Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi
münasibətləri tənzimləyir, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin tətbiqində hüquqi təminatlar
sistemini müəyyən edir.
I F ə s i l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı
1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin
siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə
bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi
məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir.
1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və
milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin
yaradılmasına yönəlmişdir.
1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları
tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan
Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna,
iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək
kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və
qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir.
1.4. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata
keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən
qorunmasına yönəlmişdir.
M a d d ə 2 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin hüquqi əsasları
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının
Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında"
Azərbaycan Respublikasının qanunları, bu qanun və digər normativ hüquqi aktlar, habelə
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.
M a d d ə 3 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin əsas prinsipləri
3.0. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:
3.0.1. qanunçuluq;
3.0.2. insan və vətəndaş hüquqları və azadlıqlarına riayət edilməsi;
3.0.3. humanistlik;
3.0.4. konspirasiya, aşkar və qeyri-aşkar üsul və vasitələrin uzlaşdırılması;
3.0.5. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının bilavasitə tabeliyində
və nəzarətində olması.
M a d d ə 4 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətində insan və vətəndaş hüquq və
azadlıqlarının təminatları
4.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti həyata keçirilərkən şəxsiyyətin şərəf və ləyaqətini
alçaldan hərəkətlərə yol verilməməlidir. Hər bir şəxs kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin
subyektləri ilə əməkdaşlığa yalnız öz razılığı ilə cəlb edilə bilər.
4.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla
kəşfiyyat
və
əks-kəşfiyyat
fəaliyyəti
zamanı
şəxsi
toxunulmazlıq
hüququnun
məhdudlaşdırılmasına yol verilmir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti prosesində hər kəsin
şəxsi və ailə həyatı barədə əldə edilmiş sirlərin onun razılığı olmadan açıqlanmasına yol
verilmir.
4.3. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirləri tətbiq edilərkən mənzil
toxunulmazlığı, telefon danışıqları, poçt, teleqraf və digər göndərişlər vasitəsi ilə ötürülən
məlumatların sirrini saxlamaq hüquqlarının məhdudlaşdırılması, həmçinin texniki rabitə
kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi ilə
əlaqədar tədbirlərin keçirilməsinə "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan
Respublikası qanunu, habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə
nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.
4.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları öz xidməti vəzifələrini
yerinə yetirərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına yol verdikdə,
müvafiq subyektlər bu hüquq və azadlıqların bərpa olunması, dəymiş zərərin ödənilməsi və
təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməlidirlər.
4.5. Hakimiyyətdən sui-istifadə etmiş və ya qulluq səlahiyyətlərini aşmış kəşfiyyat və əks-
kəşfiyyat
fəaliyyəti
subyektlərinin
vəzifəli
şəxsləri
Azərbaycan
Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
4.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə
tutulmuş kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi halları istisna olmaqla, şəxsin onun xəbəri
olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa
şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə
məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
[1]
M a d d ə 5 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında ictimaiyyətin məlumat
almaq hüququ
5.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və
əks-kəşfiyyat fəaliyyəti haqqında məlumatlar ictimaiyyətə, bir qayda olaraq, bu fəaliyyətin
subyektlərinin yaratdığı müvafiq qurumlar vasitəsi ilə çatdırılır.
5.2. Bu qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə nəzərdə
tutulmuş hallarda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri fəaliyyətlərinin ayrı-ayrı
istiqamətləri ilə bağlı konkret məlumatı vətəndaşlara birbaşa çatdıra bilərlər.
5.3. Dövlət, peşə, kommersiya və istintaq sirri təşkil edən məlumatların açıqlanmasına yol
verilmir. Dövlət sirri təşkil edən məlumatların yayılmasına məhdudiyyətlər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada götürülə bilər.
I I F ə s i l
KƏŞFİYYAT VƏ ƏKS-KƏŞFİYYAT FƏALİYYƏTİNİN SUBYEKTLƏRİ, ONLARIN
SƏLAHİYYƏTLƏRİ VƏ ƏLAQƏLƏRİ
M a d d ə 6 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri
6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata
keçirən xüsusi xidmət orqanlarıdır.
6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti
subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində
iştirak edirlər.
M a d d ə 7 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri
7.1. Kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri aşağıdakılardır:
7.1.1. xarici dövlətlərin, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının milli
maraqlarına təhdid edən real və potensial imkanları, hərəkətləri, planları və niyyətləri barədə
məlumatların əldə edilməsi, təhlili və təhdidlərin proqnozlaşdırılması;
7.1.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində
dövlət siyasətinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılması;
7.1.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və digər dövlət
orqanlarının siyasi, iqtisadi, hərbi, elmi-texniki, ekoloji və milli təhlükəsizliyin təminatı ilə bağlı
digər sahələr üzrə qərarlar qəbul etməsi üçün zəruri kəşfiyyat məlumatları ilə təmin olunması;
7.1.4. Azərbaycan Respublikasının iqtisadi inkişafına, elmi-texniki tərəqqisinə və
təhlükəsizliyinin hərbi təminatına köməklik göstərilməsi;
7.1.5. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən idarə və təşkilatlarında
dövlət sirlərinin mühafizəsinin təmin edilməsi;
7.1.6. kəşfiyyat tədbirlərinin tətbiqi zamanı əks-kəşfiyyat təminatının həyata keçirilməsi;
7.1.7. texniki kəşfiyyatın həyata keçirilməsi;
7.1.8. əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat məlumatları ilə təmin edilməsi;
7.1.9.
