Microsoft PowerPoint BakuTel2015 report az [Read-Only]



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
tarix15.10.2018
ölçüsü2,18 Mb.
#74174


21-ci Azərbaycan Beynəlxalq 

Telekommunikasiya və İnformasiya 

Texnologiyaları Sərgi və Konfransının hesabatı

2-5 dekabr, 2015

Bakı, Azərbaycan 



2-5 dekabr tarixində Bakı Ekspo

Mərkəzində Xəzəryanı və Qafqaz 

regionlarının telekommunikasiya və 

informasiya texnologiyaları sahəsində 

ən iri tədbiri - 21-ci Azərbaycan 

Beynəlxalq “Telekommunikasiya və 

İnformasiya texnologiyaları” (“Bakutel-

2015”) sərgisi baş tutdu. Keçirildiyi 

illər ərzində sərgi Xəzəryanı regionda 

hər il dünya ictimaiyyətinin diqqətini 

özünə cəlb edən aparıcı İKT forumuna 

çevrilmişdir. Son illər Azərbaycan 

Respublikasının Prezidenti Zati-aliləri

İlham Əliyevin sərgini ziyarət etməsi 

isə bu tədbirin yüksək statusunu bir 

daha vurğulayır. Sərgiyə dəstək verən 

Azərbaycan RespubTexnologiyalar

Nazirliyi sərginin inkişafı və 

formalaşmasında, eləcə də bu tədbirə 

yeni stimulun verilməsində böyük rol 

oynayır.



Təşkilat  komitə

Rəna Abutalıbova – Satiş üzrə rəhbər, Iteca Caspian

Zivər Novruzi –Layihə rəhbəri, Iteca Caspian

Babək Amaşov – Texniki menecer, Iteca Caspian

Emiliya Əliyeva – Texniki menecer, Iteca Caspian

Açelya Bayraktar – Satış üzrə menecer EUF, Türkiyə

Nataliya Sitnikova - Satış üzrə menecer ITE Moscow, Rusiya

Yana Sapunova - Satış üzrə menecer ITE Gulf FZ, Yaxın Şərg və İran




Dəstək

İnformasiya dəstəyi 




Sərginin rəsmi tərəfdaşları

Rəsmi səyahət 

agentliyi 

Təhlükəsizlik 

üzrə tərəfdaş

Rəsmi Mehmanlar

Sponsor

Kommunikasiya 



üzrə tərəfdaş


Mətbuat konfransı

1 dekabr tarixində “Trend” Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində akkreditə olunmuş

jurnalistlər, BakuTel 2015 sərgisinə həsr olunmuş mətbuat konfransı habelə yerli və

xarici KİV nümayəndələrinin iştirak ilə mətbuat konfransı keçirildi. AR Rabitə və Yüksək

Texnologiyaları Nazir müavini cənab Elmir Vəlizadə, ITE Group şirkətinin icraçı

direktoru cənab Edvard Stroon, Iteca Caspian şirkətinin BakuTel sərgisi üzrə meneceri

xanım Rəna Abutalıbova, Iteca Caspian şirkətinin ictimaiyyət ilə əlaqələr menecerin

assistenti xanım Mədinə Həsənova mətbuat konfransının təşkilatçıları qismində iştirak

edirdilər.



Bakutel Sərgisinin Rəsmi Açılışı

“Bakutel-2015” sərgisinin ilk iş günündə Azərbaycan Respublikasının

Prezidenti Zati-aliləri İlham Əliyev tədbiri ziyarət edərək sərgi

ekspozisiyası ilə tanış oldu. Azərbaycan Respublikası Rabitə və Yüksək

Texnologiyalar Nazirliyi öz stendində ölkə başçısına bu sənaye

sahəsinin inkişafı üzrə gələcək layihələr barədə məlumat verdi.

Prezident İlham Əliyev sonra sərgidəki digər stendlərlə də tanış olub,

BƏƏ-nin milli pavilyonunu da ziyarət edib.




Həmçinin, “Bakutel-2015” sərgisi 

çərçivəsində ölkə başçısının iştirakı ilə 

“Azərkosmos” ASC və Fransanın 

“Arianespace” təşkilatı arasında 

“Azerspace-2” peykinin orbitə 

buraxılmasına dair müqavilənin 

imzalanma mərasimi keçirildi.

