. Bakı,
MBM, 2011, 112 s.
Nəşr olunmuş tərcümə kitabları:
1. Azərbaycan Masalları. Bakı, Yazıçı, 1982, 196 s.
2. M.B.Məmmədzadə. Milli Azərbaycan hərəkatı. Bakı, Nicat, 1991, 248 s.
3. Faruq Sümər. Oğuzlar. Bakı, Yazıçı, 1992, 432 s.
4. Yusif Balasağunlu. Qutadğu bilig. Bakı, Azərnəşr, 1994, 492 s.
5. Murad Tağı. Həyatım. Bakı, Oka Ofset, 1998, 92 s.
6. Erik Fichtelius. Jurnalistikanın on qızıl qaydası. Bakı, AJB, 2002, 192 s.
7. Bahəddin Ögəl. Türk mifologiyasi. Bakı, Səda, 2004, I cild, 626 s.
8. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, I cild, 512 s.
9. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, II cild, 400 s.
10. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, III cild, 400 s.
11. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, IV cild, 752 s.
Zəhirəddin Məhəmməd BABUR
422
12. N.Ozerov. İlham Əliyev: Mən Azərbaycanıma inanıram. Bakı, Azər-
nəşr, 2007, 376 s.
13. Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, I
том, 512 с.
14. Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, II
том, 400 с.
15. Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, III
том, 492 с.
16. Oraz Yağmur. Qarabağlı ananın ağısı. Bakı, MBM, 2009, 84 s.
17. XX əsr özbək şeiri antologiyası. Bakı, MBM, 2009, 96 s.
18. Molla Nəfəs. Bu məkana gəlmişəm. Bakı, MBM, 2010, 160 s.
19. Molla Nəfəs. Seçilmiş əsərləri. Bakı, MBM, 2010, 240 s.
20. Todur Zanet. Ana dilim. Bakı, MBM, 2010, 104 s.
21. Məxdumqulu Fəraqi. Seçilmiş əsərləri. Bakı, MBM, 2010, 448 s.
22. Türk ədəbiyyati tarixi. Bakı, MBM, 2010, I cild, 602 s.
23. Türk ədəbiyyati tarixi. Bakı, MBM, 2010, II cild, 658 s.
24. Nurməhəmməd Əndəlib. Şeirlər, poemalar, dastanlar. Bakı, MBM,
2011, 292 s.
25. Zəhirəddin Məhəmməd Babur. Seçilmiş əsərləri. Bakı, MBM, 2011,
328 s.
26. Sultan Hüseyn Bayqara. Divan. Bakı, MBM, 2011, 248 s.
27. Abdulla Tukay. Millətim. Bakı, MBM, 2011, 268 s.
28. Mehri Xatun. Divan. Bakı, MBM, 2011, 368 s.
Türkcə, rusca, almanca və ermənicə bilir.
E-mail:
ramizasker@yahoo.com
İ ç i n d ə k i l ə r:
Qazi Zəhirəddin Məhəmməd Babur:
həyatı, şəxsiyyəti və əsərləri (Ramiz Əskər) ................................................3
Fərqanə.........................................................................................................20
Səkkiz yüz doxsan doqquzuncu ilin hadisələri.............................................20
Doqquz yüzüncü ilin hadisələri....................................................................42
Doqquz yüz birinci ilin hadisələri.................................................................51
Doqquz yüz ikinci ilin hadisələri..................................................................57
Doqquz yüz üçüncü ilin hadisələri...............................................................62
Doqquz yüz dördüncü ilin hadisələri............................................................77
Doqquz yüz beşinci ilin hadisələri................................................................85
Doqquz yüz altıncı ilin hadisələri.................................................................96
Doqquz yüz yeddinci ilin hadisələri...........................................................109
Doqquz yüz səkkizinci ilin hadisələri.........................................................116
BABURNAMƏ
423
Kabil...........................................................................................................135
Doqquz yüz onuncu ilin hadisələri.............................................................135
Doqquz yüz on birinci ilin hadisələri..........................................................169
Doqquz yüz on ikinci ilin hadisələri...........................................................197
Doqquz yüz on üçüncü ilin hadisələri........................................................217
Doqquz yüz on dördüncü ilin hadisələri.....................................................233
Doqquz yüz iyirmi beşinci ilin hadisələri...................................................238
Doqquz yüz iyirmi altıncı ilin hadisələri....................................................265
Hindistan.....................................................................................................269
Doqquz yüz otuz ikinci ilin hadisələri........................................................269
Doqquz yüz otuz üçüncü ilin hadisələri......................................................317
Doqquz yüz otuz dördüncü ilin hadisələri..................................................349
Doqquz yüz otuz beşinci ilin hadisələri......................................................358
Mətnə edilən əlavələr..................................................................................398
Qeydlər və izahlar.......................................................................................402
Zəhirəddin Məhəmməd BABUR
424
TürkSoy kitabxanası seriyası-12
Azərbaycn Milli Elmlər Akademiyası
Folklor İnstitutu
Elmi Şurasının qərarı ilə çap olunur
Çağatayca, türkcə və rusca
nəşrlərindən çevirən,
ön sözün, qeydlərin və izahların müəllifi:
Ramiz ƏSKƏR
Redaktoru:
Prof. Dr. Hüseyn İSMAYILOV
Zəhirəddin Məhəmməd BABUR. BABURNAMƏ.
Bakı, Nurlan, 2011, 424 s.
BABURNAMƏ
425
Korrektor: Leyla
Texniki redaktor: Ramin Abdullayev
Kompüterdə yığdı: Solmaz Əskərova
Dizayner: Hüseyn Əliyev
________________________________________
Çapa imzalanmışdır: 12.09.2011
Formatı: 70x100
Həcmi: 27 çap vərəqi
Tirajı: 1.000 ədəd
Nurlan mətbəəsində
çap olundu
Dostları ilə paylaş: |