Azərbaycan
Respublikasının
xarici
ölkələrdəki
diplomatik
və
digər
nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin təhlükəsizliyinin zəruri hallarda
təmin edilməsi;
7.1.10. dövlət sirri təşkil edən məlumatların daşıyıcıları olan Azərbaycan Respublikası
vətəndaşlarının xarici ölkələrə ezamiyyət müddətində təhlükəsizliyinin zəruri hallarda təmin
edilməsi.
7.2. Əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifələri aşağıdakılardır:
7.2.1. xarici dövlətlərin xüsusi xidmət orqanlarının və təşkilatlarının, habelə cinayətkar
qrupların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi
bütövlüyünə və konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və sair
milli maraqlarına zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat və digər pozuculuq
fəaliyyətinin aşkarlanması, qabaqlanması və qarşısının alınması;
7.2.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və onun tapşırığı ilə
digər dövlət orqanlarına ölkənin milli təhlükəsizliyinə və milli maraqlarına zərər vura biləcək
təhdidlər barədə məlumat verilməsi;
7.2.3. xarici xüsusi xidmət orqanlarının texniki kəşfiyyatına qarşı əks tədbirlərin həyata
keçirilməsi;
7.2.4. öz səlahiyyətləri daxilində dövlət sərhədinin mühafizəsinin əməliyyat təminatının
həyata keçirilməsi;
7.2.5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin
hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsinə
yönəlmiş fəaliyyətin aşkarlanması, qabaqlanması və qarşısının alınması;
7.2.6. öz səlahiyyətləri daxilində müdafiə kompleksi, energetika, nəqliyyat, rabitə və digər
sahələrdə strateji əhəmiyyətli obyektlərin, həmçinin milli təhlükəsizlik baxımından əhəmiyyət
kəsb edən elmi-texniki araşdırmaların və bu fəaliyyətin nəticələrinin, o cümlədən məlumatların,
sənədlərin və proqram təminatı vasitələrinin təhlükəsizliyinin təmin edilməsi;
7.2.7. ali dövlət hakimiyyəti orqanlarının və xüsusi obyektlərin mühafizəsinin əks-kəşfiyyat
təminatının həyata keçirilməsi;
7.2.8. Azərbaycan Respublikasının ərazisində yerləşən xarici dövlətlərin diplomatik və digər
nümayəndəliklərinin təhlükəsizliyinin başqa dövlət orqanları ilə qarşılıqlı əlaqədə təmin
edilməsi;
7.2.9. öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki
vasitələrlə işləməyə buraxılan şəxslərin öyrənilməsi;
7.2.10. öz qüvvə və vasitələri, o cümlədən texniki vasitələri ilə polisə və digər hüquq
mühafizə orqanlarına cinayətkarlıqla mübarizədə kömək göstərilməsi;
7.2.11. kəşfiyyat fəaliyyəti subyektlərinin əks-kəşfiyyat məlumatları ilə təmin edilməsi;
7.2.12. öz səlahiyyətləri daxilində transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin
aparılması;
7.2.13. əks-kəşfiyyat fəaliyyətinin təminatı ilə bağlı "Əməliyyat-axtarış fəaliyyəti haqqında"
Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş digər vəzifələrin həyata keçirilməsi.
7.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri həmçinin:
7.3.1. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin təminatı ilə bağlı hadisələrin, faktların,
əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu aparır, informasiya
təhlükəsizliyini təmin edir;
7.3.2. öz əməkdaşlarının və onlara kömək edən şəxslərin məxfiliyini təmin edir;
7.3.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən xarici
dövlətlərin xüsusi xidmət orqanlarının və müvafiq beynəlxalq təşkilatların sorğularını icra edir;
7.3.4. öz əməkdaşlarının, onların yaxın qohumlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti
subyektlərinə kömək edən şəxslərin, onların yaxın qohumlarının şəxsi təhlükəsizliyini və
əmlaklarını hüquqazidd qəsdlərdən qoruyur;
7.3.5. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət sirri təşkil edən
məlumatların mühafizəsini, məxfilik rejimini, xüsusi rabitə növlərinin və şifrləmə işinin
təhlükəsizliyinin təmin edilməsində iştirak edir;
7.3.6. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müəyyən etdiyi qaydada öz daxili
təhlükəsizliyini təmin edir;
7.3.7. milli təhlükəsizlik məsələləri ilə bağlı elmi tədqiqatlar və araşdırmalar aparır;
7.3.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirir.
7.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri Azərbaycan Respublikasının
ərazisində bu fəaliyyətin digər subyektlərinin səlahiyyətlərinə aid olan faktlar aşkar edildikdə,
təxirəsalınmaz tədbirlər həyata keçirməklə həmin subyektləri məlumatlandırır və onlara zəruri
kömək göstərir.
