3
GİRİŞ
Yaxın Şərq ədəbiyyatının inkişafında azərbaycanlı
sənətkarların böyük tarixi xidmətləri olmuşdur. Lakin bu ədəbi
simaların əksəriyyəti mövcud ictimai-siyasi
mühitin təsiri
altında doğma dillərində yazıb-yarada bilmədiklərindən öz milli
ədəbiyyatından təcrid olmuş, ədəbi irsi lazımi səviyyədə
araşdırılıb öyrənilməmişdir. Bu baxımdan Azərbaycan
ədəbiyyatı tarixində fars dilində yazıb-yaratmış XIV əsrin
istedadlı şairi Salman Savəcinin (1300-1377) həyatı və ədəbi
irsi diqqəti cəlb edir.
Zəngin yaradıcılıq diapozonuna və fövqəladə istedada
malik olan, qələmə aldığı misilsiz sənət inciləri dövrünün
görkəmli şəxsiyyətləri, söz ustaları tərəfindən yüksək
qiymətləndirilən Salman Savəcinin həyat və yaradıcılığının el-
mi araşdırması olduqca əhəmiyyətlidir. Azərbaycan ədəbiyyatı
tarixində XIV əsr ədəbi mühiti o qədər zəngin və çoxcəhətlidir
ki, S.Savəcinin həyat və yaradıcılığının monoqrafik tədqiqatı bu
mühitin mühüm problemlərinin üzə çıxarılması deməkdir.
İndiyədək diqqət xaricində qalmış S.Savəcinin ədəbi
irsinin
sistemli şəkildə araşdırılması bu baxımdan xüsusi maraq
doğurur. Nizami ədəbi məktəbinin XIV əsr davamçılarından
biri kimi də S.Savəcinin ədəbi irsi müasir Azərbaycan ədəbiy-
yatşünaslığı üçün mühüm əhəmiyyət kəsb edir.
Mənşəcə azərbaycanlı olan Salman Savəci fars dilində
yazıb-yaratmışsa da həyatı daim Təbriz mühiti, doğma Azər-
baycanla bağlı olmuşdur.
4
Monoqrafiyada S.Savəcinin həyatı və bədii irsini
araşdırmaqla qüdrətli bir şairin həyatı və bədii irsi ilə əlaqədar
faktiki materialların təhlilə cəlb edilməsi nəzərdə tutulmuşdur.
Bu dediklərimizlə əlaqədar
materiallardan əlavə, mövzu ilə
bağlı tarixi, elmi, ədəbi qaynaqlar toplum halında tədqiqatın
predmeti kimi götürülmüşdür.
Araşdırma Salman Savəci haqqında mövcud olan ədəbi-
elmi məxəzləri, onların özəl xüsusiyyətlərini müəyyən-
ləşdirmək, şairin ədəbi-ictimai mühiti və həyatı haqqında
indiyədək Azərbaycan ədəbiyyatşünaslığına məlum olmayan
məqamları dəqiqləşdirmək və aydınlaşdırmaq, ədəbi-bədii irsi
haqqında ətraflı məlumat vermək məqsədi daşıyır. Bunun üçün
tədqiqatçının üzərinə aşağıdakı vəzifələr düşür:
– Salman Savəcinin həyatını və onu görkəmli ədəbi sima
kimi tanıtdıran poetik yaradıcılığını səciyyələndirən əsas
əlamətləri öyrənmək;
– müasiri olan söz sənətinin görkəmli sənətkarları sırasında
tutduğu mövqeyi araşdırmaq;
– onu öz dövründə və sonralar söz sənəti sahəsində tanıt-
dıran və məşhurlaşdıran lirik şeirlərinin araşdırılmasında şairin
ümumiyyətlə bədii irsində nəzərə çarpan bir sıra
xarakterik
cəhətlərə işıq salmaq;
– Nizami Gəncəvi ədəbi məktəbinin XIV əsrdə davamçısı
kimi şairin epik əsərləri haqqında ilkin dolğun məlumat
vermək, bu əsərlərin Azərbaycan ədəbiyyatı tarixində tutduğu
mövqeyi və təsir dairəsini müəyyənləşdirmək;
– əsərlərinin janr-poetik xüsusiyyətlərini ümumiləşdirmək
və s.
