21-ci Azərbaycan Beynəlxalq
Telekommunikasiya və İnformasiya
Texnologiyaları Sərgi və Konfransının hesabatı
2-5 dekabr, 2015
Bakı, Azərbaycan
2-5 dekabr tarixində Bakı Ekspo
Mərkəzində Xəzəryanı və Qafqaz
regionlarının telekommunikasiya və
informasiya texnologiyaları sahəsində
ən iri tədbiri - 21-ci Azərbaycan
Beynəlxalq “Telekommunikasiya və
İnformasiya texnologiyaları” (“Bakutel-
2015”) sərgisi baş tutdu. Keçirildiyi
illər ərzində sərgi Xəzəryanı regionda
hər il dünya ictimaiyyətinin diqqətini
özünə cəlb edən aparıcı İKT forumuna
çevrilmişdir. Son illər Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
İlham Əliyevin sərgini ziyarət etməsi
isə bu tədbirin yüksək statusunu bir
daha vurğulayır. Sərgiyə dəstək verən
Azərbaycan RespubTexnologiyalar
Nazirliyi sərginin inkişafı və
formalaşmasında, eləcə də bu tədbirə
yeni stimulun verilməsində böyük rol
oynayır.
Təşkilat komitə
Rəna Abutalıbova – Satiş üzrə rəhbər, Iteca Caspian
Zivər Novruzi –Layihə rəhbəri, Iteca Caspian
Babək Amaşov – Texniki menecer, Iteca Caspian
Emiliya Əliyeva – Texniki menecer, Iteca Caspian
Açelya Bayraktar – Satış üzrə menecer EUF, Türkiyə
Nataliya Sitnikova - Satış üzrə menecer ITE Moscow, Rusiya
Yana Sapunova - Satış üzrə menecer ITE Gulf FZ, Yaxın Şərg və İran
Dəstək
İnformasiya dəstəyi
Sərginin rəsmi tərəfdaşları
Rəsmi səyahət
agentliyi
Təhlükəsizlik
üzrə tərəfdaş
Rəsmi Mehmanlar
Sponsor
Kommunikasiya
üzrə tərəfdaş
Mətbuat konfransı
1 dekabr tarixində “Trend” Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində akkreditə olunmuş
jurnalistlər, BakuTel 2015 sərgisinə həsr olunmuş mətbuat konfransı habelə yerli və
xarici KİV nümayəndələrinin iştirak ilə mətbuat konfransı keçirildi. AR Rabitə və Yüksək
Texnologiyaları Nazir müavini cənab Elmir Vəlizadə, ITE Group şirkətinin icraçı
direktoru cənab Edvard Stroon, Iteca Caspian şirkətinin BakuTel sərgisi üzrə meneceri
xanım Rəna Abutalıbova, Iteca Caspian şirkətinin ictimaiyyət ilə əlaqələr menecerin
assistenti xanım Mədinə Həsənova mətbuat konfransının təşkilatçıları qismində iştirak
edirdilər.
Bakutel Sərgisinin Rəsmi Açılışı
“Bakutel-2015” sərgisinin ilk iş günündə Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri İlham Əliyev tədbiri ziyarət edərək sərgi
ekspozisiyası ilə tanış oldu. Azərbaycan Respublikası Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi öz stendində ölkə başçısına bu sənaye
sahəsinin inkişafı üzrə gələcək layihələr barədə məlumat verdi.
Prezident İlham Əliyev sonra sərgidəki digər stendlərlə də tanış olub,
BƏƏ-nin milli pavilyonunu da ziyarət edib.
Həmçinin, “Bakutel-2015” sərgisi
çərçivəsində ölkə başçısının iştirakı ilə
“Azərkosmos” ASC və Fransanın
“Arianespace” təşkilatı arasında
“Azerspace-2” peykinin orbitə
buraxılmasına dair müqavilənin
imzalanma mərasimi keçirildi.