“Azərkosmos” ASC-nin stendinə baxış 

zamanı məlumat verilib ki, Qafqazda 

yeganə peyk operatoru olan “Azərkosmos” 

ASC telekommunikasiya və coğrafi 

kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli 

peyk xidmətləri təqdim edir. Prezident 

İlham Əliyevin iştirakı ilə imzalanan 

müqaviləyə əsasən, “Azerspace-2” 

peykinin 2017-ci ildə Fransanın “Ariane-

5” raketi ilə Fransız Qvineyasından orbitə 

çıxarılması nəzərdə tutulub.




Bakutel Sərgisinin Hadisələri

Sərginin rəsmi açılış mərasimində

Azərbaycan Respublikası rabitə və

yüksək texnologiyalar naziri Ramin

Quluzadə və “ITE Group” şirkətinin

regional direktoru cənab Edvard Stroon

iştirak edirdilər. R. Quluzadə öz çıxışı

əsnasında Azərbaycanda İT sənayesinin

inkişafı ilə bağlı həyata keçirilən

proqramların bariz nümunəsi olan

“Bakutel-2015”

sərgisinin

mühüm

rolunu qeyd etdi.



Edvard Stroon isə əməkdaşlıq və

dəstək üçün Azərbaycan Respublikası

Rabitə



Yüksək



Texnologiyalar

Nazirliyinə minnətdarlıq edərək bildirdi

ki, sərgi bu il dünyanın 21 ölkəsini

təmsil edən 203 şirkəti bir arada

toplamışdı və bütün iştirakçıların 15%-

ni debütantlar təşkil etmişdir.




Sərgini müşayiət edən geniş işgüzar proqram çərçivəsində iştirakçı ölkələr Bakı  

Ekspo Mərkəzində bir sıra seminarlar təşkil etmişdilər.

Təşkilatçı: CISCO (ABŞ)



Mövzu: Kiberhücumların analitiklər sistemi; Video rabitənin yeni erası

İT duel. IT mütəxəssislərin beynəlxalq turniri.

Təşkilatçı: FURUKAWA ELECTRIC (Yaponiya)



Mövzu: Furukawa praktik seminarı: Optik lifli kabel və optik liflərin qaynaq  

texnologiyası sahəsində qabaqcıl həllər. 

Təşkilatçı: SAP (Almaniya)



Mövzu: Smart Azərbaycan üçün innovativ texnologiyalar: İnnovativ Liman   

Loqistikası, İnnovativ Energetika, İnnovativ Kənd Təsərrüfatı, Hava 

Daşımalarının İnteraktiv İdarəedilməsi Keçirilmə yeri: Bakı Ekspo Mərkəzi, 

SAP stendi, No. 1002

Təşkilatçı: SMART NETWORK GROUP (Gürcüstan)



Mövzu: Qüsursuz kommunikasiyalar

Təşkilatçı: AZNEXT MMC (Azərbaycan)



Mövzu: CCNA Routing & Switching; Internet of everything; Linux

Işgüzar Proqram




İştirakçıların sayı: 203

Yerli iştirakçılar: 107

Beynəlxalq iştirakçılar: 96

Ümumi sahə: 5232 kv.m

İştirakçı ölkələrin sayı: 21

ABŞ, Almaniya, Azərbaycan, Belarus, Belçika, BƏƏ, Çin, Fransa, Gürcüstan,  

İran, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Latviya, Litva, Rusiya, Serbiya, 