5
Azərbaycan ədəbiyyatşünaslığında bu tədqiqatın mövzusu
tamamilə yenidir. Orta əsrin fars dilli Azərbaycan ədəbiyyatının
görkəmli simalarından olan Salman Savəcinin həyatı və yara-
dıcılığı bu vaxtadək nəinki monoqrafik planda ayrıca tədqiqat
obyekti olmuşdur, əksinə onun ədəbi-bədii irsindən nümunələr
belə mənsub olduğu xalqın
dilinə tərcümə edilməmiş, nəşr
olunub geniş oxucu auditoriyasına çatdırılmamışdır. Yalnız
İran, hind, rus və Qərbi Avropa tədqiqatçıları şairin yara-
dıcılığının bəzi məqamlarına toxunmuşlar; Savəcinin poetik irsi
bütövlükdə monoqrafik tədqiqatdan kənarda qalmışdır.
Tədqiqat işinin elmi yeniliyi bilavasitə onun orijinal
obyekti və predmeti ilə bağlıdır. İlk dəfə olaraq bizim
tərəfimizdən Salman Savəcinin həyat və yaradıcılığının poetik
xüsusiyyətləri sistemli şəkildə araşdırılaraq fars dilli
Azərbaycan şairinin milli-bədii
düşüncə tərzi, estetik idealı
aşkarlanır.
Tədqiqat işində ilk olaraq:
– Salman Savəci haqqında mövcud olan ilkin ədəbi-elmi
məxəzlər, onların poetik-nəzəri xüsusiyyətləri elmi
araşdırmanın predmeti olmuşdur;
– şairin poetik dünyası, ədəbi-ictimai mühiti və həyatı
bilavasitə onun öz əsərləri əsasında öyrənilərək dəyərləndirilir;
– Salman Savəcinin bədii irsinin janrlar üzrə təsnifatı
aparılmış, şairin klassik lirik şeirin müxtəlif janrları: qəzəl,
qəsidə və s. ədəbi formalarda onu öz dövründə məşhurlaşdıran
özünəməxsus səciyyəvi cəhətlər aşkarlanmış, bu təsnifat fəsillər
üzrə cəmləşdirilmiş, hər fəsil yarımfəsillər və bəndlərlə ayrıca
şəkildə elmi-nəzəri və bədii cəhətdən təhlil edilmişdir;
– Salman Savəciyə müasirlərinin və sonrakı dövr Yaxın
Şərq ədəbiyyatının görkəmli söz ustalarının,
eləcə də bir çox
6
azərbaycanlı müəlliflərin verdikləri dəyərli qiymətlər, onların
tarixi funksional mövqeləri açıqlanmışdır;
– Nizami ədəbi məktəbinin təsiri altında qələmə aldığı
epik-lirik «Cəmşid və Xurşid» və lirik-romantik «Fərağnamə»
poemalarının ideya-bədii özəllikləri öyrənilərək təhlil edilmiş,
təsir dairəsi açıqlanmışdır.
Milli ədəbiyyatımızın yeni bir nümayəndəsinin həyat və
yaradıcılığının monoqrafik araşdırılması çağdaş Azərbaycan
şərqşünaslıq elmi üçün də aktual bir problemdir.
S.Savəcinin həyat və yaradıcılığının öyrənilməsi, onun
yaradıcılığının elmi təsnifatı, poetik səciyyəsi və s. geniş
aspektli tədqiqat predmetinə çevrilmədən ətraflı, doğru-düzgün
elmi təsəvvür ortaya çıxa bilməz. Buna görə də Salman
Savəcinin həyat və yaradıcılığının
monoqrafik planda tədqiqi
müasir Azərbaycan ədə-biyyatşünaslığı üçün mühüm elmi
əhəmiyyət kəsb edir.
Əsər Salman Savəcinin həyat və yaradıcılığının monoqrafik
araşdırılması sahəsində ilk tədqiqat işi olduğundan gələcəkdə
bu sahədə, həm də şairin yaşayıb-yaratdığı dövrə aid aparılacaq
digər elmi işlər üçün əsas nəzəri mənbələrdən biri hesab edilə
bilər. Eyni zamanda bu əsərin əsas elmi mündəricə və nəticələ-
rindən Azərbaycan ədəbiyyat tarixinin XIV əsrdəki durumunun
öyrənilməsində, ali məktəblərin
filologiya fakültələrində
ədəbiyyat tarixinin, seçmə fənlərin tədrisində, orta məktəblərin
ədəbiyyat dərsliklərinin uyğun bölmələrinin dolğun şəkildə
tərtibində istifadə oluna bilər.
Həmçinin, Azərbaycan ədəbiyyatı ilə bağlı sistemli
nəşrlərin hazırlanmasında da bu tədqiqatın materiallarından
faydalanmaq olar.
Tarixi-mədəni şəraitin diktəsi ilə fars dilində yazıb-