“Azərkosmos” ASC-nin stendinə baxış
zamanı məlumat verilib ki, Qafqazda
yeganə peyk operatoru olan “Azərkosmos”
ASC telekommunikasiya və coğrafi
kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli
peyk xidmətləri təqdim edir. Prezident
İlham Əliyevin iştirakı ilə imzalanan
müqaviləyə əsasən, “Azerspace-2”
peykinin 2017-ci ildə Fransanın “Ariane-
5” raketi ilə Fransız Qvineyasından orbitə
çıxarılması nəzərdə tutulub.
Bakutel Sərgisinin Hadisələri
Sərginin rəsmi açılış mərasimində
Azərbaycan Respublikası rabitə və
yüksək texnologiyalar naziri Ramin
Quluzadə və “ITE Group” şirkətinin
regional direktoru cənab Edvard Stroon
iştirak edirdilər. R. Quluzadə öz çıxışı
əsnasında Azərbaycanda İT sənayesinin
inkişafı ilə bağlı həyata keçirilən
proqramların bariz nümunəsi olan
“Bakutel-2015”
sərgisinin
mühüm
rolunu qeyd etdi.
Edvard Stroon isə əməkdaşlıq və
dəstək üçün Azərbaycan Respublikası
Rabitə
və
Yüksək
Texnologiyalar
Nazirliyinə minnətdarlıq edərək bildirdi
ki, sərgi bu il dünyanın 21 ölkəsini
təmsil edən 203 şirkəti bir arada
toplamışdı və bütün iştirakçıların 15%-
ni debütantlar təşkil etmişdir.
Sərgini müşayiət edən geniş işgüzar proqram çərçivəsində iştirakçı ölkələr Bakı
Ekspo Mərkəzində bir sıra seminarlar təşkil etmişdilər.
•
Təşkilatçı: CISCO (ABŞ)
Mövzu: Kiberhücumların analitiklər sistemi; Video rabitənin yeni erası
İT duel. IT mütəxəssislərin beynəlxalq turniri.
•
Təşkilatçı: FURUKAWA ELECTRIC (Yaponiya)
Mövzu: Furukawa praktik seminarı: Optik lifli kabel və optik liflərin qaynaq
texnologiyası sahəsində qabaqcıl həllər.
•
Təşkilatçı: SAP (Almaniya)
Mövzu: Smart Azərbaycan üçün innovativ texnologiyalar: İnnovativ Liman
Loqistikası, İnnovativ Energetika, İnnovativ Kənd Təsərrüfatı, Hava
Daşımalarının İnteraktiv İdarəedilməsi Keçirilmə yeri: Bakı Ekspo Mərkəzi,
SAP stendi, No. 1002
•
Təşkilatçı: SMART NETWORK GROUP (Gürcüstan)
Mövzu: Qüsursuz kommunikasiyalar
•
Təşkilatçı: AZNEXT MMC (Azərbaycan)
Mövzu: CCNA Routing & Switching; Internet of everything; Linux
Işgüzar Proqram
İştirakçıların sayı: 203
Yerli iştirakçılar: 107
Beynəlxalq iştirakçılar: 96
Ümumi sahə: 5232 kv.m
İştirakçı ölkələrin sayı: 21
ABŞ, Almaniya, Azərbaycan, Belarus, Belçika, BƏƏ, Çin, Fransa, Gürcüstan,
İran, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Latviya, Litva, Rusiya, Serbiya,
Türkiyə, Ukrayna, Yaponiya
İŞTİRAKÇILAR
•
Telekommunikasiya və
şəbəkələr
•
Cihaz və aksessuarlar
•
Rəqəmsal biznes həllər
•
ECM və giriş-çıxış həlləri
•
ERP və məlumatların analizi
Sərginin bölmələri
Statistika
•
İştirak edən şirkətlərin 80% sərgidə işgüzar əlaqələrin qurduqlarını
təsdiqlədi
•
İştirakçıların 17% BakuTel 2015 sərgisində müqavilə imzalamışdırlar
•
İştirakçıların 82% sərginin nəticəsində müqavilələrin imzalanmasını
gözləyir
•
İştirakçıların 86% sərginin təşkilini dəstəkləyir və BakuTel 2015
sərgisində məhsul və xidmətlərin nümayişi üçün yaradılan şəraitdən tam
razıdı
•
İştirakçıların 82% oxşar tədbirlərdə iştirak edəcəklərini təsdiqlədi
•
İştirakçıların 92% BakuTel sərgisində iştirakı məsləhət edəcəklərini
təsdiqlədi
•
İT infrastrukturu və məlumat
mərkəzləri
•
İT xidmətlər
•
Tədqiqat və innovasiya
•
Təhlükəsizlik
•
Web və mobil rabitə
SƏRGİ HAQQINDA RƏYLƏR
“Hesab edirəm ki, “Bakutel” sərgisi kimi mühüm bir sənaye tədbiri ölkəmizdə və
bütövlükdə regionda informasiya-kommunikasiya bazarının inkişafına mühüm
təsir göstərir. Mən bu cür faydalı və perspektivli bir sərginin təşkilatçılarına
təşəkkür edir və onlara öz işlərində uğurlar diləyirəm”.
“Beynəlxalq “Bakutel” sərgisi regionda İT sahəsi üzrə əsas tədbirdir və bizim şirkət bu
tədbirdə ardıcıl olaraq ikinci ildir ki iştirak edir. Ötən il olduğu kimi, şirkətimiz bu il də
sərginin qeydiyyat üzrə sponsorudur. Biz korporativ texniki xidmətin təmin edilməsi və
təklif etdiyimiz bütün xidmətlər üzrə texniki dəstək sayəsində sifarişçilərimizlə
uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq niyyətindəyik.
Cavid Mustafayev,
“Eurodesign” şirkətində ictimaiyyətlə əlaqələr və tədbirlər üzrə koordinator
“Biz ümidvarıq ki, bu sərgi Azərbaycanın milli peyk operatoru ilə əməkdaşlığımızın
davam etdirilməsinə ən səmərəli şəkildə təsir göstərəcək. Onu da qeyd edim ki,
“Bakutel-2015” sərgisi həm iştirakçıların sayı, həm də tədbirdə təqdim edilən stend,
məhsul və xidmətlərin keyfiyyəti baxımından yüksək səviyyədə təşkil olunub”.
Floran Deİlli,
“Arianespace” şirkətinin satış üzrə Vitse-prezidenti
Emin Əkbərov,
“Digital Source” şirkətinin icraçı direktoru
“
Bakutel” sərgisində iştirakımızın bizim üçün mühüm məqamlarından biri də odur ki,
burada “SAP” şirkətinin innovativ həll variantlarından dünyanın aparıcı şirkətləri
tərəfindən istifadə olunması ilə bağlı təcrübəni Azərbaycanın iş adamları ilə bölüşə
bilirik”.
Sərxan Həşimov,
“SAP” şirkətinin Azərbaycandakı regional nümayəndəsi
“İldən-ilə ən yeni İT məhsul və xidmətlərinin nümayiş olunduğu “Bakutel” sərgisi
“Bestcomp Group” şirkəti üçün möhkəm işgüzar əlaqələrin qurulmasına və yeni layihələrin
yaradılmasına xidmət edən biznes-platformaya çevrilmişdir. Şirkətimizin mütəxəssisləri
sərginin keçirildiyi müddət ərzində dəyirmi masalarda və seminarlarda iştirak edir,
biznesin gələcək inkişafı üçün tərəfdaşlarla işgüzar əlaqələr qurur və dövlət strukturları,
sahibkarlar, eləcə də istehlakçılar arasında əməkdaşlıq məsələlərini müzakirə edirlər”.
Cəmilə Əmiraslanova,
“Bestcomp Group” şirkətinin marketinq üzrə meneceri
“Azərbaycanda İKT bazarına həsr edilmiş əsas tədbir olan “Bakutel” sərgisi sayəsində
“Cisco” şirkəti öz texnologiyaları vasitəsi ilə sifarişçilərinin diqqətəlayiq biznes nəticələrinə
nail olmalarına necə kömək etdiyini sərgiləyə bilir. Sərgidə iştirak etməklə, biz şirkətin
Azərbaycandakı mövqeyini möhkəmləndirməklə yanaşı, milli telekommunikasiya
infrastrukturunun inkişafında da yaxından iştirak etmək istəyirik
”.