Türkiyə, Ukrayna, Yaponiya

İŞTİRAKÇILAR



Telekommunikasiya və 

şəbəkələr

Cihaz və aksessuarlar



Rəqəmsal biznes həllər

ECM və giriş-çıxış həlləri



ERP və məlumatların analizi

Sərginin bölmələri

Statistika

İştirak edən şirkətlərin 80% sərgidə işgüzar əlaqələrin qurduqlarını



təsdiqlədi

İştirakçıların 17% BakuTel 2015 sərgisində müqavilə imzalamışdırlar



İştirakçıların 82% sərginin nəticəsində müqavilələrin imzalanmasını

gözləyir

İştirakçıların 86% sərginin təşkilini dəstəkləyir və BakuTel 2015 



sərgisində məhsul və xidmətlərin nümayişi üçün yaradılan şəraitdən tam 

razıdı


İştirakçıların 82% oxşar tədbirlərdə iştirak edəcəklərini təsdiqlədi

İştirakçıların 92% BakuTel sərgisində iştirakı məsləhət edəcəklərini



təsdiqlədi

İT infrastrukturu və məlumat 



mərkəzləri

İT xidmətlər



Tədqiqat və innovasiya

Təhlükəsizlik



Web və mobil rabitə




SƏRGİ HAQQINDA RƏYLƏR

“Hesab edirəm ki, “Bakutel” sərgisi kimi mühüm bir sənaye tədbiri ölkəmizdə və 

bütövlükdə regionda informasiya-kommunikasiya bazarının inkişafına mühüm 

təsir göstərir. Mən bu cür faydalı və perspektivli bir sərginin təşkilatçılarına 

təşəkkür edir və onlara öz işlərində uğurlar diləyirəm”. 

“Beynəlxalq “Bakutel” sərgisi regionda İT sahəsi üzrə əsas tədbirdir və bizim şirkət bu

tədbirdə ardıcıl olaraq ikinci ildir ki iştirak edir. Ötən il olduğu kimi, şirkətimiz bu il də

sərginin qeydiyyat üzrə sponsorudur. Biz korporativ texniki xidmətin təmin edilməsi və 

təklif etdiyimiz bütün xidmətlər üzrə texniki dəstək sayəsində sifarişçilərimizlə

uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq niyyətindəyik. 

Cavid Mustafayev,

“Eurodesign” şirkətində ictimaiyyətlə əlaqələr və tədbirlər üzrə koordinator

“Biz ümidvarıq ki, bu sərgi Azərbaycanın milli peyk operatoru ilə əməkdaşlığımızın

davam etdirilməsinə ən səmərəli şəkildə təsir göstərəcək. Onu da qeyd edim ki, 

“Bakutel-2015” sərgisi həm iştirakçıların sayı, həm də tədbirdə təqdim edilən stend, 

məhsul və xidmətlərin keyfiyyəti baxımından yüksək səviyyədə təşkil olunub”.

Floran Deİlli,

“Arianespace” şirkətinin satış üzrə Vitse-prezidenti

Emin Əkbərov,

“Digital Source” şirkətinin icraçı direktoru

Bakutel” sərgisində iştirakımızın bizim üçün mühüm məqamlarından biri də odur ki, 



burada “SAP” şirkətinin innovativ həll variantlarından dünyanın aparıcı şirkətləri 

tərəfindən istifadə olunması ilə bağlı təcrübəni Azərbaycanın iş adamları ilə bölüşə 

bilirik”. 

Sərxan Həşimov,

“SAP” şirkətinin Azərbaycandakı regional nümayəndəsi



“İldən-ilə ən yeni İT məhsul və xidmətlərinin nümayiş olunduğu “Bakutel” sərgisi 

“Bestcomp Group” şirkəti üçün möhkəm işgüzar əlaqələrin qurulmasına və yeni layihələrin 

yaradılmasına xidmət edən biznes-platformaya çevrilmişdir. Şirkətimizin mütəxəssisləri 

sərginin keçirildiyi müddət ərzində dəyirmi masalarda və seminarlarda iştirak edir, 

biznesin gələcək inkişafı üçün tərəfdaşlarla işgüzar əlaqələr qurur və dövlət strukturları, 

sahibkarlar, eləcə də istehlakçılar arasında əməkdaşlıq məsələlərini müzakirə edirlər”.

Cəmilə Əmiraslanova, 

“Bestcomp Group” şirkətinin marketinq üzrə meneceri

“Azərbaycanda İKT bazarına həsr edilmiş əsas tədbir olan “Bakutel” sərgisi sayəsində 

“Cisco” şirkəti öz texnologiyaları vasitəsi ilə sifarişçilərinin diqqətəlayiq biznes nəticələrinə 

nail olmalarına necə kömək etdiyini sərgiləyə bilir. Sərgidə iştirak etməklə, biz şirkətin 

Azərbaycandakı mövqeyini möhkəmləndirməklə yanaşı, milli telekommunikasiya 

infrastrukturunun inkişafında da yaxından iştirak etmək istəyirik

”.