M a d d ə 8 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hüquqları
8.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hüquqları aşağıdakılardır:
8.1.1. Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunmasına, onun milli
maraqlarına zərər vura biləcək əməllərdən qorunmasına dair dövlət proqramlarının işlənib
hazırlanmasında iştirak, habelə milli təhlükəsizliklə bağlı qanunların və digər normativ hüquqi
aktların, beynəlxalq saziş və müqavilə layihələrinin öyrənilməsi və müvafiq təkliflərin
verilməsi;
8.1.2. Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparan xarici xüsusi
xidmət orqanlarına və təşkilatlarına nüfuzetmənin həyata keçirilməsi;
8.1.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada rabitə
kanallarından və digər mənbələrdən məlumatların çıxarılması;
8.1.4. informasiya sistemlərindən, radioelektron, video, audio vasitələrdən, kino və
fotoçəkilişlərdən və digər metod və vasitələrdən istifadə edilməsi;
8.1.5. kriminalistik tədqiqatların aparılması;
8.1.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada
məlumatların toplanması, təhlili və istifadəsi, o cümlədən dövlət və yerli özünüidarə
orqanlarından, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlardan və
onların vəzifəli şəxslərindən tələb olunan məlumatların əvəzsiz alınması, onların sənədlərindən
və informasiya banklarından istifadə edilməsi;
8.1.7. könüllülük və məxfilik prinsiplərinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti
subyektlərinə kömək edə bilən şəxslərlə əməkdaşlıq münasibətlərinin qurulması;
8.1.8. qarşılıqlı razılıq, o cümlədən müqavilə əsasında, dövlət və yerli özünüidarə
orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların
binalarından, həmçinin vətəndaşların yaşayış və digər tikililərindən zəruri müddətlərdə istifadə
edilməsi;
8.1.9. xüsusi xidmət orqanlarının müəyyən etdiyi hallarda və qaydada kəşfiyyat və əks-
kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının şəxsiyyətinin, onların idarə mənsubiyyətinin,
bina və nəqliyyat vasitələrinin, habelə məxfi əsasla bu subyektlərə kömək edən şəxslərin
pərdələnməsi məqsədi ilə digər dövlət və yerli özünüidarə orqanlarının, mülkiyyət
formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sənədlərindən istifadə edilməsi;
8.1.10. konspirasiya məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada uydurma idarə, müəssisə, təşkilat və digər hüquqi şəxslərin
yaradılması;
8.1.11. informasiya-məlumat sistemləri və əməliyyat materialları fondlarının yaradılması,
habelə orada olan məlumatların və sənədlərin uçotu, saxlanması və istifadə qaydalarının
müəyyənləşdirilməsi;
8.1.12. odlu silahın, digər xidməti və mülki silahın, döyüş sursatının əldə edilməsi və
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada istifadə olunması;
8.1.13. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi təyinatlı
dəstələrin yaradılması və onlardan istifadə olunması;
8.1.14. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və öz
səlahiyyətləri daxilində xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə
beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, onlarla əməliyyat məlumatının, xüsusi texniki və
digər vasitələrin mübadilə edilməsi, beynəlxalq müqavilələrin və sazişlərin bağlanması;
8.1.15. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər
hüquqlardan istifadə edilməsi.
8.2. Əks-kəşfiyyat fəaliyyəti subyektlərinin həmçinin aşağıdakı hüquqları vardır:
8.2.1. milli maraqlara zərər vura biləcək kəşfiyyat fəaliyyətinin və təxribat-pozuculuq
əməllərinin vaxtında qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlərin həyata keçirilməsi;
8.2.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlər
daxilində cinayət işlərinin başlanılması, təhqiqatın və ibtidai istintaqın aparılması;
8.2.3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə olan təhdidlərin reallaşmasına
zəmin yaradan səbəb və şəraitin aradan qaldırılması barədə dövlət və yerli özünüidarə
orqanlarına, mülkiyyət formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatlara,
onların vəzifəli şəxslərinə təqdimatların verilməsi.
M a d d ə 9 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əlaqələri
9.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri öz fəaliyyətlərini dövlət və yerli
özünüidarə orqanları, həmçinin mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə, idarə
və təşkilatlarla qarşılıqlı əlaqədə həyata keçirirlər.
9.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri Azərbaycan Respublikasının milli
təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilən tədbirlərə digər dövlət orqanlarının qüvvə və
vasitələrini cəlb edə bilərlər.
9.3. Dövlət orqanları, həmçinin hüquqi və fiziki şəxslər kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti
subyektlərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsində onlara zəruri kömək
göstərməlidirlər.
9.4. Azərbaycan Respublikasının milli maraqlarına zərər vura biləcək əməllərdən qoruma və
milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti
subyektlərinin əməkdaşları (onların hərbi xidmətdə saxlanılması və bu orqanlara
mənsubiyyətinin açıqlanmaması şərti ilə) digər dövlət orqanlarına həmin orqanların razılığı ilə
müvafiq vəzifələrdə işləməyə göndərilə bilərlər. Dövlət orqanlarının vəzifəli şəxsləri bu
şəxslərin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə mənsubiyyətinin açıqlanmasına
görə məsuliyyət daşıyırlar.
9.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin xarici dövlətlərin xüsusi xidmətləri,
hüquq mühafizə orqanları və digər təşkilatları ilə qarşılıqlı əlaqəsi Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri
tərəfindən həmin strukturlarla bağlanmış müqavilə və protokollar əsasında həyata keçirilir.
I I I F ə s i l
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi
M a d d ə 1 0 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi üçün səbəblər
və əsaslar
10.1. Kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi üçün səbəblər aşağıdakılardır:
10.1.1. Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsi üçün əlverişli şəraitin
yaradılması;
10.1.2. Azərbaycan Respublikasına qarşı təcavüz, güc tətbiqi və ya tətbiq edilməsi hədəsi,
düşmənçilik siyasətinin yeridilməsi;
10.1.3. kütləvi qırğın silahlarının Azərbaycan Respublikasına qarşı istifadə edilə bilməsi
ehtimalı;
10.1.4. transmilli təhdidlərin mövcudluğu;
10.1.5. Azərbaycan Respublikasının maraqlarına toxunan mövcud və potensial regional
münaqişələrin olması;
10.1.6. xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli
maraqlarına zidd olan kəşfiyyat-pozuculuq fəaliyyəti;
10.1.7. Azərbaycan Respublikasının dövlət müstəqilliyinə, suverenliyinə, konstitusiya
quruluşuna, ərazi bütövlüyünə, xalqın və ölkənin milli maraqlarına, şəxsiyyət, cəmiyyətin və
dövlətin hüquq və mənafelərinə qarşı xarici təhdidlərin mövcudluğu.
10.2. Kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi prioritetlərini Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
10.3. Əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi üçün səbəblər aşağıdakılardır:
10.3.1. siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekoloji, mədəni və elmi-texniki sahələrdə
Azərbaycan Respublikasının milli maraqlarına təhdidlərin mövcudluğu;
10.3.2. xarici xüsusi xidmət orqanlarının və təşkilatların, habelə ayrı-ayrı şəxslərin
Azərbaycan Respublikasının təhlükəsizliyinə qarşı yönəlmiş kəşfiyyat, terror-təxribat və digər
pozuculuq fəaliyyətinə aid məlumatların olması;
10.3.3. dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təmin olunması zərurəti;
10.3.4. separatizm, etnik, dini və siyasi ekstremizm halları haqqında məlumatların
mövcudluğu;
10.3.5. kütləvi qırğın silahlarının komponentlərinin və texnologiyalarının, hərbi texnikanın,
silahın və sursatın qanunsuz daşınması məqsədilə Azərbaycan Respublikasının ərazisindən
tranzit kimi istifadə edilməsi cəhdlərinin mövcudluğu;
10.3.6. məxfi əsasla əməkdaşlığa cəlb olunan və ya kömək edən şəxslərin öyrənilməsi
zərurəti;
10.3.7. daxili təhlükəsizliyin təmin edilməsi.
10.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti xüsusi xidmət orqanlarının səlahiyyətli şəxslərinin
qərarları əsasında həyata keçirilir.
M a d d ə 1 1 . Kəşfiyyat və əks-kəşfiyyat tədbirləri
11.1. Kəşfiyyat fəaliyyəti subyektləri bu fəaliyyətin məqsədlərinə nail olmaq üçün aşağıdakı
tədbirləri həyata keçirə bilərlər:
11.1.1. vətəndaşların sorğusu;
11.1.2. soraqlaşma;
11.1.3. radioelektron, video, audio, kino və fotoçəkilişlərinin aparılması;
11.1.4. rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması;
11.1.5. əşya və sənədlərin tədqiqi;
11.1.6. müqayisəli tədqiq üçün nümunələrin toplanılması;
11.1.7. şəxsiyyətin eyniləşdirilməsi;
11.1.8. nəzarətli göndərişlərin həyata keçirilməsi;
11.1.9. hüquqi şəxsin yaradılması.
11.2. Kəşfiyyat fəaliyyəti həyata keçirilərkən bu fəaliyyətin mahiyyətinə uyğun dövlət sirri
təşkil edən xüsusi tədbirlərdən, metod və vasitələrdən istifadə edilə bilər.
11.3. Azərbaycan Respublikasının ərazisində öz vətəndaşları barədə kəşfiyyat fəaliyyətinin
xüsusi tədbirlərinin, metod və vasitələrinin tətbiq edilməsinə yol verilmir.
11.4. Əks-kəşfiyyat fəaliyyətinin subyektləri bu fəaliyyəti həyata keçirərkən "Əməliyyat-
axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş
əməliyyat-axtarış tədbirlərini və dövlət sirri təşkil edən digər xüsusi tədbirləri tətbiq edirlər.
11.5. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün səbəblər
və əsaslar, onların tətbiqi şərtləri, həyata keçirilməsi, bu tədbirlərə dair qərarların, yazılı
tapşırıqların və sorğuların verilməsi, habelə keçirilən tədbirlərin nəticələrindən istifadə edilməsi
qaydaları "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunu və digər
qanunvericilik aktları ilə tənzimlənir.
11.6. Kəşfiyyat və əks-kəşfiyyat tədbirləri həyata keçirilərkən konspirasiya prinsipinə əsasən
xüsusi xidmət orqanlarının qüvvə, vasitə, hərəkət, plan və niyyətlərinin xarici təzahürləri
gizlədilə, həmçinin rəqibin aldadılması məqsədi ilə münasib niyyətləri və hərəkətləri təqlid
edən davranış modeli tətbiq edilə bilər.
11.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı tədbirlərin hazırlanması və həyata
keçirilməsi qaydası, həmçinin istifadə edilməli gizli üsul və vasitələr, kəşfiyyat və əks-kəşfiyyat
tədbirlərini özündə əks etdirən əməliyyat-qeydiyyat işlərinin başlanılması, növləri, qeydiyyatı,
aparılması qaydaları, habelə bu işlərə dair materialların saxlanılması müddətləri kəşfiyyat və
əks-kəşfiyyat fəaliyyəti subyektlərinin normativ hüquqi aktları ilə müəyyən olunur.
M a d d ə 1 2 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələrindən istifadə edilməsi
12.1.
Kəşfiyyat
və
əks-kəşfiyyat
fəaliyyətinin
nəticələri
barədə
məlumatlar
ümumiləşdirilərək milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün
mütəmadi olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
12.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələri:
12.2.1. milli təhlükəsizliyin təmin olunması sahəsində dövlət proqramlarının
hazırlanmasında;
12.2.2. milli təhlükəsizliyin təmin olunması ilə bağlı qanunların və digər normativ hüquqi
aktların, beynəlxalq saziş və müqavilələrin layihələrinin hazırlanmasında və ya onlara dair
təkliflərin verilməsində;
12.2.3. kəşfiyyat fəaliyyətinin prioritetlərinin müəyyən edilməsində;
12.2.4.
kəşfiyyat
və
əks-kəşfiyyat
fəaliyyətinin
qiymətləndirilməsində
və
təkmilləşdirilməsində;
12.2.5. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə konkret göstərişlərin
hazırlanmasında;
12.2.6. milli təhlükəsizliyə təhdidlərin proqnozlaşdırılmasında;
12.2.7. siyasi, iqtisadi, hərbi, elmi-texniki və milli təhlükəsizliyin təminatı ilə bağlı digər
sahələrdə qərarların qəbul edilməsində;
12.2.8. iqtisadi inkişafa, elmi-texniki tərəqqiyə nail olunmasında;
12.2.9. dövlət sirlərinin mühafizəsi işinin təkmilləşdirilməsində;
12.2.10. cinayət təqibinin başlanmasında istifadə edilə bilər.
12.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin nəticələri cinayət prosesində, bir qayda olaraq,
bu şərtlə istifadə edilir ki, onlar "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının qanununa müvafiq surətdə əldə edilmiş olsun. Kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyətinin nəticələri yalnız xüsusi xidmət orqanının səlahiyyətli şəxsinin qərarı əsasında
ibtidai araşdırmanı aparan orqana və ya məhkəməyə verilə bilər.
12.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti nəticəsində əldə edilmiş məlumatların, sənədlərin
və digər əşyaların cinayət prosesində sübut kimi qəbul edilməsinin mümkünlüyü Azərbaycan
Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilir.
M a d d ə 1 3 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında məlumatların mühafizəsi
13.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti həyata keçirilərkən bu fəaliyyətin mahiyyətinə
uyğun aşkar, yaxud qeyri-aşkar metod və vasitələrdən istifadə edilir.
13.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin təşkili, taktikası, gizli üsulları və vasitələri
haqqında, habelə qanunvericilikdə müəyyən olunmuş digər məlumatlar dövlət sirri təşkil
edir.
[2]
13.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinə hərbi xidmətə (işə) qəbul olunan
vətəndaşlar, həmçinin bu orqanlar haqqında məlumatları bilmək hüququna malik şəxslər
dövlət sirri təşkil edən məlumatların yayılmaması barədə öhdəlik qəbul etməklə, müvafiq
rəsmiləşdirmə prosedurunu keçirlər.
13.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin əməkdaşları və bu orqanlarla
əməkdaşlıq (kömək) edən və ya etmiş şəxslər dövlət sirri təşkil edən məlumatları yaymağa görə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
[3]
13.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin əməkdaşları, onlarla məxfi
əsasla əməkdaşlıq (kömək) edən və ya etmiş şəxslər barədə, habelə göstərilən fəaliyyətin həyata
keçirilməsinin təşkili, taktikası, üsul və vasitələri haqqında məlumatları ehtiva edən sənədlərin
və materialların yayılmasına yol verilmir və onlar bu orqanların arxivlərində saxlanılır.
13.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin arxivlərinin məxfilikdən
çıxarılmış tarixi və ya elmi əhəmiyyət kəsb edən materialları Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada saxlanmaq üçün digər dövlət arxivlərinə verilə
bilər.
I V F ə s i l
KƏŞFİYYAT VƏ ƏKS-KƏŞFİYYAT FƏALİYYƏTİ SUBYEKTLƏRİNİN QÜVVƏ VƏ
VASİTƏLƏRİ
M a d d ə 1 4 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları
14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə
əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir.
14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin
edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar.
14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları "Hərbi xidmət
haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına,
"Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi
qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə
alınmaqla həqiqi hərbi xidmət keçirlər.
14.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə qəbul edilmiş
şəxslər və onların təhsil müəssisələrinin müdavimləri (kursantları) hərbi mükəlləfiyyət
qeydiyyatından çıxarılır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında
xüsusi qeydiyyata alınırlar.
14.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nümunəsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xidməti
vəsiqə verilir.
14.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək,
habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək hüququna
malikdirlər.
14.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları dövlət və yerli
özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatların
xidməti otaqlarına və ərazilərinə onların rəhbərlərini qabaqcadan xəbərdar etməklə daxil olmaq
hüququna malikdirlər.
14.8. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını bu subyektlərdə
müəyyən edilmiş həqiqi hərbi xidmət müddətlərini başa vurmuş hərbi qulluqçular, habelə öz
razılığı ilə bu subyektlərin ehtiyatına qəbul olunmuş digər hərbi vəzifəli vətəndaşlar təşkil
edirlər.
14.9. Bu qanunun 14.8-ci maddəsində göstərilmiş şəxslər Azərbaycan Respublikası kəşfiyyat
və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi qeydiyyata alınırlar və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təlim toplanışı keçirlər.
14.10. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının peşə hazırlığının
artırılması və kadrların hazırlanması məqsədi ilə tədris müəssisələri yaradılır.
14.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri xarici dövlətlərin xüsusi xidmətləri
ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının
artırılması sahəsində əməkdaşlıq edə bilərlər.
M a d d ə 1 5 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına dair
əlavə tələblər
15.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində hərbi xidmətə (işə) könüllülük
əsasında şəxsi və iş keyfiyyətlərinə, peşə yararlığına, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və
təhsil səviyyəsinə görə bu subyektlərin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan
Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
15.2. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri,
fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən
müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində
cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi
nöqsanlara, bu subyektlərdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xüsusi
xidmət və hüquq mühafizə orqanları əməkdaşının şərəfini ləkələyən nalayiq hərəkətlərinə görə
bu orqanlardan xaric edilmiş şəxslər xidmətə qəbul edilə bilməzlər.
15.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə (işə) qəbul olunan
şəxslər barədə xüsusi yoxlama tədbirlərinin keçirilməsi qaydaları Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə tənzimlənir.
15.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən
və ya bü subyektlərdə xidmət keçən şəxslərin sağlamlığı Azərbaycan Respublikası müvafiq icra
hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılır.
M a d d ə 1 6 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslər
16.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri onların üzərinə qoyulmuş vəzifələri
yerinə yetirmək üçün aşkar və ya məxfi əsasla öz razılığını verən, yetkinlik yaşına çatmış,
fəaliyyət qabiliyyətli şəxsləri əməkdaşlığa cəlb edə bilərlər.
16.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslər aşağıdakı
hüquqlara malikdirlər:
16.2.1. məxfi əməkdaşlıq barədə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri ilə
müqavilə bağlamaq və ya şifahi razılıq vermək;
16.2.2. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarından öz vəzifələri və
hüquqları barədə məlumat almaq;
16.2.3. konspirasiya məqsədi ilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin
müəyyən etdiyi qaydada şəxsiyyəti pərdələyən sənədlərdən istifadə etmək;
16.2.4. əmək haqqı, mükafat və digər maddi təminatlar almaq.
16.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərin vəzifələri
aşağıdakılardır:
16.3.1. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri ilə bağlanmış əməkdaşlıq haqqında
müqavilənin və ya şifahi razılaşmanın şərtlərinə əməl etmək;
16.3.2. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həvalə olunmuş vəzifələrin həyata
keçirilməsi ilə əlaqədar tapşırıqları yerinə yetirmək;
16.3.3. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə qeyri-obyektiv, yanlış, qərəzli və
ya böhtan xarakterli məlumatların qəsdən təqdim edilməsi hallarına yol verməmək;
16.3.4. dövlət sirri təşkil edən, həmçinin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə
kömək göstərilməsi prosesində onlara bəlli olmuş digər məlumatları yaymamaq.
16.4. Bu qanunun 16.1-ci maddəsində göstərilmiş şəxslərin fəaliyyəti ilə əlaqədar digər
məsələlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktları ilə tənzimlənir.
M a d d ə 1 7 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin informasiya təminatı
17.1. Öz fəaliyyətini təmin etmək məqsədi ilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti
subyektləri informasiya, rabitə sistemləri, habelə kriptoqrafik və digər məlumat müdafiə
sistemləri yarada və onlardan istifadə edə bilər. İnformasiyanı mühafizə vasitələrinin
yaradılması, istehsalı, təmiri, idxalı, ixracı, satışı, istifadəsi, bu sahədə xidmətlər göstərilməsi,
eləcə də onların yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq həyata keçirilir.
17.2. Xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının kəşfiyyat və digər fəaliyyətləri
haqqında məlumatların, habelə ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının təhlükəsizliyinə
zərər vurmağa yönəlmiş hüquqazidd əməlləri barədə məlumatların uçotu, saxlanılması və
istifadə olunması qaydaları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin normativ
hüquqi aktları ilə müəyyən edilir.
17.3. İnformasiya sistemlərində fiziki və hüquqi şəxslər barədə məlumatların olması
kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə göstərilən şəxslərin hüquq və azadlıqlarını
məhdudlaşdırmaq üçün tədbirlər görməyə əsas vermir.
17.4. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikası
ərazisində fəaliyyət göstərən rabitə müəssisələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün şərait
yaratmağa, bu məqsədlə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şərtlərə
uyğun rabitə şəbəkələrini əlavə texniki vasitələrlə təchiz etməyə, təşkilati məsələləri həll etməyə
və bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları gizli saxlamağa borcludurlar.
M a d d ə 1 8 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin silahlanma və
təchizat vasitələri
18.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada silahlanma və təchizat vasitələri, o cümlədən
xüsusi texniki və digər vasitələr işləyib hazırlayır, istehsalı, əldə edilməsi və istifadəsi ilə
məşğul olur, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin silahlanması məqsədi
ilə odlu silah, digər xidməti və mülki silah, döyüş sursatı əldə edir və istifadə edir.
18.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən bu qanunun 18.1-ci
maddəsində göstərilmiş silahlanma və təchizat vasitələrindən istifadə, odlu silah və döyüş
sursatının verilməsi, saxlanması, məhv edilməsi, Azərbaycan Respublikasının hüdudlarından
kənara çıxarılması və onun ərazisinə gətirilməsi qaydaları Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilir.
18.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri müəyyənləşdirilmiş normalar
əsasında binalar və nəqliyyat vasitələri ilə təmin edilirlər. Onların maddi-texniki təminatı
qaydalarını və normalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
müəyyənləşdirir.
18.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi qulluqçuları üçün
müəyyən olunmuş hərbi geyim forması ilə təchiz edilirlər. Hərbi geyim formasında kəşfiyyat və
əks-kəşfiyyat fəaliyyəti subyektlərinə mənsubiyyəti müəyyən edən fərqləndirmə nişanları
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti dövlət büdcəsinin vəsaiti, habelə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər mənbələr hesabına maliyyələşdirilir.
V F ə s i l
KƏŞFİYYAT VƏ ƏKS-KƏŞFİYYAT FƏALİYYƏTİ SUBYEKTLƏRİ ƏMƏKDAŞLARININ
VƏ BU SUBYEKTLƏRƏ KÖMƏK EDƏN ŞƏXSLƏRİN HÜQUQİ VƏ SOSİAL MÜDAFİƏSİ
M a d d ə 1 9 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının hüquqi
müdafiəsi
19.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirərkən dövlət
hakimiyyəti nümayəndəsi kimi çıxış edirlər və dövlət tərəfindən müdafiə olunurlar.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyət verilmiş dövlət orqanlarından və
vəzifəli şəxslərdən başqa, heç kəsin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin
əməkdaşlarının xidməti fəaliyyətinə qarışmağa ixtiyarı yoxdur.
19.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşının xidməti vəzifələrinin
icrası zamanı ona müqavimət göstərmək, zor tətbiq etmək və ya zor tətbiqi ilə hədələmək,
təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə
səbəb olur.
19.3. Öz xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti
subyektlərinin əməkdaşlarının və onların ailə üzvlərinin həyat və sağlamlığının, həmçinin
əmlakının cinayətkar qəsdlərdən qorunması Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
19.4. Kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları, onların ailə üzvləri Azərbaycan
Respublikasının ərazisindən kənarda həbs və ya azadlıqdan məhrumetmə cəzasına məhkum
edildikdə, dövlət orqanları bu şəxslərin azad olunması üçün zəruri tədbirlər həyata
keçirməlidirlər.
19.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı xidməti vəzifələrini
yerinə yetirərkən (cinayət başında yaxalanma halları istisna olmaqla), bu subyektlərin rəsmi
nümayəndəsinin iştirakı olmadan onun məcburi gətirilməsinə, tutulmasına, şəxsi axtarışına,
əşya və nəqliyyat vasitəsinin baxışına yol verilmir. Əməkdaşların kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti subyektlərinin əməliyyat bölmələrinə mənsubiyyətinin açıqlanmaması məqsədi ilə,
habelə digər dövlət sirlərinin mühafizəsi naminə onun şahid qismində dindirilməsi yalnız bu
subyektlərin rəhbərliyinə məlumat verilməklə həyata keçirilə bilər.
19.6. Xarici dövlətlərin xüsusi xidmət orqanlarında və təşkilatlarında, həmçinin cinayətkar
qrupların tərkibində tapşırıqlar yerinə yetirmiş və ya yetirən kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti subyektlərinin əməkdaşları barədə məlumatlar dövlət sirri təşkil edir və onların
açıqlanması yalnız bu subyektlərin rəhbərlərinin və göstərilən əməkdaşların yazılı razılığı
əsasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda
mümkündür.
M a d d ə 2 0 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının
sosial müdafiəsi
20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi
"Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış
fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik
aktları ilə müəyyən edilir.
20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı
(təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik
verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir.
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına
bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən
üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir.
20.3. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa və bu qanuna
uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi
qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə aldıqları
miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa
digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır.
[4]
20.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin
əməkdaşlarına peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə
fərqlənməyə görə vəzifə maaşının 50 faizindən çox olmamaqla əlavələr təyin edə bilər.
20.5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin
yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti
subyektinin hesabına həyata keçirilir.
20.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il
məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir.
20.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış
əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə
təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının
müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik
müavinət verilir.
20.8. Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti
subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana
qədərki əmək stajı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün
onların xidmət illərinə hesablana bilər.
20.9. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının xarici dövlətlərin
xüsusi xidmət orqanlarında və təşkilatlarında, həmçinin cinayətkar qruplarda tapşırıqlar yerinə
yetirdiyi zaman xidmət müddəti Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada, pensiya məbləğinin hesablanması, hərbi rütbələrin verilməsi, xidmət
illərinə görə əlavə faiz hesablanması üçün xidmət illərinə əlavə olunmalıdır.
[5]
20.10. Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə
işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə
maaşlarına artımların miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur.
20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və
sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir.
20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma,
kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə
kompensasiya verilir.
[6]
20.13. Xidməti vəzifələrinin icrası zamanı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin
subyektləri əməkdaşlarının əmlakına dəyən zərər dövlət büdcəsinin vəsaiti hesabına tam
həcmdə ödənilir.
M a d d ə 2 1 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərin
hüquqi və sosial müdafiəsi
21.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həvalə olunmuş vəzifələrin yerinə
yetirilməsinə kömək edən şəxslərin hüquqi və sosial müdafiəsi "Əməliyyat-axtarış fəaliyyəti
haqqında" Azərbaycan Respublikasının qanunu və bu qanunla nəzərdə tutulmuş qaydada
həyata keçirilir.
21.2. Məxfi əsasla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən və ya
etmiş şəxslər haqqında məlumatlar dövlət sirri təşkil edir və onların açıqlanmasına yalnız bu
subyektlərin rəhbərlərinin və göstərilən şəxslərin yazılı razılığı əsasında Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hallarda yol verilə bilər.
21.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən və ya kömək etmiş
şəxslər Azərbaycan Respublikasının vətəndaşı olmadıqda, qanunvericiliklə müəyyən edilmiş
qaydada Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər.
21.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə əmək haqqı,
mükafat və digər maddi təminatların verilmə qaydaları Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
V I F ə s i l
KƏŞFİYYAT VƏ ƏKS-KƏŞFİYYAT FƏALİYYƏTİNƏ NƏZARƏT
M a d d ə 2 2 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə nəzarət
22.1. Xüsusi xidmət orqanları tərəfindən öz vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməsi,
kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin təşkili və keçirilməsi zamanı qanunçuluğa əməl
olunması məqsədilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə idarədaxili və idarədənkənar
nəzarət həyata keçirilir.
22.2.
Kəşfiyyat
və
əks-kəşfiyyat
fəaliyyətinə
idarədaxili
nəzarəti
Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər çərçivəsində bu
fəaliyyətin subyektləri, idarədənkənar nəzarəti isə Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı həyata keçirir.
22.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri müəyyən olunmuş qaydada
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına öz fəaliyyətləri barədə
mütəmadi hesabat verirlər. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin rəhbərləri
məlumatların etibarlılığına, obyektivliyinə və Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanına vaxtında çatdırılmasına görə şəxsi məsuliyyət daşıyırlar.
22.4. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin tətbiqinə nəzarətin həyata
keçirilməsi "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunu ilə
tənzimlənir.
22.5. Əks-kəşfiyyat fəaliyyəti subyektlərində aparılan təhqiqata və ibtidai istintaqa
prosessual rəhbərliyi Azərbaycan Respublikasının baş prokuroru və onun müvəkkil etdiyi
prokurorlar həyata keçirirlər.
22.6. Əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən istintaq hərəkətlərinin məcburi
aparılmasına, prosessual məcburiyyət tədbirlərinin və əməliyyat-axtarış tədbirlərinin tətbiq
edilməsinə məhkəmə nəzarətinin həyata keçirilməsi Azərbaycan Respublikasının cinayət-
prosessual qanunvericiliyi ilə müəyyən edilir.
22.7. Əks-kəşfiyyat fəaliyyətinin təşkili, taktikası, üsulları və vasitələri, o cümlədən bu
subyektlərə kömək edən və ya etmiş şəxslər barədə məlumatlar bu fəaliyyətin subyektləri
rəhbərlərinin və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzarəti
istisna olmaqla, digər nəzarətin predmetinə daxil deyildir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2004-cü il
№ 711-IIQ
Dostları ilə paylaş: |