Vladimir Orlov,
Cisco” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri
“Biz “Bakutel” sərgisində ilk dəfə iştirak etsək də, bu təşəbbüsü gələcəkdə də davam
etdirmək niyyətindəyik və bu da şirkətin Qafqaz regionunda daha da genişlənməsinə
şərait yaradacaq. Bu cür genişmiqyaslı sərgi brendimizin regiondakı mövqeyini
möhkəmləndirmək, eləcə də yeni istifadəçi və sifarişçiləri cəlb etmək baxımından
mühüm əhəmiyyət kəsb edir.”
Müşfiq Məmmədov,
“Kasperski laboratoriyası” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi
“Telekommunikasiya sahəsinin mühüm tədbiri olan “Bakutel” sərgisi bir sıra cari və
potensial müştərilərlə birbaşa əlaqə yaratmağımızı təmin edir. Bundan başqa,
sözügedən sərgi əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsi baxımından da
bizə kömək edir. Biz bu tədbirdə iştirakdan məmnunuq və səbirsizliklə sərgi
ziyarətçilərinin yolunu gözləyirik!”
Riçard Şirer,
“Bakcell” şirkətinin Baş icraçı direktoru
Ziyarətçilər
4 gün ərzində sərginin 8561 ziyarətçisi olub. Sərgi ziyarətçilərinin 75%-nı sahə
mütəxəssisləri təşkil edib 4 gün ərzində dünyanın 30 ölkəsindən (ABŞ, Almaniya,
Belarus, Belçika, BƏƏ, Birləşmiş Krallıq, Bolqarıstan, Çin, Fransa, Gürcüstan,
Hindistan, Xorvatiya, İraq, İran, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Latviya, Litva,
Macarıstan, Moldova, Niderland, Norveç, Polşa, Rusiya, Serbiya, Sloveniya, Sudan,
Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan) 250 ziyarətçi ziyarət etmişdir.
Mükafatlar
“Bakutel” sərgisi uzun illər ərzində yerli və regional İT və
telekommunikasiya bazarlarının iştirakçıları üçün ünsiyyət platforması
olmuşdur. Sərginin aktual işgüzar proqramı bizə həm Azərbaycanda,
həm də ümumilikdə dünyada İKT sənayesinin ən son təmayülləri
haqqında məlumat əldə etməyə imkan verir. Beləliklə, bu tədbirdə
iştirak ikiqat faydanı təmin edir”.
Sərgidə uğurlu iştirakın şərtlərindən biri də orijinal və parlaq
ekspozisiyanın təşkilidir. Stendləri bu meyara uyğun gələn
iştirakçılara xatirə sertifikatları təqdim olunub. Bu il aşağıdakı
nominasiyalar üzrə qalib gələn şirkətlərin siyahısı belədir:
•Ən yaxşı korporativ üslub” – R.I.S.K COMPANY
•Ən yaxşı stend tərtibatı – Azercosmos
•Ən optimal nəticə – BAKCELL
•Ən yaxşı debüt – HTECH INVEST
•İT sənayesinin ən yaxşı nümayişi – SAP
•Ziyarətçiləri stendə cəlb etmək üçün ən yaxşı üsul – AZERFON
•Ən çox ziyarət olunan stend – HUAWEI TECHNOLOGIES INVESTMENT
Axşam Ziyafəti
Dekabrın 3-də “Bakutel 2015”
sərgisinin açılışı münasibətilə “Art
Garden” restoranında rəsmi qəbul
təşkil olunub.
Tədbirlərlə zəngin iş günü dəvətlilərin
istirahət və qeyri-rəsmi şəraitdə söhbət
edə biləcəyi rahat məkanda başa çatıb.
20-ci Yubiley Azərbaycan Beynəlxalq
Telekommunikasiya və İnformasiya Texnologiyaları
Sərgi və Konfransı
2-5 dekabr, 2013
Bakı Ekspo Mərkəzi
Bakı, Azərbaycan
BİZƏ QOŞULUN!
Sizi 22-ci Azərbaycan Beynəlxalq
Telekommunikasiya və İnformasiya
Texnologiyaları Sərgisində gözləyirik
29 Noyabr-2 Dekabr 2016
Dostları ilə paylaş: |