Vladimir Orlov, 



Cisco” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri

“Biz “Bakutel” sərgisində ilk dəfə iştirak etsək də, bu təşəbbüsü gələcəkdə də davam 

etdirmək niyyətindəyik və bu da şirkətin Qafqaz regionunda daha da genişlənməsinə

şərait yaradacaq. Bu cür genişmiqyaslı sərgi brendimizin regiondakı mövqeyini 

möhkəmləndirmək, eləcə də yeni istifadəçi və sifarişçiləri cəlb etmək baxımından 

mühüm əhəmiyyət kəsb edir.”

Müşfiq Məmmədov, 

“Kasperski laboratoriyası” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi

“Telekommunikasiya sahəsinin mühüm tədbiri olan “Bakutel” sərgisi bir sıra cari və 

potensial müştərilərlə birbaşa əlaqə yaratmağımızı təmin edir. Bundan başqa, 

sözügedən sərgi əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsi baxımından da 

bizə kömək edir. Biz bu tədbirdə iştirakdan məmnunuq və səbirsizliklə sərgi 

ziyarətçilərinin yolunu gözləyirik!” 

Riçard Şirer, 

“Bakcell” şirkətinin Baş icraçı direktoru



Ziyarətçilər

4 gün ərzində sərginin 8561 ziyarətçisi olub. Sərgi ziyarətçilərinin 75%-nı sahə

mütəxəssisləri təşkil edib 4 gün ərzində dünyanın 30 ölkəsindən (ABŞ, Almaniya,

Belarus, Belçika, BƏƏ, Birləşmiş Krallıq, Bolqarıstan, Çin, Fransa, Gürcüstan,

Hindistan, Xorvatiya, İraq, İran, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Latviya, Litva,

Macarıstan, Moldova, Niderland, Norveç, Polşa, Rusiya, Serbiya, Sloveniya, Sudan,

Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan) 250 ziyarətçi ziyarət etmişdir.



Mükafatlar 

“Bakutel” sərgisi uzun illər ərzində yerli və regional İT və

telekommunikasiya bazarlarının iştirakçıları üçün ünsiyyət platforması

olmuşdur. Sərginin aktual işgüzar proqramı bizə həm Azərbaycanda,

həm də ümumilikdə dünyada İKT sənayesinin ən son təmayülləri

haqqında məlumat əldə etməyə imkan verir. Beləliklə, bu tədbirdə

iştirak ikiqat faydanı təmin edir”.

Sərgidə uğurlu iştirakın şərtlərindən biri də orijinal və parlaq

ekspozisiyanın təşkilidir. Stendləri bu meyara uyğun gələn

iştirakçılara xatirə sertifikatları təqdim olunub. Bu il aşağıdakı

nominasiyalar üzrə qalib gələn şirkətlərin siyahısı belədir:

•Ən yaxşı korporativ üslub” – R.I.S.K COMPANY

•Ən yaxşı stend tərtibatı – Azercosmos

•Ən optimal nəticə – BAKCELL

•Ən yaxşı debüt – HTECH INVEST 

•İT sənayesinin ən yaxşı nümayişi – SAP 

•Ziyarətçiləri stendə cəlb etmək üçün ən yaxşı üsul – AZERFON

•Ən çox ziyarət olunan stend – HUAWEI TECHNOLOGIES INVESTMENT 





Axşam  Ziyafəti 

Dekabrın 3-də “Bakutel 2015” 

sərgisinin açılışı münasibətilə “Art 

Garden” restoranında rəsmi qəbul 

təşkil olunub. 

Tədbirlərlə zəngin iş günü dəvətlilərin 

istirahət və qeyri-rəsmi şəraitdə söhbət 

edə biləcəyi rahat məkanda başa çatıb. 





20-ci Yubiley Azərbaycan Beynəlxalq

Telekommunikasiya və İnformasiya Texnologiyaları 

Sərgi və Konfransı

2-5 dekabr, 2013

Bakı Ekspo Mərkəzi

Bakı, Azərbaycan

BİZƏ QOŞULUN!

Sizi 22-ci Azərbaycan Beynəlxalq 

Telekommunikasiya və İnformasiya 

Texnologiyaları Sərgisində gözləyirik



29 Noyabr-2 Dekabr 2016

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə